Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

35
Orqanik kənd təsərrüfati: 
Dünyada və Azərbaycanda
Fəsil 3
Mərkəzin məhz burada açılmasının əsas səbəbi regionun təmiz və zəngin 
təbii  ehtiyatlarıdır.  Mərkəzin  peşəkar  heyəti  fəaliyyət  planı  hazırlayıb. 
Planın  əsas  məqsədləri:  region  üçün  xas  olan  yerli  sortların  qorunub-
saxlanması;  orqanik  kənd  təsərrüfatına  keçiddə  k/t  istehsalçılarına 
dəstək;  və  torpaq,  su  və  bitki  analizlərinin  aparılması  üçün  müasir 
laboratoriyanın yaradılması.
Hal-hazırda  Azərbaycanda  kənd  təsərrüfatı  və  digər  qida  məhsullarının 
təhlükəsizliyini  yoxlamaq  üçün  məhdud  analitik  potensiala  malik  bir 
neçə  torpaq  və  su  analizi  laboratoriyası  mövcuddur.  Bunlar,  əsasən 
Bakıda  qərarlaşan  KTN-nin  Dövlət  Fitosanitar  Nəzarət  Xidmətinin 
toksikologiya  laboratoriyası,  Dövlət  Gömrük  Komitəsinin  laboratoriyası 
və İN-nin laboratoriyası istinad laboratoriyaları kimi inkişaf edir. Gömrük 
laboratoriyası  aflatoksin  analizi  apara  bilər  və  ixrac  olunan  fındığın 
yoxlamağa  səlahiyyətlidir.  Azərbaycanda  bioloji  təhlükəsizlik  haqqında 
qanunun  qəbul  edilməsinə  baxmayaraq,  GMO  analizlərini  apara  bilən 
laboratoriya yoxdur.
Orqanik  istehsal  və  sertifikatlaşdırma  barədə  qərar  tam  olaraq 
məhsullarının  və  onların  istehsalında  istifadə  olunmuş  resursların 
analizlərinə  arxalanmır.  Orqanik  sertifikat  bütöv  istehsal  zəncirində 
istinad  standartlarına  əməl  olunmasını  təsdiq  edir.  Buna  baxmayaraq, 
Təsvir 6.
 Abşerondakı Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda texniki təlimlər 
üçün yaradılmış orqanik təcrübə sahəsi
© F
AO / Y
agub Guliy
ev


36
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
monitorinq  məqsədləri  və  saxtalaşdırmanın  qarşını  almaq  üçün 
Azərbaycanda müasir avadanlıqlarla təchiz olunmuş, akkreditə edilmiş 
laboratoriyaların  qurulması  vacibdir.  Müayinələrin  aparılması  və 
tədqiqat  işlərinin  dəstəklənməsi  məqsədi  ilə  aşağıdakı  istiqamətlərdə 
laboratoriyalar  yaradılmalı  və  ya  mövcud  laboratoriyaların  potensialı 
artırılmalıdır:
 
ƒ
torpaq və qida maddələrinin analizi;
 
ƒ
su və hava keyfiyyəti,
 
ƒ
bitki  və  heyvan  mənşəli  məhsullar  üzrə  çirkləndirici  maddələr 
(pestisidlər,  ağır  metallar,  mikotoksinlər  və  s.),  qatqılar,  boy 
tınzimləyiciləri və antibiotiklər; və
 
ƒ
genetik  modifikasiy  olunmuş  orqanizmlər  (GMO-lar).  Orqanik  kənd 
təsərrüfatında  əksər  pestisidlərin  istifadəsinə  yol  verilmədiyinə  və 
ya  məhdudlaşdırıldığına  görə,  onların  aşkar  etmə  limitləri  analitik 
laboratoriyalarda  praktiki  cəhətdən  mümkün  olan  ən  aşağı  həddə 
olmalıdır.
Laboratoriyaların yaradılması yerli qida bazarı üzərində nəzarət sisteminin 
qurulmasına və saxtalaşdırmanın qarşının alınmasına da xidmət edəcək.
3.3.5.  Qeyri-hökumət təşkilatları və özəl sektor
GABA  (Gəncə  Aqrobiznes  Assosiasiyası)  orqanik  kənd  təsərrüfatında 
aparıcı  rol  oynayan  qeyri-hökumət  təşkilatıdır  və  2002  ildən  etibarən 
IFOAM  üzvüdür.  GABA  ilk  Azərbaycan  təşkilatıdır  ki,  Almaniyanın 
Nürnberq  şəhərində  keçirilən  beynəlxalq  aləmdə  tanınmış  BioFach 
Dünya Orqanik Ticarət Sərgisində 2010 ildə iştirak edib. Sərgidə GABA-
nın təqdim etdiyi 6 orqanik sertifikatı almış məhsul (nar, heyva, əncir, 
zoğal, xurma və gavalı mürəbbəsi) bir çox beynəlxalq şirkətlərin böyük 
marağına səbəb olmuşdur.
GABA həmçinin bir sıra orqanik standartların tərcüməsini təşkil edib və 
orqanik kənd təsərrüfatına aid qanunvericiliyin işlənməsində iştirak edib. 
2006 ildən etibarən GABA “Ekoloji kənd təsərrüfatı” adlı jurnal dərc edir. 
Maliyyə məhdudiyyatləri ucbatından son zamanda jurnal ildə 2 dəfə çıxır. 
Bununla yanaşı GABA fermerlər üçün təlimlər keçirir.
3.3.6.  Orqanik kənd təsərrüfatı sahəsində təhsil və təlim
2015  ildə  Azərbaycanda  15  yaşından  yuxarı  olan  əhalinin  savadlılıq 
səviyyəsi 99.81% olmuşdur (World Data Atlas, 2017). Orta məktəbdə orta 


37
Orqanik kənd təsərrüfati: 
Dünyada və Azərbaycanda
Fəsil 3
davamiyyət oğlanlar üçün 84.2% təşkil edir; cinslər üzrə göstəricilər bir-
birinə yaxındır. Ölkədə məşğulluq səviyyəsi 63.2% (World Data Atlas, 2017) 
olduğundan  kənd  təsərrüfatı  sahəsində  təklif  olunan  peşəkar  təlim 
proqramlarına  maraq  və  ehtiyac  böyükdür.  Aİ,  GIZ,  USAID  və  TIKA 
tərəfindən maliyyələşdirilən bir neçə layihədə ekologiya və orqanik kənd 
təsərrüfatı mövzularında təlimlər keçirilmişdir.
Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) orqanik kənd 
təsərrüfatı kafedrası var; beləliklə, bu sahədə təhsil imkanları mövcuddur. 
Ümumiyyətlə,  ADAU-ya  tələbələrin  marağı  nisbətən  aşağıdır.  Kənd 
təsərrüfatı  sahəsində  ali  təhsilə  marağı  canlandırmaq  məqsədilə  KTN 
2017  ildə  tələbələr  üçün  xüsusi  proqramlar  tərtib  olunmuşdur.  İbtidai 
məktəb şagirdləri arasında orqanik kənd təsərrüfatı haqqında məlumatlığı 
artırmaq üçün KTN və İN birlikdə buklet hazırladılar.
FAO-nun  GCP/AZE/006/TUR  Layihəsi  (“Azərbycanda  orqanik  kənd 
təsərrüfatının  inkişafı  və  institusional  bacarıqların  artırılması”)  bu 
sahədə təlimlərə və maarifləndirməyə ciddi önəm verir. Layihədə diqqət 
mərkəzində olan məsələlər təlimçilərin təlimi, istehsalçıların təlimi və təlim 
vəsaitlərinin  hazırlanmasıdır.  Orqanik  kənd  təsərrüfatında  idarəetmə, 
yoxlama  və  sertifikatlaşdırma,  eləcə  də  ölkə  üçün  prioritet  təşkil  edən 
k/t  məhsullarının  orqanik  istehsalı  Layihənin  diqqət  mərkəzində  olub. 
Abşeronda  yerləşən  Tərəvəzçilik  Elmi-Tədqiqat  İnstitutunda  yaradılmış  
orqanik istehsal üzrə pilot sahə praktik təlimlər üçün nümayiş sahəsi kimi 
istifadə olunur.


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə