Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının


Dəyər zənci̇ri̇ və daxi̇li̇ bazar



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

59
Dəyər zənci̇ri̇ və daxi̇li̇ bazar
Fəsil 4
Cədvəl 13. 
Kənd təsərrüfatı məhsulları üçün topdan və pərakəndə satış bazarlarının sayı
Bazarn növü
Şəhər
Bazarların sayı
Mal-qara 
topdansatış bazarı
Bakı
10
Sumqayıt
7
3
Digər şəhərlər 
(hər şəhərdə bir bazar olmaqla)
23
Meyvə-tərəvəz 
topdansatış bazarı 
Bakı
3
Digər şəhərlər 
(hər şəhərdə bir bazar olmaqla)
27
Kənd təsərrüfatı məhsulları 
üçün pərakəndə satış bazarları 
Bakı
16
Gəncə
6
Şəmkir
4
Astara 
3
Göyçay
3
Xaçmaz
2
Sumqayıt
2
Goranboy
2
Tovuz
2
Qazax
2
Kürdəmir
2
Cəlilabad
2
Masallı
2
Digər şəhərlər 
(hər şəhərdə bir bazar olmaqla)
39
Azərbaycan  ərazisində  kənd  təsərrüfatı  məhsullarının  satışı  üzrə 
ümumilikdə  63  topdansatış  və  87  pərakəndə  satış  bazarı  mövcuddur. 
Bakı  kimi  əhalinin  sıx  məskunlaşdığı  ərazilərdə  həm  topdansatış,  həm 
də  pərakəndə  satış  bazarlarının  sayı  getdikcə  artmaqdadır.  Bu  bazarlar 
ənənəvi təsərrüfat məhsullarının satışı üçün nəzərdə tutulsa da, onlardan 
orqanik məhsulların satışı üçün də istifadə etmək mümkündür. Ticarətçi 
və  vasitəçilər  topdansatış  nümayəndələri  ilə  istehlakçılar  arasında 
əhəmiyyətli rol oynasalar da, məhsulların qiymət artımına yol verirlər ki, bu 
da istehlakçıların daha çox pul ödəməsinə, habelə, istehsalçıların daha az 
pul qazanmasına səbəb olur. Digər tərəfdən, pərakəndə satış bazarlarına 
çıxışın  asan  olması  və kiçik qiymət  artımı  istehlakçılara  məhsulları  daha 
aşağı qiymətə əldə etmək imkanı verir.
Cədvəl  13  Azərbaycanda  kənd  təsərrüfatı  məhsulları  üçün  topdan  və 
pərakəndə satış bazarlarının sayı haqqında məlumatları əks etdirir.
7
  Sumqayıt Bakıdan sonra ölkənin ikinci böyük şəhəridir.


60
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
Cədvəldən  də  görünür  ki,  bazarlar  bütün  ölkə  ərazisində  yayılmışdır. 
Əhalinin daha sıx olduğu şəhərlərdə topdan və pərakəndə satış bazarlarının 
sayı daha çoxdur.
4.3.6.  Orqanik məhsullar üçün daxili bazarlarin potensiali
4.3.6.1.  Orqanik bazarları necə artırmaq olar?
Azərbaycanlı istehlakçıların çoxu “orqanik məhsullar” anlayışı ilə tanışdır 
və bu məhsulların təbii yolla istehsal edildiyinə və tam sağlam olduğuna 
inanırlar.  Onlar  qida  təhlükəsizliyi  barədə  ümumi  anlayışa  malikdirlər. 
Bu  məhsulların  satışı  topdan  və  pərakəndə  satış  bazarlarında,  hətta 
supermarket və kiçik ərzaq mağazalarında həyata keçirilir. Bu məhsullar 
sertifikatsız  olsalar  da,  istehsalçı,  emal  edən,  ticarətçi  və  vasitəçilər 
arasında  qarşılıqlı  etimad  mövcuddur.  İstehlakçıların  ekoloji  təhlükəsiz 
və  tanınmış  ərazilərdə  becərilən  kənd  təsərrüfatı  məhsullarına  etimadı 
sonsuzdur. Əsasən də qadınlar restoranlarda hazırlanan qidalara inamsız 
yanaşırlar. Restoranlarda nahar etmək geniş yayılmış ənənəyə çevrilsə də, 
qadınlar orqanik məhsulları alaraq evdə bişirməyə üstünlük verirlər.
İdxal  edilən  bəzi  orqanik  məhsullar  supermarketlərdə  məhdud  sayda 
və  çeşiddə  satılır.  Bəzi  məhsullar  orqanik  olduqlarına  görə  deyil, 
delikates, yaxud xüsusi yemək olduqlarına görə idxal edilir. Bakının bəzi 
supermarketlərində,  Almaniyadan  idxal  edilmiş  süd  məhsulları  “Bio” 
yarlığı ilə satılır. Bununla belə, bu məhsulların heç bir təsvirinin olmaması 
onların istehlakçılar tərəfindən fərqləndirilməsi qeyri-mümkündür.
Azərbaycanın  qüvvədə  olan  qanunvericiliyində  “orqanik”  adlanan 
məhsulların  marketinqi  baxımından  aşağıdakı  məhdudiyyətlər 
mövcuddur:
 
ƒ
İstehlakçıların maarifləndirilməsi fəaliyyəti arzuolunan səviyyədə deyil,
 
ƒ
Xüsusilə də, orqanik məhsullarla bağlı reklam azlığı var,
 
ƒ
Supermarketlərdə orqanik məhsulların həcmi və çeşidləri kifayət qədər 
deyil, həmçinin, çeşid əsas ərzaq məhsullarını əhatə etmir,
 
ƒ
Kənd  təsərrüfatı  bazarları,  xüsusilə  də  topdan  və  pərakəndə  satış 
həcmləri barədə məlumat azlığı var,
 
ƒ
Yerli  və  idxal  edilən  orqanik  məhsulların  gəlirliliyi  barədə  məlumat 
azlığı var. Vəziyyətin belə olması iş adamlarını bu sahəyə qoşulmasına 
mane olur,
 
ƒ
Daxili  bazarlara  nəzarət  aşağı  səviyyədədir.  İstənilən  istehsalçı  bu 
bazarlara çıxış əldə edə bilir. Qalıqlara nəzarət və izlənmə sistemi yoxdur,


61
Dəyər zənci̇ri̇ və daxi̇li̇ bazar
Fəsil 4
 
ƒ
Təsərrüfat  və  pərakəndə  satış  nümayəndələri  arasında  ticarət  və 
daşınmaları  tənzimləyən  qanunverici  baza  problemi  mövcuddur. 
Münasibətlər əsasən qarşılıqlı etimad və öhdəliklər üzərində qurulur.
Bütün  inkişaf  etməkdə  olan  ölkələr  daxili  bazarın  yaradılmasının  ilkin 
dövrlərində eyni məhdudiyyətlərlə qarşılaşırlar. Azərbaycanda, hətta aylıq 
gəliri aşağı olan istehlakçılar belə sağlam və təhlükəsiz ərzaq məhsulları 
üçün  daha  çox  pul  ödəməyə  hazırdırlar.  Bu,  ərzaq  məhsullarının 
təhlükəsizliyinə olan inamsızlıqdan qaynaqlanır. İnsanlar digər xərclərini 
azaldaraq sağlam və təhlükəsiz ərzağa daha çox pul ödəməyə hazırdırlar. 
Daxili bazarlardan alış-veriş edən əhalinin sayı azalır, belə ki, əsas pərkəndə 
satış  nümayəndələri  və  supermarketlər  hər  rayonda  öz  filiallarını  açır, 
bununla  da,  ərzaq  və  xidmətlər  istehlakçılara  daha  yaxın  olur.  İnsanlar 
daha  ərzaq  məhsullarını  almaq  üçün  maşın  sürmək,  avtobusa  minmək, 
yaxud  piyada  yol  qət  etmək  məcburiyyətində  qalmırlar.  İstehlakçılar 
yerli orqanik məhsullar almağa üstünlük verirlər. Onlar idxal edilən ərzaq 
məhsullarının  daha  dadsız  olduğu  fikrindədirlər.  Əsas  pərakəndə  satış 
şəbəkələri  və  supermarketlər  fermer  təsərrüfatları  və  kooperativlərlə 
əməkdaşlıq qurmağa başlayıblar. Baxmayaraq ki, fermerlər əsas pərakəndə 
satış nümayəndələri ilə birbaşa əlaqə saxlamırlar, onlar öz məhsullarını, 
inkişaf  etməkdə  olan  fermer  assosiasiyaları  və  kooperativlərindəki  öz 
nümayəndələri vasitəsilə sata bilirlər.
4.3.7.  Orqanik məhsullarinn dayaniqli təminati üçün 
  məhdudiyyətlər
FAO-nun  GCP/AZE/006/TUR  layihəsindən  gözlənilən  nəticələri  əldə 
etmək üçün dövlət və özəl sektor nümayəndələri üçün bir sıra seminar 
və  görüşlər  keçirilmiş  və  mövcud  məhdudiyyətlərin  siyahısını  tərtib 
etmək üçün kifayət qədər məlumat toplanmışdır. Maneələri aşmaq üçün 
tövsiyyələr hazırlanmışdır.
Hazırda Azərbaycan orqanik kənd təsərrüfatı üçün lazımi infrastrukturun 
yaradılması  istiqamətində  çalışır.  “Orqanik  kənd  təsərrüfatı  haqqında” 
Qanunda  Azərbaycanda  orqanik  kənd  təsərrüfatının  inkişaf  etdirilməsi 
üçün ümumi müddəalar öz əksini tapmışdır. Burada demək olar ki, orqanik 
kənd təsərrüfatı haqqında bütün məsələlərə, o cümlədən, ümumi prinsiplər 
və müxtəlif dövlət qurumlarının funksiyalarına toxunulmuşdur. Qanunda 
həmçinin,  bitkiçilik  və  heyvandarlığa  dair  tələblər,  daşınma  dövründə 
riayət edilməli prosedurlar, sertifikatlaşdırma, orqanik kənd təsərrüfatı və 
ərzaq məhsullarının standartları, marketinq, saxlanma, daşınma, idxal və 


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə