Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə31/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   27   28   29   30   31   32   33   34   ...   276

64

Milli Qəhrəmanlar 

55 

illiyi

Əfqan Hüseynov 

1963-1992  

FEVRAL

Əfqan  Qaraxan  oğlu  Hüseynov  

1963-cü  il  fevral  ayının  24-də  Bakı 

şəhərində  anadan  olmuşdur.  1980-

ci    ildə    C.Naxçıvanski    adına  hərbi 

təmayüllü  orta  internat  məktəbində 

təhsilini  başa  vurmuş,  sonra 

Bakı  Ümumqoşun    Komandirləri 

Məktəbinə daxil olmuş və tağım ko-

mandirinin  müavini  təyin  edilmişdir. 

1984-cü  il  tarixində  SSRİ  Müdafiə 

nazirinin əmrinə əsasən ona leytenant 

hərbi rütbəsi verilmişdir. 

11  oktyabr  1985-ci  il  tarixindən 

25  iyun  1987-ci  ilə  kimi  Əfqanıstan 

Demokratik  Respublikasında  gedən 

döyüşlərdə  fəal  iştirak  etmiş  və  ağır 

yaralanmışdır. Döyüş xidməti yüksək 

qiymətləndirilmiş,  “Qırmızı  ulduz” 

ordeni  ilə  təltif  edilmişdir.  1986-cı 

ildə  ona  baş  leytenant  rütbəsi  veril-

mişdir. 


1988-ci  ildə  C.Naxçıvanski  adı-

na  Bakı  hərbi  təmayülli  məktəbə 

tərbiyəçi bölük komandiri təyin edil-

miş və növbəti kapitan hərbi rütbəsini 

almışdır. Yüksək dərəcəli biliyə malik 

bir zabit olduğu nəzərə alınaraq Hü-

seynov Əfqan Qaraxan oğlu 02 dekabr 

1991-ci ildə Azərbaycan Respublikası 

Milli  Təhlükəsizlik  Nazirliyinin  1-ci 

şöbəsində döyüş hazırlığı üzrə baş za-

bit vəzifəsinə təyin edilmişdir.

1991-ci  il  dekabr  ayının  25-də 

Azərbaycan Respublikası Milli Qvar-

diyasının yaranması ilə əlaqədar olaraq 

bir çox bacarıqlı zabitlər Qvardiyanın 

təşkili işlərinə cəlb edilmişdir. Hüsey-

nov Əfqan Qaraxan oğlu 21.01.1992-

ci  ildə  Milli  Qvardiyanın  sıralarına 

daxil  olmuş,  Milli  Qvardiya  alayına 

komandir təyin edilmişdir

Göstərdiyi  qəhrəmanlıqlara  görə 

orden və medallarla təltif edilmişdir. 

Ə.Hüseynov 1992-ci il noyabr ayı-

nın 1-də Qubadlı rayonunun Səfiyan 

və  Quşçular  kəndlərinin  müdafiəsi 

zamanı qəhrəmancasına həlak olmuş-

dur.

Bakı  şəhərinin  Şəhidlər  Xiyaba-



nında dəfn edilmişdir. 

Azərbaycan  Respublikası  Prezi-

dentinin  15  yanvar  1995-ci  il  tarixli 

262  nömrəli  Fərmanı  ilə  Hüseynov 

Əfqan Qaraxan oğlu ölümündən son-

ra  “Azərbaycanın  Milli  Qəhrəmanı” 

fəxri  adına layiq görülmüşdür.

Xüsusi  Dövlət  Mühafizə  Xidməti 

rəisinin 09 mart 1995-ci il tarixli 63 

saylı  əmri  ilə  Azərbaycanın  Milli 

Qəhrəmanı  mayor  Hüseynov  Əfqan 

Qaraxan  oğlu  əbədi  olaraq  Milli 

Qvardiyanın şəxsi heyətinin siyahısı-

na salınmışdır.

C.Naxçıvanski  adına  liseydə  və 

Xüsusi Dövlət Mühafizə Xidməti Mil-

li  Qvardiyası  idarəsində  qəhrəmanın 

büstü qoyulmuşdur.



Ə d ə b i y y a t

Azərbaycan Respublikası-

nın bir qrup hərbi qulluq-

çusuna və polis işçilərinə 

“Azərbaycanın Milli 

Qəhrəmanı” adı verilməsi 

haqqında: [Hüseynov Əfqan 

Qaraxan oğlu – Ali dövlət 

hakimiyyəti və idarəetmə or-

qanları, mayor – Azərbaycan 

Respublikasının suverenliyi və 

ərazi bütövlüyünün qorunma-

sında, Vətənimizin torpaqla-

rının erməni işğalçılarından 

müdafiə edilməsində gedən 

döyüşlərdə qəhrəmanlıqla vu-

ruşaraq göstərdiyi şəxsi igid-

lik və şücaətə, öz müqəddəs 

əsgəri və xidməti borcunu 

şərəflə yerinə yetirilməsindəki 

misilsiz xidmətlərinə görə]: 

Azərbaycan Respublikası 

Prezidentinin Fərmanı, 

15 yanvar 1995-ci il                         

//Azərbaycan.- 1995.- 17 yan-

var.- (Ölümündən sonra).

Əsgərov, V. Hüseynov Əfqan 

Qaraxan oğlu  //Əsgərov 

V. Azərbaycanın Milli 

Qəhrəmanları.- Bakı, 2005.- 

S.89.

Seyidzadə, M. Hüsey-

nov Əfqan Qaraxan 

oğlu  //Seyidzadə M. Milli 

Qəhrəmanlar zirvəsi.- Bakı, 

2010.- S.95.

24

Milli Qəhrəman


65

Ə d ə b i y y a t

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haq-

qında: [Rzayev Canpolad Yaqub oğlu – leytenant, tank komandiri – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlü-

yünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan 

Respublikası Prezidentinin Fərmanı, 7 iyun 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- №13.- S.25.- 

(ölümündən sonra).

Əsgərov, V. Rzayev Canpolad Yaqub oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2005.- S.189.

Rzayev Canpolad Yaqub oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /tərt. ed. H.Həmidova; M.F.Axundov adına 

Azərbaycan Milli Kitabxanası.- Bakı, 2008.- S.178.

Seyidzadə, M. Rzayev Canpolad Yaqub oğlu //Seyidzadə M. Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.194.

İ n t e r n e t d ə

www.anl.az 

www.az.wikipedia.org

Milli Qəhrəmanlar 

50 

illiyi

Canpolad Rzayev 

1968-1992  

FEVRAL

Canpolad  Yaqub  oğlu  Rzayev 

1968-ci il  fevral ayının 26-da Ağdam 

rayonunda  anadan  olmuşdur.  Burada 

Əhmədavar  kənd  orta  məktəbini  bi-

tirmişdir.  1988-ci  ildə  hərbi  xidmətə 

çağırılan Canpolad raket qoşunlarında 

xidmət  etmiş  və  leytenant  rütbəsi  al-

mışdır. Qarabağ müharibəsi başlayan-

da o, könüllü olaraq Vətənə dönmüş-

dür.

Xramort, 



Xanabad, 

Əsgəran, 

Qarakənd  uğrunda  gedən  döyüşlərdə 

rəşadətlə  vuruşmuş,  26  fevral  1992-

ci  il  tarixində  erməni  vəhşilərinin 

Xocalı  şəhərində  Rusiyaya  məxsus 

366-cı  moto-atıcı  alayla  birlikdə 

dinc  sakinləri  vəhşicəsinə  öldürməsi, 

uşaqların,  körpələrin  başlarını  kəsib, 

evləri  yandırması  Canpoladı  tankına 

oturaraq  Qaraqaya  kəndinə  üz  tut-

mağa  məcbur  etmişdir.  Burada  xeyli 

erməni quldurunu sərrast atəşlə məhv 

edən  cəsur  döyüşçü  yüzlərlə  dinc  sa-

kinin  mühasirədən  çıxmasına  şərait 

yaratmışdır. Hər tərəfdən atəşə məruz 

qalan  Canpolad  döyüş  meydanında 

qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan  Respublikası  Prezi-

dentinin  7  iyun  1992-ci  il  tarixli  833 

saylı  Fərmanı  ilə  Rzayev  Canpo-

lad  Yaqub  oğluna  ölümündən  sonra 

“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 

adı verilmişdir.

Ağdam şəhərinin Şəhidlər Xiyaba-

nında dəfn olunmuşdur.



26

Milli Qəhrəman


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə