Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə38/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   34   35   36   37   38   39   40   41   ...   276

78

Ə d ə b i y y a t

Elman. Türkmənçay sülhü: 

nələri itirdik? Gülüstan və 

Türkmənçay müqavilələri 

Azərbaycan türkünün 

faciəsidir /Elman //Azad 

Azərbaycan.- 2014.- 12 

fevral.- S.5.

Əli. Ermənilərin Azərbaycan 

torpaqlarına köçürülməsi...: 

Türkmənçay 

müqaviləsi”nin XV maddəsi 

ermənilərin Azərbaycan 

torpaqlarına köçürülməsini 

nəzərdə tuturdu /Əli //Xalq 

cəbhəsi.- 2015.- 19 iyun.- 

S.13.

Rəhimli, Ə. Türkmənçay 

müqaviləsi (10 fevral 

1828-ci il) /Ə.Rəhimli, 

S.Bayramzadə //Güney və 

Quzey Azərbaycan: başlıca 

tarixi olaylar, siyasi və 

ədəbi şəxsiyyətlər: ensiklo-

pedik təqvim.-Bakı, 2014.- 

S.63-70.

Türkmənçay müqaviləsi 

Azərbaycan tarixinin ən 

faciəvi müqavilələrindən 

biridir: Son nəfəsində 

“Azərbaycan” deyərək 

dünyaya göz yuman şahzadə 

//Üç nöqtə.-2016.- 22 iyul.- 

S. 5.

Azərbaycanı  iki  yerə  bölən 

Türkmənçay  müqaviləsinin  imzalan-

masından bu gün 190 il ötür. Rusiya 

ilə  İran  arasında  ikinci  müharibənin 

(1826-1828)  yekunlarına  əsasən, 

1828-ci  il  fevral  ayının  10-da  Çar 

Rusiyası  və  İran  arasında  bağlanan 

bu  müqaviləyə  əsasən  Azərbaycan 

torpaqlarının  Araz  çayından  Şimal 

hissəsi Çar Rusiyasının, Cənub hissəsi 

isə Şah İranının əsarətinə keçdi. 

Təbrizin  50  km-dəki  Türkmənçay 

kəndində Rusiya generalı İvan Paske-

viç və İran şahzadəsi Abbas Mirzənin 

imzaladığı müqaviləyə əsasən, İrəvan 

və  Naxçıvan  xanlıqları  Rusiyaya 

birləşdirilmişdir.  Müqavilənin  imza-

lanmasında məşhur rus yazıçısı Qribo-

yedov və tarixçi-yazıçı Abbasqulu ağa 

Bakıxanov iştirak etmişlər. Bakıxanov 

burda tərcüməçi olmuşdur. 

Türkmənçay 

müqaviləsi 

Azərbaycan 

tarixində 

qanlı 

səhifələrdən  biridir.  Bu  müqavilə 



Azərbaycan  ərazisinə  Azərbaycanın 

tarixi  taleyinə  bütövü,  tamı  bölən, 

Azərbaycanı parçalayan, ərazilərimizə 

qəsd edilən bir tarixi məqamdır. Çün-

ki  zaman  öz  hökmünü  vermişdi, 

Azərbaycan müstəqil feodal xanlıqları 

formasında mövcud idi. Hər bir xan-

lıq orta əsrlərin feodal dövlətlərindən  

idi.  Belə  bir  məqamda  İranla  Rusiya 

bu  müstəqil  feodal  dövlətləri  tutmaq 

qərarına  gəldilər.  Nəticədə,  tamamilə 

özlərinə məxsus olmayan ərazi uğrun-

da vuruş başlanmış və Azərbaycan tor-

paqlarını  öz  aralarında  bölmüşdülər. 

Tarixən nə Rusiya, nə İrana dəxli olma-

yan,  əksinə  Böyük  Səfəvi  dövlətinin 

bir  parçası  olan  bu  feodal  dövlətlər 

bölünmüş və Azərbaycanın Şimalı və 

Cənubu  ifadəsi  yaranmışdı.  Əslində 

bu,  Rusiyanın  Pyotr  dövründən  qal-

ma  siyasətinin  bilavasitə  davamı  idi 

və burda hələ I Pyotr vəsiyyətlərində 

ifadə  olunmuş  müəyyən  məqamlar 

öz əksini tapmışdı. Müqavilədə İran-

dan  erməni  əhalisinin  Rusiya  impe-

riyasının  yeni  torpaqlarına  (İrəvan, 

Naxçıvan,  Qarabağ  və  s.)  köçməsi, 

İranın  Rusiyaya  təzminat  (20  mln.

rubl)  ödəməsi,  Rusiya  donanmasının 

Xəzərdə şəriksiz hakim olması və rus 

tacirlərin İranda ticarət güzəştləri əldə 

etməsi barədə maddələr də vardı.

Yəni  ermənilərin  Azərbaycanda 

yerləşdirilməsi  üçün  münbit  siya-

si  şərait  yaranmışdı  və  Türkmənçay 

müqaviləsinin  təbəə  alış-verişi,  yəni 

insan  dəyişməsi  maddələri  burda 

Azərbaycanın  bugünkü  taleyinə  təsir 

edən  məqamları  yaratmışdı.  Belə  ki, 

bu müqavilənin şərtləri əsasında İran-

dan 40 min, Türkiyədən 84 min erməni 

Azərbaycana  köçürüldü.  Beləliklə, 

Azərbaycana elə bir tarixi zülm edil-

di  ki,  indi  də  bu  zülmün  qarşısında 

Azərbaycan xalqı əziyyət çəkir. 

Türkmənçay 

müqaviləsi 

ilə 


Azərbaycan  torpaqlarının  Rusiya 

və  İran  arasında  Araz  çayı  boyunca 

bölüşdürülməsi başa çatmışdı. 

Bütünlükdə  bu  müqavilə  16 

maddədən ibarətdir.  

Qarabağın  işğalı  əslində  elə  bu 

“sülh” müqaviləsinin imzalanması ilə 

başlanmışdır.

Bundan  sonrakı  tariximizin  hər 

vərəqində  qanla,  qadayla  yanaşı 

qəhrəmanlıq,  şəhidlik  zirvələri  də 

ucalmışdı.



Tarixdə bu gün

Türkmənçay müqaviləsi 

1828

FEVRAL

10

190 

ili


79

Tarixdə bu gün

Azərbaycan Hərbi Hava Qüvvələri Günü 

1992

FEVRAL

Azərbaycan Respublikası  Prezidentinin 1992-

ci il 14 sentyabr 203 saylı Fərmanı ilə 14 fevral 

-Azərbaycan  Hərbi  Hava  Qüvvələri  Günü  kimi 

qeyd  olunur. Azərbaycan  Hərbi  Hava  Qüvvələri 

Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin 

xüsusi qoşun növüdür.

Yaranma tarixi 1919-cu ildən götürülsə də, mil-

li  hərbi  qurum  kimi  formalaşdırması  1992-ci  ilə 

təsadüf edir. 

1997-ci  ildə      Azərbaycanın      Ali    Hərbi 

Təyyarəçilik 

Məktəbi 

ilk 


milli 

hərbi 


təyyarəçilərimizin  buraxılışına  başlayıb.  Bu  gün 

ən  müasir  təyyarə  və  helikopterlərlə  arsenalını 

zənginləşdirən  Hərbi  Hava  Qüvvələri  və  Hava 

Hücumundan  Müdafiə  Qoşunları  Azərbaycan 

səmasını tam gücü ilə qorumağa qadirdir.

Azərbaycan Cənubi Qafqaz regionunda maddi-

texniki imkanları yüksək və ən çox döyüş təyyarəsi 

olan ölkə sayılır. Müxtəlif məlumatlara görə, hazır-

da Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) 

arsenalına  70-ə  yaxın  döyüş  təyyarəsi,  40-a  ya-

xın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı 

təyyarə və helikopter daxildir. 7200 nəfər perso-

nalın  xidmət  etdiyi  HHQ-nin  arsenalında  “Aero 

L-29”,  “Aero  L-39”  təlim-hücumçu,  müxtəlif 

təyinatlı  “MiQ-21”,  “MiQ-25”,  “MiQ-29”,  “Su-

17”, “Su-24”, “Su-25”, “İl-76”, “An-24”, “An-12”, 

“Tu-134A”, “Tu-16”, Pakistan istehsalı olan “JF-

17”  döyüş  təyyarələri,  “Mi-2”,  “Mi-6”,  “Mi-8”, 

“Mi-24”,  “Mi-35M”  markalı  helikopterlər,  həm-

çinin  dünyanın  tanınmış  şirkətlərinin  (Aerostar, 

Orbiter) istehsalı olan pilotsuz uçan aparatlar var.

14

Keçmiş SSRİ Qriqorian təqviminə 

keçmişdir 

1918

Qriqorian  təqvimi  -  hazırda  dünyanın  əksər 

ölkələrində istifadə olunan təqvimdir.  Papa XIII 

Qriqorinin  göstərişi  ilə  tərtib  olunmuşdur.  Daha 

əvvəlki Yuli təqviminin islah olunmuş variantıdır. 

4 oktyabr 1582-ci ildən tətbiq olunsa da, ayrı-ayrı 

ölkələrdə bu təqvimə müxtəlif  vaxtlarda keçilmiş-

dir.


Qriqori  təqvimi  də  Yuli  təqvimi  kimi  12  ay-

dan ibarətdir. Yeni il yanvarın 1-dən başlayır. Yuli 

təqvimi hər 400 ildə təxminən 3 gün qabağa qaçır-

dı. Məsələn, əgər eranın başlanğıcında - İusus Xris-

tosun  doğulduğu  illərdə  gecə-gündüz  bərabərliyi 

martın 23-nə düşübsə, 1600-cü ildə 11-nə təsadüf 

etməli idi. Ona görə də Papa Qriqori təqvimində 

islahat etməyə məcbur oldu və 4 oktyabr 1582-ci 

il tarxindən sonra İspaniya, İtaliya, Portuqaliyada 

elan edildi ki, əslində 5 oktyabr yox, 15 oktyabr-

dır!  Lakin  pravoslav  məzhəbli  xristianlar  Papa 

Qriqorinin islahatını dərhal tanımadılar.

Rusiya  1918-ci  ilə  qədər  Qriqori  təqviminə 

keçmədi və yalnız, Leninin dekreti ilə 31 yanvar 

1918-ci il tarixində Rusiyada elan edildi ki, sabah 

fevralın 1-i yox, fevralın 13-dür! 14 fevral 1918-ci 

il tarixində Sovet Rusiyası Qriqori təqviminə keç-

mişdir. 


Hazırda və bütün XX əsrdə Qriqori təqviminin 

Yuli təqvimindən fərqi – 13 gündürsə, XIX əsrdə 

-12 gün, XVIII əsrdə - 11 gün, XVII və XVI əsrlərdə 

isə 10 gün olub! Başqa sözlə, Böyük Oktyabr So-

sialist İnqilabı Yuli təqvimi ilə 25 noyabrda vaqe 

olub, bu tarixi Qriqorian təqviminə çevirmək üçün 

25 noyabrın üstünə 13 gəlmək lazımdır (7 noyabr). 

Əgər həmin hadisə XX əsrdə yox, XIX əsrdə baş 

versə idi, 12 gün, XVIII əsrdə baş versə idi, 11 gün 

əlavə etməli idik.



Ə d ə b i y y a t

Süleymanova, F. Qriqorian təqvimi //Mədəni həyat.- 2012.-№1.- S.14. 

Абдулла, А. Таблицы соотвествия по дням между календарями Хиджры и Юлия -Григория /Аъзамов, А.; сост.: А.Ахмедов, 

А.Мансуров, А. П. Каюмов. -Ташкент: Fафур Fулом номидаги нашриёт-матбаа ижодий уйи, 2007. -268 с. 

14


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə