76
küləkləri sahilə doğru rütubətliliyi aşağı olan soyuq hava kütləsi gətirir. Quru
üzərində hava qızsada yağıntı düşə biləcək dərəcədə kondensasiyaya uğramır.
Yaranan temperatur cəbhələşməsi (aşağı qatlarda temperatur daha aşağı olur)
yağıntıların düşməsinə mane olur. Buna görə də Kostanın iqlimi qurudur. Onun
şimal hissəsində, yəni ekvator yaxınlığında ildə 20-50 mm həcmində yağıntı düşə
bilir. Kostanın mərkəzində yerləşən Limaya yağıntı demək olar ki, düşmür.
Bununla belə hava xırda damladan ibarət dumanla örtülü olur. Kosta üçün havanın
nisbi rütubətliliyinin yüksək (80-100%) olması xarakterik haldır. Soyuq okean
cərəyanı quru üzərində temperaturu xeyli aşağı salır. Ölkə paytaxtında orta illik
temperatur 19,3°C-dir. Limada ən isti ayın (fevralın temperaturu 23,5°C, ən soyuq
(avqust) 16,l°C-dir. Limada ilin fəsilləri temperaturla deyil, havanın
vəziyyəti ilə müəyyənləşdirilir. Kostanın bitki örtüyü olduqca kasıbdır. Digər
ərazilərdə isə daimi bitki örtüyü yox dərəcəsindədir. Kostanın ekvatora yaxın
şimal hissəsi rütubətli olduğundan bitki örtüyü ilə nisbətən yaxşı təmin
olunmuşdur. Alqarrobo adlı ağac növü nisbətən geniş yayılmışdı. Onun 20 m
dərinliyinə gedə bilən kökləri həm rütubət ala bilir, həm qum tirlərinin hərəkətini
dayandırır, həm də təsərrüfat əhəmiyyətlidir. Onun meyvəsi yeməlidir, müxtəlif
şirə istehsalında istifadə edilir.
AND. Kostadan şərqdə Syerra - dünyanın ən nəhəng dağ
sistemlərindən biri yerləşir. Peru ərazisində And dağlarının ən hündür
hissələri yerləşir. Burada olan 200-dən çox zirvənin hündürlüyü 5000 m-dən, 40-
nın isə 6000 m-dən hündürdür. Hündür, keçilməz dağlar enli qurşaq şəklində
ölkənin bütün ərazisi boyu şimaldan cənuba doğru uzanır. Şimalda onun eni 200
km, cənubda isə 3 dəfədən artıqdır. Andların Peru ərazisində ən alçaq sahəsi
onun şimalındadır. And cənubda daha keçilməz olub, çay vadiləri ilə
parçalanaraq Qərb, Mərkəz və Şərq Kordilyerlərinə bölünür. Qərbi
Kordilyerlər daha hündür olub, 7 km-ə qədər hündürlüyə və daimi qar örtüyünə
malikdirlər. İkibaşlı Uaskaranın mütləq hündürlüyü 6768 m-dir. Onun
zirvəsində uzunluğu 6 km olan buzlaq əmələ gəlmişdir. Qərbi Kordilyerlər
mərkəzi hissədə daha möhtəşəmidir. Burada ölkənin ən gözəl guşəsi olan Santa
çayının vadisi dünyanın hər yerindən turistləri və alpinistləri cəlb edir. Yaşıl vadi,
Santa çayının coşğun axını mavi dağ gölləri, buzlaqları, şiş uclu zirvələr klassik alp
görkəmi yaradır və yerli əhali buranı Peru İsveçrəsi adlandırır. Boliviya və Çili ilə
sərhəddə yerləşən hündür yayla Kolyao mesasi adlanır və hündürlüyü 4000
m-dir. Onun şərqində Boliviya ilə sərhəddə dünyanın ən hündür dağ gölü olan
Titikaka (3812 m) yerləşir. Sahəsi 8300 km
2
olan gölə 40-dan çox çay tökülür və
ancaq yeganə çay olan Desaquadero öz mənbəyini bu göldən başlayır.
Andların iqlimi dağ silsilələrinin Sakit vo Atlantik okeanına nisbətən
oriyentasiyasından asılıdır. Qəri yamacları səhra xarakterlidir, kaktus və
quru otlaqlardan ibarətdir. Şərq yamacları isə əksinə, rütubətliliyin
üstünlüyü şəraitində sıx meşələrla örtülüdür. 1000-1500 m hündürlüyədək
77
olan zona Tyerra Kalyente (ispanca «isti torpaq») adlanır. İqlim
xüsusiyyətlərinə
görə o, şərqdə yerləşən Selvadan az fərqlənir.
3500 m hündürlüyədək olan zona Tyerra fria, yəni «soyuq torpaq» adlanır.
Peru coğrafiyaşünası X.Pulqar Vidal bu zonanı Keçua adlandırır və Peru əhalisinin
əsas məskunlaşma zonası hesab edir. Qədim inklər buranı «mülayim iqlimin
torpaqları» adlandırmışlar. Hindu əhalisi də əsasən bu zonada cəmləşmiş
və Syerranın iri şəhərləri də məhz buradadır. Doğrudan da Peruda insanın yaşaması
və təsərrüfat fəaliyyəti məhz Keçua zonası şəraitində daha məqsəduyğundur, çünki
bu zonada günəş radiasiyası, ilin yağmurlu və quru dövrləri, yağıntıların normal
miqdarı (700-800 mm) mülayim temperatur və məhsuldar torpaqlar digər
ərazilərdən daha fəal seçilir. Buna görədir ki, ölkənin əsas ərzaq məsələləri məhz
bu zona daxilində həll edilir. Keçua zonasından yuxarı qalxdıqca iqlimin
sərtləşməsi və ərazinin səhralaşması müşahidə edilir. Keçua dilində bu zonaya
puna (səhra ərazisi) deyilir. 4000-dən yuxarı Tyerra elada - buzlu, soyuq
zona yerləşir. Çılpaq qayalıqlar, daimi qar və buz örtüyü zona üçün xarakterik
landşaftdır.
SELVA. Ölkənin şərq düzənliyini tamamilə örtən tropik meşə zonasına yerli
əhali Selva deyir. Dünyanın ən bol sulu çayı olan Amazonun qərb hövzəsi Perunun
ərazisindədir. Bu sahəyə Sakit okeanın təsiri yoxdur, amma Atlantik küləkləri üçün
açıqdır. Böyük tropik meşə zonası iki qeyri-bərabər hissəyə bölünür. Balaca,
nisbətən hündür hissəyə yüksək Selva (ispanca Selva Alta), Amazon ovalığı isə
Alçaq Selva (ispanca Selva Baxa) adını daşıyır. Onların hər ikisinin iqlim şəraiti
təxminən eynidir, yalnız Yüksək Selvada yağıntıların miqdarı nisbətən azdır (2000
mm-dən az). Yüksək Selvanın məhsuldar torpaqlarından tropik meyvəçilik üçün
geniş surətdə istifadə edilir. Həqiqi Selva Amazon ovalığındadır. İstiliyin və
yağıntıların miqdarı burada bitki örtüyünün sürətlə inkişaf etməsinə şərait yaradır.
Amazoniyanın rütubətli ekvatorial meşələri özünəməxsus bir dünya, orijinal
ekoloji sistemdir. Meşə əsasən üç mərtəbəlidir. Üst mərtəbənin ən əhəmiyyətli
ağaclarından biri süd ağacıdır ki, onun şirəsindən yem kimi istifadə edilir. Peruda
kaoba adlanan qırmızı ağac daha qiymətli sayılır. Qırmızı və qonur-qırmızı rəngli
oduncaq mebel sənayesində, otaqların bəzədilməsində və bəzək əşyaları
hazırlanmasında geniş istifadə edilir. Məşhur kauçuk ağacı olan heveya əsasən
rütubətli ərazilərdə yetişir.
Selvanın florasından fərqli olaraq heyvanat aləmi nisbətən kasıbdır və əsasən
ağaclarda yaşamağa vərdiş etmişlər.
Keçua hinduların dilində Amazon ovalığı Omaqua adlanır ki, mənası da «şirin
su balıqlarının çoxaldığı yer» deməkdir. Həqiqətən də Amazon və onun qolları
1000-ə yaxın şirin su balıq növləri ilə zəngindir. Bunlar arasında daha çox
fərqlənəni arapayme və ya pançe adlanan nəhəng balıqdır. Boyu 4m, çəkisi 200 kq-
dək olan bu balığa yalnız Cənubi Amerikada Amazon hövzəsində və Orinoko
çayında rast gəlinir. Emal əhəmiyyətli ikinci dərəcəli balıq iri sunqarodur. İri
çaylarda təsərrüfat əhəmiyyətli canlılardan biri də boyu 1 m, çəkisi 40 kq olan
çaraha adlı tısbağadır ki, onun ətindən və yumurtasından istifadə edilir.
Dostları ilə paylaş: |