Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının


Azərbaycanda orqani̇k kənd təsərrüfati



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

30
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
“Ekoloji  təmiz  kənd  təsərrüfatı  haqqında”  Azərbaycan  respublikası 
Qanununun  23a  Maddəsinə  əsasən,  təsdiq  edilmiş  sertifikatlaşdırma 
orqanlarının sıyahısı (1 iyun 2015) aşağıdakı kimidir: Abcert AG AZ-BIO-137 
(Almaniya), Agreco R.F. Göderz GmbH AZ-BIO-151 (Almaniya), Bio Inspecta 
AZ-BIO-161  (İsveçrə),  BCS  Öko-Garantie  GmbH  AZ-BIO-141  (Almaniya), 
Ceres GmbH AZ-BIO-140 (Almaniya), ECOCERT SA AZ-BIO-154 (Fransa) və 
LACON AZ-BIO-134 (Almaniya). Bütün bu sertifikatlaşdırma orqanları orqanik 
məhsul  bazarları  üçün  nəzərdə  tutulmuş  emal  edilməmiş,  yaxud  emal 
edilmiş bitki məhsulları üçün icazəyə malikdirlər.  ABŞ-da, sertifikatlaşdırma 
orqanları,  CERES,  ECOCERT  və  LACON  ABŞ  Kənd  Təsərrüfatı  Nazirliyi 
tərəfindən NOP-a uyğun sertifikatlaşdırma icazəsi almışlar (
https://organic.
ams.usda.gov/Integrity
). ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycandan 
idxal  edilən  MOP-a  (Milli  Orqanik  Proqram)  uyğun  sertifikatlaşdırmış 
məhsullar siyahısına nar, nar şirəsi, nar konsentratı, qızılgül yağı və qızılgül 
ləçəkləri  daxil  edilmişdir.  Bu  xarici  sertifikatlaşdırma  orqanları  tərəfindən 
sertifikatlaşdırılmış və orqanik məhsulların emalı və ixracı ilə məşğul olan 
əsas şirkətlər “Azərşəkər İstehsalat Birliyi”, “Azersun”, “AzGranata”, “Elba”, 
“Gilan Qəbələ”, “Jalə” və “Aqribioekoteks”dir.
3.3.3.  Qanunvericilik çərçivəsi
1999  ildə  qəbul  edilmiş  Yeyinti  məhsulları  haqqında  Azərbaycan 
Respublikasının  Qanunu  ərzaq  məhsullarının  istehsalını,  emalını, 
keyfiyyətini  və  ərzaq  təhlükəsizliyini  tənzimləyir.  2011  ildə  Azərbaycan 
Codex  Alimentarius  Komissiyasının  üzvü  olmuşdur.  Ərzaq  məhsulları 
istehsalı  və  ərzaq  malların  sərbəst  hərəkəti  sahəsində  Azərbaycanda 
162  standart  qəbul  olunub.  Milli  standartlar  Azərbaycan  Respublikası 
Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsi 
(AZSTAND) tərəfindən qəbul olunur və “AZS” ixtisarı ilə tanınır. Avrasiya 
Standartlaşdırma,  Metrologiya  və  Sertifikatlaşma  Şurasının  təsdiq  və 
nəzarət  etdiyi  ümum-MDB  “GOST”  standartı  da  istifadə  olunur.  Milli 
standart  sisteminin  regional  və  beynəlxalq  standartlar  əsasən  inkişaf 
etdirilməsi məqsədilə AZSTAND nəzdində 2009 ildə Standartlaşdırma və 
Texniki Tənzimləmə üzrə Texniki Şura və Təcrübə-Sınaq Mərkəzi (AZTEST) 
yaradılıb. Yanvar 2010-da Azərbaycan Avropa Standartlaşdırma Komitəsinə 
müşahidəçi qismində qoşulub. 2010 ildə “Azərbaycanda balıq məhsullarına 
dair ərzaq keyfiyyəti, təhlükəsizlik təminatı və sertifikatlaşdırmanın hüquqi 
və texniki aspektlərinin təkmilləşdirilməsinə dəstək” adlı tvinninq layihəsi 
tamamlanıb.  Bu  layihə  balıqçılıq  sektoruna  yönlənmişdir.  Ümumən  isə, 
qida təhlükəsizliyi qanunvericiliyində müxtəlif boşluqlar var.


31
Orqanik kənd təsərrüfati: 
Dünyada və Azərbaycanda
Fəsil 3
Qida təhlükəsizliyinə, eləcə də orqanik məhsullar bazarının monitoriunqinə 
mənfi  təsir  göstərən  əsas  əngəllərdən  biri  fəal  inqrediyentləri  olan 
pestisidlərin  yenilənmiş  siyahısına  və  müxtəlif  aqro-qida  məhsullarının 
maksimal qalıq limitlərinə normativ aktlarının olmamasıdır.
Azərbaycanda  orqanik  kənd  təsərrüfatı  üzrə  ayrıca  qanunvericilik 
çərçivəsinin  qəbul  edilməsi  təşəbbüsünü  ilk  dəfə  2005  ildə  GABA  irəli 
sürüb. Bu və digər səylərin nəticəsində 2008 ildə müvafiq Qanun qəbul 
edilib,  sonradan  isə  digər  hüquqi-normativ  aktlar  və  onlara  düzəlişlər 
qəbul  edilib
5
.  Azərbaycanda  orqanik  kənd  təsərrüfatına  və  orqanik  k/t 
üsullarına dair qanunvericilik çərçivəsini təşkil edən əsas hüquqi-normativ 
aktlar aşağıda icmal şəklində təqdim olunur:
“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının 
Qanunu (No. 650-IIIQ / 13 iyun 2008)
Qanunda  göstərilir  ki,  “ekoloji  təmiz  kənd  təsərrüfatı  haqqında 
Azərbaycan  Respublikasının  qanunvericiliyi  Azərbaycan  Respublikasının 
Konstitusiyasından,  "Standartlaşdırma  haqqında",  "İstehlakçıların 
hüquqlarının  müdafiəsi  haqqında"  və  "Yeyinti  məhsulları  haqqında" 
Azərbaycan  Respublikasının  qanunlarından/qanunvericilik  aktlarından 
qaynaqlanır”.  Meşə  bitkilərinin  və  vəhşi  heyvanların  istifadəsi,  kənd 
təsərrüfatı  məhsullarının  kimyəvi-sintetik  (süni)  maddələrin  tətbiqi  ilə 
istehsalı,  daşınması,  saxlanması  və  istifadəsi  ilə  əlaqədar  münasibətlər 
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Qanuna  18  mart  2014  ildə  düzəliş  edilərək  Maddə  4-ə  düzəliş  edilərək 
4.0.1-1.  yarımbəndi  əlavə  edilib  (“Azərbaycan  Respublikasına  məxsus 
ənənəvi mədəni brend bitkilərin mühafizəsi”).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (8 yanvar 2009)
Qərar  orqanik  kənd  təsərrüfatına  dair  Azərbaycan  Respublikası 
Prezidentinin Fərmanının (No. 818 / 25 avqust 2008) icrasını dəstəkləmək 
üçün  qəbul  edilib.  Qərarda  orqanik  kənd  təsərrüfatına  aid  normalar 
və  qaydalar,  istifadə  olunacaq  üsul  və  qaydalar,  icazə  verilən  və 
verilməyən resurslar siyahısı, sertifikasiya növləri və şərtləri, sertifikasiya 
agentliklərinin  akkreditə  edilməsi  qaydaları,  sertifikasiya  agentliklərinin 
funksiyaları,  orqanik  məhsullarının  sertifikasiya  qaydaları,  nümunəvi 
sertifikasiya formatları, orqanik məhsullarına tətbiq edilən markalanma, 
nəqliyyat, saxlama və paylanma qaydaları yer alır.
5
  Azərbaycanda bütün qanunvericilik aktları 
www.e-qanun.az
 saytından yüklənə bilər.


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə