Kbt я25 uot (059) Baş redaktor


Mədəniyyət.Maarif.Təhsil 110



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə35/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   31   32   33   34   35   36   37   38   ...   276

72

Mədəniyyət.Maarif.Təhsil

110 

illiyi

Hadi Mirzəzadə 

1908-1965

FEVRAL

Hadi İsmayıl oğlu Mirzəzadə 1908-

ci il fevral ayının 28-də Bakı şəhərində 

anadan  olmuşdur.  1929-cu  ildə ADU-

nun  Şərq  fakültəsini  bitirmiş,  bir  il 

Şamaxıda  ikiillik  Pedaqoji  Texniku-

munda,  1930-1931-ci  dərs  ilində  isə 

Naxçıvan  Pedaqoji  Texnikumunda  dil 

və ədəbiyyat müəllimi işləmişdir. 1932-

33-cü illərdə Bakıda fəhlə fakültəsində, 

1935-40-cı  illərdə  Azərbaycan  Qiyabi 

Pedaqoji  İnstitutunda  dərs  demişdir. 

1943-44-cü  illərdə  Qazax  Pedaqoji 

institutunda  kafedra  müdiri  və  dekan 

vəzifələrində  çalışmışdır.  1944-45-ci 

illərdə  Bakıya  qayıdaraq  Ali  Partiya 

məktəbində müəllim və kafedra müdiri 

işləmişdir. 

H.Mirzəzadə  1947-ci  ildə  “XIX 

əsr  nəşr  dili”  mövzusunda  namizədlik 

dissertasiyası  müdafiə  etmişdir.  1950-

ci  ildən ADU-nun  Ümumi  dilçilik  ka-

fedrasının  dosenti,  sonra  professoru 

olmuş,  bu  kafedrada      ömrünün  axırı-

na  kimi  “Azərbaycan  dilinin  tarixi” 

fənnindən  dərs  demişdir.  1953-1955-

ci  illərdə  Bolqarıstan  hökumətinin 

dəvəti  ilə  Sofiya  universitetində  müa-

sir  türk  dilindən  mühazirələr  oxumuş-

dur.  Hadi  Mirzəzadə  Azərbaycanda 

dil  tarixi  bəhsinin,  “Azərbaycan 

dili  tarixi”  tədris  kursunun  yaradı-

cılarındandır.  Tədqiqatlarında  Cəlil 

Məmmədquluzadə, Mirzə Ələkbər Sa-

bir  və  ümumən  “Molla  Nəsrəddin”in 

Azərbaycan  dili  tarixindəki  mövqeyi 

dəyərləndirilir.  Uzun  müddət  apardığı 

tədqiqatları  ümumiləşdirərək  1960-cı 

ildə  “Azərbaycan dilinin tarixi  morfo-

logiyası”  mövzusunda    doktorluq  dis-

sertasiyası  müdafiə  edərək  filologiya 

elmləri doktoru elmi adına layiq görül-

müşdür.

Onun 1953-cü ildə “Azərbaycan di-



linin tarixi qrammatikasına aid materi-

allar”, 1956-cı ildə “Azərbaycan dilinin 

tarixi  qrammatikasına  aid  xülasələr”, 

“Azərbaycan  dilinin  tarixi  qramma-

tikasına  aid  qeydlər”,  1959-cu  uldə 

“Azərbaycan  dilinin  tarixi  qrammati-

kası”, 1962-ci ildə “Azərbaycan dilinin 

tarixi morfologiyası” adlı kitabları nəşr 

edilmişdir.

Kiçik fasilələr nəzərə alınmasa öm-

rünün 30 illik elmi-pedaqoji fəaliyyəti 

Azərbaycan  Dövlət  Universiteti  (indi-

ki  Bakı  Dövlət  Universiteti)  ilə  bağ-

lı  olmuşdur.  1961-ci  ildən  həmin  ali 

məktəbin  Ümumi  dilçilik  kafedrasının 

professoru seçilən H.Mirzəzadə ömrü-

nün sonuna qədər bu vəzifədə çalışmış-

dır. 


Professor Hadi Mirzəzadə məzmunlu 

mühazirələri,  aspirant  və  tələbələrinə 

göstərdiyi qayğıkeşliliyi ilə həmişə se-

çilmiş, öz həmkarları arasında nümunə 

olmuşdur.  

Hadi  Mirzəzadə  1965-ci  ildə  Bakı 

şəhərində vəfat etmişdir.

Ə d ə b i y y a t

Azərbaycan dilinin tarixi 

qrammatikası: dərslik  

/H.Mirzəzadə; red. 

T.Hacıyev; tərtibçilər: 

T.Hacıyev, Ç.Mirzəzadə; 

rəyçi. A.Qurbanov, 

Z.Hacıyev.- Bakı: 

Azərbaycan Universiteti, 

1990. - 374, [2] s. 

Azərbaycan dilinin 

tarixi morfologiyası: ali 

məktəb tələbələri üçün 

dərslik /H.Mirzəzadə; 

red. M.Hüseynzadə, 

Ə.Rəcəbov.- Bakı: 

Azərtədrisnəşr, 1962. - 

369, [3] s.

Babayev, A. Hadi İsmayıl 

oğlu Mirzəzadə: (həyat 

və yaradıcılığı haqqında)     

//Babayev A. Dilçiliyimi-

zin məbədi: (BDU-nun 

Ümumi dilçilik kafedrası-

nın tarixi).- Bakı, 2002.- 

S.235-237.

Mustafayeva, Q. Bir 

əsrdən o biri əsrə: 

Həmişəyaşar alim 

/Q.Mustafayeva               

//Respublika.- 2013.- 18 

dekabr.- S.10. 

28

Dilçi



73

Coğrafiya.Geologiya  

90 

illiyi

Budaq Budaqov 

1928-2012    

FEVRAL

Budaq  Əbdüləli  oğlu  Budaqov 

1928-ci  il  fevral  ayının  23-də  Qərbi 

Azərbaycanda  Zəngibasar  bölgəsinin 

Çobankərə  kəndində  anadan  ol-

muşdur.  1943-1947-ci  illərdə  Yere-

vanda  Azərbaycan  Dövlət  Pedaqoji 

məktəbində  oxumuşdur.  1947-ci  ildə 

Azərbaycan Dövlət Pedaqoji İnstitutu-

nun coğrafiya fakültəsinə daxil olmuş-

dur.  Moskvada  SSRİ  EA  Coğrafiya 

İnstitutunda  aspiranturanı  bitirdikdən 

sonra, 1955-ci ildə namizədlik, 1967-

ci  ildə  doktorluq  dissertasiyalarını 

müdafiə  etmişdir. Azərbaycan  Elmlər 

Akademiyasının Coğrafiya İnstitutun-

da  Landşaftşünaslıq  şöbəsinin  müdiri 

(1967-1974),  elmi  işlər  üzrə  direk-

tor  müavini  (1974-1988)  işləmişdir. 

1988-ci  ildən  ömrünün  sonunadək 

həmin institutun direktoru vəzifəsində 

çalışmışdır.  1976-cı  ildə  Azərbaycan 

EA-nın  müxbir  üzvü,  1989-cu  ildə 

akademiki seçilmişdir. 

Ədəbi,  elmi  yaradıcılığa  tələbəlik 

illərindən  başlamışdır.  Elmi  əsərləri 

Azərbaycanda,  həmçinin  xaricdə  - 

Rusiya,  Hindistan,  Polşa,  Türkiyə  və 

İran elmi və dövri mətbuatlarında çap 

olunmuşdur.  “Cənub-Şərqi  Qafqazın 

geomorfologiyası və yeni tektonikası” 

(1973) elmi əsəri keçmiş SSRİ Coğra-

fiya  Cəmiyyətinin  N.Prjevalski  adına 

qızıl medalına layiq görülmüşdür. 

Budaq  Budaqov  coğrafi  təkanın, 

sel  ocaqlarının  təsnifatını  ver-

miş,  təbiətin  dağıdıcı  hadisələrini 

sistemləşdirmiş,  Böyük  Qafqazın 

Azərbaycan  hissəsinin  geomorfolo-

giyasını,  yeni  tektonik  hərəkətlərini, 

qədim buzlaşmasını öyrənmiş, ərazinin 

xəritələrini (1:200000) tərtib etmişdir. 

İlk  dəfə  1956-cı  ildə  Qafqazda  3600 

m  mütləq  yüksəklikdə  Üst  Sarmaq 

yaşlı  dəniz  faunasını  aşkara  çıxar-

mışdır.  Azərbaycanın  təbii  və  antro-

pogen  landşaftını,  orada  baş  verən 

səhralaşmanı,  landşafın  geokimyası-

nı  öyrənmişdir.  Azərbaycanda  təbii-

dağıdıcı  hadisələrin  intensivliyinə 

görə  ekoloji-coğrafi  şəraiti  tədqiq  et-

miş  və  ərazinin  1:500000  xəritəsini 

tərtib etmişdir. 

1051  adda  elmi  əsəri  çapdan  çıx-

mışdır.  Yaradıcılığında  elmi-kütləvi, 

elmi-publisistik  məzmunlu  məqalələr  

də geniş yer tutur. 

1995-ci  ildə  akademik  Y.Məm-

mədəliyev  adına  medal  və  mükafat, 

2000-ci  ildə  İslam  xeyriyyəçiliyinə 

görə  H.Z.Tağıyev  mükafatı,  “Şöhrət” 

ordeni,  2008-ci  ildə    dövlət  başçısı-

nın  digər  sərəncamı  ilə  Azərbaycan  

elminin  inkişafındakı  xidmətlərinə 

görə  Azərbaycan  Respublikasının 

“Əməkdar elm xadimi” fəxri adına la-

yiq görülmüşdür.

Budaq Budaqov 2012-ci il noyabr 

ayının  1-də  Bakı  şəhərində  vəfat  et-

mişdir.


Ə d ə b i y y a t

Ağsaqqal dünya-

sı /B.Budaqov; red. 

R.Kərimova; АМЕА 

H.Ə.Əliyev ad. Coğrafiya 

İn-tu.- Bakı: İsmayıl NPM, 

2002.- 70 s.

Azərbaycan Respublika-

sının fiziki coğrafiyası: 

8-ci sinif üçün dərslik           

/B.Budaqov, Y.Qəribli; red. 

M.Müseyibov.- Bakı: Тəhsil, 

2003.- 184 s.

Böyük İpək (karvan) yolu 

/B.Budaqov.- Bakı: Nafta-

Press, 2006.- 15 s.

Çay kimi çağlayan ömür 

/B.Budaqov; elmi red. 

Q.Məmmədov; AMEA ak. 

H.Ə.Əliyev ad. Coğrafiya 

İn-tu.- Bakı: Elm, 2007. - 

200 s.

Heydər Əliyev fenomeni 

/B.Budaqov.- Bakı: İsmayıl 

NPM, 2002. -136 s.

Budaq Əbdüləli oğlu 

Budaqov: Biblioqra-

fiya /Azərbaycan EA 

Akademik H. Ə.Əliyev 

ad. Coğrafiya İn-tu; 

tərt. ed.: A.A.Sadıxova, 

E.F.Qasımova.- Bakı: Elm, 

2000.- 303 s.  

www..anl.az

www.adam.az

www.az.wikipedia.org

23

Akademik


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə