28
Azərbaycanda orqani̇k kənd təsərrüfati
Hazırkı durum və gələcək inkişaf potensialı
Azərbaycanda orqanik məhsul istehsalına təxminən 10 il əvvəl başlanılıb.
2015-ci ilin məlumatına əsasən, orqanik bitkilərin becərilməsi üçün
ayrılmış torpaq sahəsi ümumi kənd təsərrüfatı torpaqlarının 0.8%-ni təşkil
etmişdir (Viller H. və Lernu J və s., 2017). Müəlliflər Azərbaycanda orqanik
kənd təsərrüfatı haqqında hesabatı Gəncə Aqrobiznes Assosiasiyasından
(GABA) əldə edilmiş məlumatlar əsasında hazırlamışlar. Viller H. və Lernun
hesabatına (2016) əsasən, 2012-cü ildə Azərbaycanda sertifikatlı orqanik
ərazi 24,782 ha təşkil etmişdir ki, bundan 123 ha orqanik ərazi kimi
sertifikatlaşdırılmış meşə sahəsi, 919 ha isə yabanı məhsul toplanması
üçün sertifikatlaşdırılmış sahələrdir. Yabanı bitkiçilik əraziləri giləmeyvə
(161 ha), meyvə (421 ha), qoz-fındıq (160 ha) və müalicəvi və ətirli bitkilər
(177 ha) üçün nəzərdə tutulmuş sahələrdən ibarətdir. 2014-cü ilə aid
məlumatlara əsasən, təsərrüfatların sayı 297, emalçıların sayı isə, 34
olmuşdur. 2015-ci ilə aid məlumatlar Təsvir 5-də öz əksini tapmışdır.
2014-cü il üzrə Azərbaycanda orqanik ərazilərin ümumi sahəsi 24,391 ha
(Təsvir 5) təşkil etmişdir ki, bunun 23,331 ha hissəsini becərilən torpaqlar,
937 hektarı yabanı meyvə, qoz-fındıq, giləmeyvə, həmçinin, müalicəvi və
ətirli bitkilər üçün nəzərdə tutulmuş ərazilər, 123 hektarını isə, meşələr təşkil
etmişdir. Pərakəndə satış bazarı 3.0 milyon avro dəyərində qiymətləndirilir.
Azərbaycanda orqanik şəkildə əsasən illik və çoxillik bitkilər becərilir. Orqanik
ərazilərdə daha çox taxıl əkilsə də, ümumi istehsalda orqanik meyvələrin həcmi
daha çoxdur (Təsvir 6). Keçid dövründə meyvə bağlarının da Azərbaycanın
gələcək inkişafına öz töhfəsini verəcəyi gözlənilir. Azərbaycanda istehsal edilən
yeganə orqanik heyvandarlıq məhsulu baldır ki, 2014-cü ilin məlumatlarına
əsasən, ölkədə 932 arı pətəyi qeydiyyata alınmışdır.
2014-2015-ci illər ərzində orqanik kimi təsdiq edilmiş torpaq sahələrinin həcmi
14,299 ha artmışdır. Artım daha çox subtropik və mülayim iqlim meyvələrinin,
habelə tərəvəzlərin becərilməsi üçün nəzərdə tutulmuş torpaqlarda, daha
az həcmdə isə, yağlı dənli bitkilər və dənli-paxlalı bitkilər üçün ayrılmış
torpaqlarda qeydə alınmışdır. 2015-ci ildə orqanik arı pətəklərinin sayı 932
olmuşdur. 2015-ci il üzrə təsvirlərdə həm balıqçılıq, həm də meşəçilik üçün
123 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Ölkədə fəaliyyət göstərən
xarici sertifikatlaşdırma qurumları Azərbaycanda 305 istehsalçı, 50 emalçı və
50 idxalçı qeydə almışlar (Viller H. və Lernu J və s., 2017).
3.3.2. Nəzarət və sertifikatlaşdırma
Azərbaycanda 2008-ci ildə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” xüsusi
qanun qəbul edilmişdir. Bu anlayış mövcud qanunvericilikdə “orqanik kənd
29
Orqanik kənd təsərrüfati:
Dünyada və Azərbaycanda
Fəsil 3
təsərrüfatı”, yaxud gündəlik danışıqda “üzvi” adlandırılır. 2008-ci ildən
etibarən “ekoloji təmiz” anlayışı, “orqanik”, yaxud “bioloji” anlayışına
sinonim kimi işlənməyə başlanmışdır. Qazaxıstan kimi digər Mərkəzi Asiya
ölkələrində “ekoloji təmiz” anlayışı fərqli mənaya malikdir. Belə ki, burada
yoxlanılan yekun məhsulun tərkibində çirkləndirici maddələrin həcmi
qanunvericilikdə nəzərdə tutulmuş səviyyədən aşağı olarsa, bu məhsul
“ekoloji təmiz” kimi qəbul edilir.
Lakin mövcud qanun və onun normativ aktlarının olmasına baxmayaraq,
orqanik sistem milli səviyyədə tam olaraq həyata keçirilməmişdir. Bu,
yoxlama və sertifikatlaşdırma orqanlarının institusional qurulmasına,
qeydiyyat və idarəetmə işlərinə də maneçilik törədir. Bu boşluq səbəbindən
bütün yoxlama və sertifikatlaşdırma funksiyaları xarici ölkələrin nəzarət
orqanları tərəfindən, məhsulların idxal edildiyi ölkələrin standartlarına
uyğun şəkildə həyata keçirilir. Onların Azərbaycanın rəsmi orqanları ilə heç
bir əlaqəsi yoxdur.
GABA, milli yoxlama orqanı olan AZEKOSERT-in yaradılması təşəbbüsüylə çıxış
etsə də, bu qurum hüquqi dəstəyin az olması səbəbindən fəaliyyət göstərə
bilməmişdir. Orqanik məhsullar əsasən Aİ qanunvericiliyinə uyğun şəkildə
sertifikatlaşdırılır və Avropa bazarları üçün nəzərdə tutulur. Son dövrlərdə ABŞ
bazarı üçün nəzərdə tutulmuş və ABŞ Milli Orqanik Proqramına (NOP) uyğun
olaraq sertifikatlaşdırılan məhsulların istehsalına başlanılmışdır. Orqanik kimi
sertifikatlaşdırılmış əsas məhsullar qızılgül yağı, nar, xurma, fındıq və yabanı
toplanmış meyvələr, giləmeyvələr, habelə, müalicəvi və ətirli bitkilərdir. IMO
təşkilatı tərəfindən orqanik məhsullar üzrə sosial standartları təbliğ etmək
məqsədilə Fair Wild layihəsi həyata keçirilsə də, layihəyə xitam verildikdən
sonra Azərbaycanda bu sahədə işlər davam etdirilməmişdir.
Aİ üçün, 1235/2008 saylı Reqlamentin (Aİ) 19-cu maddəsinə əsasən,
üçüncü ölkələrdən məhsul idxalını həyata keçirənləri araşdıran və üçüncü
ölkələrdən orqanik məhsul idxalı mexanizminə nisbətdə Aİ-nin 834/2007
saylı Reqlamentini tətbiq edən, üçüncü ölkələrdə fəaliyyət göstərən
nəzarət orqanları kimi ECOCERT SA (Fransa), ETKO (Türkiyə) və Lacon Gmbh
(Almaniya)
(
http://ec.europa.eu/agriculture/ofis_public/pdf/r8_0000_
en.pdf
) qəbul edilmişdir. Bir çox digər xarici sertifikatlaşdırma orqanları
məhsulları Türkiyəyə
3
, ABŞ-a və İsveçrəyə
4
ixrac üçün sertifikatlaşdırırlar.
3
Türkiyə qanunvericiliyinə görə, idxal edilmiş orqanik məhsullar haldan hala qiymətləndirilir; nəzarət
qurumlarınına digər ölkələrlə ekvivalent dərəcədə fəaliyyət icazəsi verilmir.
4
IMO (Türkiyə) və IMO (İsveçrə) əvvəllər Azərbaycanda da ayrıca fəaliyyət göstərib, indi isə həm beynəlxalq
səviyyədə, həm də Türkiyədə ECOCERT ilə birləşib.