41
Dəyər zənci̇ri̇ və daxi̇li̇ bazar
Fəsil 4
4. Dəyər zənciri və daxili bazar
4.1. Dəyər zənciri anlayişi
Dəyər zənciri hansısa məhsulun istehsalı, emalı və satışı ilə məşğul olan
bütün tərəflərdən ibarətdir (Təsvir 7). Zəncir özünün ən zəif halqası
qədər möhkəm olduğuna görə, ən zəif halqa qırılanda bütöv zəncir
səmərəsiz olur. Kənd təsərrüfatında hər hansı məhsulu istehsal etmək
üçün müvafiq resurslar lazımdır. Orqanik kənd təsərrüfatında da belədir:
orqanik məhsulu becərmək üçün orqanik toxumlar, torpaq qatqıları,
gübrələr, bitki mühafizə vasitələri, eləcə də suvarma və yerli şəraitə
uyğunlaşdırılmış aqrotexniki üsullar tələb olunur. İstehsal vasitələri
və lazımi bilikər təmin olunduöu halda istehsal tarlada və ya digər
ekosistemdə baş verə bilər.
Bir çox k/t məhsullarının istehlakçıların süfrəsinə birbaşa çıxarılmasına
baxmayaraq, məhsulların istifadə müddətini uztmaq, daha uzun məsafələrə
çatdırmaq və dəyərini artırmaq üçün onların müxtəlif emal proseslərinə
məruz qalması qaçılmazdır. Bu proselər emal edilən məhsullara əlavə dəyər
qatır və beləliklə dəyər zəncirində iştirak edən bütün tərəflərə xidmət edir.
Emal istifadə və saxlama müddətlərini uzadaraq, bəzi hallarda məhsulların il
boyu satılmasına imkan yaradır.
Yekun istehlakçıya çatmaq üçün, hər bir məhsul bazara çıxarılmalı və
çatdırılmalıdır. Məhsullar istehlakçılar üçün nə qədər əlçatımlı olsa, bir
o qədər alınıb istehlak olunar. Beləliklə, marketinq (bazarlama) kanalları
bütün istehlakçılar, xüsusən də çətin çatılan istehlakçılar üçün zəruridir.
Dəyər zəncirləri müvafiq siyasətləri icra edən və iqtisadi qanunvericiliyi
tətbiq edən dəstəkləyici təsisatlar tələb edir. Bu təsisatlar maliyyə,
bazar məlumatları, standartlar, bazarlar, texnologiya, qida təhülkəsizliyi,
İnnovasiyalar və mülkiyyət hüquqları məsələlərini həll etməlidir. Digər
tərəfdən, dəstəkləyici xidmətlər, məs. nəqliyyat, anbarlama, emal,
qablaşdırma, idxal-ixrac, ticarət, rabitə və s. tələb olunur. Bundan əlavə,
müxtəlif mərhələlərdə dəyər zəncirində əlavə dəyər yaradan şəxslər üçün
stimullar dəyər zəncirinin önəmli hissəsini təşkil edir.
4.2. Orqanik məhsullarda əsas dəyər zənciri məhdudiyyətləri
4.2.1. İstehsaldan əvvəlki və istehsal mərhələləri
Orqanik kənd təsərrüfatının əsas qayəsi kənar resurslara arxalanmaq
əvəzinə istehsalı təsərrüfat-daxili resurslar hesabına qurmaqdır.
42
Azərbaycanda orqani̇k kənd təsərrüfati
Hazırkı durum və gələcək inkişaf potensialı
Orqanik k/t istehsalçıları anlamalıdır ki, orqanik kənd təsərrüfatı sadəcə
kimyəvi gübrələrin orqanik alternativlər ilə əvəzlənməsi demək deyil.
Təəssüf ki, bir çox orqanik k/t istehsalçıları (əvvəlki təcrübələri əsasında,
yaxud orqanik kənd təsərrüfatı haqqında tam bilikli olmadıqlarına görə)
öz təsərrüfatının resurslarından istifadə etməkdənsə, daha çox kənardan
“orqanik” resurslar əldə etmək arzusundadırlar.
Orqanik kənd təsərrüfatı qanunvericiliyində adətən orqanik çoxaltma
materialları (toxumlar, tinglər və şitillər), orqanik torpaq qatqıları
və gübrələr, bitki mühafizə vasitələri, emal vasitələri və/ya digər
resurslar və üsullara dair siyahılar və qaydalar təqdim edilir. İntensiv
istehsal sistemlərindən orqanik kənd təsərrüfatına keçid zamanı
orqanik resursların və biliklərin əlçatan olması həlledici rol oynayır.
Digər tərəfdən, az resurs tutumlu kənd təsərrüfatından orqanik kənd
təsərrüfatına keçid fermerlərə ziyanvericilərlə mübarizədə və torpağın
məhsuldarlığının artırılmasında kömək edə bilər. Keçid kütləvi və uğurlu
olsa, yeganə problem bazara daxil olan orqanik məhsulların həcmi
yüksək olduğundan fermerlərin satış qiymətləri azala bilər.
Təsvir 7.
Ümumi
dəyər zənciri görünüşü
STİMUL:
H R FUNKSİYA ÜZR H R BİR İŞTİRAKÇININ YARATDIĞI LAV D Y R
İSTEHSALDAN
VV L: T CHİZAT
İSTEHSAL
İSTEHSALDAN
SONRA
S NAYE
EMALI
PAYLANMA V
BAZARLAMA
D ST KL YİCİ MÜHİT
MAKROİQTİSADİ Ş RAİT– SİYAS T V QAYDALAR
D ST KL YİCİ T SİSATLAR
SİYAS T, İQTİSADİ QANUNVERİCİLİK, MALİYY , BAZAR M LUMATLARI,
STANDARTLAR,
BAZARLAR, TEXNOLOGİYA, QİDA T HLÜK SİZLİYİ, İNNOVASİYALAR, MÜLKİYY T HÜQUQLARI v s.
D ST KL YİCİ XİDM TL R
N QLİYYAT, ANBARLAMA, EMAL, QABLAŞDIRMA, İDXAL-İXRAC, TİCAR T, RABİT v s.
Mənbə: BMT-nin Sənayenin İnkişafı Təşkilatı (UNİDO), 2009