Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının


Azərbaycanda orqani̇k kənd təsərrüfati



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

32
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
Hazırkı Qərarın 2 maddəsinə 1 fevral 2013 il tarixli Qərarla (No. 550) düzəliş 
edilərək dəqiqləşdirilib.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı 
(No. 267 / 24 may 2010)
“Ekoloji  təmiz  kənd  təsərrüfatı  haqqında”  Azərbaycan  Respublikası 
Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası 
Prezidentinin  Fərmanı  Qanunda  müəyyən  edilmiş  vəzifələrin  icrasına 
məsul olan nazirlikləri və digər dövlət qurumlarını təyin edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 
(No. 159 / 30 avqust 2010)
Qərar KTN, İN, ETSN, SN və AMEA tərəfindən icra ediləcək vəzifələri təyin 
edir. Nazirliklərin adlarında olan dəyişikliklər 2014 və 2016 illərdə qəbul 
edilmiş qərarlarda əks edilmişdir.
Adı  çəkilən  nazirliklərin  səlahiyyətləri  daxilində  orqanik  kənd 
təsərrüfatının  hüquqi  və  fiziki  inkişafını  dəstəkləyən  prioritet  vəzifələr 
aşağıda sadalanıb:
 
ƒ
ətraf  mühitin  və  torpaqların  analizi  vasitəsilə  münasib  sahələrin 
müəyyən etmək və prinsiplərin təyin etmək;
 
ƒ
torpaqların  çirklənməsinin  qarşısını  almaq  və  torpaq  verimliliyini 
yaxşılaşdırmaq;
 
ƒ
yerli genetik ehtiyatları təşviq etmək və quraqlığa, şoranlaşmaya və s. 
davamlı olan yeni sort / hibridləri yaratmaq
 
ƒ
elmi nəticələr əsasında orqanik kənd təsərrüfatına münasib olan əkin 
dövriyyəsi və idarəetmə proqramları işləmək;
 
ƒ
elmi idarəetmə vasitəsilə otlaq və örüş sahələrini yaxşılaşdırmaq;
 
ƒ
ziyanvericiliərin, alaqların və xəstəliklərin idarə edilməsi üçün bioloji, 
mexaniki və aqrotexniki üsulların işləmək;
 
ƒ
bitki qalıqları və heyvan tullantılarının köməyi ilə torpağın münbitliyi 
artırmaq  üçün  texnologiyalar  işləmək,  orqanik  məhsulların  istehsalı, 
saxlanması və emalı üçün texnologiyaları təkmilləşdirmək;
 
ƒ
bioloji fəaliyyətlər vasitəsilə torpaq və su ehtiyatlarını qorunması üçün 
qaydalar hazırlamaq;
 
ƒ
orqanik gübrələrin və kompostların hazırlanması üçün istifadə olunan 
texnologiyalara dair təlimlər təşkil etmək;
 
ƒ
orqanik quşçuluq və akvakultura istehsalı üçün texnologiyaları işləmək 
və icra etmək;


33
Orqanik kənd təsərrüfati: 
Dünyada və Azərbaycanda
Fəsil 3
 
ƒ
biosfer  ehtiyatlarında  kənd  təsərrüfatı  məhsulları  istehsalının  elmi 
əsaslarına dair təlimlər təşkil etmək;
 
ƒ
orqanik  kənd  təsərrüfatı  istehsalı  üzrə  beynəlxalq  təcrübələrini 
öyrənmək üçün layihələr tərtib etmək.
Bundan  əlavə,  KTN,  İN,  ETSN,  AMEA  və  AZSTAND  tərəfindən  aşağıdakı 
vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
 
ƒ
təlimlər, ictimai məlumatlandırma və məlumatın yayaılması vasitəsilə 
orqanik kənd təsərrüfatı sahəsində maarifləndirmə işləri aparmaq;
 
ƒ
elmi məqalələr, jurnallar və kitabları dərc etmək;
 
ƒ
orqanik kənd təsərrüfatının təbliği üçün sərgilər və yarmarkalar təşkil 
etmək;
 
ƒ
orqanik  kənd  təsərrüfatı  sahəsində  bacarıqları  artırmaq  üçün  xüsusi 
kurslar, seminarlar və konfranslar təşkil etmək;
 
ƒ
xarici ölkələrdə təşkil edilən orqanik kənd təsərrüfatı fəaliyyətlərində 
Azərbaycanlı fermer və mütəxəssislərin iştirakını təşviq etmək.
Prezidentin  və  Nazirlər  Kabinetinin  qərarlarına  əsasən,  Dövlət  Statistika 
Komitəsi,  digər  kənd  təsərrüfatı  statistikası  ilə  yanaşı,  orqanik  kənd 
təsərrüfatı  haqqında  məlumatlar  toplamalıdır.  Mövcud  qanunvericiliyə 
görə,  DSK  orqanik  k/t  istehsalçılarının  siyahısını  ETSN-dən  almalıdır.  DSK 
məlumatı  toplamaq  üçün  format  hazırlayıb  və  hər  il  siyahının  verilməsi 
barədə  sorğular  göndərir  ki,  məlumatı  istehsalçılardan  birbaşa  əldə  edə 
bilsin. Lakin onlara cavab verilir ki, ölkədə orqanik kənd təsərrüfatı sertifikatı 
almış istehsalçı yoxdur. Siyahı DSK-ya təqdim olunduqdan sonra, DSK-nın 
elmi-tədqiqat  şöbəsi  ona  uyğun  olaraq  seçmə  planı  hazırlamalı  və  sonra 
seçməyə əsasən sorğu keçirməlidir. Sorğu orqanik təsərrüfatlarının hamısını 
deyil, yalnız seçməyə daxil edilmiş təsərrüfatları əhatə edəcək. Beləliklə, bu 
müayinə  müntəzəm  kənd  təsərrüfatlarının  siyahıyaalınmalarından  fərqli 
olacaq.  Belə  siyahıyaalınmalar  müəyyən  intervallarla  aparılır,  ən  son  iki 
siyahıyaalma 1.3 milyon təsərrüfat üzrə 2005 və 2015 illərdə aparılmışdır.
Bütün tərəfdaşlar bu sahədə vahid səlahiyyətli qurumun təyin olunmasının 
vacibliyini  qeyd  edir;  bir  çoxları  bunun  KTN  olmasını  istəyir.  Bununla 
yanaşı,  müvafiq  dövlət  qurumlar  arasında  əməkdaşlığı  əlaqələndirəcək 
dövlət idarələr-arası komissiyası yaradılmalıdır.
Orqanik məhsulların istehsalı, emalı, markalanması və 
bazarlanmasına dair Qaydalar layihəsi (2014)
Qaydalarda  ayrı-ayrı  dövlət  qurumlarının  səlahiyyətləri  təyin  edilir. 
Məsuliyyətlərin  dəqiq  bölgüsünə  baxmayaraq,  sənəddə  fəaliyyət 


34
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
planı,  qurumlar-arası  əlaqələndirmə  mexanizmi  və  planın  icrana/
əlaqələndirməyə  cavabdeh  olacaq  dövlət  qurumu  göstərilmir.  Bu 
durumdan irəli gələrək, AZSTAND orqanik qida və orqanik kənd təsərrüfatı 
üzrə  standart  layihəsini  yalnız  2014  ildə  hazırlayıb.  Standart  layihəsi 
orqanik bitkiçilik və heyvandarlıq məhsullarını, arıçılığı, qablaşdırma və 
nəqliyyat məsələlərini əhatə edir. İstifadəyə icazəyə verilən maddələrin 
siyahısı daxil edilib. Layihədəki nöqsanları nəzərə alaraq, FAO-nun GCP/
AZE/006/TUR layihəsi çərçivəsində yeni təşəbbüs hazırlanır.
3.3.4.  Elmi infrastruktur
Azərbaycanda  kənd  təsərrüfatı  sahəsində  elmi-tədqiqat  işləri  dövlət 
təsisatları  tərəfindən,  yəni,  elmi-tədqiqat  institutları  və  ali  təhsil 
müəssisələri tərəfindən həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) 
tabeli qurumu olan Aqrar Elm və İnformasiya Məsləhət  Mərkəzi Bakıda 
və əyalətlərdə yerləşən elmi-tədqiqat institutları şəbəkəsini əlaqələndirir. 
Gəncədə yerləşən aqrar universitet də KTN strukturuna daxildir. Gəncədəki 
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) orqanik kənd təsərrüfatı 
kafedrası  açılıb;  beləliklə,  bu  sahədə  təhsil  imkanları  mövcuddur  və 
ölkədəki maraqlı tərəflərin ehtiyacları qarşılana bilər. Lakin orqanik kənd 
təsərrüfatında  marağı  olan  qrupları  bir  araya  gətirmək  üçün  müvafiq 
strukturlar yaratmaq və onları maliyyələşdirmək tələb olunur.
KTN tabeliyində ixtisaslaşmış elmi-tədqiqat institutları var (məs., əkinçilik, 
tərəvəzçilik,  üzümçülük  və  s.).  Hal-hazırda  elmi-tədqiqat  işlərinin 
səmərəliyini  artırmaq  üçün  elmi  infrastrukturda  dəyişikliklər  gedir. 
Baxmayaraq  ki,  ayrı-ayrı  regionlar  və  bitkilər  üzrə  az  sayda  tədqiqatlar 
aparılır  və  ya  uçot  təşkil  olunub,  məlumatın  yayılması  hələ  də  çox 
məhduddur. Orqanik kənd təsərrüfatı təcrübəsini daha geniş yaymaq üçün 
aqroekologiyaya diqqət verərək mövcud məlumat və bilik bazasına yenidən 
baxılmalı və onun maraqlı tərəflərlə paylanması təşkil olunmalıdır. Kənd 
təsərrüfatında  orqanik  məhsul  istehsalına  keçidin  nəticələrini  nəzərdən 
keçirmək,  tərəvəz  üçün  ən  səmərəli  əkin  dövriyyəsini  ayırd  etmək  və 
orqanik kənd təsərrüfatı təcrübəsini fermerlərə nümayiş etdirmək məqsədi 
ilə  Aqrar  Elm  və  İnformasiya  Məsləhət  Mərkəzinin  Abşeronda  yerləşən 
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda orqanik istehsal qaydaları ilə idarə 
olunan pilot sahə yaradılıb (Təsvir 6).
2015 ildə AMEA-nın Botanika İnstitutu nəzdində Qax rayonunda Orqanik 
Kənd Təsərrüfatı Mərkəzi açılıb. Mərkəzin məqsədi Şəki-Zaqatala iqtisadi 
regionunda  orqanik  kənd  təsərrüfatının  inkişafını  dəstəkləməkdir. 


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə