46
Azərbaycanda orqani̇k kənd təsərrüfati
Hazırkı durum və gələcək inkişaf potensialı
4.2.2. Yiğimdan sonraki və emal mərhələləri
Müasir saxlama və emal imkanlarının olmaması.
Bu, ümumi bir zəif
cəhətdir. Lakin orqanik dəyər zəncirinin ayrıca və əlavə bir problemi
var: Orqanik və adi məhsulların qarışmasına yol verməmək. Bunun
üçün orqanik məhsulların yığımı zamanı və sonrakı saxlama və emal
mərhələlərində, orqanik kənd təsərrüfatında yol verilməyən qatqılar,
təmizləmə vasitələri və materiallara xüsusi diqqət verilməklə, bütün
istifadə olunan qurğular, üsullar və resurslar, o cümlədən saxlama
anbarları, emal vasitələri, avadanlıq, emal zamanı istifadə olunan
materiallar və inqrediyentlər, qablaşdırma və s. müvafiq standartlarda
göstərilən tələblərə uyğun olmalıdır.
Soyuducu anbarların yüksək qiyməti və zəif xidməti.
Anbar sahibləri
və k/t istehsalçıları arasında müəyyən problemlər yaşanır. Sonuncular
tez-tez anbarların qoyduğu yüksək qiymətlər və onlarda pis saxlama
şəraiti haqqında gileylənirlər. Nəticədə, məhsulların maya dəyəri və/
ya itkiləri artır.
Müvafiq biliklərin və tədqiqatların çatışmaması.
Ənənəvi k/t
məhsullarında olduğu kimi, orqanik kənd təsərrüfatında da
yığımdan sonrakı və emal mərhələlərində dəyər zənciri bütövlükdə
idarə olunmalıdır. Orqanik kənd təsərrüfatında müəyyən üsulların
istifadəsinə, məs. yığımdan sonra pestisidlərin, təmizləyici kimyəvi
maddələrin və radiasiyanın istifadəsinə qadağa qoyulur. Beləliklə,
davamlı, üzün-ömürlü orqanik məhsulların təchiz etmək istəyən
k/t istehsalçıları üçün yığımdan əvvəlki mərhələdə ziyanvericilərə
davamlı növlərin istifadəsinə və sahə gigiyenasına diqqət yetirmək
olduqca vacibdir. Yerli şəraitə yarıyan belə üsulların və təcrübələrin
tədqiq edilib orqanik sahə ilə məşğul olan bütün tərəflərə çatdırılması
tələb olunur.
4.2.3. Paylanma və bazarlama mərhələləri
Orqanik məhsullarda dayanıqlı paylanma və bazarlama (marketinq)
sisteminin qurulması üçün ilk növbədə belə məhsulları almaq istəyən
yetərli sayda istehlakçı olmalıdır. Hal-hazırda Azərbaycanda orqanik
məhsullar / orqanik kosmetika satan mağazalar və ya rəflər Bakıdakı
supermarketlərdə mövcud olduğuna baxmayaraq, istehlakçılar arasında
orqanik (orqanik, bioloji) məhsulun nə olduğu barədə dəqiq təsəvvür
yoxdur. Əlavə olaraq, müsahibələr zamanı aşağıdakı məhdudiyyətlər
qeydə alınıb: