Kbt я25 uot (059) Baş redaktor



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə28/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   24   25   26   27   28   29   30   31   ...   276

58

100 

illiyi

Davud Axundov

 1918-2003 

FEVRAL

Davud Ağa oğlu Axundov 1918-ci il 

fevral ayının 14-də Bakı şəhərində ana-

dan olmuşdur. 1942-ci ildə Azərbaycan 

Sənaye İnstitutunu bitirmişdir. 

Beynəlxalq  Şərq  Akademiyasının 

fəxri üzvü olan Davud Axundov tarixi 

abidələrin bərpası istiqamətində böyük 

işlər görmüşdür. 1942-ci ildən layihəçi-

memar kimi əmək fəaliyyətinə başla-

mış,  Bakıda,  Sumqayıtda,  Ağdamda, 

Mingəçevirdə  və  digər  şəhərlərdə  bir 

sıra  yaşayış  binalarının  müəllifi  ol-

muşdur.


1949-1963-cü illərdə onun layihələri 

əsasında  Bakı,  Krasnovodsk  (indiki 

Türkmənbaşı),  Mahaçqala,  Həştərxan 

və s. şəhərlərdə 100-dən artıq çoxmər-

təbəli  yaşayış  evləri  (əsasən  Bakıda) 

yataqxana, klub, sənaye binaları tikil-

mişdir.

1963-cü  ildə  Azərbaycan  Politex-



nik İnstitutunda çalışmış, 1968-ci ildə 

namizədlik,  1980-ci  ildə  doktorluq 

dissertasiyalarını müdafiə etmişdir.

1970-2003-cü  illərdə  Memarlıq 

konstruksiyaları  kafedrasının  müəl-

limi  olmuşdur.  D.Axundov  qədim 

Azərbaycan  memarlığının  nəzəri 

məsələlərinə dair bir çox elmi əsərlərin 

müəllifidir.  Qafqaz  Albaniyasının 

bütpərəstlik  və  xristianlıq  dövrü  me-

marlığının ilk tədqiqatçısı olmuş, me-

marlıqda  bu  istiqamətin  əsasını  qoy-

muşdur.  Onun  “Qədim  və  orta  əsrlər 

Azərbaycan  memarlığı”  (1986,  rus 

dilində) adlı monoqrafiyasında Qafqaz 

Albaniyası dövründə Azərbaycan me-

marlığının  inkişaf  mərhələləri  araşdı-

rılmış, islamaqədərki və ondan sonra-

kı dövrün memarlıq abidələri ilə bağlı 

elmi tədqiqatlar aparılmışdır. 

Uzun illərdən bəri mübahisəli tarixə 

malik  olan  Bakıdakı  Qız  qalasının 

zərdüştlük məbədi və rəsədxana olma-

sı  fərziyyəsini  professor  D.Axundov 

irəli sürmüşdür. 

Qədim Qafqaz Albaniyasının mədə-

niyyətinə və incəsənətinə aid olan çox-

lu sayda elmi işlərin müəllifi, professor 

Davud  Axundov  kompyuter  texnolo-

giyalarının  köməyi  ilə  qalanın  tarixi 

barədə yeni baxışa nail olmuşdur.

Azərbaycan  memarlığının  inkişa-

fındakı xidmətlərinə görə 1990-cı ildə 

Dövlət mükafatı laureatı olmuş, 2002-

ci ildə “Şöhrət” ordeni ilə təltif edilmiş, 

elə həmin ildən Azərbaycan Respubli-

kası Prezidentinin fərdi təqaüdçüsü ol-

muşdur.


Davud Ağa oğlu Axundov 2003-cü 

il noyabr ayının 19-da vəfat etmişdir.



Ə d ə b i y y a t

Архитектура древнего 

и раннесредневекового 

Азербайджана 

/Д.А.Ахундов.- Баку: 

Азербайджанское 

государственное 

издательство, 1986.

К вопросу о “спорных” 

моментах в истории 

культуры Кавказской 

Албании /Д.А.Ахундов, 

М.Д.Ахундов                   

//Известия АН АзССР. 

Литература, язык и 

искусство.- 1986.- №2.- 

С.104-115.

Axundov Davud Ağa oğlu 

//Azərbaycan Milli En-

siklopediyası: çoxcildli.- 

Bakı,2009.- C.I.- S.217.

İ n t e r n e t d ə

www..anl.az

az.wikipedia.org

www.selydoull.info

14

Memar

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq


59

100 

illiyi

Qara Qarayev 

1918 -1982   

FEVRAL

Qara  Əbülfəz  oğlu  Qarayev  1918-

ci  il  fevral  ayının  5-də  Bakı  şəhərində, 

professor  Əbülfəz  Qarayevin  ailəsində 

anadan  olmuşdur.  Azərbaycan  Dövlət 

Konservatoriyasında  professor  Rudolf-

dan  və  Ü.Hacıbəylidən  dərs  almışdır. 

1941-ci ildə P.İ.Çaykovski adına Mosk-

va  Dövlət  Konservatoriyasında  profes-

sor  D.Şostakoviçin  bəstəkarlıq  sinfində 

təhsilini  davam  etdirmişdir.  1946-cı 

ildən  Azərbaycan  Dövlət  Konservato-

riyasında  bəstəkarlıq  sinfində  müəllim 

kimi  işə  başlamış,  elə  həmin  il  SSRİ 

Bəstəkarlar İttifaqı təşkilat komitəsinin, 

1948-ci ildə isə idarə heyətinin üzvü se-

çilmiş, Azərbaycan  Dövlət  Konservato-

riyasının  dosenti  olmuşdur. Azərbaycan 

EA-nın Memarlıq və İncəsənət İnstitutu-

nun musiqi bölməsinə rəhbərlik etməyə 

başlamışdır. 

1949-1953-cü  illərdə  Azərbaycan 

Dövlət  Konservatoriyasının  direkto-

ru  vəzifəsində  çalışmışdır.  1950-ci  ildə 

SSRİ  Nazirlər  Soveti  yanında  SSRİ 

Dövlət mükafatları üzrə Komitənin üzvü 

təyin  edilmiş,  1952-ci  ildə  Azərbaycan 

Bəstəkarlar İttifaqı idarə heyətinin sədri 

seçilmişdir.

Milli  musiqimizin  və  Azərbaycan 

bəstəkarlıq  məktəbinin  inkişafında 

əvəzsiz  xidmətlər  göstərən  bəstəkar 

dünya  şöhrəti  qazanmışdır.  O,  iki  ope-

ranın, dörd baletin, çoxlu sayda   kame-

ra,  kamera-vokal  və  simfonuk  əsərlərin 

müəllifidir.  ona  dünya  şöhrəti  gətirən 

əsərləri sırasında “İldırımlı yollarla” ba-

leti, Alban rapsodiyası, Vyetnam süitası, 

“Don Kixot” simfonik lövhələri, “Leyli 

və  Məcnun”  simfonik  poemasını,  “Çıl-

ğın Qaskoniyalı” musiqili komediyasını  

nümunə  göstərmək  olar.  Q.Qarayevin 

filmoqrafiyasında  60-dan  çox  film  var. 

Uzun  illər  SSRİ  Bəstəkarlar  İttifaqının 

katibi işləmiş, 1959-cu ildə Azərbaycan 

EA-nın  akademiki  seçilmişdir.  1955-

1976-cı illərdə IV-IX çağırışlar SSRİ Ali 

Sovetinin deputatı olmuşdur.

35  il  Ü.Hacıbəyli  adına Azərbaycan 

Dövlət  Konservatoriyasının  profes-

soru  kimi  pedaqoji  fəaliyyət  göstərən 

Q.Qarayev  70-ə  qədər  professional 

bəstəkar yetişdirmişdir. 

1946-cı  ildə  C.Hacıyevlə  birlikdə 

yazdığı  “Vətən”  operasına  görə  SSRİ 

Dövlət  mükafatı  laureatı  olmuşdur.   

“Leyli və Məcnun” simfonik poemasına 

görə Dövlət mükafatı laureatı olmuşdur. 

1955-ci  ildə  Azərbaycan  SSR-in 

“Əməkdar  incəsənət  xadimi”,  1958-ci 

ildə  Azərbaycan  SSR-in  “Xalq  artisti”, 

1959-cu  ildə  “SSRİ  Xalq  artisti”  fəxri 

adlarına layiq görülmüş, “Qırmızı Əmək 

Bayrağı”,    “Lenin”,  “Oktyabr  inqilabı” 

ordenləri  ilə  təltif  edilmiş,    “İldırımlı 

yollarla” baletinə görə Lenin mükafatı ilə  

mükafatlandırılmış,    “Sosialist  Əməyi 

Qəhrəmanı” fəxri adını almışdır. 

Q.Qarayev 1982-ci il may ayının 13-

də Moskva şəhərində vəfat etmiş, Bakıda 

Fəxri Xiyabanda dəfn edilmişdir. 

1982-ci  ildən  Azərbaycan  Dövlət 

kamera  orkestrinə  bəstəkarın  adı  ve-

rilmişdir.  1984-cü  ildə  “Bəstəkar  Qara 

Qarayev”  gəmisi  dənizə  buraxılmışdır, 

1989-cu ildən Bakıda musiqi məktəbinə 

onun  adı  verilmişdir  (Hazırda  Mərkəzi 

İncəsənət  Mərkəzi).1991-ci  ildə  Bakıda 

metro  stansiyalarının  birinə,  prospektə 

adı verilmiş, 1998-ci ildə “Qara Qarayev” 

poçt markası buraxılmışdır. 2014-cü ildə 

Bakının “28 May” küçəsində bəstəkarın 

abidəsi  ucaldılmışdır  (heykəltaraş  Fazil 

Nəcəfov).  Moskvada  Q.Qarayev  adı-

na  musiqi  məktəbi  fəaliyyət  göstərir.  

2007-ci  ildən  hər  il  Q.Qarayev    adına 

Beynəlxalq  Musiqi  Festivalı  keçirilir. 

Moskva şəhərində yaşadığı evin divarına 

xatirə  lövhəsi  (heykəltəraş  H.Haqverdi, 

arxitektor P.Kozlov) vurulmuşdur.

 Azərbaycan Respublikası Prezidenti 

2017-ci il 17 oktyabr tarixində görkəmli 

bəstəkar Qara Qarayevin 100 illik yubi-

leyinin  keçirilməsi  haqqında  Sərəncam 

imzalamışdır.

Ə d ə b i y y a t

Fortepiano əsərləri [Notlar] 

/Q.Qarayev; red. və komp. 

not qrafikası F.Qarayev, 

X.Novruzov.- Bakı: E.L. 

Nəşriyyat və Poliqrafiya 

Şirkəti MMC, 2008.- 112 s.

Azərbaycan yazıçıları Qara 

Qarayev haqqında  /nəşrə 

haz. S.Sərvi.- Bakı: Letterp-

ress, 2010.- 187, [4] s. 

Qara Qarayev: biblioqrafi-

ya /Azərbaycan Milli Kitab-

xanası; ixt. red. və burax. 

məsul K.Tahirov; elmi red. 

və ön söz. müəl. Z.Səfərova; 

red. G.Səfərəliyeva; tərt. ed. 

R.Orucəliyeva və b.- Bakı, 

2008.- 332 s.

Qara Qarayev [İzoma-

terial]: həyat və yaradı-

cılığı. Azərbaycan Mu-

siqi Mədəniyyəti Dövlət 

Muzeyinin materiallarında 

/layih. rəhb. və elmi 

red. A.Bayramova; tərt. 

ed. A.Fyodorova; məsl. 

Z.Qarayeva-Bağırova; 

ing. dil. tərc. və şərh. 

müəl. N.Vahlberg; [ön 

söz. M.Əliyeva]; Heydər 

Əliyev Fondu; Azərb. Resp. 

Mədəniyyət və Turizm-Bakı: 

Şərq-Qərb, 2011.- 350 s. 

Карагичева, Л. Кара 

Караев: Личность. 

Суждения об искусстве: 

монографическое 

исследование 

/Л.В.Карагичева.- Москва: 

[б. и.], [2014].- 286, [2] с.

5

Bəstəkar

Musiqi.Opera.Balet



Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə