Kbt я25 uot (059) Baş redaktor


Tarixdə bu gün Gənclər Günü



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə37/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   33   34   35   36   37   38   39   40   ...   276

76

Tarixdə bu gün

Gənclər Günü 

1997

FEVRAL

2  fevral  tarixinin  Gənclər  Günü  kimi 

qeyd olunması ulu öndər Heydər Əliyevin 

adı ilə bağlıdır. Ümummilli liderin 1995-

ci  ildə  irəli  sürdüyü  Gənclər  Forumu  ilə 

bağlı  təşəbbüsündən  sonra  1996-cı  ildən 

başlayaraq  Azərbaycan  gənclərinin  fo-

rumları  keçirilmişdir.  Forumlarda  ulu 

öndər Heydər Əliyevin proqram xarakter-

li  nitqlərində  gənclərin  qarşısında  duran 

vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin 

hərtərəfli  inkişafı,  problemlərinin  həlli 

sahəsində  tədbirlərin  görülməsi  əlaqədar 

təşkilatların  qarşısında  mühüm  vəzifə 

kimi qoyulmuşdur. 1996-cı il fevralın 2-də 

keçirilən I Forumda Heydər Əliyev gənclər 

qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir 

Azərbaycan gənci hər şeydən çox müstəqil 

Azərbaycanın  bugünü,  gələcəyi  haqqında 

düşünməlidir”.  Bu  forum  Azərbaycanda 

gənclər  hərəkatının  vüsət  almasına  təkan 

verdi.  İndiyədək  gənclərin  5  forumu  ke-

çirilmişdir.  Ulu  öndər  gənclərlə  aparılan 

işin  nəzərəçarpacaq  dərəcədə  canlandığı-

nı  nəzərə  alaraq,  1997-ci  ildə  imzaladığı 

sərəncamla tədbirin keçirildiyi günü - fev-

ralın 2-ni Azərbaycan Gənclər Günü elan 

etmişdir.  II  forumda  gənclərə  müraciət 

edən ümummilli liderimiz demişdir: “Biz 

müstəqil Azərbaycanın taleyini gələcəkdə 

sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, 

Azərbaycan  dövlətini  yaşatmaq,  inkişaf 

etdirmək  üçün  hazır  olun!”  Ulu  öndərin 

gənclərlə bağlı imzaladığı bir çox sənədlər 

isə  respublikanın  ictimai-siyasi  həyatında 

gənclərin daha da fəal iştirakı üçün şərait 

yaratmış,  gənclər  siyasətinin  məqsəd, 

prinsip və istiqamətlərini, təşkilati-hüquqi 

əsaslarını müəyyən etmişdir. Bütün bunlar 

Heydər Əliyevin gənclərə böyük qayğısı-

nın sübutu idi. Azərbaycanda hər il Gənclər 

Günündə bütün istiqamətlər üzrə fəaliyyət 

göstərən gənclər yekun hesabat verirlər.

Əsası  Ulu  Öndər  Heydər  Əliyev 

tərəfindən qoyulan siyasi kurs bu gün ölkə 

Prezidenti  cənab  İlham  Əliyev  tərəfindən 

uğurla  davam  etdirilir.  Prezident  İlham 

Əliyevin  rəhbərliyi  ilə  həyata  keçirilən 

dövlət  gənclər  siyasəti  Azərbaycan 

gəncliyinin inkişafına təkan vermiş, onla-

rın  özlərini  cəmiyyətdə  təsdiq  etməsində 

mühüm rol oynamışdır. Prezident 2005-ci 

il  avqustun  30-da  “Azərbaycan  Gəncliyi 

Dövlət  Proqramının  (2005-2009-cu  illər) 

təsdiq  edilməsi  haqqında”  Sərəncam  im-

zaladı. Proqram çərçivəsində görülən işlər 

gənclərin potensialından ölkənin mənafeyi 

naminə  tam  və  düzgün  istifadə  olunma-

sı,  onların  faydalı  məşğulluğunun  təmin 

edilməsi,  dövlət  idarəçiliyi  sistemində  iş-

tirakının gerçəkləşdirilməsi yönündə ciddi 

irəliləyişə  gətirib  çıxardı.  2011-ci  ilin  6 

aprel  tarixində  prezidentin  “Azərbaycan 

gəncliyi  2011-2015-ci  illərdə”  Dövlət 

Proqramı  haqqında  Sərəncamı  ölkəmizdə 

gənclər siyasətini daha da inkişaf etdirmək, 

gənclərin menecment sahəsində fəal iştira-

kına şərait yaratmaq, gənc mütəxəssislərin 

işlə  təminatı  və  digər  sosial-iqtisadi 

problemlərinin  həllini  təmin  etmək  idi. 

Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin 

həyatında  fəal  iştirakını  bir  qədər  də  sti-

mullaşdırmaq  məqsədi  ilə  Prezident  İl-

ham Əliyev 19 dekabr 2011-ci il tarixində 

Azərbaycan Respublikasının Prezidenti ya-

nında Gənclər Fondunun yaradılması barədə 

sərəncam verdi. Fondun qarşısında gənclər 

siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və 

digər  sosial  sahələrə  yönəlmiş  ictimai  və 

sosial əhəmiyyətli, o cümlədən beynəlxalq 

səviyyədə həyata keçirilən layihə və proq-

ramları  qrant  şəklində  maliyyələşdirmək 

məqsədi  qoyuldu.  Prezident  İlham 

Əliyevin gənclərə dəstək yönündə verdiyi 

mühüm  və  əlamətdar  qərarlardan  biri  də 

ölkədə  ilk  dəfə  “Gənclər  üçün  Prezident 

Mükafatı”nın təsis edilməsi oldu.

Ə d ə b i y y a t

Azərbaycanın gənclər 

siyasəti dünyada 

örnək və uğurlu model 

kimi qəbul olunur      

//İki sahil.- 2016.- 3 

fevral.- S.11.

Hüseynov, F. Gənclik 

millətin gələcəyidir    

//Mədəniyyət.- 2016.- 

3 fevral.- S.3.

Qasımova, M. Gənclər 

müstəqil dövlətimizin 

gələcəyi və qarantıdır 

//Palitra.- 2016.- 2 

fevral.- S.13.   

Təşəbbüskar gənclər 

ölkənin gələcəyidir      

//Mədəniyyət.- 2016.- 

3 fevral.- S.5.

2



77

Tarixdə bu gün

Beynəlxalq Təhlükəsiz İnternet Günü

 2004

FEVRAL

Beynəlxalq  Təhlükəsiz  İnternet 

Günü  (İnternational  Safer  Internet 

Day)  Avropa  Komissiyasının  qərarı 

ilə  2004-cü  ildə  təsis  edilmişdir.  Bu 

əlamətdar hadisə dünyanın 60-dan çox 

ölkəsində müxtəlif şüarlar altında (“İn-

ternet  və  uşaqlar”,  “Qlobal  şəbəkədə 

kibercinayət:  qanunsuz  kontentlərdən 

müdafiə” və s.) qeyd olunur. Tədbirlər 

qeyri-hökumət təşkilatı olan INSAFE 

(European  Safer  Internet  Network  - 

Avropa Təhlükəsiz İnternet Şəbəkəsi) 

tərəfindən koordinasiya edilir. 

INSAFE  - Avropa  Komissiyasının 

iştirakı  ilə  yaradılan  milli  təşkilatlar 

şəbəkəsidir.  Təşkilatın  əsas  missiya-

sı  təhlükəsiz  İnterneti  təbliğ  etmək, 

xüsusən  də  gələcək  nəsilləri  qlobal 

şəbəkədəki  mövcud  təhdidlərlə  bağlı 

məlumatlandırmaq,  maarifləndirmə 

işləri aparmaqdır. INSAFE təşkilatı Av-

ropanın 26 ölkəsinin təhsil nazirlikləri 

nümayəndələrinin daxil olduğu Euro-

pean Schoolnet konsiliumu tərəfindən 

idarə edilir.

Ənənəvi  olaraq  hər  il  fevral  ayı-

nın ikinci həftəsinin çərşənbə axşamı 

günündə təşkil edilən və bu il “İnter-

net  adi  bir  oyun  vasitəsi  deyil,  İnter-

net  bizim  həyatımızdır”  sloqanı  ilə 

keçirilən  müxtəlif  səpkili  tədbirlərdə 

-  konfrans,  elmi  seminar,  dəyirmi 

masa,  forum,  sərgi,  kiberməkanda 

təhlükəsizlik məsələlərinə həsr edilmiş 

saytların  təqdimatı  və  müsabiqələrdə 

informasiya  texnologiyaları  sahəsi 

üzrə  mütəxəssis  və  alimlər,  gənc 

nəslin  nümayəndələri  bir  araya  gəlir, 

“Təhlükəsiz  İnternet  -  mədəniyyət: 

uşaq və yeniyetmələr üçün pozitiv və 

təhlükəsiz İnternet”, “Təhsil və infor-

masiya  təhlükəsizliyi”,  “Təhlükəsiz 

İnternetin  yaradılmasında  peşəkar 

cəmiyyətlərin  rolu”,  “İnternetdə  ne-

qativ kontentdən texniki müdafiə me-

todları”,  “İnternet  məhdud  fiziki  im-

kanlı insanlar üçün” və s. mövzularda 

məruzələr dinlənilir, müzakirələr apa-

rılır,  müxtəlif  fikirlər  səsləndirilərək 

təklif  və  tövsiyələr  bildirilir.  Həmin 

gün televiziya və radiolarda verilişlərin 

qayəsini də məhz bu səpkidə olan möv-

zular təşkil edir. 

Aqressiv İnternet-kontentin cəmiy-

yət  tərəfindən  qəbul  edilməməsi, 

qlobal  şəbəkənin  təhlükəsizliyinin 

mühafizəsi,  uşaqlara  rəqəmsal  dün-

yanın 

imkanlarından 



təhlükəsiz 

istifadə  qaydalarının  aşılanması  ilə 

bağlı məsələlərə həsr edilmiş 7 fevral 

Beynəlxalq Təhlükəsiz İnternet Günü 

ölkəmizdə  də  müvafiq  qurum,  elmi 

müəssisə və təşkilatlarda geniş şəkildə 

qeyd  olunur  və  bütün  istifadəçilərə 

təhlükəsiz  interneti  tərənnüm  edən 

qlobal aksiyadır.

2004-cü ildən qeyd olunan bu gün, 

Avropa İttifaqı tərəfindən dəstəklənir.

Ə d ə b i y y a t

Ələkbərova, İ. İnformasiya 

müharibəsi texnologiya-

ları /İ.Ələkbərova; elmi 

red. T.Kazımov; AMEA, 

İnformasiya Texnologiyaları 

İn-tu.- Bakı: [İnformasiya 

texnologiyaları], 2012.-  

107 s.

Gündüz, O. İnternet. 

Azərbaycanın İnter-

net Resursları: İnter-

net haqqında ümumi 

məlumat. Azərbaycan 

İnterneti /O.Gündüz; 

red. C.Məmmədli.- Bakı: 

Multimedia Mərkəzi, 2004.-     

200 s.

İ n t e r n e t d ə

www..anl.az

www.rabitadunyasi.info.az

www.ict.az

7



Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə