Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə40/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   36   37   38   39   40   41   42   43   ...   81

80 
 
Əsasən   sahil  zolağında   şəkər  qamışı   istehsal   edən çinlilər kənd yaşayış 
məntəqələrində məskunlaşmağa, müəyyən   hissəsi   isə   ticarətlə   məşğul   olaraq   
sahil  şəhərlərində  yerləşməyə  başladı.  Digər  Latın  Amerikası  ölkələrindən  fərqli 
olaraq  (xüsusilə  də  Atlantik  okeanı  sahillərində  yerləşən)  Peruya  avropalıların 
miqrasiyası o qədər  də  çoxsaylı  olmamışdır.   Ölkə  müstəqilliyini elan etdikdən 
XIX əsrin sonunadək bura 30-40 min nəfər ispan, alman, irland, italyan və fransız 
mənşəli  adamlar  köçmüşlər.  Hal-hazırda  Peru  əhalisinin  1∕2-ə  qədəri  ağlar  və 
metislər,  1∕2-ə    qədəri  hindular,  1%-i  asiyalılar  və  zəncilərdir.  Ölkənin  bütün 
yüksək  dağlıq  əraziləri  Keçua    və  aymara  hinduları,    Selva  rayonları  isə  meşə 
hinduları ilə məskunlaşmışlar. 
Hindular  üçün  kənd  təsərrüfatı  əsas  məşğuliyyət  növü  olaraq  qalsa  da  son 
vaxtlar  onların  xeyli  hissəsi  dağ  mədənlərində  fəhlə  sinfinə  çevrilmişlər.  Yeni 
şaraitdə,  yeni  istehsal  münasibətlərinə  çətinliklə  alışsalar  da  özlərinin  adət  və 
ənənələrini qoruyub saxlaya bilirlər. 
Dağ kəndlərinin əhalisinin əsas məşğuliyyəti kənd tasərrüfatı   olsa  da  qadın   
əməyi      əsasən      toxuculuğa  istiqamətlənmişdir.      Toxuculuq      qədim      ink   
mədəniyyətinin    ən    parlaq    nümunəsi    olduğundan    böyük ənənəyə malikdir. 
Bütün  Peruda  ən  maraqlı  və  qədim,  sonralar            isə            ispanlar            tərəfindən       
daha təkmilləşdirilən   sənətkarlıq  sahəsindən   biri də ağac üzərində naxş, mebel, 
qab-qacaq, bəzək əşyaları, mis| və dəri məmulatlarından əşyaların hazırlanmasıdır. 
Keçən əsrin 80-ci illərinədək ölkənin hindu əhalisinin 60%-i  orta  və  yüksək 
dağlıq ərazilərdə yaşayırdısa, son on ildə onlar getdikcə əvvəlki yaşayış zonalarına, 
sahil rayonlarına və Selvaya doğru miqrasiya etmişlər. 
Təxminən  450  ildən  çoxdur  ki,  Lima  şəhəri    Perunun  həyat  mərkəzinə 
çevrilmişdir.  Bu  müddət  ərzində  o  iqtisadi,  inzibati  və  mədəniyyət  mərkəzi  kimi 
formalaşmışdır.  Limanın  yaxınlığında  yerləşən  Kalyao  limanı  ölkənin  əsas  dəniz 
qapısıdır. Syerranın şəhərlərinə XX əsrin təsiri nisbətən az olmuşdur. 
Əhalisinin sayına görə ikinci şəhər sayılan Arekipa dəniz səviyyəsindən 2360 
m yüksəklikdə,  fəaliyyətdə olan Misti vulkanının ətəyində, gözəl mənzərəsi olan 
vadidə  yerləşir. Çoxlu ağ daşdan  ibarət  evləri, kilsa  və monastırlarına  görə  yerli  
əhali    onu    «ağ  şəhər»  də  adlandınr.  And  dağlarının  qoynunda  Amerikanın 
arxeoloji mərkəzi, qədim ink imperiyasının paytaxtı Kusko yerləşir. Qədim ink və 
ispan  mədəniyyətinin  qovuşması    bu  qədim  və  əsil  hindu  şəhərində  öz 
heyrətamizliyi ilə seçilir. 
XVI    əsrin    əvvəllərində    burada  həmin    dövrün  ən  böyük  şəhəri  sayılan 
Londondan çox əhali yaşayırdı. 
Titikaka gölü sahilində eyni adlı əyalətin mərkəxi olan   Puno   şəhəri   1663-
cü      ildə      ispanlar      tərəfindən  salınmışdır.  Selvanın  ən  iri  şəhəri  olan  İkitos 
Amazon çayının     sahilində    yerləşir.     Hal-hazırda     Amazon j üzərində ən iri 
limanlardan biridir. 
Təsərrüfatı.  Peru  inkişaf  etmiş  hasilat  sənayesinə  malik  olan  aqrar-sənaye 
ölkəsidir.  Milli  iqtisadiyyatını  əsasən  kənd  təsərrüfau  təşkil  edir  ki,  bura  iqtisadi 
fəal əhalisinin  40%  cəlb olunmuşdur.  Son  on  ildə kənd təsərrüfatı    istehsalında    
məşğul    olanların    sayının getdikcə azalması müşahidə edilir. 


81 
 
 Analoji  hadisə  ölkənin  emaledici  sənayesində  müşahidə  edilir  ki,  bu  sahə 
ümumi  daxili  məhsulun  20%-ni  verir.  Son  15  ildə  xarakterik  xüsusiyyət  kimi 
nəzərə çarpacaq hadisə fəhlə qüvvəsinin getdikcə ticarət və xidmət sahələrinə daha 
çox cəlb edilməsidir. 
Peru  dünyada  və    Latın    Amerikasında    vismutun,  qyrğuşunun,      gümüşün,   
sinkin,   misin   istehsalında birinci yerlərdən birini tutur. 
Bir  çox  Latın  Amerikası  ölkələrində  olduğu  kimi  Peru  da  öz  əhalisini  ərzaq 
məhsulları ilə tam təmin edə bilmir, məhsulun çox hissəsini xaricdən, xüsusən də 
ABŞ-dan  gətirir.  Bütövlükdə  ölkə  iqtisadiyyatı  hələ  də  idxaldan  asılıdır.  İdxal 
məhsullarına əsasən maşın və avadanlıq, tikinti materialları daxildir. Perunun ixrac 
etdiyi  mis,  istehlak  malları  və  sənaye  avadanlıqlarına  çəkilən  xərci  belə  ödəmir. 
Xarici ticarətdə olan mənfi balans   xroniki   olaraq  inkişaf  etməkdə  olan   ölkələr 
üçün xarakterikdir. 
İnkişaf  etmiş ölkələrin  ixrac  etdiyi  maşın  və avadanlıqların dünya bazarında 
qiyməti getdikcə artmağa, inkişaf etməkdə olan ölkələrin ixrac etdikləri xammalın 
dəyəri isə azalmaqda davam edir. Bu da beynəlxalq aləmdə inkişaf etməkdə olan 
ölkələri  iqtisadi,  maliyyə  və  s.  cəhətdən  getdikcə  asılı  vəziyyətə  salır.  Bu 
çətinliklər Perudan da yan keçmir və ölkənin xarici borcu getdikcə artmaqdadır. 
Sənayesi.  Son  illər  ölkənin  iqtisadi  inkişafını  yüksəltmək  barədə  dövlətin 
gördüyü  tədbirlərə baxmayaraq, hələlik sənayenin strukturunda dağ-mədən, əlvan 
metallurgiya  üstünlük  təşkil  edir  ki,  onlar  da  ixrac  üzrə  ixtisaslaşmışlar.  Ölkənin 
emaledici sənayesi xaricdən alınan maşın və avadanlıqlardan olduqca asılıdır. 
Ölkə  iqtisadiyyatında  təbii    resursların    tədqiqi  və  hasilatı      uzun      müddət   
əsas   sahə   olmuş   və   xaici şirkətlərin  əsil  qazanc  mənbəyi  olmuşdur.   Son  
illər  milliləşdirilmiş  xarici  şirkətlərin  bazasında  güclü  dövlət  müəssisələri   
yaradılmış      və      iqtisadiyyatın      asılılığının  aradan    qaldırılması    sahəsində  
müəyyən   işlər görülmüşdür.   Hasilat   sənayesi   üçün   xammal   bazasının geniş   
olmasına    baxmayaraq,    kifayət    qədər    kapital qoyuluşu  olmadığından  onları 
mənimsəmək səviyysi hələ kifayət deyildir. 
Metal  filizlərinin  əksəriyyəti  yüksək  dağlıq  ərazilərdə  hasil  edilsə  də  dəmir 
filizi  Sakit  okean  sahilində  yüksək  olmayan  yayladakı  Markona  yatağından  hasil 
edilir. 
İqtisadiyyatın  ən yaxşı  sahələrindən  biri də nefl hasilatıdır.   70-ci  illərin  
əvvəllərində  neft  hasilatının 2∕3 hissəsi Sakit okeanın şimal-qərb sahilində (Talra, 
Sorritos) və dənizin şelf hissəsində aparılırdı. Onun az bir   hissəsi   isə   Selvanın    
payına   düşürdü.    Hərbi hökumətin   milliləşdirmə   tədbirləri   nəticəsində   milli 
neft   hasilatı   sənayesi   yaradıldı.   Ölkə   neftinin   çox hissəsinin   emalı   dövlət   
sektorunun   payına   düşür. Yanacaq-energetika   sənayesinin   digər   sahəsi   olan 
kömür sənayesi yerli  qara yə əlvan  metallurgiyanın ehtiyacının      ödənilməsinə     
yönəldilmişdir.      Pasko, Kaxamarka və  Libertad  əyalətlərində  istehsal  edilən 
kömür    sənayesinin    istehsal    həcminin    artırılması ölkənin   enerjiyə   olan   
tələbatını      ödəyə      bilər.      Güclü  energetika  bazasına  malik  olsa  da  ölkə 
iqtisadiyyatının  ayrı-ayrı  sahələrinin  elektrik  enerjisinə  olan  tələbatı  hələ  də  tam 
ödənilmir. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə