412
Tarixdə bu gün
830
illiyi
Mömünə Xatun türbəsi
1186
2016
Əcəmi Əbubəkr oğlunun dövrümüzə
çatmış ən gözəl əsəri olan Mömünə xa-
tun türbəsi bu gün də orta əsrlər Naxçıvan
şəhərinin əzəmətini əks etdirir.
Abidənin üzərindəki kitabədən türbənin
1186-cı ildə Atabəy Şəmsəddin Eldənizin
oğlu Məhəmməd Cahan Pəhləvanın arvadı
Mömünə xatunun şərəfinə tikildiyi məlum
olur. Monumental, əzəmətli bir tikinti olan
türbə Naxçıvana gələn səyyah və tacirlərin
diqqətini çoxdan bəri özünə cəlb etmiş və
abidə bir çox əsərlərdə öz əksini tapmışdır.
Hələ XIX əsrin əvvəllərində Naxçıvana
gələn Dübua de Monper abidəyə diqqət ye-
tirmiş və onun kitabələrinin üzünü çıxararaq
Peterburqa, akademik Frenə göndərmişdir.
Türbə bürcvari Azərbaycan türbələrinin
ən görkəmli nümunəsidir. Zəmanəmizə
qədər qalmış hissəsinin hündürlüyü 26
metr olan türbənin xarici örtüyü dağılmış-
dır. Onun da 8 metr olduğunu nəzərə alsaq
türbə keçmişdə 34 metr hündürlüyü olan
dairəvi bir tikinti olmuşdur.
Abidə yeraltı hissədən və yerüstü qurğu-
dan ibarətdir. Yeraltı sərdabə hissəsi planda
onbucaqlıdır. Mərkəzdə yerləşmiş sütundan
onbucaqlının hər küncünə bir tağ atılmış-
dır. Türbənin nəfis divar naxışları türbənin
əsas hissəsini təşkil edən yerüstü abidə
xaricdən ongüşəli, daxildən isə dairəvidir.
Kərpicdən tikilmiş türbənin quruluşu Yusif
Küseyir oğlu türbəsinə oxşardır. Burada da
türbənin bucaqları çıxıntı şəklində həll edil-
miş, səthlər isə batıq vəziyyət almışdır. La-
kin burada memarlıq sxemi olduqca zəngin
surətdə işlənmiş, bütün səthlər memarlıqla
rəssamlığın sintezi şəklində təzahür etmiş-
dir. Türbənin bucaqlarındakı çıxıntılar əsas
etibarı ilə kufi xətlə işlənmiş kitabə ilə ör-
tülmüşdür. Kitabələrin ümumi uzunluğu
500 metrə çatır.
Türbənin üzərindəki ornament bəzəkləri
sənətkarın tükənməz fantaziyaya malik
olduğunu göstərir. Səthlərin ornamentləri
müxtəlifdir. Lakin memarın məharəti ora-
sındadır ki, müxtəlifliklə bərabər bütün
ornamentləri eyni səciyyədə yaratmış və
beləliklə, abidənin ümumi vəhdətini saxla-
ya bilmişdir. Səthlərin həndəsi ornamenti-
nin əsasını çoxuclu ulduz və ondan gedən
süvari xəttlər təşkil edir. Burada 5, 6, 8
uclu ulduzlara və 6, 8 bucaqlı quruluşlara
təsadüf edilir.
Türbənin ancaq Qərb səthi başqa şəkildə
həll edilmişdir. Burada səth iki yerə bölün-
müş, aşağı hissəsində giriş qapısı baştağ
şəklində həll edilmiş, yuxarı hissəsində,
başqa səthlərdə olduğu kimi ornamental
bəzəklər verilmişdir. Memarın adını və
abidənin inşaat tarixini göstərən kitabələr
türbənin Qərb səthində, portaldan yuxarıda
göstərilmişdir. Türbənin yuxarı hissəsindəki
qurşaq bütün səthləri əlaqələndirir və orada
yerləşdirilmiş kufi xəttin firuzəyi kaşı yerli
üzərində olması bu kitabə qurşağını binanın
əhəmiyyətli bir kompozisiya elementinə
çevirir.
Mömünə xatun türbəsinin daxilindəki
yeganə bəzək ünsürü türbənin günbəzinin
iç tərəfində yerləşdirilmiş dörd böyük
qönçədir. Dairəvi şəkildə olan bu qönçələrin
içərisində nəbati naxışlı rəsmlər və son za-
man aydınlaşdırılmış yazılar ornament
şəklində yerləşdirilmişdir. Burada Allah
(c.c.), Ömər, Osman, Əli sözləri yazılmış-
dır. Görünür memar öz adını da bu adlarla
birləşdirmişdir. Onu da qeyd etmək lazımdır
ki, I xəlifə Əbubəkrin adının memarın ata-
sının adı ilə eyni olması onu belə mürəkkəb
kompozisiya yaratmağa sövq etmişdir.
Ə d ə b i y y a t
Salamzadə, A. Əcəmi
Əbubəkr oğlu və Naxçı-
van memarlıq abidələri
/A.Salamzadə.-Bakı: İşıq,
1976.- 82 s.
Əzimova, S. Naxçıvanın
baş tacı: Möminə Xatın
türbəsi /S.Əzimova //İki
sahil.- 2011.- 6 avqust.-
S.13.
Məhərrəmova, T. Memar
Əcəminin şah əsəri
/T.Məhərrəmova //Kaspi.-
2011.-9 fevral.-S. 12.
Rəhimoğlu, M. Möminə
xatın məqbərəsi və onunla
bağlı aparılan araşdırma-
lar /M.Rəhimoğlu //525-ci
qəzet.-2014.- 15 may.- S.8.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.azadqadin.az
www.nrb.nakhchivan.az
413
Tarixdə bu gün
115
illiyi
İlk Beynəlxalq Nobel mükafatı
1901
2016
Alfred Nobel (1833-1896) isveç ixti-
raçı, sənayeçi, linqvist, filosof və huma-
nist idi. Əldə etdiyi gəlirin böyük hissə
onun 355 ixtirasının (o cümlədən dina-
mitin kəşfinin) payına düşür. 1895-ci
ilin noyabr ayının 27-də Parisdə Nobel
vəsiyyətnamə yazır, onun vəsiyyətnaməsi
əsasında əsasında bu mükafat təsis edil-
mişdir.
Alfred Bernard Nobelin ölümündən
sonra qalan kapital Nobel fondunu təşkil
etmişdir. Həmin kapital və fondun ya-
ranmasında Nobel qardaşları şirkətinin
səhmindən əldə edilən gəlir Nobel fon-
dunun çox hissəsini təşkil etmişdir.
Fond 1900-cü ildə özəl, müstəqil qeyri-
hökumət təşkilatı olaraq yaradıldı.
Bu
mükafat
namizədlərin
milliyətindən asılı olmayaraq Alfred No-
belin vəsiyyətinə əsasən aşağıdakı alti
sahə üzrə verilməlidir: Kimya üzrə, Fizika
üzrə,Fiziologiya və tibb üzrə,Ədəbiyyat
üzrə, Nobel Sülh mükafatı, İqtisadiy-
yat üzrə. Nobel mükafatı 1901-ci ildən
verilməyə başlayıb. Xüsusi yaardılmış
Nobel komitəsi tərəfindən bütün il boyu
namizəd siyahısı üzərində iş aparılır.
Müxtəlif ölkələrin professorlarına, aka-
demik təşkilatlara, keçmiş Nobel müka-
fatı sahiblərinə məktublar göndərilərək
namizədlərin seçilməsi üçün dəvət olu-
nurlar.Laureatlara verilən mükafata me-
dal, şəxsi diplom və böyük həcmdə (10
milyon İsveç kronu- təxminən 1,5 mln.
ABŞ dolları) pul mükafatı daxildir. Kim-
ya, fizika, ədəbiyyat, tibb və fiziologi-
ya üzrə Nobel mükafatlarının medalları
Erik Lindberq, Nobel sülh mükafatının
medalı Qustav Vigeland və Alfred Nobe-
lin şərəfinə verilən İqtisadiyyat üzrə Svo-
riges Riksbank mükafatının medalı isə
Qunver Svensson Lundqvist tərəfindən
dizayn edilib. Dekabrın 10-da mükafa-
tın yaradıcısının ölüm günündə mükafa-
tın təqdimat mərasimi keçirilir. İsveçdə
təşkil olunan mərasimdə laureatlara mü-
kafatı İsveç kralı özü şəxsən təqdim edir,
eyni gündə Norveçdə keçirilən tədbirdə
isə Norveç kralının iştirakı ilə Nobel sülh
mükafatını Norveç Nobel Komitəsinin
direktoru təqdim edir. Diplomlar hər lau-
reat üçün fərdi olaraq tərtib edilir, diplo-
mun bir hissəsi hər hansı bir təsvir, digər
hissəsi isə yazı ilə tamamlanır. Fizika və
kimya üzrə Nobel mükafatlarını, iqtisa-
diyyat üzrə Riksbank Nobel mükafatını
laureatlara İsveç Kral Elmlər Akademi-
yası təqdim edir.
Nobel sülh mükafatı Norveç Nobel
Komitəsi tərəfindən verilir. Nobel sülh
mükafatı “xalqlar arasında qardaşlığın
təbliği, daimi qoşunların azaldılması, ya-
xud tamamilə aradan qaldırılması və ya
sülh konqreslərinin keçirilməsinin irəli
sürülməsi və həvəsləndirilməsi sahəsində
görülmüş ən yaxşı işlərə görə” verilir.
Ümumilikdə 95 fərd və 23 təşkilat Nobel
sülh mükafatına layiq görülüb.
İsveçin
Karolinski
İnstitutunun
Nobel Assambleyası fiziologiya və
tibb sahəsində Nobel laureatlarının
seçilməsinə görə cavabdehdir. Stokholm-
da yerləşən Nobel Assambleyasının tibb
sahəsində mütəxəssis və səsvermə hüqu-
qu olan 5 professoru var. Bu təşkilatın
əsas işçi orqanı Nobel Komitəsidir, onun
üzvləri hər üç ildən bir seçilir.
Bundan başqa vəsiyyətdən kənar
1969-cu ildən başlayaraq İsveç Bankı-
nın təşəbbüsü ilə İqtisadiyyat üzrə Nobel
mükafatı da verilir. Onun təltif qaydası
digər sahələrdə olduğu kimidir.
Laureat “Nobel xatirə mühazirəsi”
söyləməlidir. O sonradan Nobel Fondu
tərəfindən xüsusi cilddə nəşr edilir.
Ə d ə b i y y a t
Nobel mükafatı almış
iqtisadçılar və onların
nəzəriyyələri: elmi-
ensiklopedik nəşr /tərt.
müəl.: A.Şəkərəliyev,
Ş.Əliyev, M.Cavadov.-
Bakı: Elm, 2004.-240 s.
Quliyev, R. İqtisadi
araşdırmalara görə
Nobel mükafatı və daha
bir neçə xırdalıqlar
barəsində /R.Quliyev
//Respublika.-2014.- 21
dekabr.- S.3.
Mirseyid, A. Nobel
mükafatı və Nobel
tənhalığı /A.Mirseyid
//Ekspress.- 2012.- 28-
30 aprel.- S.14.
Нобелевская
премия. Лауреаты:
[иллюстрированная
энциклопедия] /ред.
О.Шевнина; пер. с
англ. Л.Гуськовой.-
Москва: Эксмо, 2009.-
293 с.
İ n t e r n e t d ə
www.anl.az
az.wikipedia.org