Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə30/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   26   27   28   29   30   31   32   33   ...   276

62

Teatr.Kino

100 

illiyi

Sofiya Bəsirzadə 

1918-2000 

FEVRAL

Sofiya  Bəşir  qızı  Bəsirzadə 

(Vəzirova) 1918-ci il fevral ayının 28-

də Kazan quberniyasının köhnə Çukan 

kəndində  doğulmuşdur.  İki  yaşında 

olanda ailəsi Bakıya köçmüş və Sofi-

ya  xanım  azəri  türkcəsini  mükəmməl 

öyrənmişdir. Bakıdakı 3 saylı beynəl-

miləl məktəbdə ibtidai təhsil almışdır. 

Sonra 134 saylı məktəbdə orta təhsilə 

yiyələnmişdir.  Yuxarı  siniflərdə  oxu-

yanda  dram  dərnəyinə  üzv  olmuşdur. 

Əsl  soyadı Vəzirova olsa  da,  atasının 

nəsil  şəcərəsinə  görə  tamaşaçılar  ara-

sında  “Bəsirzadə”  kimi  tanınmışdır. 

Bəzi proqram və afişalarda adı “Sofa” 

kimi də yazılmışdır. Teatr kollektivində 

də  ona  “Sofa  xanım”  deyə  müraciət 

etmişlər. Səhnədə bir-iki cümləsi olan 

personajlar  da  ifa  etmiş,  xarakterik 

dramatik obrazlar da oynamışdır. Əsas 

cəhət  odur  ki,  aktrisanın  daxili  im-

kanlarının  zənginliyi  müxtəlif  səpkili 

rolların  ifası  üçün  yararlı  idi.  Səhnə 

görkəminin təravəti həmişə göz oxşa-

mış, çevik plastikası heyranlıq doğur-

muşdur.

  1936-cı  ildə  Mirzə  Fətəli Axund-



zadə  adına  Bakı  Teatr  Məktəbinə  da-

xil olmuşdur. Həmin ilin noyabrından 

başlayaraq  AMDT-nın  tamaşaların-

da  kütləvi  səhnələrdə,  epizodik  rol-

larda  səhnəyə  çıxmışdır.  1938-ci  il 

sentyabr  ayının  1-də,  üçüncü  kursda 

oxuyarkən  tələbə-aktrisa  AMDT-nın 

aktyor  truppasına  qəbul  edilmişdir. 

Yüzdən  çox  obrazın  ifasında  səhnəyə 

çıxan  Sofa  Bəsirzadənin  Nisə  xa-

nım  (“Lənkəran  xanının  vəziri”, 

M.F.Axundzadə), Sevər, Gülgün, Tan-

ya,  Gülsabah,  Gülnisə  (“Oqtay  Eloğ-

lu”, “Od gəlini”, “Yaşar”, “Dönüş” və 

“Solğun  çiçəklər”,  C.Cabbarlı),  Nina, 

Rübabə (“Şeyx Sənan” və “Səyavuş”, 

H.Cavid),  Məryəm,  Tamara,  Tatyana 

(“Fərhad  və  Şirin”,  “Vaqif”  və  “İn-

san”,  S.Vurğun),  Səadət  (“Müsibəti-

Fəxrəddin”,  N.Vəzirov),  Xanın  qızı, 

Pəri cadu (“Köhnə dudman” və “Pəri 

cadu”,  Ə.Haqverdiyev),  Anna  Dmit-

riyevna  (“Canlı  meyit”,  L.Tolstoy), 

Fedra, Esrelya  (“Dəlilər”, “Sevilya ul-

duzu”, L.Veqa), Aybəniz (“Cavanşir”, 

M.Hüseyn),  Peyanira  (“Mehmanxana 

sahibəsi”, K.Haldoni) və s. rolları ifadə 

vasitələrinin zənginliyi baxımından hər 

zaman  seçilmişlər.  Sofiya  Bəsirzadə 

10-dan  artıq  bədii  filmə  çəkilmiş,  te-

atr  səhnəsində  62  ildən  çox  fəaliyyət 

göstərmişdir.

1992-ci  ildən  ömrünün  son  illəri-

nədək Bakı Bələdiyyə Teatrında çalış-

mışdır.

Səhnə  fəaliyyətinə  görə  1955-ci  il 



30 aprel tarixində Azərbaycan Respub-

likasının  “Əməkdar  artist”,  1974-cü 

ildə “Xalq artisti” fəxri adlarına layiq 

görülmüşdür. 

Sofiya Bəsirzadə 2000-ci il yanvar 

ayının 4-də Bakıda vəfat etmişdir.



28

Aktrisa

Ə d ə b i y y a t

Aktyor yaradıcılığında 

ifadə vasitələrinin müasir-

liyi və estetik prinsipləri 

(Xalq artistləri Məlik 

Dadaşov,Sofiya Bəsirzadə 

Həsənaga Salayevin 

yaradıcılıqlari əsasında) : 

sənətşü. е. n. аl. dər. а. üçün 

təq. ed. dis.: 17.00.01. /K. 

Mehdiyeva; Azərb. Dövlət 

və Mədəniyyət və İncəsənət 

Un-ti .-Bakı: 2007.- 146 s.

Fərəcov, S.Yaddaşlarda 

əbədiləşən sənətkar 

/S.Fərəcov //Mədəniyyət.-

2017.- 24 fevral.- S.15.

“Sofa, sən aktrisa olacaq-

san”: Bu gün Xalq artisti 

Sofa Bəsirzadənin xatirə 

günüdür  //Mövqe.-2011.- 8 

fevral.- S.13. 

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/medeniyyet/2017/

fevral/530538.htm


63

Ə d ə b i y y a t

Azərbaycan Respublikasının 

müstəqilliyinin və ərazi bü-

tövlüyünün qorunub saxlanıl-

masında müstəsna xidmətinə 

və göstərdiyi rəşadətə görə 

gizir Mübariz Ağakərim oğlu 

İbrahimova “Azərbaycanın 

Milli Qəhrəmanı” adı veril-

sin.  Azərbaycan Respublika-

sı Prezidentinin Sərəncamı    

//Azərbaycan.-22 iyul.-2010.-

S.1.-(ölümündən sonra)

Azərbaycanın Mili Qəhrəma-

nı M.A.İbrahimovun xatirə-

sinin əbədiləşdirilməsi 

haqqında Azərbaycan 

Respublikası Prezidentinin 

Sərəncamı,  22 iyul 2010-cu 

il //Azərbaycan.-22 iyul.- 

2010.-S.1.

Çəmənli, M. Mübariz: povest 

/Mustafa Çəmənli.- Bakı: 

Təhsil, 2010.- 79, [1] s.

Canıyar, Y. Turan mübarizi: 

2 cilddə /Y.Canıyar.- Bakı: 

Ozan, 2011.- C.1.-   400 s.

Leman, F. Mübarizim 

bir dünya: Azerbaycanın 

Milli Qəhrəmanı Mübariz 

İbrahimov /Feride Leman; 

çev. prof. dr. T.Abbashanlı-

Aliyeva; edt. M.Kubat.- Es-

kişehir: Özkağıtçılık, 2015.- 

113 s.

www.az.wikipedia.org 

www.milliqahraman.az

Milli Qəhrəmanlar 

30 

illiyi

Mübariz İbrahimov 

1988-2010

FEVRAL

Mübariz Ağakərim oğlu İbrahimov 

1988-ci il fevral ayının 7-də Biləsuvar 

rayonunun  Əliabad  kəndində  anadan 

olmuşdur.  1994-2005-ci  illərdə  şəhid 

M.Piriyev  adına  Əliabad  kənd  orta 

məktəbində təhsil almışdır. 2005-ci ildə 

hərbi  xidmətə  çağırılmış,  xidmətinə 

Daxili  Qoşunların  N  saylı  hərbi 

hissəsinin Xüsusi Təyinatlı Bölüyündə 

başlamışdır.  Xidməti  zamanı  çavuş 

rütbəsi almış və xidmətini 2007-ci ildə 

bitirmişdir.  Bir  müddət  mülki  işlərdə 

işlədikdən  sonra  2009-cu  ilin  avqust 

ayında  öz  arzusu  ilə  yenidən  hərbi 

xidmətə yollanmış, bu dəfə artıq gizir 

kimi xidmətə başlamışdır. 2010-cu ilin 

aprel  ayından  Tərtər  rayonundakı  N 

saylı hərbi hissəsində xidmətini davam 

etdirmişdir.  Ermənilərin  Azərbaycan 

torpaqlarını  işğal  etməsi  və  Xocalıda 

törətdikləri soyqırım Mübarizin qəlbini 

göynətmiş və düşmənə qarşı nifrətini 

artırmışdır. Nəhayət, 18 iyun 2010-cu 

il tarixində gecə saat 23:30 radələrində 

ömrünün  ən  gənc  çağında,  22  yaşlı 

M.İbrahimov    əməliyyata  başlamış-

dır. 1 km-lik neytral məsafəni (mina-

lanmış  sahəni)  tək  keçmiş  və  mənfur 

düşmənimizin  çoxlu  sayda  əsgər  və 

zabitini  elə  birinci  həmlədə  məhv  et-

miş, sonra isə düşmənin öz silahlarını 

özünə istifadə edərək 5 saat tək döyüş-

muşdür.  Düşmənə  ağır  itkilər  verən 

vətən oglu 19 iyun 2010-cu il tarixində 

qəhrəmancasına həlak olmuşdur.

Bakı şəhərindəki 2-ci Şəhidlər Xi-

yabanında dəfn edilmişdir.

Azərbaycan Respublikası Preziden-

tinin 22 iyul 2010-cu il tarixli Fərmanı 

ilə İbrahimov Mübariz Ağakərim oğlu 

ölümündən sonra “Azərbaycanın Milli 

Qəhrəmanı”  fəxri  adına  layiq  görül-

müşdür. 


Biləsuvar rayonunda bir məktəb və 

mərkəzi  küçələrdən  biri  qəhrəmanın 

adını daşıyır. Oxuduğu orta məktəbdə 

xatirə  muzeyi  yaradılmışdır.  Dünya 

sularında üzən tankerlərdən biri onun 

şərəfinə 

adlandırılmışdır.Haqqında  

“Mübariz“adlı film çəkilmişdir.

Mustafa  Çəmənli,  Fəridə  Ləman, 

Canıyar  Yəhya,  Həsənli  Asif  və  bir 

sıra  şair  və  yazıçılarımız  Mübariz 

İbrahimovun  keçdiyi  döyuş  yolu-

nu  qələmə  almış,  onun  igidliyindən, 

mərdliyindən,  vətənə  sədaqətindən 

bəhs  edən  şeirlər,  esselər,  poemalar, 

sənədli  romanlar  yazmışlar.  Mustafa 

Çəmənlinin yazdığı “Mübariz” poves-

ti  orta  məktəb  dərsliklərinə  də  salın-

mışdır. Qardaş Türkiyənin “İST Film” 

şirkəti Azərbaycanın Milli Qəhrəmanı 

Mübariz İbrahimovun həyat yolundan 

bəhs edən filmin çəkilişləri gedir. “Qı-

zıl  elma”  serialının  bir  bölümü  milli 

qəhrəmanımıza həsr olunmuşdur. 

2011-ci  ildə  Almaniyanın  Maqde-

burq  şəhərində  “Mübariz  İbrahimov” 

poçt  markası  dövriyyəyə  buraxılmış-

dır.


7

Milli Qəhrəman


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə