Kbt я25 uot (059) Baş redaktor


Tarixdə bu gün Beynəlxalq Kitab Bağışlama Günü



Yüklə 56,21 Mb.
Pdf görüntüsü
səhifə39/276
tarix08.11.2018
ölçüsü56,21 Mb.
#79527
1   ...   35   36   37   38   39   40   41   42   ...   276

80

Tarixdə bu gün

Beynəlxalq Kitab Bağışlama Günü 

 2013

FEVRAL

14  Fevral  -  Beynəlxalq  kitab  ba-

ğışlama    günü    (International    Book  

Giving  Day)  –  təqvimdə ən gənc bay-

ramlardandır. 

Bu gün uşaqlara kitab bağışlayan və 

onlarda kitaba  məhəbbət  yaradan  bü-

tün  insanları  birləşdirir.  2012-ci  ildə 

meydana    gələn  bu    bayram  ABŞ-da 

məşhur  Delightful  Children’s  Books 

uşaq  kitabı  saytının  yaradıcısı  Emmi  

Brodmoorun adı ilə bağlıdır.   Bu  ide-

yanı  ona  balaca  oğlu  vermişdir.  O,  

anasından  soruşmuşdur  ki,  niyə  in-

sanların    bir-birinə    kitab    bağışladığı  

xüsusi  gün  yoxdur.  

2011-ci  ildə  Amerikanın  Mines-

sota  əyalətində  yaşayan  6  yaşındakı 

Jack  Broadmoore  adlı  kiçik  qız  “Ki-

tap Vermə Günü”  adlı bir bayram uy-

durmuşdur.  Bütün  dostlarını  və  ailə 

üzvlərini də bu bayramda bir birləriylə 

kitab  dəyişdirməyə  məcbur  etmişdir. 

Tam bir il sonra 2012 ildə Jackin ana-

sı  Amy  Broadmoore,  uşaq  kitabları 

blog’unda bütün kitabsevərləri, uşaqla-

ra kitab hədiyyə edərək “Kitab Vermə 

Günü”nü qeyd etməyə dəvət etmişdir.

2013  ilində  də  Cənubi  Afrika’dan 

Brazilyaya,  Singapurdan  İngiltərəyə, 

Hindistandan  Yeni  Zellandiyayaya 

qədər  çox  fərqli  ölkədən  bloggerlar 

birlikdə  hərəkət  edərək  insanları,  o 

günü “uşaqlara kitab vermə günü” ola-

raq qeyd etməyə çağırmışlar. Deməli o 

gündən bəri dünyanın bir çox ölkəsində 

14 Fevral “Dövlətlərarası Kitab Vermə 

Günü” olaraq qeyd olunmağa başlamış-

dır. Mövcud olduğu  ildən bu təşəbbüs 

bütün dünyada dəstək qazanır  və  indi 

də yeni iştirakçılar cəlb etməkdə davam 

edir. 


Bu  əlamətdar  günün  yayılmasında  

məşhur    müəlliflərin,  bloqqerlərin    və 

uşaq yazıçılarının  dəstəyi  mühüm  rol  

oynamışdır.  

Hər  il  minlərlə  həm  oxunmuş, 

həm  də  yeni  kitablar  dünyanın  bütün 

istiqamətlərinə yola düşür və uşaqlarda 

kitaba məhəbbət, böyüklərdə isə bağış-

lamaq, hədiyyə etmək sevinci  yaradır.   

Hələki  bizim  ölkəmizdə  çox  ge-

niş  olaraq  qeyd  olunmasa  da,  uşaq-

lar  üçün  faydalı  bu  işə  necə  daxil  ola 

biləcəyimizə bir baxaq...

İlk olaraq evdə oxuduğumuz və bir 

daha  oxumayacağımızı  düşündüyü-

müz kitablarımızı ayıraq.

Ətrafımızdakı  kitablarla  maraqla-

nan insanlara bu kitabları verək.

Bir uşağa kitab alaq.

Dostlarımızla 

kitablarımızı 

dəyişək..

Kitablarımızı  kitabxanaya,  uşaq 

evlərinə,  xəstəxanalara,  və  ya  kitab 

kampaniyalarına bağışlayaq.

Uzun  səyahətlər  zamanı  oxuyub 

bitirdiyimiz  kitabları  avtovağzallara, 

havalimanlarına, və ya başqa yerlərə 

qoyaq..

Ə d ə b i y y a t

“Beynəlxalq kitab 

bağışlama günü” 

münasibətilə tədbirlər: 

Bilik Fondu uşaqlara 

gənclərə kitab-

lar hədiyyə edib//

Mədəniyyət.-2017.- 17 

fevral.- S.15.

İ n t e r n e t d ə

http://www.anl.

az/down/meqale/

medeniyyet/2017/

fevral/529320.htm

14



81

Tarixdə bu gün 

Qaradağlı kəndinin işğalı günü

1992

FEVRAL

Qaradağlı  kəndinin  işğalı  Xocalı 

qətliamına  qədər Azərbaycanın  yaşa-

dığı  ən  faciəli  hadisə,  erməni  işğalçı 

dəstələrinin  törətdiyi  müdhiş  bir  qır-

ğın idi. Ermənilər Xocalı soyqırımına 

son “hazırlığı”, həmin qətliamın “baş 

məşqini”  məhz  Qaradağlı  kəndində 

keçmişdilər.

1988-ci  ildən  mənfur  qonşuları-

mızın  torpaq-ərazi  iddiası  başlayan 

dövrdən  etibarən  Qaradağlı  kəndinin 

dinc  sakinləri  hər  gün  ermənilərin 

hücumuna  məruz  qalmışdır.  Erməni 

təxribatçıları tərəfindən törədilmiş ter-

ror aktları nəticəsində 1991-ci ilin 28 

iyun tarixində 3 nəfəri qadın olmaqla 

6  nəfər  diri-diri  yandırılmış,  1991-ci 

ilin  sentyabr  ayında  sərnişin  avtobu-

sunun gülləbaran edilməsi nəticəsində 

8 nəfər öldürülmüş, çoxlu sayda insan 

yaralanmış,  güllə  yarası  alanlardan  5 

nəfəri sonradan dünyasını dəyişmişdir. 

17  fevral  1992-ci  il  tarixində  erməni 

hərbi  birləşmələri  tərəfindən  keçmiş 

SSRİ Silahlı Qüvvələrinin 366-cı mo-

toatıcı  alayının  hərbi  texnikasının  və 

canlı  qüvvəsinin  dəstəyi  ilə  Dağlıq 

Qarabağ  bölgəsindəki  mühüm  yaşa-

yış  məntəqələrindən  biri  -  Xocavənd 

(Martuni) rayonunun Qaradağlı kəndi 

işğal  edilmişdir.  118  nəfər  əsir  götü-

rülmüş, 33 nəfər ermənilər tərəfindən 

güllələnmiş,  öldürülən  və  yaralı  hal-

da  olanları  bir  yerdə  təsərrüfat  quyu-

suna  tökərək  üzlərini  torpaqlamışlar. 

Əsirlikdə  saxlanılanlara  qarşı  vəhşi, 

vandalizm hərəkətləri ilə davranılma-

sı, insanların başlarının kəsilməsi, diri-

diri basdırılması, dişlərinin çəkilməsi, 

ac-susuz  saxlanılması,  döyülərək 

öldürülməsi insanlığa qarşı törədilmiş 

cinayət hadisəsi idi. 140-a yaxın uşaq 

yetim qalmışdır. Ümumilikdə Qaradağ-

lı kəndində 91 nəfər, kənd sakinlərinin 

hər 10 nəfərindən biri qətlə yetirilmiş-

dir.

Öldürülənlərdən 10 nəfəri qadın, 8 



nəfəri məktəbli olmuşdur. 

İşğal  nəticəsində  kənddə  200  ev, 

1  mədəniyyət  evi,  320  yerlik  orta 

məktəb binası, 25 çarpayılıq xəstəxana 

binası  və  digər  obyektlər  dağıdılmış-

dır.  Kəndin  800  nəfərə  yaxın  sakini 

məcburi köçkün düşmüşdür.

İşğal altında olan başqa torpaqları-

mız kimi Qaradağlı kəndi də azad olu-

nacağı günü gözləyir.



Ə d ə b i y y a t

Əli. Qaradağlı faciəsindən 

25 il ötdü /Əli //Xalq 

cəbhəsi.-2017.- 18 fevral.- 

S.9. 

Qocayev, Ş. Qaradağlı 

soyqırımının dəhşətləri 

/Ş.Qocayev //Azad 

Azərbaycan.-2015.- 18 

fevral.- S.4. 

Qaraca, B. Qaradağlıdan 

başlayan faciələr: Qara-

dağlı faciəsindən 23 il keçir 

/B.Qaraca //Azərbaycan.-

2015.- 17 fevral.- S.5. 

Quliyev, L. Unudulma-

yan dərdlər: Qaradağlı 

faciəsindən 23 il keçir 

/L.Quliyev //Azərbaycan.-

2015.- 17 fevral.- S.5. 

www.garadaghli.org

17


Yüklə 56,21 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   276




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə