Kənd təSƏRRÜfati hazırkı durum və gələcək inkişaf potensialı fao-türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində və Azərbaycan Respublikasının


Dəyər zənci̇ri̇ və daxi̇li̇ bazar



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix20.09.2018
ölçüsü2,02 Mb.
#69930
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

43
Dəyər zənci̇ri̇ və daxi̇li̇ bazar
Fəsil 4
Azərbaycanda orqanik k/t istehsalçıları ilk olaraq vəhşi təbiət guşələrinin 
orqanik  kimi  sertifikatlaşdırılması  və  orada  əsasən  ixrac  üçün  yabanı 
meyvə və giləmeyvələrin, , müalicəvi və ətirli bitkilərin və qoz-fındığın 
yığımı  ilə    orqanik  istehsal  təşəbbüsünə  başlayıblar.  Hal-hazırda 
ölkədə yabanı məhsulların yığımı ilə yanaşı, dənli bitkilərin, mülayim, 
subtropik  və  tropik  iqlimi  meyvələrinin,  üzümün,  zeytunun,  yağlı  və 
zülallı  bitkilərin,  tərəvəzin  və  balın  “orqanik”  kimi  sertifatlaşdırılmış 
istehsalı  mövcuddur.  Orqanik  kimi  təsnif  edilən  sahələrin  əksəriyyəti 
hələ  də  orqanik  kənd  təsərrüfatına  keçiddədir,  lakin  az  da  olsa  bir 
neçə sahə var ki, artıq tam olaraq orqanik kənd təsərrüfatı standartına 
uyğundur. Viller və Lernunun hesabatında (2017) verilən məlumatdan 
elə bir qənaətə gəlmək olar ki, növbəti illərdə Azərbaycanda orqanik 
kənd  təsərrüfatına  yararlı  sahələr  genişlənəcək,  orqanik  istehsala 
keçmiş fermerlərin, emalçıların və orqanik məhsulların sayı artacaq.
Lakin  sertifikasiyalı  orqanik  sahələrin  təsirli  artımına  mane  olan  dəyərə 
zəncirinin  müxtəlif  mərhələlərində  olan  məhdudiyyətlərdir.  FAO-nun 
“Azərbaycanda  orqanik  kənd  təsərrüfatının  inkişafı  və  institusional 
bacarıqların artırılması” Layihəsi (GCP/AZE/006/TUR) ölkədə orqanik kənd 
təsərrüfatının inkişafını səmərəli dəstəkləməkdən ötrü bu məhdudiyyətləri 
aşkar  etməyə  məqsəd  qoyaraq,  dəyər  zənciri  iştirakçıları  ilə  aparılmış 
müsahibələr  əsasında  istehsaldan  əvvəlki  və  istehsal  mərhələlərində 
mövcud olan məhdudiyyətləri aşağıdakı kimi müəyyən etdi:
 
ƒ
Fermerlər  arasında  orqanik  kənd  təsərrüfatı  haqqında  bilik 
kasadlığı. 
Orqanik istehsalçıların, məhsulların, sahələrin və istehsal 
həcmlərinin artırılması üçün uzun-müddətli peşə təlimi proqramları 
tələb  olunur.  Kənd  təsərrüfatı  məsləhət  proqramları  ilk  növbədə 
kəndlilər  arasında  məlumatlılığın  artırılmasına  yönəldilməlidir.  İlkin 
mərhələdə,  kütləvi  informasiya  vasitələri  bir  çox  fermerlərin  qısa 
zaman kəsiyində məlumatlıdırılmasında kömək edə bilər. Sonradan 
fermerlər  özləri  maraq  göstərərək  daha  çox  məlumat  və  bilik  əldə 
etməyə  can  atmalıdır.  Kənd  təsərrüfatı  istehsalçıların  sualları  və 
şübhələri çoxdur: orqanik kənd təsərrüfatına keçid onların gəlirləri 
artıracaq  yoxsa  azaldacaqmı.  Fermerləri  inandırmaq  üçün,  orqanik 
kənd  təsərrüfatı  sahəsində  xüsusi  məsləhət  proqramları  həyata 
keçirilməlidir. Bunun üçün regionlar və məhsullar arasında prioritetlər 
müəyyən edilməli, prioritet regionlar və məhsullara üçün müntəzəm 
səfərlər və intensiv təlimlər təşkil edilməlidir.


44
Azərbaycanda orqani̇k kənd təsərrüfati 
Hazırkı durum və gələcək inkişaf potensialı
 
ƒ
Orqanik  kənd  təsərrüfatına  keçid  haqqında  qeyri-müəyyənlik. 
Orqanik kənd təsərrüfatına keçid etmək barədə fermerləri inandırmaq 
üçün onlara göstərmək lazımdır ki, uğurlu keçid nəticəsində onlar daha 
yüksək və ya ən azından adekvat gəlir əldə edəcəklər. Keçidin uğurlu 
olması orqanik kənd təsərrüfatı haqqında məlumatın mövcudluğu və 
bu məlumatın fermerlər üçün əlçatan olması ilə sıx bağlıdır. Azərbaycan 
Hökuməti  orqanik  kənd  təsərrüfatını  dəstəkləmək  haqqında  qərar 
versə, müvafiq təlim materialları və vasitələri, orqanik təcrübə sahələri, 
fermerdən  fermerə  təcrübə  mübadiləsi  və  müxtəlif  maarifləndirmə 
və  məlumatlılıq  kampaniyaları  təşkil  olunmalıdır.  Orqanik  kənd 
təsərrüfatına  keçidin  xüsusilə  ilk  mərhələlərində  fermerlərin  itkiləri 
dövlət proqramları vasitəsilə əvəzlənməlidir.
 
ƒ
Qanunvericilikdə  boşluqlar. 
“Ekoloji  təmiz  kənd  təsərrüfatı 
haqqında” Qanun (13 iyun 2008 il) ümumi anlayışları və prinsipləri 
təsvir  etdiyinə,  Nazirlər  Kabinetinin  8  yanvar  2009  il  tarixli  qərarı 
orqanik kənd təsərrüfatına tətbiq olunan qaydaları müəyyən etdiyinə, 
“Orqanik  kənd  təsərrüfatı  haqqında”  Azərbaycan  Respublikası 
Qanununun  tətbiqi  ilə  bağlı  əlavə  tədbirlər  barədə  Azərbaycan 
Respublikası  Prezidentinin  Fərmanı  (24  may  2010  il)  və  Nazirlər 
Kabinetinin Qərarı (30 avqust 2010 il) əlavə qaydaları təyin etdiyinə 
baxmayaraq, qanunvericilik bazasında hələ də Qanunun və normativ 
aktların tətbiqi ilə bağlı vəzifələrin icrasında hansı qurumun aparıcı 
və  əlaqələndirici  rol  oynaması  tam  aydın  deyil.  Layihənin  apardığı 
müsahibələrdən göründüyü kimi, orqanik kənd təsərrüfatında birbaşa 
iştirak edən sahibkarlardan başqa, əksər fermerlər və digər maraqlı 
tərəflər,  Qanun  və  qərarların  qəbulundan  yetərincə  vaxt  keçdiyinə 
rəğmən, bu qanunvericilik bazası haqqında hələ də xəbərsizdirlər.
 
ƒ
Orqanik  kənd  təsərrüfatı  üçün  hökumət  subsidiyası  mövcud 
deyil.
  Orqanik  kənd  təsərrüfatının  inkişaf  etdirilməsi  Azərbaycan 
Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına 
dair  Strateji  Yol  Xəritəsində  (Maddə  7.7.4.  Prioritet  7.4)  nəzərdə 
tutulub.  2015  ildə  Azərbaycan  Hökuməti  ölkədə  kənd  təsərrüfatına 
dəstəyi  artırmağa  qərar  verərək,  sintetik  (kimyəvi)  gübrələrin 
istehsalçılara  satışına  güzəştləri  50%-dən  70%-ə  qaldırdı.  Gübrələrə 
tətbiq edilən güzəştlər biohumusa da şamil edilir. Güzəşt məbləğinin 
yuxarı  həddi  1  hektara  50  manatdan  100  manata  artırıldı.  Hökumət 
kənd təsərrüfatı istehsalçılarına həmçinin yanacaq subsidiyaları verir. 
Azərbaycan iri xam neft hasılatçısı olduğundan, yanacaq subsidiyaları 
ölkənin makroiqtisadi göstəricilərinə bir od qədər təsir göstərmir.


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə