Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə29/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   25   26   27   28   29   30   31   32   ...   276

60

Musiqi.Opera.Balet

80 

illiyi

Arif Babayev 

1938 

 

FEVRAL

Arif İmran oğlu  Babayev 1938-ci il 

fevral  ayının  20-də Ağdam  rayonunun 

Sarıhacılı kəndində anadan olmuşdur. 

1961-ci ildə Ağdam Rayon Mədəniy-

yət    Evində  əmək  fəaliyyətinə  başla-

mışdır. S.Şuşinski, Xan Şuşinski, Z.Adı-

gözəlov  kimi  sənətkarların  ənənələrinə 

əsaslanaraq,  özündən  əvvəlki  böyük 

xanəndələrin  lent  yazılarını  və  valları-

nı, müasirlərinin ifasını dinləyərək mu-

ğamın  sirlərinə  yiyələnmişdir.  Klassik 

muğamları  dərindən  öyrənərək  və  Qa-

rabağ  xanəndəlik  məktəbinin  mədəni 

ənənələrini  yaradıcı  şəkildə  davam 

etdirərək ancaq özünəməxsus olan ifaçı-

lıq üslubu yaratmışdır.

1960-cı  ildən  A.Babayevin  yaradı-

cılıq yolu Bakı şəhəri ilə bağlanmışdır. 

1962-ci ildə Azərbaycan Dövlət Akade-

mik Opera və Balet Teatrına dəvət alan 

xanəndə  “Əsli  və  Kərəm”  operasında 

Xalq  artisti  Rübabə  Muradova  ilə  baş 

rolda tərəf-müqabil olmuşdur. Elə həmin 

ildə də Azərbaycan Dövlət Mədəniyyət 

və  İncəsənət  Universitetində  təhsil  al-

mağa başlamışdır.

  1964-cü ildə M.Maqomayev adına 

Azərbaycan  Dövlət  Filarmoniyasının 

solisti  olmuş,  1966-cı  ildə  Xalq  artisti 

Ə.Bədəlbəylinin  dəvəti  ilə Azərbaycan 

Dövlət Akademik Opera və Balet Teat-

rında fəaliyyətə başlamışdır.

1982-ci ildə Bülbül adına Orta İxtisas 

Musiqi Məktəbində ilk muğam müəllimi 

kimi  çalışmağa  başlamış,  1984-cü  ildə  

Azərbaycan Dövlət Konservatoriyasına 

işə qəbul olunmuşdur. 

2006-cı  ilədək  Azərbaycan  Dövlət 

Akademik Opera və Balet Teatrında ça-

lışan A.Babayev müxtəlif illərdə “Leyli 

və Məcnun”, “Əsli və Kərəm” operala-

rında Məcnun, Kərəm, “Aşıq Qərib”də 

Qərib,  “Şah  İsmayıl”da  Şah  İsmayıl, 

“Gəlin  qayası”nda  Camal  rollarının  ən 

mahir ifaçılarından olmuşdur. Onun ifa 

etdiyi  “Şur”,  “Rast”,  “Bayatı-Şiraz”, 

“Çahargah”,  “Mirzə  Hüseyn  segahı”, 

“Zabul  segah”,  “Segah”  muğamları, 

xalq mahnıları, təsniflər, bəstəkar mah-

nıları  musiqi  mədəniyyətimizin  qızıl 

xəzinəsinə daxildir.

A.Babayev 60-dan çox ölkədə qastrol 

səfərində olmuş, muğamlarımızın, milli 

musiqimizin  təbliğində,  sevilməsində 

böyük xidmətlər göstərmişdir.  

Görkəmli xanəndənin yaradıcılığı və 

səmərəli fəaliyyəti dövlətimiz tərəfindən 

layiqincə  qiymətləndirilmiş,  o,  1978-ci 

ildə “Əməkdar artist”, 1989-cu ildə isə 

“Xalq artisti” fəxri adlarına layiq görül-

müşdür. 1998-ci ildə “Şöhrət”, 2008-ci 

ildə  “İstiqlal”  ordenləri    ilə  təltif  edil-

mişdir.  2002-ci  ildən Azərbaycan  Res-

publikası Prezidentinin fərdi təqaüdçüsü 

olan muğam ustasının 70 illik yubileyi 

ilə  əlaqədar  Heydər  Əliyev  Fondunun 

təqdimatıyla xanəndənin xalq mahnıla-

rı, təsnif və muğamlardan ibarət 4 ədəd 

kompakt  disk  buraxılmış,  Azərbaycan 

və  ingilis  dillərində  “Arif  Babayev  - 

70” adlı kitab nəşr edilmişdir. 2010-cu 

ildə  Heydər  Əliyev  Fondu  tərəfindən 

xanəndəyə “Qızıl çinar” mükafatı veril-

mişdir. 

Arif Babayev 1990-cı ildə tarixdə ilk 

dəfə  muğam  professoru  adını  almışdır. 

Xalq artisti Arif Babayev hazırda Milli 

Konservatoriyanın  Muğam  kafedrası-

nın  müdiridir.  O,  eyni  zamanda  Xəzər 

Universitetində muğam dərsi də verir.

Ə d ə b i y y a t

Arif Babayev: Qara-

bağı görmədən ölmək 

istəmirəm: xanəndə Arif 

Babayevlə müsahibə        

//İki sahil.- 2017.- 7 

mart.- S.20; 25 

Əfəndiyeva, R. Vətəndir 

Arifin səsi /R.Əfəndiyeva.- 

Bakı: Nurlan, 2006.- 192 

s.

Qarabağ xanəndələri 

[Elektron resurs]               

/layih. rəhb.  və müəl. 

YUNESKO-nun 

Xoşməramlı Səfiri Mehri-

ban xanım Əliyeva; layih. 

koord. T.Məmmədov; 

layih. iştirakçıları: 

Azərbaycan Respublika-

Dövlət Televiziya və 

Radio Verilişləri Şirkəti; 

Azərbaycan Dövlət 

Musiqi Mədəniyyəti Mu-

zeyi; Azərbaycan Dövlət 

Səsyazmalar Arxivi.- 

Bakı, 2005.- 24 elektron. 

opt. disk (CD). 

Əyyubova, M. Muğam-

ların  tədrisində ifaçılıq 

ənənələrinə dair: Metodik 

vəsait; red.: A.Babayev; 

Azərbaycan Respublikası 

Təhsil Problemləri İnsti-

tutu; Azərbaycan Dövlət 

Mədəniyyət və İncəsənət 

Universiteti.-Bakı: 

Şirvannəşr, 2004.- 56 s. 

20

Xanəndə



61

Teatr.Kino

80 

illiyi

Rafiq Əzimov 

1938 

FEVRAL

Rafiq  Əşrəf  oğlu  Əzimov  1938-ci  il 

fevral  ayının  6-da  Bakı  şəhərində  ana-

dan  olmuşdur.  1948-1958-ci  illərdə  44 

saylı  orta  məktəbdə  oxumuş,  1958-ci 

ildə M.Əliyev adına Azərbaycan Dövlət 

Teatr  İnstitutunun  aktyorluq  fakültəsinə 

qəbul  olunmuşdur. Ali  təhsilini  tamam-

ladıqdan  sonra,  1962-ci  ildə Akademik 

Milli Dram Teatrına təyinat almışdır. 

R.Əzimov  Azərbaycan  Milli  Dram 

Teatrının  səhnəsində  müxtəlif  illərdə 

Ağayi Möhtəşəm, Mirzə Ruhulla (“Şeyx 

Xiyabani”,  “Xurşudbanu  Natəvan”, 

İ.Əfəndiyev), Aktyor, Mirzə Hüseyn (“Se-

vimli rollar”, “Toy”, S.Rəhman), Rüstəm 

bəy, Həmzad Qurban (“Anamın kitabı”, 

“Dəli yığıncağı”, C.Məmmədquluzadə), 

Hersoq  Albani  (“Kral  Lir”,  V.Şekspir), 

Dursun,  Şeyx  Əfəndi  (“Oqtay  Eloğ-

lu”,  “Ədirnə  fəthi”,  C.Cabbarlı),  Cay-

naq  (“Ana  torpaq”,  Çingiz  Aytmatov), 

Vəzir  (  “Fərhad  və  Şirin”  S.Vurğun), 

Mobi Tərxan (“Özümüzü kəsən qılınc”, 

B.Vababzadə)  və  daha  onlarla  obrazı 

peşəkar aktyor məharətilə canlandırmış-

dır. 

Televiziya tamaşalarında bir sıra xa-



rakterik  rollar  yaratmışdır.  1965-ci  ildə 

Qavrilo  (Çelkaş),  1967-ci  ildə  Rəngsaz 

(Dədə  günəş),  1981-ci  ildə  Profes-

sor  İvanov  (Göz  həkimi),  1983-cü  ildə 

Əli  paşa  (Topal  Teymur),  1986-cı  ildə 

Sərxoş kişi (Astana), 1987-ci ildə İsma-

yıl müəllim (Ordan burdan), 1987-ci ildə 

Səxavət (Mənim günahım), 1993-cü ildə 

Qəryadar Qulam (“İtkin gəlin” teleseri-

alında), 1996-cı ildə Şükür bəy (Kimdir 

haqlı),  1998-ci  ildə  Mirzə  (Nigarançı-

lıq) rollarında oynamışdır. Ümumiyyətlə 

R.Əzimov 50 ildə 120-dən çox obraz ya-

ratmışdır.

Onun  ilk  böyük  ekran  yaradıcılığı 

1969-cu  ildə  “Leninqradfilm”  kinostu-

diyasında  çəkilmiş  “Mənim  əziz  atam” 

filmində  yaratdığı  Əli  obrazı  ilə  başla-

mışdır.  Daha  sonra  “Azərbaycanfilm” 

kinostudiyasının çəkdiyi filmlərdə də rol 

almış, 1970-ci ildə Şahsuvar, Zabit (Yed-

di oğul istərəm, Sevil), 1971-ci ildə Vəli 

(Xatirələr  sahili),  1972-ci  ildə  Gündüz 

Eldarov  (Qızılqaz),  1973-cü  ildə  Sadıq 

(Ömrünün ilk günü), 1974-cü ildə Qaqaş 

dayı (Rəşid Behbudovun xatirəsinə həsr 

olunmuş “1001-ci qastrol”), 1975-ci ildə 

Səlim (Ad günü), 1979-cu ildə Saray şa-

iri (Babək), 1981-ci ildə Cabbarov (Vul-

kana doğru gedirəm), 1982-ci ildə Musa 

(Sarıköynəklə  Valehin  nağılı),  1999-cu 

ildə Arif (Bu gözəl dünya), 2001-ci ildə 

Türk professor (Otel otağı), 2006-cı ildə 

Baço  (“Absurdistan”  və  yaxud  “Susuz-

luqda  məhəbbət”),  2011-ci  ildə  Baba 

(Buta) rollarını canlandırmışdır. 

AzTV-də  “Teatr  aktyorlarının  kino 

səhifələri”  və  2000-ci  ildə  “Lider”  te-

leviziya  kanalında  “Seyid  Əzim  Şir-

vani”  –  “Aləmdə  səsim  var  mənim”, 

“Mirzə  Ələkbər  Sabir”,  “Aşıq  Molla 

Cümə”,  “Səməd  Mənsur”,  “Abbasqulu 

Ağa Bakıxanov” və ya “Sonuncu orden” 

verilişlərinə aparıcılıq etmişdir.

R.Əzimov  1982-ci  ildə  Azərbaycan 

Respublikasının “Əməkdar artist”, 2000-

ci ildə isə “Xalq artisti” fəxri adlarına la-

yiq görülmüşdür.

1999-cu  ildə  B.Vababzadənin  “Özü-

müzü  kəsən  qılınc”  tamaşasında  Mobi 

Tərxan obrazını uğurla yaratdığına görə 

Azərbaycan  Teatr  Xadimlərinin  təsis 

etdiyi  “Qızıl  Dərviş”  mükafatı  ilə  təltif 

olunmuşdur.  Naxçıvan  Muxtar  Res-

publikasının  ictimai-siyasi  və  mədəni 

təşkilatları, Rusiya Teatr Xadimləri İtti-

faqı  tərəfindən  fəxri  fərmanlara  və  dip-

lomlara layiq görülmüşdür. 2005-ci ildən 

Prezident təqaüdçüsüdür. 

Ə d ə b i y y a t

Sənətin tavanı yox-

dur...: Rafiq Əzimov: 

“Bu yaşımda hələ də 

öyrənirəm” /Rafiq 

Əzimov; müsahibəni 

apardı U.Qaraqızı        

//Ekspress.- 2015.- 3 

iyul.- S.15.

“Hələ deyəcəyim sözlər 

var”. Rafiq Əzimov: 

Sənətdə cavan-qoca 

söhbəti yoxdur: iste-

dadlı var, istedadsız 

var... /Rafiq Əzimov; 

müsahibəni apardı 

X.Qiyas //Ekspress.-

2014.- 2-4 avqust.- 

S.19. 

Rəhimli, R. Səhnə-

səadətimdir /Ra-

fiq Rəhimli; red. 

V.Əliyev; Azərb. Resp. 

Mədəniyyət və Turizm 

Nazirliyi.- Bakı: E.L., 

2008.- 282, [2] s. 

İ n t e r n e t d ə

www..anl.az

www.adam.az

www.az.wikipedia.org

www.mct.gov.az

6

Aktyor



Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə