Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının


Azərbaycanda orqani̇k kənd təsərrüfati



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

50
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
Cədvəl 9.
 Meyvə və giləmeyvə: əkin sahəsi, ümumi yığım və məhsuldarlıq
İllər
Əkmələrin 
sahəsi
Оndan bar 
verən yaşda
Ümumi yığım
Məhsuldarlıq,
1 ha-dan
min ha
min ton
Sentner
2004
89.7
82.5
424.6
51.4
2005
93.0
84.3
625.7
73.9
2006
110.7
86.6
662.4
76.2
2007
114.0
93.7
677.8
71.9
2008
119.9
96.2
712.8
73.4
2009
125.0
99.0
718.2
71.9
2010
127.7
102.5
729.5
70.6
2011
130.5
106.0
765.8
71.7
2012
133.5
108.8
810.0
73.8
2013
134.2
113.9
853.8
74.3
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Cədvəl 10.
 Kənd təsərrüfatı heyvanları (min baş)
İllər
İnəklər
Camışlar
Qoyunlar
Keçilər
Donuzlar
Quşlar
Arı ailələri
2005
2,007.2
308.6
6,887.4
601.4
22.9
18,253.3
95.7
2006
2,067.0
302.8
7,074.8
593.7
22.9
19,036.0
105.0
2007
2,123.0
298.9
7,222.1
577.8
21.3
18,760.6
115.6
2008
2,188.1
298.7
7,446.0
586.5
18.7
20,754.0
126.4
2009
2,255.0
288.4
7,609.2
590.6
10.3
22,352.9
142.5
2010
2,299.7
282.7
7,723.9
607.3
5.3
22,041.6
164.0
2011
2,336.6
277.1
7,784.8
620.2
6.3
22,432.3
193.2
2012
2,378.5
269.4
7,847.4
626.9
6.1
23,162.0
212.7
2013
2,412.3
265.9
7,924.6
644.8
6.5
24,581.4
225.4
2014
2,442.4
260.9
7,979.4
651.1
6.7
25,172.7
238.4
2015
2,445.2
252.3
7,987.3
658.1
6.1
28,851.7
243.0
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
4.3.2.  Orqanik məhsullarla mövcud və potensial təminat
Ölkənin  orqanik  məhsulları  istehsal  etmək  potensialını  təhlil  edərək, 
ilk  növbədə  onun  təbii  ehtiyatlarını,  xüsusilə  də  iqlim  şəraitini  və  kənd 
təsərrüfatı  torpaqlarını  nəzərə  almaq  lazımdır.  Müsahibələrdən  aydın 


51
Dəyər zənci̇ri̇ və daxi̇li̇ bazar
Fəsil 4
Cədvəl 11.
 Azərbaycanda orqanik kənd təsərrüfatı torpaqları və 
onların Asiya qitəsində payı 
Ölkə
Kənd təsərrüfatı 
torpaqları (ha)
Akvakultura 
(ha)
Meşə 
(ha)
Yabanı bitkilər 
(ha)
Cəmi (ha)
Azərbaycan
23,331
123
937
24,391
Asiya 
3,425,939 
123
7,794,340
11,265,703
Azərbaycanın Asiyada payı
0.68%
100
0.012%
0.216%
Mənbə: Viller H. və Lernu J və s., 2016; 2017.
olur ki, Azərbaycanın bir çox orqanik məhsulları istehsal üçün müqayisəli 
üstünlüyü  var.  Kənd  təsərrüfatı  istehsalı  az  intensivdir,  və  müsahibə 
aldığımız  ekspertlər  hesab  edir  ki,  Azərbaycanda  istehsal  olunan  kənd 
təsərrüfatı  məhsullarının  dadı  və  ətri  misilsizdir.  Bununla  belə,  bütün 
müsahiblərimiz  razılaşır  ki,  əsas  çətinlik  bu  potensialdan  istifadə  edib 
orqanik  kənd  təsərrüfatını  dayanıqlı  bir  sahəyə,  qeyri-neft  gəlirlərinin 
əhəmiyyətli mənbəyinə çevirməkdir.
Azərbaycanda  istehsal  olunan  orqanik  kənd  təsərrüfatı  məhsulları  dənli 
bitkilər,  sitrus  meyvləri,  mülayim  iqlim  meyvələri,  subtropik  və  tropik 
meyvələr,  üzüm,  günəbaxan  toxunları,  zeytun,  zülallı  bitkilər,  tərəvəz, 
yabanı bitkilər, bal və akvakultura kimi təsnif edilir (Viller H. və Lernu J 
və  s.,  2016;  2017).  Hal-hazırda  orqanik  nar  məhsulları,  meyvə  şirələri, 
müalicəvi  və  ətirli  bitkilər  və  fındıq  əsasən  ixrac  bazarlarına  yönəldilir. 
Yerli bazarı orqanik məhsullarla təchiz etmək üçün yumurta, süd, ət və 
onlardan  alınan  heyvandarlıq  məhsulları  daxil  olmaqla    geniş  çeşiddə  
məhsullar istehsal edilməlidir. Buğda, meyvə və tərəvəz kimi əsas ərzaq 
məhsullarına prioritet sahə kimi diqqət yetirilməlidir.
Orqanik kənd təsərrüfatı torpaqları kimi tanınan torpaqlarda Azərbaycanın 
payı  bütün  dünyada  0.05%,  Asiya  qitəsində  isə  0.216%  təşkil  edir 
(Cədvəl  11).  Toplam  kənd  təsərrüfatı  torpaqlarında  orqanik  torpaqların 
payına görə Azərbaycan aparıcı 10 ölkəyə daxildir. 2013 ilin məlumatına 
görə, ölkədə 288 orqanik istehsalçı və 14 emalçı qeydə alınıb. İdxalçılar 
və  ixracatçılar  haqqında  rəsmi  məlumat  yoxdur.  2011  ildə  orqanik 
məhsulların satışları təqribən 3 milyon Avro və ya adambaşına 0.3 Avro 
olmuşdur (Viller H. və Lernu J və s., 2016). Azərbaycanda etibarlı məlumat 
toplanması sistemi mövcud olmadığından, bu rəqəmlər müəyyən təsəvvür 
yarada bilsə də, dəqiqləşdirilməli və inandırıcı mənbələrə arxalınmalıdır.
Azərbaycanda artıq sertifikasiyalı orqanik məhsullar buraxılır və əsasən 
Avropa  İttifaqına  və  ABŞ-a  satılır.  Orqanik  torpaqlara  keçidi  nəzərə 
alaraq,  bir  çox  dənli  bitkilərdə  və  meyvə-tərəvəzdə  ölkənin  artan 


52
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
potensialını  proqnozlaşdırmaq  olar.  Müvafiq  statistik  məlumatlar 
olmasa  da,  müsahibələrdən  müəyyən  olunmuşdur  ki,  Azərbaycanın 
orqanik  heyvandarlıqda  (ələlxüsus  iri-buynuzlu  və  xırda-buynuzlu 
heyvandarlıqda,  eləcə  də  quşçuluq  və  arıçılıqda)  böyük  potensialı  var. 
Ekspertlər Azərbaycanda istehsal olunmuş ətin unikal dadını vurğulayır 
və  qeyd  edir  ki,  bunun  səbəbi  ölkədəki  otlaq  və  örüşlərin  bir  çox  ot 
növlərindən  ibarət  olması  və  onların  kimyəvi  maddələr  və  sənaye 
tullantıları ilə çirklənməyə məruz qalmamasıdır. Yuxarıdakılardan əlavə, 
südçülük  və  arıçılıq  məhsulları,  habelə  yabanı  bitkilərdə  Azərbaycanın 
təbii  potensialı  ümidvericidir.  Bir  çox  belə  məhsullar  faktiki  olaraq 
orqanik, lakin onların müvafiq sertifikasiyası olmadığından onların xarici 
bazarlara çıxışı məhduddur.
Azərbaycan,  meşələri  və  təbii  bitki  örtüyü  ilə  zəngindir.  Meşələri  (o 
cümlədən  meşə  zonalarında  ərzaq  istehsalını)  ETSN  idarə  edir;  meşələr 
daxil olmaqla, Nazirliyin idarə etdiyi mühafizə olunan ərazilər 9 milli parkı 
(toplam ərazisi 220,000 ha) və 17 qoruq və yasaqlığı (117,000 ha) daxil 
edir.  Bu  ərazilərdə  istehsal  olunan  ərzaq  məhsulları  və  onların  yığımı 
aşağıdakı  göstəricilərlə  ölçülür:  qarpız  (2,000  ton),  bal  (3,000  kq),  nar 
(300 ton), şabalıd (100 ton), fındıq (200 ton), xurma (80 ton), qoz (80 ton), 
kartof (50 ton) və s. Bu məhsullar heç bir süni girdilər görmədən istehsal 
olunub  ETSN  tərəfindən  bazara  çıxarılır.  Bu  sahələrin  bəziləri  yüksək 
məhsuldarlığına  görə  seçilərək  orqanik  torpaqlara  keçirilib  sertifikasiya 
Təsvir 9.
 Bakıda idxal olunmuş orqanik kosmetika satan mağazalar 
© F
AO / Y
agub Guliy
ev


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə