25
25
Riyaziyyat.Fizika.Astronomiya
YANV
AR
Zahid Xəlilov
1911-1974
105
illiyi
Ə d ə b i y y a t
İstinad nöqtəsi: [Zahid
Xəlilov-100] /[ön söz.
Z.Məmmədəli].- Bakı:
Qismət, 2011.- 246 s.
Hacıyeva, Z. Xəlilov
Zahid İsmayıl oğlu
//Hacıyeva Z. AMEA
prezidentləri. Şanlı
yolun mərhələləri.- Bakı,
2014.- S.56-61.
Специальные вопросы
функционального
анализа и их
применении к теории
дифференциальных
уравнений и теории
функции /Халилов З.-
Баку, 1968.- 132 с.
Функциональный
анализ: Некоторые
вопросы теории
дифференц. уравнений
и теории функции:
Сборник статей /Ред.
акад. З.И.Халилов.-
Баку: Изд.АН,Аз.ССР,
1967.- 214с.
Асланов, Р. Захид
Исмаил оглы Халилов,
(1911-1974) //Асланов
Р. Знаменитые
математики:
историко-
математические
Zahid İsmayıl oğlu Xəlilov 1911-ci il
yanvar ayının 14-də Tiflis quberniyasının
Ekatrinenfeld nahiyəsinin (indiki Bolnisi
rayonu) Saraçlı kəndində anadan olmuş-
dur. Tiflisdə orta məktəbi və Türk Pedaqoji
Texnikumunu bitirdikdən sonra 1929-cu
ildə Bakıda Azərbaycan Dövlət Universite-
tinin (indiki BDU) riyaziyyat şöbəsinə da-
xil olmuş, 1930-1934-cü illərdə universitet
bağlandığına görə ali təhsilini Azərbaycan
Pedaqoji İnstitutunda başa vuraraq yenidən
Tiflisə qayıtmış və Dəmir yolu Nəqliyyatı
Mühəndisləri İnstitutunda işləmişdir.
1937-ci ildə Tiflisdə Riyaziyyat İnstitu-
tunun aspiranturasına daxil olmuş, 1940-cı
ildə dissertasiya müdafiə edərək Qafqaz
türkləri arasında ikinci (İbrahim İbrahi-
movdan sonra) fizika-riyaziyyat elmləri
namizədi alimlik dərəcəsi alan şəxsdir.
Elə həmin il ADU-ya dəvət edilmiş, öm-
rünü həmişəlik Azərbaycan və onun elmi
ilə bağlamışdır. 1946-cı ildə isə doktorluq
dissertasiyası müdafiə etmiş, 35 yaşında
Azərbaycanın ilk fizika-riyaziyyat elmləri
doktoru olmuşdur. 1955-ci ildə Azərbaycan
EA-nın həqiqi üzvü seçilmişdir.
1944-1960-cı illərdə BDU-da nəzəri
mexanika kafedrasının müdiri, 1950-1956
və 1967-1974-cü illərdə Riyaziyyat və
Mexanika İnstitutunun direktoru, 1957-
1959-cu illərdə Azərbaycan EA Fizika-
riyaziyyat və Texnika elmləri bölməsinin
akademik-katibi, akademiyanın vitse-
prezidenti seçilmiş, 1962-1967-ci illərdə
Azərbaycan SSR EA-nın prezidenti olmuş-
dur. 1967-ci ildən ömrünün sonuna qədər
isə özünün yaratdığı Riyaziyyat və Mexa-
nika İnstitutuna rəhbərlik etmişdir. Əsas
tədqiqatları funksional analiz, onun inteq-
ral və diferensial tənliklərə tətbiqi, bütöv
mühit mexanikası, avtomatik idarəetmə
sisteminin riyazi nəzəriyyəsi, tətbiqi ri-
yaziyyat və riyaziyyatın başqa sahələrinə
aiddir. Alim funksional analiz məktəbinin
əsasını qoyaraq poliharmonik tənliklər sis-
temi üçün ümumi sərhəd məsələsini həll
etmiş, dəyişənlərinə ayrılmayan qarışıq
məsələlərin həlli üçün Furye üsulunun ana-
loqunu, qarışıq tipli model tənlikləri üçün
şəbəkə üsulunu vermişdir. O, mücərrəd
sinqulyar operatorlar nəzəriyyəsini yarat-
mış, yeraltı hidromexanikanın neft və qaz
yataqlarının işlənməsində tətbiq olunan
bir çox məsələnin həllini vermiş, Banax
fəzasında öz-özünə qoşma olmayan opera-
torun spektrini tədqiq etmişdir. Z.İ.Xəlilov
əski sovetlər birliyində funksional ana-
liz üzrə ilk monoqrafiyalardan biri olan
“Funksional analizin əsasları”nın (1949,
rus dilində) müəllifi olmuşdur. Onun
tərəfindən qazın və qazlaşdırılmış neftin
süzülmə nəzəriyyəsinin ümumi məsələsi
həll edilmişdir. “Funksional analiz və
onun tətbiqləri” ümumittifaq jurnalının
redaksiya heyətinin üzvü olmuşdur. Onun
rəhbərliyi ilə 30-dan çox elmlər namizədi
və elmlər doktoru yetişmişdir.
Akademik Z.İ.Xəlilov “Əməkdar elm
və texnika xadimi” fəxri adına layiq görül-
müş, SSRİ Ali Sovetinə deputat seçilmiş,
iki dəfə Qırmızı Əmək Bayrağı ordeni,
“Şərəf nişanı” ordeni və keçmiş SSRİ-
nin bir neçə medalı ilə təltif olunmuşdur.
Azərbaycan Riyaziyyatçılar Cəmiyyətinin
prezidenti seçilmişdir.
Xəlilov Zahid İsmayıl oğlu 4 fevral
1974-cü ildə Bakı şəhərində vəfat etmiş,
Fəxri Xiyabanda dəfn olunmuşdur. Bakı
şəhərində adına küçə və məktəb var.
14
Akademik
26
Kimya.Biologiya.Tibb
YANV
AR
Məryəm Mahmudbəyova
1921-1992
Nəsibə Hüseynova
1926
95
illiyi
90
illiyi
Ə d ə b i y y a t
Mahmudbəyova Məryəm
//Azərbaycan Sovet En-
siklopediyası: 10 cilddə.-
Bakı, 1982.-C.6.- S.396.
Mahmudbəyova Məryəm
Fərəməz qızı //Naxçıvan
ensiklopediyası.- Bakı,
2002.- S.291.
Məryəm Fərəməz qızı Mahmud-
bəyova 1921-ci il yanvar ayının 2-də
Naxçıvan şəhərində anadan olmuşdur.
1953-cü ildə Q.M.Musabəyov adına
Azərbaycan Elmi-Tədqiqat Virusolo-
giya və Gigiyena İnstitutunda işləmiş,
1966-cı ildə tibb elmləri doktoru alim-
lik dərəcəsi almışdır. 1976-1979-cu
illərdə Azərbaycan Elmi-Tədqiqat
Qanköçürmə və Hemotologiya İnstitu-
tunda İmmun-hemotologiya şöbəsinin
müdiri vəzifəsində çalışmışdır. Tədqiqatı
müasir təbabətin aktual məsələlərinin
(bioloji aktivliyi yüksək olan mikro-
molekulların, zülalların, nuklein turşu-
sunun həll olunan antigen fraksiyaları-
nın) öyrənilməsinə həsr olunmuşdur.
Musabəyovanın antigen quruluşa aid
tədqiqatlarından immun preparatların
istehsal texnologiyası sahəsində, habelə
xəstəliklərin profilaktika və diaqnosti-
kasında geniş istifadə edilir.
Azərbaycan səhiyyəsi sahəsindəki
xidmətlərinə görə 1973-cü ildə
“Azərbaycanın Əməkdar həkimi” fəxri
adına layiq görülmüşdür.
Məryəm Mahmudbəyova 1992-ci
ildə Bakıda vəfat etmişdir.
Nəsibə Ağa İsmayıl qızı Hüseynova 1926-cı il
yanvar ayının 25-də Bakıda anadan olmuşdur.
1943-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna
(indiki ATU) daxil olmuş, 1948-ci ildə Moskvada-
kı N.İ.Piroqov adına II Tibb İnstitutunu bitirmişdir.
Həmin ildən Azərbaycan Dövlət Tibb İnstitutunun
uşaq xəstəliklərinin propedevtikası kafedrasının
kliniki ordinatoru vəzifəsində çalışmışdır. 1950-
1951-ci illərdə Laçın şəhərindəki qadın və uşaq
məsləhətxanasının müdiri, 1955-1959-cu illərdə
Ana və Uşaqların Mühafizəsi Elmi-Tədqiqat İns-
titutunda baş elmi işçi, şöbə müdiri vəzifəsində
çalışmışdır.1959-cu ildən Azərbaycan Dövlət Tibb
İnstitutunun Hospital pediatriya kafedrasının do-
senti olmuş, 1969-cu ildə tibb elmləri doktoru
alimlik dərəcəsi almış, 1970-ci ildən isə həmin ka-
fedranın professorudur.
1959-1961-ci illərdə İraqda həkim işləmiş, 1971-
1976-cı illərdə Bakı şəhərində baş pediatr, 1976-cı
ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-
nin baş uşaq qastroenteroloqu olmuşdur.
Əsasən uşaqların qidalanması məsələlərinə
dair tədqiqatlar aparmışdır. 200-dən artıq elmi
məqalənin və metodiki tövsiyələrin müəllifidir.
1970-1992-ci illərdə ATİ-nin müalicə-profilak-
tika fakültəsinin Uşaq xəstəlikləri kafedrasının
müdiri, 1992-ci ildən həmin kafedranın professoru
vəzifəsində çalışmışdır.
1986-cı ildə “Əmək Veteranı” medalı, 1990-
cı ildə “Azərbaycanın Əməkdar həkimi” fəxri
adını almış, 2010-cu il 20 sentyabr tarixində
Azərbaycanda tibb təhsilinin və elminin inkişafın-
dakı xidmətlərinə görə Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə
təltif edilmişdir.
Ə d ə b i y y a t
Hüseynova Nəsibə Ağa İsmayıl qızı //Azərbaycan qadını ensiklo-
pediyası /red. hey. R.Mehdiyev [və b.]; baş red. İ.Vəliyev; [müəl.
X.Abbasov [və b.]].-Bakı, 2002.- S.182.
2
Mikrobioloq-immunoloq
Həkim
25