Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə33/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   29   30   31   32   33   34   35   36   ...   276

68

Tarix

90 

illiyi

Qaraş Mədətov

 1928-1993  

FEVRAL

Qaraş Əli oğlu Mədətov 1928-ci il 

fevral ayının 12-də Naxçıvan MR-nın 

Kəngərli  rayonunun  Qarabağlar  kən-

dində anadan olmuşdur. 

1950-ci  ildə  Azərbaycan  Dövlət 

Universitetinin (indiki BDU) tarix fa-

kültəsini bitirmişdir. 

1953-1956-cı  illərdə  Moskva 

Dövlət  Universitetinin  aspirantura-

sında  təhsil  almışdır.  1956-cı  ildə 

namizədlik, 1966-cı ildə isə doktorluq 

dissertasiyasını  müdafiə  etmiş,  1969-

cu ildə professor elmi adı almış, 1983-

cü  ildə  isə  Azərbaycan  EA-nın  (indi 

AMEA) müxbir üzvü seçilmişdir.

Q.Ə.Mədətov  1956-cı  ildən  AEA 

(indiki  AMEA)Tarix  İnstitutuna  işə 

qəbul edilmiş, 1968-ci ildən ömrünün 

sonunadək “Azərbaycanın müasir dövr 

tarixi” şöbəsinə rəhbərlik etmişdir. 

Bütün elmi fəaliyyətini    Azərbay-

canın  1941-1945-ci  illər  müharibəsi 

dövrü tarixinin tədqiqinə yönəltmişdir. 

O, 160-dan artıq elmi əsərin, o cümlədən 

“Naxçıvanda  sovet  hakimiyyətinin 

qələbəsi və Naxçıvan MSSR-in yara-

dılması”,  “Azərbaycan  Böyük  Vətən 

müharibəsində (1941-1945-ci illərdə)” 

və b. monoqrafiyaların müəllifidir.

3  cildlik  “Azərbaycan  tarixi”  və 

“Azərbaycan  Kommunist  Partiya-

sı  tarixinin  oçerkləri”  kitablarında 

“Azərbaycan  Böyük  Vətən  mühari-

bəsində”  bölməsinin  də  müəllifidir. 

Onun rəhbərliyi və iştirakı ilə “Azər-

baycan Böyük Vətən müharibəsi döv-

ründə”  (2  cildlik),  “Azərbaycanın 

Qırmızı Ulduzları”, “Azərbaycan oğul-

ları Sovet İttifaqı Qəhrəmanlarıdır” və 

“Azərbaycan SSR fəhlə sinfi tarixinin 

oçerkləri”  (3  cildlik)  və  digər  əsərlər 

nəşr olunmuşdur.

11 doktorluq və 30 namizədlik dis-

sertasiyası  onun  elmi  rəhbərliyi  ilə 

müdafiə edilmişdir. 

1980-ci  ildə  “Azərbaycan  SSR-in 

“Əməkdar  elm  xadimi”  fəxri  adına 

layiq  görülmüş,  “Şərəf  nişanı”  or-

deni,  müxtəlif  medallarla  və  fəxri 

fərmanlarla təltif olunmuşdur. 

Q.Ə.Mədətov  1993-cü  il  iyul  ayı-

nın 1-də Bakıda vəfat etmiş, Fəxri Xi-

yabanda dəfn olunmuşdur.



Ə d ə b i y y a t

Əsrimizin siyasi tarixi /Q.Mədətov //Dirçəliş .-1991.- № 7, 8, 9.- S.93-95.

Ruhulla Axundov: bioqrafik oçerk /Q.Mədətov .-Bakı: Azərnəşr, 1983.- 57, [3] s

Tarix elminə həsr olunmuş ömür: Qaraş Əli oğlu Mədətov - 80.- Bakı: MBM, 2008.-112 s.

İ n t e r n e t d ə

www..anl.az

www.az.wikipedia.org

www.istoriya.az

12

Tarixçi


69

Tarix

80 

illiyi

Qəmərşah Cavadov  

 1938-2005

FEVRAL

Qəmərşah  Cəllad  oğlu  Cavadov 

1938-ci  il  fevral  ayının  23-də  Quba 

(Qonaqkənd)  rayonunun  Aydınkənd 

kəndində  anadan  olmuşdur.1961-ci 

ildə  Azərbaycan  Dövlət  Universite-

tinin  tarix  fakültəsini  bitirmiş,  1961-

1963-cü  illərdə  Dəvəçi  rayonunun 

(indiki Şabran rayonu) Aygünlü kənd 

məktəbində müəllim işləmişdir. 1966-

cı  ildə  Tarix  İnstitutunun  aspirantu-

rasını  bitirmiş,  1967-ci  ildən  1992-ci 

ilədək həmin institutda, 1992-2002-ci 

illərdə  Milli  Münasibətlər  İnstitutun-

da,  2002-2004-cü  illərdə  Fəlsəfə  və 

Siyasi-Hüquqi Tədqiqatlar  İnstitutun-

da, 2004-cü ildən ömrünün sonunadək 

Əlyazmalar İnstitutunda çalışmışdır.

1967-ci  ildə  namizədlik,  1990-cı 

ildə “Azərbaycanın xalq əkinçilik tex-

nikası” mövzusunda doktorluq disser-

tasiyası müdafiə etmişdir.

Q.Cavadovun  Azərbaycanın  aqrar 

etnoqrafiyasının  tədqiqi  və  respubli-

kanın azsaylı xalqlarının tarixinin, et-

noqrafiyasının  öyrənilməsi  sahəsində 

böyük  xidmətləri  olmuşdur.Onun 

“XIX  əsr  və  XX  əsrin  əvvəllərində 

Azərbaycanın əkinçilik alətləri” (1979), 

“Azərbaycanda  əkinçilik  təqvimi 

və  xalq  meteorologiyası”  (1984), 

“Azərbaycanda əkinçilik mədəniyyəti: 

ənənələr  və  müasirlik”  (1986), 

“Əkinçilik mədəniyyətimizin orağı ilə” 

(1990),  “Xalq təbabəti  məişətimizdə” 

(1995), “Udilər (tarixi-etnoqrafik təd-

qiqat)”  (1966,  1999,  R.Hüseynovla 

həmmüəllif),  “Talışlar  (tarixi-etno-

qrafik  tədqiqat)”  (2004)  monoqrafi-

yaları təkcə Azərbaycanda deyil, keç-

miş  ittifaqda  və  MDB  məkanında  da 

yüksək  qiymətləndirilmiş,  müəllifə 

şöhrət gətirmişdir. Bu elmi araşdırma-

lari ilə Q.Cavadov Azərbaycan xalqı-

nın əkinçilik texnikasının öyrənilməsi 

və  tədqiqi  sahəsində    ilk  dəfə  olaraq 

xalq  əkinçilik  texnikasının  məhəlli 

köklərini  və  inkişaf  mənbələrini 

müəyyən  etməklə  azərbaycanlıları 

gəlmə  etnos  sayanlara  tutarlı  cavab 

vermişdir.

Professor  Q.Cavadov  uzun  illər 

Bakı  Dövlət  Universitetində  və 

Lənkəran Universitetində dərs demiş, 

xüsusi  kurslar  oxumuş,  imtahan  ko-

missiyasına sədrlik etmişdir.

Q.Cavadov  özündən  sonra  zəngin 

elmi  irs  qoyub  getmişdir.  Onun 

qələmindən çıxmış 350-dən artıq elmi 

əsəri, o cümlədən 11 monoqrafiyası xal-

qımızın etnoqrafiyasını hərtərəfli işıq-

landıran qiymətli tədqiqat əsərləridir.

Q.Cavadov 2005-ci il aprel ayının 

27-də Bakı şəhərində vəfat etmişdir. 



Ə d ə b i y y a t

Yazdım ki, izim qalsın:1965-

2005-ci illərdə müəllifin 

dövri mətbuatda nəşr 

olunmuş seçilmiş məqalələri 

/Q.C.Cavadov; tərt. və ön 

söz. müəl. E.Cavadova.- 

Bakı: MBM 2005.- 428 s.

Udilər: Tarixi-etnoqrafik 

tədqiqat /Q.Cavadov, 

R.Hüseynov; rəyçi 

H.A.Həvilov.- Bakı: 

Azərbaycan, 1996.- 240 s.

Professor Qəmərşah 

Cavadov - 70 /İctimai-

Siyasi Proseslər və 

Beynəlxalq Əlaqələr Elmi 

Araşdırmalar Mərkəzi; 

tərt. ed. və ön sözün müəl. 

V.Arzumanlı, E.Cavadova; 

elmi red. V.Arzumanlı; məsl. 

C.Cavadov.- Bakı: Qartal, 

2008.- 458, [2] s.

Muradova, P.Yazdım ki, izim 

qalsın: (professor Qəmərşah 

Cavadov haqqında //Respub-

lika.- 2013.- 26 aprel.- S. 15. 

23

Tarixçi


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə