50
Azərbaycan Respublikası İordaniya ilə diplomatik əlaqələr qurmuşdur
(13.02.1993)
Keçmiş SSRİ Qriqorian təqviminə keçmişdir (14.02.1918)
Azərbaycan Hərbi Hava Qüvvələri Günü (14.02.1992)
Beynəlxalq Kitab Bağışlama Günü (14.02.2013)
Azərbaycanla Sudan (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın
28-də tanıyıb) arasında diplomatik münasibətlər yaradılmışdır
(16.02.1993)
Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı günü (17.02.1992)
Bakı Dairə Məhkəməsi yaradılmışdır (19.02.1868)
Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü (19.02.1986)
Bakıda Dağlıq Qarabağ məsələsi ilə bağlı ilk etiraz mitinqi
keçirilmişdir (19.02.1988)
Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq
Deputatları Sovetinin erməni deputatları qeyri-legitim növbədənkənar
sessiya çağıraraq “Dağlıq Qarabağın Azərbaycanın tərkibindən
çıxarılıb Ermənistana verilməsi haqqında” qərar qəbul etmişlər
(20.02.1988)
Bеynəlxalq Ana Dili Günü (21.02.1999)
Xоcalı sоyqırımı günü (26.02.1992)
SSRİ xüsusi xidmət orqanları ilə əlbir olan ermənilər Sumqayıt
şəhərində iğtişaş törətmişlər (27.28.02.1988)
Azərbaycanla İslandiya (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın
29-da tanıyıb) arasında diplomatik münasibətlər qurulmuşdur
(27.02.1998)
Naxçıvan Konservatoriyasının yaranmasının 20 illiyi (27.02.1998)
Ümumdünya Televiziya Günü (28.02.1997)
82
83
79
79
81
80
51
1988-ci ilin fevral ayından Ermənistanın Azərbaycan
Respublikası ərazisinə qarşı təcavüzünə, Azərbaycan
torpaqlarının erməni silahlı qüvvələri tərəfindən iş-
ğalına başlanmışdır. Еrmənistan Rеspublikası “Hərbi
münaqişələr zamanı mədəni sərvətlərin qоrunması
haqqında” Haaqa Kоnvеnsiyasının və “Mədəni
sərvətlərin qеyri-qanuni dövriyyəsi haqqında” Pa-
ris Kоnvеnsiyasının müddəalarını kоbudcasına
pоzaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla
məşğuldur.
Ermənistan Respublikasının hərbi təcavüzü nəti-
cəsində
Azərbaycan Respublikasının Dağlıq Qarabağ
ərazisi və onun ətrafındakı 7 inzibati rayon işğal edil-
mişdir.
Beləliklə, Azərbaycan ərazilərinin 20 faizi iş-
ğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50
mindən artıq adam yaralanmış və şikəst olmuşdur.
Bir milyondan artıq insan 25 ildən çoxdur ki, qaçqın
və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın
azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım
siyasətinin qurbanı olmuş, elementar insan haqlarından
məhrum edilmişdir.
İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi
talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye,
kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv
edilmiş, ümumi yaşayış sahəsi 9 mln m
²
-dən artıq olan
150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni
obyekt, 695 tibb ocağı məhv edilmişdir.
İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su
təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və
kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Da-
ğıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dol-
larından artıq ziyan dəymişdir. Hərbi təcavüz zamanı
ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana,
464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə,
6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Ta-
lan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya
və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər
Tarix Diyarşünaslıq Muzeyi yerlə yeksan olunduqdan
sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və
gümüş zinət əşyaları, ötən əsrlərdə toxunmuş xalça-
lar Ermənistana daşınmışdır. Şuşadakı Tarix Muzeyi-
nin, Ağdamdakı Çörək Muzeyinin, Zəngilandakı Daş
Abidələr Muzeyinin də
aqibəti belə olmuşdur. Oğur-
lanmış və məhv edilmiş bu tarixi-mədəni sərvətlərin
dəyərini müəyyənləşdirmək, pulla qiymətləndirmək
mümkün deyildir. Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş
822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan
Respublikasının ərazi bütövlüyünün tanınmasına və iş-
ğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad
edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respub-
likası bu gün də işğalçılıq siyasətini davam etdirir.
QAN YADDAŞIMIZ!
Vətən torpaqları
bizi gözləyir!
1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:
Dağlıq Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi
4,4 000
km²
Xankəndinin işğal tarixi - 28 dekabr 1991-ci il (ərazisi - 12 km², əhalisi-53.300)
Xocalının işğal tarixi - 26 fevral 1992-ci il (ərazisi - 926 km², əhalisi-27500)
Şuşanın işğal tarixi - 8 may 1992-ci il (ərazisi - 289 km², əhalisi-32800)
Laçının işğal tarixi - 17 may 1992-ci il (ərazisi – 1835 km², əhalisi 73 100 )
Xocavəndin işğal tarixi - 2 oktyabr 1992-ci il (ərazisi - 1458 km² , əhalisi-42 871)
Kəlbəcərin işğal tarixi - 2 aprel 1993-cü il (ərazisi - 1936 km², əhalisi-53962)
Ağdərənin işğal tarixi - 7 iyul 1993-cü il (ərazisi - 1705 km², əhalisi-44.4)
Ağdamın işğal tarixi - 23 iyul 1993-cü il (ərazisi - 1 154 km², əhalisi-197700)
Cəbrayılın işğal tarixi - 23 avqust 1993-cü il (ərazisi - 1049.8 km², əhalisi- 76600)
Füzulinin işğal tarixi - 23 avqust 1993-cü il (ərazisi - 1386 km² , əhalisi-125400)
Qubadlının işğal tarixi - 31 avqust 1993-cü il (ərazisi - 802 km², əhalisi-40,2000)
Zəngilanın işğal tarixi - 29 oktyabr 1993-cü il (ərazisi - 707 km², əhalisi-42707)