Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə40/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   36   37   38   39   40   41   42   43   ...   276

82

17

17

17

19

Tarixdə bu gün

FEVRAL

21

2

22

2

20

20

8

 

23

Bеynəlxalq Ana Dili Günü

1999

21

Hər  il  fevral  ayının  21-i  dünyada  Beynəlxalq 

Ana Dili Günü kimi qeyd edilir. Birləşmiş Millətlər 

Təşkilatının  1999-cu  ilin  noyabrında  Banqladeş 

səfirinin  təşəbbüsü  əsasında  belə  bir  tarixi  qərar 

qəbul  etməsi  ötən  əsrin  ortalarında  Pakistanda 

benqal dilinin sıxışdırılması zəminində baş verən 

hadisələrlə bağlı olmuşdur. 1952-ci il fevralın 21-

22-də Pakistanda benqal dilinin qadağan edilməsinə 

etiraz əlaməti olaraq keçirilmiş dinc kütləvi aksi-

yada qətlə yetirilmiş 4 nəfərin xatirəsinə ehtiram 

olaraq  Banqladeş  nümayəndələri  fevralın  21-i 

tarixinin    Beynəlxalq Ana  Dili  Günü  kimi  qeyd 

olunması barədə məsələ qaldırmışlar. BMT-nin ali 

mədəniyyət  qurumu  olan  UNESCO-nun  1999-cu 

ilin noyabrında keçirilmiş baş konfransında fevra-

lın 21-i Beynəlxalq Ana Dili Günü elan olunmuş-

dur. 


Azərbaycan Respublikası dövlət müstəqilliyini 

bərpa etdikdən sonra Azərbaycan dilinin daha da 

inkişaf etdirilməsi yolunda geniş üfüqlər açılmış-

dır.  Xalqımız  1995-ci  il  noyabr  ayının  12-də  re-

ferendum  yolu  ilə  mövqeyini  nümayiş  etdirərək 

Azərbaycan  Respublikasının  dövlət  dilinin 

Azərbaycan  dili  olması  müddəasına  tərəfdar  çıx-

mışdır.  Beləliklə,  dilimizə  qarşı  edilmiş  haqsız-

lıq aradan qaldırılmış, onun hüquqları qorunmuş, 

cəmiyyətdəki mövqeləri bərpa edilmişdir.

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, di-

limizin dərin bilicisi olan Heydər Əliyev yeni in-

kişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 

2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi 

işinin təkmilləşdirilməsi haqqında” fərman imza-

lamışdır.Fərmanda  dilimizin  tarixi  inkişafı  boyu 

əldə  etdiyi  uğurlarla  yanaşı,  yaşadığımız  dövrdə 

dövlət dili sahəsində mövcud problemlər də geniş 

təhlil  edilmiş,  onların  həlli  yolları  göstərilmişdir. 

2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına 

keçidin  reallaşması  ulu  öndər  Heydər  Əliyevin 

dilimizin  inkişafı  baxımından  göstərdiyi  misil-

siz  xidmətlərdəndir.  Ümummilli  liderin  2001-ci 

il 9 avqustda imzaladığı “Azərbaycan əlifbası və 

Azərbaycan dili gününün təsis edilməsi haqqında” 

fərmana əsasən, hər il avqust ayının 1-i ölkəmizdə 

Azərbaycan əlifbası və dili günü kimi geniş qeyd 

edilir.


2003-cü  ilin  yanvar  ayının  2-də  isə  Heydər 

Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasın-

da Dövlət dili haqqında” Azərbaycan Respublika-

sının Qanunu qüvvəyə minmiş, qanunda dövlətin 

ana dilinə qayğısı sahəsindəki əsas vəzifələr dəqiq 

şəkildə göstərilmişdir.

Prezident  İlham  Əliyevin  ana  dilinə  qay-

ğı  siyasətinin  yeni  mərhələdə  uğurla  davam  et-

dirilməsi bütövlükdə qloballaşma şəraitində xalqın 

milli-mənəvi  dəyərlərinin  qorunmasından  xəbər 

verir.

Ə d ə b i y y a t 

Beynəlxalq Ana Dili Günü müxtəlif tədbirlərlə qeyd olunub //Mədəniyyət .-2017.- 22 fevral.- S.11. 

“Əsrlərin yadigarı ana dilin” Beynəlxalq Ana Dili Günü qeyd olunub // Mədəniyyət.- 2016.- 19 fevral.- S. 12. 

Salmanlı, R. Dilimizi qorumaq müqəddəs borcumuzdur: 21 fevral Beynəlxalq  Ana Dili Günüdür //Azərbaycan.- 2017.- 21 fevral.- S.7. 

Salmanlı, R. Dilimiz milli varlığımızdır: 21 fevral Beynəlxalq Ana Dili Günüdür //Azərbaycan.- 2016.- 21 fevral.- S.7. 



83

Tarixdə bu gün

Xоcalı sоyqırımı günü

1992

FEVRAL

Dünya  tarixində  insanların  kütləvi  qətliamı 

ilə  bağlı  soyqırımlar  çox  olub.  Amma  onların 

içərisində Xocalı soyqırımı xarakteri və qəddarlığı 

ilə  fərqlənir. Azərbaycanlılar  tək  Xocalıda  deyil, 

1905-1907, 1918-ci illərdə, soydaşlarımızın Qərbi 

Azərbaycandan  deportasiyaedildiyi  dövrlərdə, 

1988-ci  ildə  daşnak  qəddarlığının  qurbanı  olub-

lar....

Xocalı soyqırımını tanıyan Pakistan, Kolumbi-



ya, Meksika kimi digər ölkələrdə də icti-maiyyətə 

çatdırılır  ki,  26  fevral  1992-ci  ildə  yer  üzündən 

silinən bu şəhərin 106 nəfəri qadın, 63 nəfəri uşaq, 

70  nəfəri  ahıl  olmaqla  613  sakini  qətlə  yetiril-

miş, 487 nəfər şikəst olmuş, 1275 nəfər ermənilər 

tərəfindən əsir götürülmüş, təhqirlərə məruz qal-

mışdır.  Onların  150  nəfərinin  taleyi  barədə  bu 

günədək xəbər yoxdur. 24 uşaq hər iki valideynini 

itirmiş, 130 körpə isə bir valideynindən məhrum 

olmuşdur.  Soyqırım  qurbanlarından  56  nəfəri 

amansız vəhşiliklə qətlə yetirilmişlər.

Dəhşətli soyqırımlara imza atan ermənilər, keç-

miş  sovetlərin  366-cı  alayının  əsgər  və  zabitləri 

Xocalıda qətlə yetirdikləri azərbaycanlıları soyqı-

rım qurbanı kimi görmək istəmirlər. Amma 1915-

ci ildə Osmanlı dövründə satqınlığı və dövlətçiliyə 

qarşı  göstərdiyi  xəyanətləri  üzündən  öldürülən 

daşnakları guya soyqırım qurbanları kimi tanıtmaq 

üçün min cür hiyləyə əl atırlar. İndi bütün dünya 

ictimaiyyəti bilir ki, 1992-ci ildə erməni faşizmi-

nin  azərbaycanlılara  qarşı  növbəti  qətliamı  olan 

Xocalıda görünməmiş dəhşətlər yaşanıb.

Ötən  əsrdə  ermənilərin  azərbaycanlılara  qarşı 

yönəlmiş  soyqırımına  ilk  siyasi  qiyməti  26  mart 

1998-ci  ildə  (1918-ci  il  mart  hadisələrinin  80-ci 

ildönümü  ərəfəsində)  imzaladığı  fərmanla  verən 

ümummilli  lider  Heydər  Əliyev  daha  bir  tarixi 

missiyanı yerinə yetirdi. 

Prezident  İlham  Əliyevin  səyi,  Azərbaycanın 

artan  nüfuzu,  uğurlu  diplomatiyası  sayəsində 

dünya  ictimaiyyətinə  çatdırıldı  ki,  Ermənistanın 

idarə  olunan  siyasətinin  əsasında  terrorçuluq 

və  işğalçılıq  dayanır.  Heydər  Əliyev  Fondunun 

təşəbbüsü ilə beynəlxalq səviyyədə aparılan ide-

oloji  təbliğatın  əsas  prioritetləri  Dağlıq  Qarabağ 

haqqında  həqiqətləri,  Xocalı  soyqırımını  dünya 

ictimaiyyətinə çatdırmaqdır.

57    ölkənin  gənclər  təşkilatlarını  birləşdirən 

İƏT-in Gənclər Forumu İdarə Heyətinin sessiyasın-

da qurumun mədəniyyətlərarası və sivilizasiyala-

rarası dialoq məsələləri üzrə Baş əla-qələndiricisi

Heydər  Əliyev  Fondunun  vitse-prezidenti  Leyla 

Əliyevanın təşəbbüsü ilə başlanmış, bütün dünya 

birliyi  tərəfindən  dəstəklənən  “Xocalıya  ədalət” 

kampaniyasını  genişləndirməkdə  də  məqsəd 

ermənilərin  azərbaycanlılara  qarşı  törətdiyi  soy-

qırımı  barədə  həqiqətləri  dünya  ictimaiyyətinə 

çatdırmaqdır.  “Leyla  Əliyeva:  Xocalıya  ədalət” 

(Beynəlxalq  erməni  terroruna  qarşı  yeni  strateji 

model)  kitabı  da  “Xocalıya  ədalət”  Beynəlxalq 

təbliğat və məlumatlandırma kampaniyasının 5 il-

liyi münasibətilə nəşr olunmuşdur.

Xocalı soyqırımının ildönümü günlərində Av-

ropa  və  Qərb  dövlətlərində  keçirilən  aksiyalarda 

iştirak edənlərin sayının artması, Xocalı faciəsinin 

İsveçdə  yaradılmış  və  virtual  aləmdə  geniş 

təbliğ  olunan  “Beynəlxalq  Müharibə  Qurbanla-

rı  Memorialı”na  daxil  olunması  da Azərbaycana 

dəstək  kampaniyasının  nümunəsidir.  İstanbu-

lun  Taksim  meydanında  Xocalı  qurbanlarının 

xatirəsinə  həsr  olunmuş  aksiyalarda  1  milyon-

dan artıq insanın iştirakı Azərbaycanla həmrəylik 

nümunəsi olmaqla insanlığa qarşı törədilən bütün 

qətliamların pislənilməsi deməkdir.



26


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə