Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə43/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   39   40   41   42   43   44   45   46   ...   276

90

Milli ədəbiyyat 

85  

illiyi

Cabir Novruz  

1933-2002    

MART

Cabir Mirzəbəy oğlu Novruzov (Ca-

bir Novruz) 1933-cü il mart ayının 12-

də Xızı rayonunun Upa kəndində ana-

dan olmuşdur. 

Orta  məktəbi  bitirdikdən  sonra 

Mirzə  Ələkbər  Sabir  adına  Pedaqoji 

Texnikumda  təhsil  almış,  1952-ci  ildə 

isə Azərbaycan  Dövlət  Universitetinin 

jurnalistika  fakültəsinə  daxil  olmuş-

dur.  Bir  il  sonra Azərbaycan Yazıçılar 

İttifaqının  tövsiyəsi  ilə  təhsilini  da-

vam  etdirmək  üçün  Moskvaya,  Mak-

sim Qorki adına Ədəbiyyat İnstitutuna 

göndərilmiş  və  1957-ci  ildə  təhsilini 

bitirmişdir. 

1958-ci ildə “Bakı” axşam qəzetinin 

Ədəbiyyat  şöbəsində  ədəbi  işçi  kimi 

əmək fəaliyyətinə başlayan Cabir Nov-

ruz 1967-1970-ci illərdə “Azərbaycan” 

ədəbi-bədii  jurnalın,  1991-1993-cü 

illərdə  isə  “Ədəbiyyat  və  incəsənət” 

qəzetinin  baş  redaktoru  vəzifələrində 

çalışmışdır. 

1970-1997-ci  illərdə  Azərbaycan 

Yazıçılar İttifaqı İdarə Heyətinin katibi 

olmuşdur.

Şairin  əsərləri  dünyanın  müxtəlif 

xalqlarının  dillərinə  tərcümə  edilərək 

nəşr olunmuşdur.  Şeirlərinə dillər əzbəri 

olan  onlarla  mahnı  bəstələnmişdir. 

Onun  bədii  tərcümələri  sayəsində  isə 

Azərbaycan oxucusu dünya poeziyası-

nın bir sıra qiymətli nümunələri ilə ta-

nış olmaq imkanı qazanmışdır.

“Mənim  mugamatım”,  “İnsan 

təbiəti”, “Həyat, sən nə qəribəsən”, “Bir 

dünyam var”, “İnsan himnləri”, “Seçil-

miş əsərləri” (iki cilddə) və s. kitabların 

müəllifidir.

Şairin  ədəbi  və  ictimai  fəaliyyəti 

yüksək  qiymətləndirilmişdir.  O,  1978-

ci  ildə  “Əməkdar  incəsənət  xadimi”, 

1999-ci ildə “Xalq şairi” fəxri adlarına, 

dövlət mükafatına, 1986-cı ildə “Qırmı-

zı Əmək Bayrağı“ ordeni və medallara 

layiq görülmüşdür.

Cabir 


Novruz 

1995-ci 


ildə 

Azərbaycan  Milli  Məclisinin  deputatı 

seçilmişdir.  Azərbaycan  Respublikası 

Prezidentinin  fərdi  təqaüdçüsü  olmuş-

dur.

Cabir Novruz 2002-ci il dekabr ayı-



nın 12-də vəfat etmişdir.

Xatirəsinin 

əbədiləşdirilməsi 

məqsədilə  Cabir  Novruz  adına  fond 

yaradılmış  (2003),  yaşadığı  binaya 

(N.Nərimanov prosp.11) xatirə lövhəsi 

vurulmuş, Xızıda orta məktəbə adı veril-

miş, eləcə də haqqında www.cabirnov-

ruz.gen.az saytı hazırlanmışdır. Saytda 

şairin  həyat  və  yaradıcılığı  haqqında 

məlumatlar,  kitabları,  tərcümələri,  çap 

olunan  və  olunmayan  şeirləri,  onun 

haqqında  yazılan  rəylər,  məqalələr, 

ədəbi  tənqidlər,  şairin  sözlərinə  yazıl-

mış 128 mahnı, onlara çəkilmiş kliplər 

yerləşdirilmişdir.  Saytda  materiallar 

Azərbaycan,  rus  və  ingilis  dillərində 

verilmişdir.



Ə d ə b i y y a t

Seçilmiş əsərləri 

/C.Novruz; ön sözün müəl. 

M.Cabiroğlu.-Bakı: Lider, 

2004.-288 s.

Özünü qoru, xalqım: Şerlər 

və poemalar /C.Novruz.-

Bакı: Azərbaycan, 2002.-

352 s.

Xəyal, S. Cabir Nov-

ruz: yaradıcılığı 

əsasında /S.Xəyal; red. 

M.Cabiroğlu; ön söz. 

F.Qoca.- Bakı: Çaşıoğlu, 

2004.- 182 s.

Hacıyeva, N.S. Cabir Nov-

ruzun yaradıcılıq yolu: fi-

lol. üzrə fəls. d-ru e. dər. al. 

üçün təq.ed.dis.: 10.01.01 

/N.S.Hacıyeva; AMEA, 

Nizami ad. Ədəbiyyat İn-

tu.- Bakı, 2011.-125 s.

Xalq şairi Cabir Novru-

zun 82 yaşı qeyd olunub//

Ədalət.-2015.- 8 dekabr.- 

S.8.

Soltanlı, S. “Tələsin 

insanlar, tələsir zaman...” 

Xalq şairi Cabir Novruzun 

xatirəsi anılıb /S.Soltanlı 

//Mədəniyyət.- 2015.- 9 

dekabr.- S.10.

İ n t e r n e t d ə

http://cabirnovruz.gen.az/

heyati.php

12

Şair


91

Milli ədəbiyyat 

80 

illiyi

 Anar

 1938   

MART

Anar  Rəsul  oğlu  Rzayev  1938-ci  il 

mart  ayının  14-də  Bakıda,  Xalq  şai-

ri  Rəsul  Rzanın  və  Nigar  Rəfibəylinin 

ailəsində anadan olmuşdur. 1945-1955-ci 

illərdə Bülbül adına Musiqi Məktəbində 

oxumuşdur. 1955-1960-cı illərdə ADU-

nun filologiya fakültəsində təhsil almış-

dır. 1960-1961-ci illərdə Azərbaycan EA 

Nizami adına Ədəbiyyat Muzeyində elmi 

işçi,  1961-1962-ci  illərdə  Azərbaycan 

Dövlət  Radio  və  Televiziya  Verilişləri 

Komitəsində  redaktor  işləmişdir.  1964-

1967-ci  illərdə  Dövlət  Radio  və  Tele-

viziya  Komitəsində  Uşaq  şöbəsinin, 

daha  sonra  İncəsənət  şöbəsinin  müdiri 

vəzifəsində  çalışmışdır.  1962-1964-cü 

illərdə Moskvada Ali Ssenari kursların-

da,  1971-1972-ci  illərdə  Rejissor  ema-

latxanasında təhsil almışdır. 

1964-cü  ildə Yazıçılar  İttifaqına  üzv 

seçilmişdir.  Kinematoqrafçılar,  Teatr 

Xadimləri  və  Jurnalistlər  İttifaqlarının 

üzvüdür.


1968-ci  ildə  “Qobustan”  incəsənət 

toplusunu  yaratmış  və  19  il  ərzində 

jurnalın  baş  redaktoru  olmuşdur.  Bir 

müddət  ictimai  əsasla  Azərbaycan  Te-

atr  Xadimləri  Cəmiyyəti  sədrinin  bi-

rinci  müavini  vəzifəsində  işləmişdir. 

Azərbaycanın Asiya və Afrika ölkələrilə 

həmrəylik  Komitəsinin  rəhbəri,  SSRİ 

Həmrəylik Komitəsinin sədr müavini ol-

muşdur.


1987-1991-ci illərdə Azərbaycan Ya-

zıçılar İttifaqının birinci katibi olmuşdur. 

1991-ci ildən AYB-nin sədridir.

1987-ci ildə Azərbaycan SSR Ali So-

vetinin deputatı seçilmişdir. 1989-1991-

ci  illərdə  SSRİ  Xalq  deputatı  və  SSRİ 

Ali Sovetinin üzvü olmuşdur. 

İlk  bədii  yazılarını  1952-ci  ildə  Şu-

şada yazmışdır. İlk mətbu əsərləri 1960-

cı  ildə  “Azərbaycan”  jurnalının  dekabr 

nömrəsində çap olunmuşdur. 

Azərbaycan dilində və başqa dillərdə 

120-dən  artıq  nəsr,  dram,  publisistika, 

esse, şeir və bədii-bioqrafik kitabları nəşr 

edilmişdir. Müxtəlif ölkələrdə 50 kitabı 

nəşr olunmuşdur. Əsərləri dünyanın 40-a 

yaxın dilə tərcümə edilmişdir.

1993-cü  ildə  Türkiyədə  İstanbul 

şəhəri  Memar  Sinan  Universitetində 

Azərbaycan 

ədəbiyyatı 

tarixindən 

mühazirələr oxumuşdur. Beynəlxalq Di-

aloq  Avro-Asiya  təşkilatının  sədri,  Ki-

nematoqrafçılar İttifaqı İdarə Heyətinin 

üzvüdür.


12  bədii  filmin  və  10-dan  artıq 

sənədli  televiziya  filminin  ssenari 

müəllifidir. 8 pyesi Azərbaycanda, habelə 

Türkiyədə,  Moskvada,  Bolqarıstanda, 

Özbəkistanda, Moldovada, Tatarıstanda, 

Türkmənistanda tamaşaya qoyulmuşdur. 

2  dəfə  millət  vəkili  seçilmiş,  Milli 

Məclisin  Mədəniyyət  Komissiyasının 

sədri olmuşdur. 1995-ci ildə Azərbaycan 

Respublikası  Konstitusiya  Komissiya-

sının  üzvü  olmuşdur. Azərbaycan  Milli 

Ensiklopediyası  redaksiya  heyəti  sədr 

müavinidir.

1976-cı ildə “Əməkdar incəsənət xa-

dimi”, 1998-ci ildə “Xalq yazıçısı” fəxri 

adlarına layiq görülmüşdür. 1980-ci ildə 

Dövlət mükafatı laureatı olmuşdur. 1998-

ci  ildə  “İstiqlal”,  2014-cü  ildə  “Şərəf” 

ordeni  ilə  təltif  edilmişdir.  2011-ci  ildə 

“Heydər Əliyev” mükafatının, “Humay” 

mükafatının  laureatı  olmuşdur.  Prezi-

dent təqaüdçüsüdür. Professor A.Rzayev 

AMEA Nizami adına Ədəbiyyat İnstitu-

tunun,  Nəsimi  adına  Dilçilik  İnstitutu-

nun, bir neçə Türkiyə universitetlərinin 

fəxri doktorudur. 

Anar  2012-ci  ildə  Türk  dünyasında 

ilin ədəbiyyat adamı, 2014-cü ildə türk-

dilli ölkələri Yazıçılar Birliyinin ilk sədri 

seçilmişdir.



14

 Yazıçı

Ə d ə b i y y a t

Seçilmiş əsərləri /Anar.- 

Bakı: Lider, 2004.- 416 

s. 

Mübarizə bu gün də var 

/Anar.- Bakı: Elm və 

təhsil, 2015.- 589 s.

Unudulmaz görüşlər: 

[memuar] /Anar, red. 

M.Çəmənli.- Bakı: 

Təhsil, 2009.- 270 s.

Atay, Ayşe.  Beş katlı 

evin altıncı katındaki 

adam: Anar: hayatı, 

sanatı ve hikayeleri 

/A.Atay; yayın yönet. 

A.Akbaş.- Ankara: Ben-

gü, 2008.- 262 s.

Əfəndiyev, Ə. Anar - 

ömür yolu. Yaradıcılığı: 

Bio-biblioqrafik soraq 

kitabı /Ə.Əfəndiyev, 

Z.Əliyeva; red. 

G.Anarqızı 1-ci Kitab.- 

Bakı: [OSKAR NPM], 

2011.- 607 s.

Ziyalı sənətkar: 

məqalələr toplusu/red. 

Y.Həmidqızı.- Bakı: 

[s.n.], 2012.- 111 s.


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə