49
60
illiyi
Gülbacı İmanova
1956
FEVRAL
Gülbacı Əliəkbər qızı İmanova 1956-
cı il fevral ayının 13-də Bakı şəhərində
anadan olmuşdur. Azərbaycan Dövlət
Konservatoriyasının məzunudur.
1980-cı ildən Bakı Musiqi Akademi-
yasında (BMA) xor dirijorluğu ixtisa-
sından və xor fənnlərinin metodikasın-
dan fənlərini
tədris etmişdir. 1989-cu
ildən Ş.Məmmədova adına Opera stu-
diyasında baş xormeyster kimi fəaliyyət
göstərmişdir.
1993-cü ildən etibarən Bakı Musiqi
Akademiyasının Dirijorluq kafedrasında
çalışır. 1996-cı ildə Azərbaycan Dövlət
Xor Kapellasına bədii rəhbər və baş di-
rijor vəzifəsinə təyin edilmişdir. Onun
repertuarına Azərbaycan və dünya xalq-
larının xor musiqisi, o cümlədən Ameri-
ka spiriçuelsi, klassik və müasir musiqi
əsərləri, xüsusilə F.Əlizadənin “Journey
İmmortalitu” oratoriyası daxil edilmiş-
dir.
G.İmanovanın rəhbərliyi altında
S.Qunonun “Santa Sesiliya” messa-
sı və milli kapellanın ilk dəfə ifa etdiyi
V.Adıgözəlovun “Təntənəli kontata”sı
kimi əsərlər Azərbaycan səhnəsində ilk
dəfə ifa olunmuşdur.
Gülbacı xanım müxtəlif operalara
xor partiyaları hazırlamış, “Traviata”,
“Aida”, “Trubadur”, “Təlxəklər”, “Kənd
namusu”, “Çar gəlini”, “Aleko” və s. ta-
maşaların xormeysteri olmuşdur.
1999-cu ildən BMA-nın Dirijorluq
kafedrasında dosent, sonra professor
kimi fəaliyyət göstərmişdir. Müəllimlik
etdiyi vaxtdan bir sıra dirijor-xormeyster
yetişdirmişdir. Onlar arasında beş ma-
gistr, on bakalavr və bir neçə assistent-
aspirant var.
1996-cı ildə Gürcüstan respubli-
kasının,
1999-2000-ci illərdə Türkiyə
Cümhuriyyətinin fəxri fərmanlarına və
mükafatlarına layıq görülmüşdür.
2000-ci ilin oktyabr ayında “Azərbay-
canın Əməkdar incəsənət xadimi”, 2007-
ci ildə “Xalq artisti” fəxri adlarına layiq
görülmüşdür.
2011, 2014-cü illərdə Azərbaycan
Respublikası Prezidentinin mükafatı ilə
təltif edilmişdir.
Ə d ə b i y y a t
Adilə Yusifovanın “Uşaqlara məhəbbətlə” uşaq xoru üçün əsərləri [Notlar]: Xor dirijorluğu ixtisası üzrə təhsil alan tələbələr üçün dərs
vəsaiti /A.Yusifova, G.İmanova; red. G.Abdullazadə; rəyçi. S.İbrahimova, Y.Kuzmaxova; Azərb. Resp. Təhsil Nazirliyi, Ü.Hacıbəyov ad.
Bakı Musiqi Akad.- Bakı: Adiloğlu, 2009.- 100 s.
Xəyyam Mirzəzadənin xor əsərləri: metodik tövsiyələr /G.İmanova; [elmi red.: G.İmanova; C.Həsənova; rəy.: C.Mahmudova,
L.Məmmədova]; Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Resp. Təhsil Prob. İn-tu; Ü.Haqcıbəyli ad. Bakı Musiqi Akad.- Bakı, 2008.- 16 s.
Xor musiqimizin bu günü Gülbacı İmanova: “Əvvəlki illərlə müqayisədə xora maraq daha yüksəkdir” /G.İmanova; müsah. apardı
H.Nizamiqızı //Mədəniyyət.- 2012.- 10 oktyabr.- S.7.
Qadın iradəsi və dirijor idarəsi /G.İmanova; müsah. apardı Ü.Həsənli //Baku Post.- 2013.- 18 sentyabr.- S.10.
Gülbacı İmanova //Qadınlar Azərbaycanın musiqi həyatında /layih. müəl., tərt. və red. A.Bayramova.- Bakı, 2004.- S.102.
İ n t e r n e t d ə
www.anl.az; www.csl-az.com; www.musigi-dunya.az
13
Xor dirijoru
Musiqi.Opera.Balet
50
60
illiyi
Səkinə İsmayılova
1956
FEVRAL
Səkinə Qulu qızı İsmayılova 1956-
cı il fevral ayının 24-də Bakı şəhərində
anadan olmuşdur.
1972-ci ildə ümumrespublika “Oxu
tar” müsabiqəsində “Yurdumuz geyib
əlvan” mahnısını ifa etmiş, müsabiqənin
I dərəcəli diplomuna layiq görülmüş,
1973-cü ildə “İstedadlar axtarırıq”
müsabiqəsində “Gəl bizə yar” xalq
mahnısının ifasına görə müsabiqənin I
dərəcəli diplomu və Mədəniyyət Nazir-
liyinin (indiki Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi) fəxri
fərmanı ilə təltif olunmuşdur.
1974-cü ildə Asəf Zeynallı adına Mu-
siqi Məktəbinin muğam sinfində ustad
xanəndə, pedaqoq Nəriman Əliyevdən
dərs almışdır. Burada təhsilini başa vura-
raq Opera və Balet teatrının səhnəsində
çıxış etməyə başlamışdır. 1990-cı ildə
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetini bitirmişdir.
Xalq mahnıları və muğamların
əvəzedilməz ifaçısı olan Səkinə İsmayı-
lova Azərbaycan muğam sənətini İran,
Türkiyə, İraq, Səudiyyə Ərəbistanı,
Vyetnam, Yaponiya, Hindistan, Avstri-
ya, Almaniya, Hollandiya, İsveç, Fransa,
Norveç, Danimarka, Macarıstan, Lük-
semburq, ABŞ kimi ölkələrdə dəfələrlə
yüksək səviyyədə təmsil etmişdir.
Opera və Balet Teatrının səhnəsində
əksər muğam operalarında aparıcı par-
tiyaları “Leyli və Məcnun”-da Ley-
li, “Əsli və Kərəm” də Əsli, “Gəlin
qayası”nda Gülbahar, “Aşıq Qərib” də
Şahsənəm, “Vaqif”də xanəndə qız və bir
çox digər rollarda uğurla çıxış etmiş və
etməkdədir.
Səkinə İsmayılova Milli Konserva-
toriyanın dosenti, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
baş müəllimidir.
Heydər Əliyev Fondunun dəstəyi
ilə Azərbaycan Mədəniyyəti Fondu-
nun layihəsi əsasında Mədəniyyət və
Turizm Nazirliyinin yaxından işti-
rakı və Azərbaycan Televiziyasının
təşkilatçılığı ilə keçirilən muğam televi-
ziya müsabiqələrində münsif kimi iştirak
etmişdir.
Səkinə İsmayılova müasir Azərbaycan
muğam ifaçılığında ilk dəfə olaraq qadın
ifaçılardan ibarət olan muğam üçlüyü ya-
ratmışdır. Bir çox xarici ölkələrdə qastrol
səfərlərində olan xanəndə Azərbaycan
muğamını beynəlxalq səviyyədə təbliğ
etmişdir.
2009-cu ilin martında ölkəmizdə ilk
dəfə olaraq keçirilən I Beynəlxalq Mu-
ğam Festivalında respublikamızı təmsil
etmişdir.
1991-ci ildə rejissor və ssenari müəllifi
Ş.Ələkbərovun “Qəzəlxan” filmində
mahnı ifaçısı kimi, 1995-ci ildə “Hacı
Arif” filmində arxiv kadrlarında, 2005-ci
ildə rejissor M. Əjdəroğlunun “Nəriman
Əliyev”adlı filmində, rejissor A.Qazıyev
və ssenari müəllifi R. Zöhrabovun “Xalq
Təranələri” filmində iştirak etmişdir.
1988-ci ildə Əməkdar artist, 1992-ci
ildə Xalq artisti adına layiq görülmüşdür.
Müğənni Prezident mükafatçısı olmuş-
dur.
Ə d ə b i y y a t
Birliyimizin nümayişi:
Ziyalı sözü - vətəndaş
mövqeyi /S.İsmayılova.
Xalq artisti//Azərbaycan
.- 2015.- 14 may.- S.4.
Əsl tələbə odur ki,
müəllimindən irəli getsin
/S. İsmayılova. //Üç nöqtə
.- 2012.- 14 iyul.- S.13.
Xatun sənətkar... “Muğa-
mı təkcə kişi xanəndələr
inkişaf etdirməyib”
/S.İsmayılova //Şərq.-
2013.- 25 dekabr.- S.14.
Muğam dünyanı
heyrətləndirməkdədir
/S.İsmayılova; müsah.
apardı G.Allahverdiyeva
//Ekran-efir.- 2014.- 28
noyabr. - S. 10.
Muğamı qavalla ifa
edən ilk qadın xanəndə
/S.İsmayılova; mü-
sah. apardı T.Vahid
//Mədəniyyət.- 2011.- 18
fevral.- S.5.
Səkinə İsmayılova
//Qadınlar Azərbaycanın
musiqi həyatında
/layih. müəl., tərt. və red.
A.Bayramova.- Bakı,
2004.- S.103.
24
Xanəndə
Musiqi.Opera.Balet