Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə11/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

25
Orqanik kənd təsərrüfati: 
Dünyada və Azərbaycanda
Fəsil 3
Argentina və Folklend Adalarında sertifikasiyalı orqanik örüşlərin itirilməsi 
nəticəsində toplam orqanik sahə 2014 və 2015 illərdə azalmışdır (Viller H. 
və Lernu J və s., 2016 and 2017).
Kənd  təsərrüfatına  yararlı  torpaqlardan  savayı,  orqanik  məhsullar  vəhşi 
təbiətdən  və  digər  orqanik  sertifikasiyalı  sahələrdən,  məs.  akvakultura, 
meşə  və  otlaq  sahələrindən  də  alınır.  Bunlar  2015  ildə  39.7  milyon 
hektar təşkil etmişdir. Orqanik sertifikatı olan ərazilərin 43.4%-ini yabanı 
məhsulların yığımı üçün istifadə olunan sahələr, 0.6%-ni isə digər orqanik 
sahələr tutur. Təsvir 2-də göstərildiyi kimi, Okeaniya və Şimali Amerikada 
orqanik  sertifikatı  olan  qeyri-kənd  təsərrüfatı  torpaqları,  demək  olar 
ki,  yoxdur.  Bundan  fərqli  olaraq,  Avropa,  Asiya  və  xüsusilə  də  Afrika 
ölkələrində  vəhşi  təbiətdən  yığım  və  digər  orqanik  istifadələr  (məs., 
arıçılıq, akvakultura, eləcə də bambuk, giləmeyvə, qoz-fındıq və göbələk 
yığımı) önəmli yer tutur. Hazırda Asiya və Latın Amerikasında 31,279 ha 
orqanik sertifikatı olan sahələr var. Orqanik məhsul toplanan meşələrin 
ümumi sahəsi 2015 ildə 266,833 ha təşkil etmişdir; onlar əsasən Şimali 
Amerika, Afrika və Avropada yerləşir (Viller H. və Lernu J və s., 2017).
3.3. Azərbaycanda orqanik kənd təsərrüfatı
3.3.1.  İstehsal
Azərbaycanın  əsas  rəsmi  statistik  məlumatlar  mənbəyi  Azərbaycan 
Respublikasının  Dövlət  Statistika  Komitəsidir  (DSK).  Demoqrafik, 
sosial,  iqtisadi,  ekoloji  və  digər  statistikalar  məhz  bu  qurum  tərəfindən 
toplanaraq  mütəmadi  olaraq  yenilənir.  Kənd  təsərrüfatı,  meşəçilik  və 
balıqçılığın müxtəlif sahələri üzrə çoxsaylı statistik göstəricilərin olmasına 
baxmayaraq,  orqanik  məhsullar  haqqında  konkret  statistika  aparılmır.  
Kənd təsərrüftı sektoru üzrə əsas statistik məlumatlar ümumi məlumatları, 
həmçinin,  bitkiçilik  və  heyvandarlıq  təsərrüfatı  ilə  bağlı  məlumatları 
özündə  əks  etdirir.  Regionlar  üzrə  məlumatlarda  isə,  kənd  təsərrüfatı 
bitkilərinin əkildiyi sahələr, kənd təsərrüfatı məhsuldarlığı və heyvandarlıq 
təsərrüfatları haqqında məlumatları öz əksini tapır.
Qurumun  rəsmi  saytında  (
http://www.stat.gov.az/source/agriculture/
indexen.php
)  təkcə  yenilənmiş  milli  statistik  göstəricilər  deyil,  həm  də 
beynəlxalq müqayisələr, kənd təsərrüfatı müəssisələri və özəl sahibkarlığın 
əsas iqtisadi göstəriciləri təqdim edilir.
Azərbaycanın rəsmi qurumları/təşkilatları, konkret olaraq, Kənd Təsərrüfatı 
Nazirliyi  (KTN),  Iqtisadiyyat  və  Sənaye  Nazirliyi  (İSN)  və  Ekologiya  və 


26
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
Təbii sərvətlər Nazirliyi (ETSN) kənd təsərrüfatının və əlaqəli sektorların 
müxtəlif  sahələri  üzrə  statistik  məlumatları    toplayaraq  yeniləyir. 
Qanunvericilikdə  bu  barədə  maddə  olmasına  baxmayaraq,  2017-ci  ilin 
mayına  olan  məlumata  əsasən,  orqanik  kənd  təsərrüfatı  məhsullarının 
istehsalı, emalı, marketinqi, istehlakı, idxalı və ixracı haqqında məlumatları 
sistemli olaraq toplayan və yeniləyən xüsusi sistem, yaxud qurum mövcud 
deyil.  Mövcud  qanunvericilik  sertifikatlaşdırma  qurumlarını  məlumat 
bazası, Dövlət Statistika Komitəsini isə, KTN vasitəsilə məsul milli qurum 
kimi  müəyyən    edir.  Azərbaycanda  orqanik  məhsullar  haqqında  rəsmi 
məlumat  olmadığından,  məlumatlar  daha  çox  orqanik  məhsullarla 
işləyən  özəl/ictimai  təşkilatlardan,  o  cümlədən,  Gəncə  Aqrobiznes 
Assosiasiyası  (GABA),  AZERSUN-dan,  həmçinin,  dünya  üzrə  toplanan 
statistik göstəricilərdən (Viller H. və Lernu J və s., 2015; 2016; 2017) əldə 
edilmişdir. Sağlam ərzaqların satışına maraq göstərən və/yaxud gələcəkdə 
orqanik məhsulların satışını həyata keçirməyi planlaşdıran əsas pərakəndə 
satış  nümayəndələri  satdıqları  məhsullar  və  istehlakçıların  daha  çox 
maraq  göstərdikləri  məhsullar  haqqında  şəxsi  məlumatlara  malikdirlər. 
Azərbaycanda  ixrac  məlumatları  Dövlət  Gömrük  Komitəsi  vasitəsilə 
toplanır.  Burada  məlumatlar  mövcud  nomenklatura  əsasında  toplanır, 
lakin orqanik məhsullar, satış məhsullarının kodlaşdırması sırasında ayrıca 
nömrəyə malik olmadığından, qurum belə məhsullar haqqında məlumat 
toplamır.
20000
2009
2010
2011
2012
2013
2014
2015
25000
30000
35000
40000
years
Təsvir 5.
 2009-2015-cü il üzrə orqanik əkin sahələrinin 
və çoxillik bitkilərin bölgüsü 
Mənbə: Viller H. və Lernu J və s., 2015; 2016; 2017


27
Orqanik kənd təsərrüfati: 
Dünyada və Azərbaycanda
Fəsil 3
Cədvəl 5.
 Azərbaycanda ümumi orqanik torpaq sahəsi 
və yabanı məhsul yığımı üzrə fəaliyyətlərin bölgüsü (2015)
Fəaliyyət
növü
Sertifikatlaş-
dırılmış
ərazi (ha)
Əsas 
məhsul 
növü
Sertifikatlaş-
dırılmış kənd
təsərrüfatı
torpaqları (ha)
Ümumi 
sahədə 
orqanik 
məhsulun 
payı(%)
Yabanı
 
bitkilər
Sertifik
atlaş-
dırılmış ərazi (ha)
Kənd 
təsərrüfatı 
torpaqları
37,630
Taxıl
1,598
0.2
Giləmeyvə, 
yabanı
161
Balıqçılıq
123
Sitrus bitkiləri
21
0.7
Meyvə, 
yabanı
161
Meşə
123
Qurudulmuş 
paxlalı bitkilər
6
0.04
Meyvə, 
yabanı
541
Yabanı 
bitkilər
1,063
Temperatur 
bitkiləri
754
1.5
Müalicəvi və 
ətirli bitkilər
56
Cəmı̇
38,939
Subtropik 
meyvələr
495
4.8
Qoz-fındıq
179
Tərəvəz
213
0.2
Ətraflı 
məlumat 
yoxdur
126
Yağlı bitki 
toxumları
126
0.7
Cəmı̇
1,063
Üzüm
Zeytun
13
0.8
Mənbə: Viller H. və Lernu J və s., 2017
Cədvəl 6.
 2012 və 2014-cü illərdə Azərbaycanda becərilmiş və orqanik 
kimi sertifikatlaşdırılmış əsas məhsullar
Məhsul
Orqanik sahə 
(ha) 
Sahənin payı 
(%)
Tam keçid həyata 
keçirilmiş sahə 
(ha)
Keçid həyata 
keçirilən sahə 
(ha)
İllər
2012
2014
2012
2014
2012
2014
2012
2014
Taxıl bitkiləri
2,186
1,598
0.2
0.2
548
0
1,638
1,598
Yağlı bitki toxumları
126
126
0.6
0.7
50
50
76
76
Protein məhsulları 
(dənli paxlalı bitkilər)
6
6
0.0
0.05
2
2
4
4
Sitrus meyvələri
8
21
0.3
0.9
2
2
6
19
Üzüm
41
41
0.3
0.3
1
1
40
40
Zeytun
13
13
0.7
0.7
5
5
8
8
Mülayim iqlim meyvələri
698
754
1.5
1.5
131
112
567
642
Subtropik meyvələr
385
495
4.1
4.8
180
180
205
315
Tərəvəz
192
213
0.2
0.2
57
55
135
158
Mənbə: Viller H. və Lernu J və s., 2014; 2016.


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə