Kbt я25 uot (059) Baş redaktor


Mədəniyyət.Maarif.Təhsil 80



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə34/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   30   31   32   33   34   35   36   37   ...   276

70

Mədəniyyət.Maarif.Təhsil

80 

illiyi

Akif Bayramov 

 1938

FEVRAL

Akif  Əmirxan  oğlu  Bayramov 

1938-ci  il  fevral  ayının  20-də  Borçalı 

mahalının  Arxlı  kəndində  anadan  ol-

muşdur.  Ota  məktəbi  bitirdikdən  son-

ra  Bakıya  gələrək  Azərbaycan  Dövlət 

Xarici  Dillər  İnstitutunun  alman  dili 

fakültəsinə daxil olmuşdur. İnstitutu bi-

tirib gənc müəllim kimi doğma kəndinə 

dönmüş,  qısa  zamanda  özünün  biliyi, 

işgüzarlığı,  təşkilatçılığı  ilə  rayonda 

seçilmiş,  1964-cü  ildə  Bolnisi  rayon 

Komsomol  Komitəsinin  birinci  katibi 

vəzifəsinə təyin olunmuşdur. 

Təhsilini davam etdirmək, onu ma-

raqlandıran elmi araşdırmalarla məşğul 

olmaq məqsədlə yenidən Bakıya qayıt-

mış, “Azərbaycan müəllimi” qəzetində 

xüsusi  müxbir  kimi  işləmişdir.  Daha 

sonra  yenidən  komsomol  işinə  dəvət 

edilmiş, Azərbaycan Respublika Kom-

somolu  Mərkəzi  Komitəsində,  sonra 

isə  bir  neçə  il  Respublika  Daxili  İşlər 

Nazirliyində çalışmışdır. 

Azərbaycan Elmlər Akademiyasının 

Nizami  adına  Ədəbiyyat  İnstitutun-

da  professor  Kamran  Məmmədovun 

rəhbərliyi  altında  1978-ci  ildə  “Mirzə 

Şəfi Vazehin ədəbi irsi sovet və alman 

məxəzlərində” adlı namizədlik,  1989-cu 

ildə Azərbaycan Dövlət Universitetində 

“Klassik Azərbaycan ədəbiyyatı alman 

dilində” mövzusunda doktorluq disser-

tasiyasını  müvəffəqiyyətlə  müdafiə  et-

mişdir. 

1984-cü  ildən  etibarən  pedaqoji 

fəaliyyətə  başlamışdır.  1993-cü  ildə 

keçmiş Bakı Sosial İdarəetmə və Poli-

tologiya  İnstitutunda  professor  və  ka-

fedra müdiri, 1999-cu ildən Azərbaycan 

Respublikası Prezidenti yanında Dövlət 

İdarəçilik Akademiyasında dillər kafed-

rasının müdiri  işləyir.  

Qələmə aldığı  “Klassik irsimizdən”, 

“Mirzə Şəfi Vazehin   ədəbi  irsi”, “Ni-

zaminin  Almaniyada  böyük  şöhrəti”, 

“Klassik  ədəbiyyatı  alman  dilində”, 

“Mirzə  Şəfi  haqqında  xatirələr”  kitab-

larının  da  müəllifidir.  2002-ci  ildə  iki 

şeir kitabı “Bir sevgi üstündə çağlayır 

könlüm”, “Könül nəğmələrim” işıq üzü 

görmüş, “Qaytarılmış məhəbbət” dramı 

Gəncə Şəhər Dövlət Dram Teatrında ta-

maşaya  qoyulmuşdur.  Onun  “Sevinc”, 

“Dost  məhəbbəti”  tamaşaları  rəğbətlə 

qarşılanmışdır.

A.Bayramov  tərcümə  sahəsində  də 

öz sözünü demiş, Fridrix Bodenştedtin 

“Mirzə Şəfi Vazeh haqqında xatirələr” 

kitabını və böyük alman şairi Y.Götenin 

“Mənim  həyatımdan”  adlı  20  cildlik 

əsərindən  bir  cildini  alman  dilindən 

azərbaycan dilinə tərcümə etmişdir

“M.Ş.Vazehin ədəbi irsi” monoqrafi-

yası M.Ş.Vazehin 220 illik yubileyinin 

keçirilməsi  ilə  bağlı  respublika  Prezi-

denti  cənab  İlham  Əliyevin  2014-cü 

il  3  fevral  tarixli  Sərəncamına  əsasən 

Heydər  Əliyev  Fondu  tərəfindən  nəşr 

edilmişdir.

A.Bayramov Azərbaycan  Respubli-

kasının “Əməkdar müəllim” fəxri adına 

layiq görülmüşdür. 

Rusiya  Pedaqoji  və  Sosial  Elmlər 

Akademiyasının həqiqi üzvü və akade-

mikidir. “Qızıl qələm” mükafatı laure-

atıdır.

Ə d ə b i y y a t

Fridrix Bodenştedtin 

Mirzə Şəfi Vazeh haqqında 

xatirələri /A.Bayramov.- 

Bakı: Nurlan, 2008.-     

108 s. 

Mirzə Şəfi Vazehin ədəbi 

irsi /A.Bayramov; elmi 

red. H.Məmmədzadə.- 

Bakı: Yazıçı, 1980.- 124 s.

Nəğmələr şairi:  Mirzə Şəfi 

Vazehin ədəbi irsi: monoq-

rafiya /A.Bayramov.- Bakı: 

Nurlan, 2008.-158 s. 

Məhərrəmov, Z. Respubli-

kanın əməkdar müəllimi- 

Akif Bayram.- Bakı: Elm 

və təhsil, 2013.- 80 s. 

Seyidzadə, T.Klassik 

irsimizi dünyaya tanıdan 

alim:  Akif Bayramov 

Mirzə Şəfi Vazeh irsinin 

yorulmaz təqdiqatçısıdır 

/H.T.Seyidzadə //Kaspi.-

2015.- 9 dekabr.- S.13.

20

Ədəbiyyatşünas



71

Mədəniyyət.Maarif.Təhsil

120 

illiyi

Feyzulla Qasımzadə 

 1898-1976

FEVRAL

Feyzulla  Səməd  oğlu  Qasımzadə 

1898-ci  il  fevral  ayının  22-də  Bakı-

nın Mərdəkan kəndində, dindar ailədə 

anadan olmuşdur. 1903-1912-ci illərdə 

Mərdəkan  kənd  ibtidai  məktəbində 

təhsil  almışdır.  1912-1916-cı  illərdə 

Bakı  Rus-tatar  ali  ibtidai  məktəbini 

bitirib  “Kazyonnaya  palata”  müəssi-

səsində  əmək  fəaliyyətinə  başlamış 

və təhsilini davam etdirmək arzusu ilə 

axşam gimnaziyasına daxil olmuşdur. 

1920-ci  ildə  Qala-Maştağa  rayon 

xalq  maarif  idarəsində  təhsil-tərbiyə 

şöbəsinin  müdiri  olmuş,  1922-1929-

cu  illərdə  Bakı  şəhər  məktəbində  və 

N.Nərimanov adına Texnikumda dil və 

ədəbiyyat  müəllimi  işləmişdir.  1929-

cu ildə Azərbaycan Dövlət Universite-

tinin şərqşünaslıq fakültəsinə daxil ol-

muşdur. Universiteti bitirdikdən sonra 

Azərbaycan  Dövlət  Elmi-Tədqiqat 

İnstitutunun  aspiranturasına  qəbul 

olunmuşdur.

Bir  müddət  Bakı  Səhiyyə  Ma-

maçılıq  Texnikumunda    Azərbaycan 

ədəbiyyatını  tədris  etmişdir.  Onun 

ilk  mətbu  qələm  təcrübəsi  -  Hacağa 

Qənizadənin  “Utanıram”  hekayəsi 

haqqında məqaləsi 1931-ci ildə “Hü-

cum” jurnalında dərc edilmişdir.

1937-1939-cu  illərdə  Feyzulla 

Qasımzadə  SSRİ  Elmlər  Akademi-

yasının  Azərbaycan  filialının  Dil  və 

Ədəbiyyat  İnstitutunda  baş  elmi  işçi 

vəzifəsində  çalışmış,  namizədlik  dis-

sertasiyası müdafiə etmişdir. 1939-cu 

ildə  Azərbaycan  Yazıçılar  İttifaqına 

üzv seçilmişdir.

O,  Azərbaycan  Pedaqoji  İnstitu-

tunun  Azərbaycan  ədəbiyyatı  tarixi 

kafedrasında  işləməyə  dəvət  olun-

muş,  burada  dosent,  kafedra  müdiri 

vəzifələrində işləmişdir. 1943-cü ildə   

Azərbaycanın  Əməkdar  müəllimi 

fəxri adını almışdır.

1955-ci ildə filologiya elmləri dok-

toru alimlik dərəcəsi almış, 1957-ci ildə 

ona professor elmi rütbəsi verilmişdir. 

O, təxminən 20 il Azərbaycan Dövlət 

Pedaqoji  İnstitutunun  Azərbaycan 

ədəbiyyatı tarixi kafedrasına rəhbərik 

etmişdir.

1962-ci  ildə  Feyzulla  Qasımzadə 

Azərbaycan  Elmlər  Akademiyasının 

müxbir  üzvü,  dörd  ildən  sonra  isə 

həqiqi üzvü seçilmişdir. 600-dən çox 

çap  edilmiş  elmi  məqalənin,  onlarla 

dərslik və monoqrafiyanın müəllifidir.

Feyzulla Qasımzadənin elmi kadr-

ların  hazırlığında  misilsiz  xidmətləri 

olmuşdur.    35  elmlər  doktoruna 

məsləhətçi,  125  elmlər  namizədinə 

rəhbər olmuş, 100-dən çox müdafiədə 

opponentlik etmişdir.

Onun 50 il pedaqoji və elmi sahədə 

xidmətləri  dövlət  tərəfindən  yüksək 

qiymətləndirilmiş,  üç  dəfə  “Qırmı-

zı Əmək Bayrağı” ordeni, “Qafqazın 

müdafiəsinə görə” (1944) və “Böyük 

Vətən müharibəsində əmək igidliyinə 

görə”  medalları  ilə  təltif  edilmişdir. 

1958-ci  ildə  “Əməkdar  elm  xadimi” 

fəxri adına layiq görülmüşdür.

Feyzulla Qasımzadə 1976-cı il mart 

ayının 29-da vəfat etmiş və Mərdəkan 

kəndində dəfn edilmişdir.

Ə d ə b i y y a t

XIX əsr Azərbaycan 

ədəbiyyatı tarixi: ali 

məktəblər üçün dərslik 

/F.Qasımzadə; [elmi red. 

M.Quluzadə].- Bakı: Maarif, 

1974.-486 s.

Məmmədzadə, B.Feyzulla 

Səməd oğlu Qasımzadə: 

Ömrün yüz ili: Həyat və 

yaradıcılıq yolu; şəxsiyyəti 

və yaradıcılıq siması 

/B.M.Məmmədzadə; elmi 

red: Ş.Salmanov.-Bakı: 

Azərbaycan Universiteti

2001.-50 s.

Əkbəroğlu, T. Azərbaycan 

ədəbiyyatı tarixinin cəfakeşi: 

Mirzə Feyzulla - müəllimlər 

müəllimi //Ədəbiyyat qəzeti.- 

2013.- 3 may.- S.1, 6.

Feyzulla Qasımzadə elm 

yollarında /Mustafayev 

Məhəmmədəli //Ədəbiyyat 

məcmuəsi: Nizami adına 

Ədəbiyyat İnstitutunun 

Əsərləri.-2013.-C.XXIV.- 

S.173-176.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/edebiyyat/2013/

may/307702.htm

www.istoriya.az

22

Akademik



Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə