45
95
illiyi
Tarixdə bu gün
“Azərbaycan” jurnalının nəşri
1923
YANV
AR
Azərbaycan
Yazıçılar
Birliyi-
nin nəzdində fəaliyyət göstərən
“Azərbaycan” ədəbi-bədii jurnalının ilk
sayı Xalq Maarifi Komissarlığının 24
oktyabr 1922-ci il tarixli kollegiya icla-
sının qərarı ilə 1923-cü il yanvar ayının
28-də “Maarif və mədəniyyət” adı ilə
nəşrə başlamışdır. Jurnalın ilk redakto-
ru görkəmli ədib və maarif xadimi Tağı
Şahbazi (Simurğ) təyin edilmişdir.
1926-cı ildən jurnala əlavə olaraq
ayrıca buraxılmış “Ədəbi parçalar” adlı
məcmuə dərc olunmağa başlanmışdır.
“Azərbaycan” jurnalı ilk illərdə
ərəb, 30-cu illərdə latın, sonralar kiril
və 90-cı illərin axırlarından yenidən la-
tın qrafikasında nəşr olunmuşdur.
Respublikanın ictimai-siyasi və
ədəbi-mədəni həyatında baş verən
hadisələrlə əlaqədar olaraq jurnalın
adı 6 dəfə dəyişdirilmiş, 1923-1927-
ci illərdə “Maarif və mədəniyyət”,
1928-1936 və 1946-1952-ci illərdə
“İnqilab və mədəniyyət”, 1936-1941-
ci illərdə “Revolyusiya və kultura”,
1941-1946-cı illərdə “Vətən uğrun-
da” və nəhayət 1953-cü ildən bu günə
qədər öz məzmunu və qayəsinə görə
“Azərbaycan” adı altında oxuculara
təqdim edilmişdir.
Jurnal Azərbaycan ədəbiyyatı ilə
bərabər başqa xalqların, xarici ölkə ya-
zıçılarının da əsərlərini təbliğ edir, klas-
sik yazıçılarımızın yaradıcılığına, folk-
lor nümunələrinə, tərcümə ədəbiyyatına
geniş yer ayırırdı.
Məcmuənin hər bir sayının for-
malaşmasında, dərc ediləcək materi-
alların seçilməsində, oxunub redaktə
edilməsində, ümumiyyətlə, jurnalın
ərsəyə çatmasında ayrı-ayrı illərdə ona
rəhbərlik etmiş baş redaktorların böyük
əməyi olmuşdur. Müxtəlif illərdə jur-
nala Tağı Şahbazi, Cəlil Məmmədzadə,
Ruhulla Axundov, Mustafa Quliyev,
Müseyib Şahbazov, Hacıbaba Nəzərli,
Məmmədkazım Ələkbərli, Mirzə İbra-
himov, Məmməd Arif, Mehdi Hüseyn,
Əbülhəsən Ələkbərzadə, Əli Vəliyev,
Əhməd Cəmil, Qılman Musayev, Cəlal
Məmmədov, İsmayıl Şıxlı, Əkrəm
Əylisli, Cabir Novruz, Yusif Səmədoğlu
kimi ziyalılar redaktorluq etmişlər. Ha-
zırda jurnalın baş redaktoru İntiqam
Qasımzadədir.
“Azərbaycan” jurnalının ədəbi-bədii
fəaliyyətinə dövlətimiz tərəfindən xü-
susi diqqət və qayğı ilə yanaşılaraq 24
noyabr 1997-ci ildə Azərbaycan Res-
publikasının Prezidentinin Fərmanı ilə
jurnalın dövlət büdcəsi vəsaiti hesabı-
na çap olunması qərara alınmışdır. 27
yanvar 2003-cü ildə isə Azərbaycan
ədəbiyyatı və mədəniyyətinin inki-
şafındakı xidmətlərinə görə jurnalın
əməkdaşları Azərbaycan Respublikası-
nın fəxri adları ilə təltif olunmuşlar.
2004-cü ildə Nizami adına Ədəbiyyat
İnstitutu tərəfindən jurnalın 80 il-
lik ədəbi-bədi fəaliyyəti araşdırılaraq
“Azərbaycan” – 80 (1923-2003) adlı
biblioqrafik göstərici nəşr olunmuşdur.
Hal-hazırda “Azərbaycan” jur-
nalı “poeziya”, “nəsr”, “tənqid və
ədəbiyyatşünaslıq”,
“publisistika”
bölmələrində fəaliyyətini davam etdirir.
Jurnal bu gün də Azərbaycan yazıçıları-
nın, şair və nasirlərinin, dramaturq, pub-
lisist, tənqidçi və ədəbiyyatşünasların
doğma ocağıdır.
28
11
30
Ə d ə b i y y a t
"Azərbaycan" - 80:
(1923-2003): biblioq-
rafik göstərici /tərt.
ed. Ə.Əfəndiyev; elmi
red. B.Nəbiyev; ixt.
red. Z.Əliyeva; AMEA,
Nizami adına Ədəbiyyat
İnstitutu.- Bakı: Çinar-
Çap, 2004.- 544 s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.azyb.net
www.mediateka.musigi-
dunya.az