Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının


Dəyər zənci̇ri̇ və daxi̇li̇ bazar



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

57
Dəyər zənci̇ri̇ və daxi̇li̇ bazar
Fəsil 4
göstəricisində  əhəmiyyətli  dəyişiklik  qeydə  alınmamışdır.  Belə  ki,  ölkə 
əhalisinin yarıdan bir qədər çox hissəsi şəhərlərdə, yarıdan bir qədər az 
hissəsi isə, kəndlərdə yaşayır (Cədvəl 12).
Baxmayaraq  ki,  bir  çox  xammal  məhsullarına  olan  tələbat  təkcə  əhalinin 
artımından  deyil,  həm  də  xammalın  qiyməti,  alternativ  və  tamamlayıcı 
məhsulların  qiyməti,  əhalinin  gəlirləri,  istehlakçıların  zövq  və  istəkləri, 
həmçinin, istehlakçıların gözləntiləri kimi amillərdən asılıdır, əhali artımının 
kənd  təsərrüfatı  məhsullarına  təsiri  daha  yüksəkdir.  Buna  səbəb,  bu 
məhsulların  ümumi  tələbat  məhsulları  olmasıyla  bağlıdır.  Bu  səbəbdən, 
əhali artımı yüksək olduqca, təsərrüfat məhsullarına tələbat da artır. Orqanik 
məhsullara olan tələbat o zaman yüksəlir ki, istehlakçıların istəkləri onların 
sağlamlıq və ətraf-mühit haqqında məlumatlılığı ilə paralel şəkildə inkişaf 
etmiş olsun. Lakin əgər orqanik məhsulların qiyməti ənənəvi məhsulların 
qiymətilə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəkdirsə, o cümlədən, 
istehlakçıların gəlirləri aşağıdırsa, bu tələbat azala bilər.
Təhsilli,  yuxarı  təbəqənin  nümayəndələri  olan  şəhər  əhalisinin  orqanik 
məhsulların  istehlakçısı  olmaq  ehtimalı  daha  yüksəkdir.  Demək  olar  ki, 
bütün  dünyada  istehlakçıların  orqanik  ərzaq  alması  daha  çox  sağlamlıq 
məsələləri  ilə  bağlıdır.  Bu  baxımdan,  uşaqlı  ailələr,  hamilə  qadınlar  və 
sağlamlıqla  bağlı  problemləri  olan  yetkin  şəxslər  orqanik  məhsulların 
bir  nömrəli  istehlakçıları  olurlar  (Huber  et  al.,  2011).  Digər  tərəfdən, 
kənd  əhalisi  öz  sahələrində  becərdiyi,  yaxud  qonşu  təsərrüfatlardan 
alaraq  istehlak  etdiyi  məhsulların  təbii  olduğuna  inanır.  Şəhər  əhalisinə 
gəldikdə  isə,  təhsil  və  gəlir  səviyyəsi  artdıqca,  istehlakçıların  orqanik 
məhsullara olan marağı da artır. Baxmayaraq ki, ölkə əhalisinin statistik 
Cədvəl 12. 
1990-2015-ci illər aralığında Azərbaycan əhalisi ilə bağlı göstəricilər
İllər
 Əhalinin 
sayı – cəmi
Ümumi illik artım
O cümlədən:
Ümumi əhali üzrə % 
göstəricisi
Hər min nəfərə
%
Şəhər
Kənd
Şəhər 
Kənd
1990
7,131.9
86.6
1.2
3,847.3
3,284.6
53.9
46.1
1995
7,643.5
82.7
1.1
4,005.6
3,637.9
52.4
47.6
2000
8,032.8
81.5
1.0
4,107.3
3,925.5
51.1
48.9
2005
8,447.4
105.7
1.3
4,423.4
4,024.0
52.4
47.6
2010
8,997.6
113.5
1.3
4,774.9
4,222.7
53.1
46.9
2015
9,593.0
X
X
5,098.3
4,494.7
53.1
46.9
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi


58
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
göstəricilərində əhalinin 53%-nin kənd yerlərində yaşadığı göstərilir, son 
müşahidələr göstərir ki, yaxın gələcəkdə kənd yerlərindən daha yaxşı təhsil 
və  iş  imkanlarının  olduğu  şəhərlərə,  xüsusilə  də,  paytaxt  Bakı  şəhərinə
6
 
böyük miqrasiya gözlənilir. Bunları nəzərə alaraq, yaxın gələcəkdə ərzağa, 
xüsusilə də orqanik ərzaq mallarına tələbatın artacağı gözlənilir.
Azərbaycanda  istehlakçılar  arasında  keçirilmiş  sorğu  nəticəsində  məlum 
olmuşdur ki, orqanik məhsulların əsas istehlakçıları yuxarı təbəqəli əhali 
(37%),  əcnəbilər  (31%),  evdar  xanımlar  (21%),  ziyalı  təbəqə  (10%)  və 
tələbələrdir  (1%)  (Babayev,  2012).  Eyni  araşdırma  nəticəsində  məlum 
olmuşdur ki, orqanik məhsullar ənənəvi məhsullarla müqayisədə kifayət 
qədər  bahadır.  Araşdırmanın  gəldiyi  nəticə  belə  olmuşdur  ki,  hətta 
qiymətlərin  yüksək olması  belə  orqanik  məhsulların  satışına  mənfi  təsir 
göstərmir,  belə  ki,  istehlakçılar  orqanik  məhsullara  çox  pul  verməyə 
hazırdırlar. Bununla belə, qeyd olunan araşdırmanın gəldiyi nəticələr yüksək 
gəlirə  və  təhsilə  malik  istehlakçılar  üçün  keçərlidir.  Orqanik  məhsullar 
bazarını  genişləndirmək  və  bu  məhsulları  aşağı  gəlirli  istehlakçılar  üçün 
əlçatan  etmək  üçün  əlavə  rüsumlar  aradan  qaldırılmalı  və  qiymətlər 
mümkün  qədər  aşağı  salınmalıdır.  Azərbaycan  manatının  devalvasiyası 
ölkəyə idxal edilən ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərinə 
nəzərəçarpacaq təsir göstərmişdir.
4.3.5.2.  Topdan və pərakəndə satış bazarlarının mövcudluğu 
Topdansatış  bazarları,  nisbətən  daha  aşağı  xərclər  fonunda  şəffaf 
qiymət əmələ gəlməsinə şərait yaratmaq və müxtəlif iştirakçıların bazar 
məlumatlarına çıxışını təmin etmək yolu ilə rəqabəti gücləndirir ki, bununla 
da,  ərzaq  və  kənd  təsərrüfatı  məhsullarının  daha  səmərəli  paylanması 
imkanlarını  təmin  edir.  Topdansatış  bazarlarının  olmaması  səbəbindən 
hər hansı məhsul üçün bir neçə eyni səviyyəli qiymət mövcud olduqda, 
şəffaf  qiymət  əmələ  gəlməsinin  qarşısı  alınır  və  daşınma  qiymətlərinin 
(bazar məlumatını əldə etmək üçün iştirakçıların çəkdiyi xərclərin) artması 
baş verir. Bu cür şəraitdə pərakəndə ticarətçilər birbaşa olaraq çoxsaylı 
fermerlə  əlaqə  saxlamalı  olur,  bununla  da,  miqyas  effektindən  gələn 
gəlirləri  itirmiş  olurlar  (Treysi-Vayt,  1994).  Bu  səbəbdən,  topdansatış 
bazarları tələb və təklifi uzlaşdırmaq, həmçinin, qiymət əmələ gəlməsinə 
yardımçı  olmaqla,  ərzaq  bazarlarının  şaquli  koordinasiyasında  həlledici 
rol  oynayır.  Onların  rolu  pərakəndə  marketinq  xərclərini  azaldır,  yerli 
istehsal  üçün  sabit  bazarları  təbliğ  edir,  həmçinin,  istehsal  və  buraxılışı 
stimullaşdırır.
6
  2015-ci ilin məlumatına əsasən ümumi əhalinin 41.4 %-i Bakı meqapolisində yaşayır. 


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə