30
Azərbaycanda orqani̇k kənd təsərrüfati
Hazırkı durum və gələcək inkişaf potensialı
“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan respublikası
Qanununun 23a Maddəsinə əsasən, təsdiq edilmiş sertifikatlaşdırma
orqanlarının sıyahısı (1 iyun 2015) aşağıdakı kimidir: Abcert AG AZ-BIO-137
(Almaniya), Agreco R.F. Göderz GmbH AZ-BIO-151 (Almaniya), Bio Inspecta
AZ-BIO-161 (İsveçrə), BCS Öko-Garantie GmbH AZ-BIO-141 (Almaniya),
Ceres GmbH AZ-BIO-140 (Almaniya), ECOCERT SA AZ-BIO-154 (Fransa) və
LACON AZ-BIO-134 (Almaniya). Bütün bu sertifikatlaşdırma orqanları orqanik
məhsul bazarları üçün nəzərdə tutulmuş emal edilməmiş, yaxud emal
edilmiş bitki məhsulları üçün icazəyə malikdirlər. ABŞ-da, sertifikatlaşdırma
orqanları, CERES, ECOCERT və LACON ABŞ Kənd Təsərrüfatı Nazirliyi
tərəfindən NOP-a uyğun sertifikatlaşdırma icazəsi almışlar (
https://organic.
ams.usda.gov/Integrity
). ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycandan
idxal edilən MOP-a (Milli Orqanik Proqram) uyğun sertifikatlaşdırmış
məhsullar siyahısına nar, nar şirəsi, nar konsentratı, qızılgül yağı və qızılgül
ləçəkləri daxil edilmişdir. Bu xarici sertifikatlaşdırma orqanları tərəfindən
sertifikatlaşdırılmış və orqanik məhsulların emalı və ixracı ilə məşğul olan
əsas şirkətlər “Azərşəkər İstehsalat Birliyi”, “Azersun”, “AzGranata”, “Elba”,
“Gilan Qəbələ”, “Jalə” və “Aqribioekoteks”dir.
3.3.3. Qanunvericilik çərçivəsi
1999 ildə qəbul edilmiş Yeyinti məhsulları haqqında Azərbaycan
Respublikasının Qanunu ərzaq məhsullarının istehsalını, emalını,
keyfiyyətini və ərzaq təhlükəsizliyini tənzimləyir. 2011 ildə Azərbaycan
Codex Alimentarius Komissiyasının üzvü olmuşdur. Ərzaq məhsulları
istehsalı və ərzaq malların sərbəst hərəkəti sahəsində Azərbaycanda
162 standart qəbul olunub. Milli standartlar Azərbaycan Respublikası
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
(AZSTAND) tərəfindən qəbul olunur və “AZS” ixtisarı ilə tanınır. Avrasiya
Standartlaşdırma, Metrologiya və Sertifikatlaşma Şurasının təsdiq və
nəzarət etdiyi ümum-MDB “GOST” standartı da istifadə olunur. Milli
standart sisteminin regional və beynəlxalq standartlar əsasən inkişaf
etdirilməsi məqsədilə AZSTAND nəzdində 2009 ildə Standartlaşdırma və
Texniki Tənzimləmə üzrə Texniki Şura və Təcrübə-Sınaq Mərkəzi (AZTEST)
yaradılıb. Yanvar 2010-da Azərbaycan Avropa Standartlaşdırma Komitəsinə
müşahidəçi qismində qoşulub. 2010 ildə “Azərbaycanda balıq məhsullarına
dair ərzaq keyfiyyəti, təhlükəsizlik təminatı və sertifikatlaşdırmanın hüquqi
və texniki aspektlərinin təkmilləşdirilməsinə dəstək” adlı tvinninq layihəsi
tamamlanıb. Bu layihə balıqçılıq sektoruna yönlənmişdir. Ümumən isə,
qida təhlükəsizliyi qanunvericiliyində müxtəlif boşluqlar var.
31
Orqanik kənd təsərrüfati:
Dünyada və Azərbaycanda
Fəsil 3
Qida təhlükəsizliyinə, eləcə də orqanik məhsullar bazarının monitoriunqinə
mənfi təsir göstərən əsas əngəllərdən biri fəal inqrediyentləri olan
pestisidlərin yenilənmiş siyahısına və müxtəlif aqro-qida məhsullarının
maksimal qalıq limitlərinə normativ aktlarının olmamasıdır.
Azərbaycanda orqanik kənd təsərrüfatı üzrə ayrıca qanunvericilik
çərçivəsinin qəbul edilməsi təşəbbüsünü ilk dəfə 2005 ildə GABA irəli
sürüb. Bu və digər səylərin nəticəsində 2008 ildə müvafiq Qanun qəbul
edilib, sonradan isə digər hüquqi-normativ aktlar və onlara düzəlişlər
qəbul edilib
5
. Azərbaycanda orqanik kənd təsərrüfatına və orqanik k/t
üsullarına dair qanunvericilik çərçivəsini təşkil edən əsas hüquqi-normativ
aktlar aşağıda icmal şəklində təqdim olunur:
“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının
Qanunu (No. 650-IIIQ / 13 iyun 2008)
Qanunda göstərilir ki, “ekoloji təmiz kənd təsərrüfatı haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, "Standartlaşdırma haqqında", "İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında" və "Yeyinti məhsulları haqqında"
Azərbaycan Respublikasının qanunlarından/qanunvericilik aktlarından
qaynaqlanır”. Meşə bitkilərinin və vəhşi heyvanların istifadəsi, kənd
təsərrüfatı məhsullarının kimyəvi-sintetik (süni) maddələrin tətbiqi ilə
istehsalı, daşınması, saxlanması və istifadəsi ilə əlaqədar münasibətlər
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Qanuna 18 mart 2014 ildə düzəliş edilərək Maddə 4-ə düzəliş edilərək
4.0.1-1. yarımbəndi əlavə edilib (“Azərbaycan Respublikasına məxsus
ənənəvi mədəni brend bitkilərin mühafizəsi”).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (8 yanvar 2009)
Qərar orqanik kənd təsərrüfatına dair Azərbaycan Respublikası
Prezidentinin Fərmanının (No. 818 / 25 avqust 2008) icrasını dəstəkləmək
üçün qəbul edilib. Qərarda orqanik kənd təsərrüfatına aid normalar
və qaydalar, istifadə olunacaq üsul və qaydalar, icazə verilən və
verilməyən resurslar siyahısı, sertifikasiya növləri və şərtləri, sertifikasiya
agentliklərinin akkreditə edilməsi qaydaları, sertifikasiya agentliklərinin
funksiyaları, orqanik məhsullarının sertifikasiya qaydaları, nümunəvi
sertifikasiya formatları, orqanik məhsullarına tətbiq edilən markalanma,
nəqliyyat, saxlama və paylanma qaydaları yer alır.
5
Azərbaycanda bütün qanunvericilik aktları
www.e-qanun.az
saytından yüklənə bilər.