Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının


Azərbaycanda orqani̇k kənd təsərrüfati



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

28
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
Azərbaycanda orqanik məhsul istehsalına təxminən 10 il əvvəl başlanılıb. 
2015-ci  ilin  məlumatına  əsasən,  orqanik  bitkilərin  becərilməsi  üçün 
ayrılmış torpaq sahəsi ümumi kənd təsərrüfatı torpaqlarının 0.8%-ni təşkil 
etmişdir (Viller H. və Lernu J və s., 2017). Müəlliflər Azərbaycanda orqanik 
kənd təsərrüfatı haqqında hesabatı Gəncə Aqrobiznes Assosiasiyasından 
(GABA) əldə edilmiş məlumatlar əsasında hazırlamışlar. Viller H. və Lernun 
hesabatına (2016) əsasən, 2012-cü ildə Azərbaycanda sertifikatlı orqanik 
ərazi  24,782  ha  təşkil  etmişdir  ki,  bundan  123  ha  orqanik  ərazi  kimi 
sertifikatlaşdırılmış  meşə  sahəsi,  919  ha  isə  yabanı  məhsul  toplanması 
üçün  sertifikatlaşdırılmış  sahələrdir.  Yabanı  bitkiçilik  əraziləri  giləmeyvə 
(161 ha), meyvə (421 ha), qoz-fındıq (160 ha) və müalicəvi və ətirli bitkilər 
(177  ha)  üçün  nəzərdə  tutulmuş  sahələrdən  ibarətdir.  2014-cü  ilə  aid 
məlumatlara  əsasən,  təsərrüfatların  sayı  297,  emalçıların  sayı  isə,  34 
olmuşdur. 2015-ci ilə aid məlumatlar Təsvir 5-də öz əksini tapmışdır.
2014-cü  il  üzrə  Azərbaycanda  orqanik  ərazilərin  ümumi  sahəsi  24,391  ha 
(Təsvir 5) təşkil etmişdir ki, bunun 23,331 ha hissəsini becərilən torpaqlar, 
937  hektarı  yabanı  meyvə,  qoz-fındıq,  giləmeyvə,  həmçinin,  müalicəvi  və 
ətirli bitkilər üçün nəzərdə tutulmuş ərazilər, 123 hektarını isə, meşələr təşkil 
etmişdir. Pərakəndə satış bazarı 3.0 milyon avro dəyərində qiymətləndirilir. 
Azərbaycanda orqanik şəkildə əsasən illik və çoxillik bitkilər becərilir. Orqanik 
ərazilərdə daha çox taxıl əkilsə də, ümumi istehsalda orqanik meyvələrin həcmi 
daha çoxdur (Təsvir 6). Keçid dövründə meyvə bağlarının da Azərbaycanın 
gələcək inkişafına öz töhfəsini verəcəyi gözlənilir. Azərbaycanda istehsal edilən 
yeganə orqanik heyvandarlıq məhsulu baldır ki, 2014-cü ilin məlumatlarına 
əsasən, ölkədə 932 arı pətəyi qeydiyyata alınmışdır.
2014-2015-ci illər ərzində orqanik kimi təsdiq edilmiş torpaq sahələrinin həcmi 
14,299 ha artmışdır. Artım daha çox subtropik və mülayim iqlim meyvələrinin, 
habelə  tərəvəzlərin  becərilməsi  üçün  nəzərdə  tutulmuş  torpaqlarda,  daha 
az  həcmdə  isə,  yağlı  dənli  bitkilər  və  dənli-paxlalı  bitkilər  üçün  ayrılmış 
torpaqlarda qeydə alınmışdır. 2015-ci ildə orqanik arı pətəklərinin sayı 932 
olmuşdur. 2015-ci il üzrə təsvirlərdə həm balıqçılıq, həm də meşəçilik üçün 
123 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Ölkədə fəaliyyət göstərən 
xarici sertifikatlaşdırma qurumları Azərbaycanda 305 istehsalçı, 50 emalçı və 
50 idxalçı qeydə almışlar (Viller H. və Lernu J və s., 2017).
3.3.2.  Nəzarət və sertifikatlaşdırma
Azərbaycanda 2008-ci ildə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” xüsusi 
qanun qəbul edilmişdir. Bu anlayış mövcud qanunvericilikdə “orqanik kənd 


29
Orqanik kənd təsərrüfati: 
Dünyada və Azərbaycanda
Fəsil 3
təsərrüfatı”,  yaxud  gündəlik  danışıqda  “üzvi”  adlandırılır.  2008-ci  ildən 
etibarən  “ekoloji  təmiz”  anlayışı,  “orqanik”,  yaxud  “bioloji”  anlayışına 
sinonim kimi işlənməyə başlanmışdır. Qazaxıstan kimi digər Mərkəzi Asiya 
ölkələrində “ekoloji təmiz” anlayışı fərqli mənaya malikdir. Belə ki, burada 
yoxlanılan  yekun  məhsulun  tərkibində  çirkləndirici  maddələrin  həcmi 
qanunvericilikdə  nəzərdə  tutulmuş  səviyyədən  aşağı  olarsa,  bu  məhsul 
“ekoloji təmiz” kimi qəbul edilir.
Lakin  mövcud  qanun  və  onun  normativ  aktlarının  olmasına  baxmayaraq, 
orqanik  sistem  milli  səviyyədə  tam  olaraq  həyata  keçirilməmişdir.  Bu, 
yoxlama  və  sertifikatlaşdırma  orqanlarının  institusional  qurulmasına, 
qeydiyyat və idarəetmə işlərinə də maneçilik törədir. Bu boşluq səbəbindən 
bütün  yoxlama  və  sertifikatlaşdırma  funksiyaları  xarici  ölkələrin  nəzarət 
orqanları  tərəfindən,  məhsulların  idxal  edildiyi  ölkələrin  standartlarına 
uyğun şəkildə həyata keçirilir. Onların Azərbaycanın rəsmi orqanları ilə heç 
bir əlaqəsi yoxdur.
GABA, milli yoxlama orqanı olan AZEKOSERT-in yaradılması təşəbbüsüylə çıxış 
etsə də, bu qurum hüquqi dəstəyin az olması səbəbindən fəaliyyət göstərə 
bilməmişdir.  Orqanik  məhsullar  əsasən  Aİ  qanunvericiliyinə  uyğun  şəkildə 
sertifikatlaşdırılır və Avropa bazarları üçün nəzərdə tutulur. Son dövrlərdə ABŞ 
bazarı üçün nəzərdə tutulmuş və ABŞ Milli Orqanik Proqramına (NOP) uyğun 
olaraq sertifikatlaşdırılan məhsulların istehsalına başlanılmışdır. Orqanik kimi 
sertifikatlaşdırılmış əsas məhsullar qızılgül yağı, nar, xurma, fındıq və yabanı 
toplanmış meyvələr, giləmeyvələr, habelə, müalicəvi və ətirli bitkilərdir. IMO 
təşkilatı  tərəfindən  orqanik  məhsullar  üzrə  sosial  standartları  təbliğ  etmək 
məqsədilə Fair Wild layihəsi həyata keçirilsə də, layihəyə xitam verildikdən 
sonra Azərbaycanda bu sahədə işlər davam etdirilməmişdir.
Aİ  üçün,  1235/2008  saylı  Reqlamentin  (Aİ)  19-cu  maddəsinə  əsasən, 
üçüncü ölkələrdən məhsul idxalını həyata keçirənləri araşdıran və üçüncü 
ölkələrdən orqanik məhsul idxalı mexanizminə nisbətdə Aİ-nin 834/2007 
saylı  Reqlamentini  tətbiq  edən,  üçüncü  ölkələrdə  fəaliyyət  göstərən 
nəzarət orqanları kimi ECOCERT SA (Fransa), ETKO (Türkiyə) və Lacon Gmbh 
(Almaniya) 
(
http://ec.europa.eu/agriculture/ofis_public/pdf/r8_0000_
en.pdf
)  qəbul  edilmişdir.  Bir  çox  digər  xarici  sertifikatlaşdırma  orqanları 
məhsulları  Türkiyəyə
3
,  ABŞ-a  və  İsveçrəyə
4
  ixrac  üçün  sertifikatlaşdırırlar. 
3
  Türkiyə  qanunvericiliyinə  görə,  idxal  edilmiş  orqanik  məhsullar  haldan  hala  qiymətləndirilir;  nəzarət 
qurumlarınına digər ölkələrlə ekvivalent dərəcədə fəaliyyət icazəsi verilmir.
4
   IMO (Türkiyə) və IMO (İsveçrə) əvvəllər Azərbaycanda da ayrıca fəaliyyət göstərib, indi isə həm beynəlxalq 
səviyyədə, həm də Türkiyədə ECOCERT ilə birləşib.


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə