Kbt я25 uot (059) Baş redaktor


Kimya.Biologiya.Tibb  90



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə36/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   32   33   34   35   36   37   38   39   ...   276

74

Kimya.Biologiya.Tibb 

90 

illiyi

Vahid Hacıyev 

1928-2008   

FEVRAL

Vahid Cəlal oğlu Hacıyev 1928-ci 

il  fevral  ayının  14-də  Azərbaycanın 

dilbər guşəsi olan Şuşa şəhərində ana-

dan  olmuşdur.  1943-cü  ildə  Tərtərdə 

orta məktəbi bitirdikdən sonra Gəncədə 

Azərbaycan  Dövlət  Kənd  Təsərrüfatı 

İnstitutunun  tarlaçılıq  fakültəsinə 

daxil  olmuşdur.  1949-cu  ildə  Sankt-

Peterburq  şəhərindəki  keçmiş  SSRİ 

EA-nın V.L.Komarov adına Botanika 

İnstitutunun aspiranturasında geobota-

nikanın nəzəri problemlərini hərtərəfli 

öyrənərək  məşhur  florist,  professor 

Y.Bobrovun  elmi  rəhbərliyi  altında 

Azərbaycanın  flora  və  bitki  örtüyünə 

dair  eksperimental  tədqiqatlar  apara-

raq, 1952-ci ildə “Azərbaycanın quraq-

lığa  davamlı  paxlalı  yem  bitkiləri  və 

onlardan  qış  otlaqlarında  istifadə  im-

kanları” mövzusunda namizədlik dis-

sertasiyasını müvəffəqiyyətlə müdafiə 

etmişdir. Respublika ərazisində yüksək 

dağ çəmənlərinin geobotaniki tədqiqat 

işlərinin səthi və aşağı səviyyədə oldu-

ğunu görən V.Hacıyev geobotanikanın 

məhz bu sahəsini əsaslı surətdə araş-

dırmağa  və  inkişaf  etdirməyə  başla-

mışdır. 

1966-cı  ildə  o,  “Böyük  Qafqazın 

yüksək dağ bitkiliyi, onun dinamikası 

və  təsərrüfat  əhəmiyyəti”  mövzusun-

da  doktorluq  dissertasiyasını    yüksək 

səviyyədə müdafiə etmişdir.

1952-1957-ci illər ərzində Azərbay-

can  EA-nın  Botanika  İnstitutun-

da  kiçik  və  daha  sonra  baş  elmi  işçi 

vəzifələrində  çalışmışdır.  1957-1958-

ci illərdə Bakı şəhərində Botanika ba-

ğının direktoru vəzifəsini icra etmişdir. 

Çəmənçilik üzrə yeganə mütəxəssis və 

geniş diapazonlu tədqiqatçı kimi tanı-

nan  V.Hacıyev  Kənd  Təsərrüfatı  Na-

zirliyi tərəfindən 1972-1973-cü illərdə 

Botanika  İnstitutunda  əsasını  qoy-

duğu  Geobotanika  şöbəsinin  müdiri 

vəzifəsində qalmaq şərti ilə Yemçilik 

və Otlaqlar Elmi-Tədqiqat İnstitutuna 

direktor  təyin  edilmişdir.  1958-1972 

və  1978-1988-ci  illərdə  alim  EA-nın 

Botanika  İnstitutunun  elmi  işlər  üzrə 

direktor müavini vəzifəsində çalışmış, 

1988-ci  ildə  isə  institutun  direktoru 

təyin edilmişdir. 

Vahid Hacıyevin elmi nəticələri res-

publikamızda və xarici ölkələrdə nəşr 

edilmiş  350-dən  artıq  elmi  əsərdə,  o 

cümlədən 10 monoqrafiyada öz əksini 

tapmışdır.  O,  Azərbaycan  Botaniklər 

Cəmiyyətinin  sədri  olaraq  fəaliyyət 

göstərmişdir.

Vahid Hacıyev 2008-ci il aprel ay-

nın 7-də vəfat etmişdir.

Ə d ə b i y y a t

Azərbaycanın “Qırmızı” 

və “Yaşıl” kitabları-

na tövsiyə olunan bitki 

və bitki formasiyaları: 

Əsər mütəxəssislərin 

müzakirəsinə verilir /Vahid 

Hacıyev, Səlim Musayev

red. A.Mansurov; AR Elmlər 

Akademiyasının Botanika 

İnstitutu, Azərbaycan Res-

publikası Dövlət Ekologiya 

və Təbiətdən İstifadəyə 

Nəzarət Komitəsi.- Bakı: 

Elm, 1996.- 40 s.

Azərbaycanın paxlalı 

bitkiləri: sistematikası, 

ekologiyası, filogeniyası, 

təsərrüfat əhəmiyyəti və s. 

/V.Hacıyev. - Bakı: Elm, 

1996.- 112 s.

Karl Linneyin həyatı və 

elmi yaradıcılığı /tərt. ed.: 

V.C.Hacıyev, T.E.Qasımova; 

baş red. C.Ə.Əliyev.- Bakı: 

Elm, 2008.- 152 s. 

14

Akademik



75

Kimya.Biologiya.Tibb

110 

illiyi

FEVRAL

22

Mahmud Əliyev  

1908-1958

Mahmud    İsmayıl  oğlu    Əliyev 

1908-ci  il  fevral  ayının  22-də    Bakı  

şəhərində  anadan olmuşdur.

 1931-ci ildə   Azərbaycan Tibb  İns-

titutunun Müalicə  fakültəsini bitirmiş, 

gənc həkim kimi hökumət tərəfindən 

əlaçılar  sırasında Azərbaycan  rayon-

larına işə göndərilmişdir. 

1931-1936-cı  illərdə  Kəlbəcər  və 

Cəbrayıl rayonlarında poliklinika mü-

diri, rayon xəstəxanasının baş  həkimi, 

rayon səhiyyə  şöbəsinin müdiri və  s. 

vəzifələrdə  çalışmış  və  özünü ba-

carıqlı  həkim,  səhiyyə  təşkilatçısı 

kimi göstərmişdir. Cəbrayıl rayonun-

da  dörd  il  işlədiyi  müddətdə  Rayon  

İcraiyyə Komitəsi Rəyasət Heyətinin 

üzvü olmuşdur. 

11932-ci  ildə  Azərbaycan  Dövlət 

Siyasi  İdarəsi  sərhəd  qoşunlarının 

birində həkim işləmişdir. 

1936-1938-ci  illərdə  Azərbaycan 

Tibb  İnstitutunun  aspiranturasın-

da  oxumuş,  Azərbaycan  SSR  Xalq 

Səhiyyə    Komissarlığı  Tibbi  təhsil, 

elm  və    ali  məktəb  idarəsinin  rəisi, 

Bakı  Səhiyyə    şöbəsinin  müdiri 

vəifələrində işləmişdir. 

1937-ci  ildə  Naxçıvan  MSSR 

Naxçıvan  rayonundan  SSRİ  Ali 

Sovetinə  keçirilən  ilk  seçkilərdə    İt-

tifaq  Sovetinə  deputat  seçilmişdir. 

1938-1943-cü  illərdə  isə    M.Əliyev 

Azərbaycan Tibb  İnstitutunun rəhbəri 

işləmişdir.  M.Əliyev  1943-1944-cü 

illərdə  Azərbaycan K(b)P MK-nın Ali 

və  orta məktəblər  şöbəsinə  başçılıq 

etmiş və SSRİ xarici işlər komissarı-

nın müavini vəzifəsində işləmişdir.

1944-cü  ildə      Azərbaycan  Xalq 

Xarici  İşlər Komissarlığı yaradılmış, 

onun  ilk  komissarı  M.Əliyev  təyin 

edilmiş və  ömrünün son gününə kimi 

Azərbaycan  SSR  Xarici  işlər  naziri 

vəzifəsində    çalışmışdır.      M.Əliyev 

Azərbaycan  Xarici  işlər  naziri  ol-

maqla  yanaşı,  1950-1953-cü  illərdə  

Azərbaycan  SSR  səhiyyə    naziri, 

1953-1958-ci illərdə  isə  Azərbaycan 

Həkimləri Təkmilləşdirmə  İnstitutu-

nun direktoru olmuşdur. 

“Qırmızı Əmək Bayrağı”, iki dəfə 

“Şərəf  nişanı”  ordenləri  və  müxtəlif 

medallarla təltif edilmişdir. Fövqəladə 

və  Səlahiyyətli  səfir  dərəcəsi  və 

“Azərbaycanın  Əməkdar  həkimi” 

fəxri adı verilmişdir. M.Əliyev SSRİ 

Ali  Sovetinin,  Azərbaycan  SSR  Ali 

Sovetinin deputatı, plenum, konfrans, 

qurultay və sessiyaların nümayəndəsi 

olmuşdur. 

M.Əliyev  sentyabrın  24-də  1958-

ci ildə Bakı şəhərində vəfat etmiş və 

Fəxri Xiyabanda dəfn edilmişdir.

Əliyev Mahmud İsmayıl 

oğlu // Azərbaycan Sovet 

Ensiklopediyası.-Bakı, 

1980.-  C.4.-S. 177

http://www.wikiwand.com

az.wikipedia.org

http://shamakhi-

encyclopedia.az

22

Həkim



Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə