Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə48/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   44   45   46   47   48   49   50   51   ...   81

96 
 
xüsusi  çəkisi      böyükdür.      Xüsusi      reduksiyalarda      (hindular  üçün  ayrılmış 
ərazilərdə)  yaşayan  hindular  ailə  üçün  ayrılmış  sahalərdə  çalışır.  Onlar 
heyvavdarlıqla  məşğul  olur,    xırda    sənətkarlıqla    ailələrini    dolandırırlar.      Sur 
Çiko  regionunda  Almaniyadan  köçüb  gəlmiş  əhali  kənd  təsərrüfat      məhsulu   
istehsalında    xüsusi      fərqlənirlər.  Onlar  mapuçelərin  əməyindən  daha  səmərəli 
istifadə  edirlər.    Belə  ki,  mapuçelər  mahir      və        dözümlü  çobanlardır,  onlar 
muzdlu  əməyə  daha  çox  üstünlük  verirlər.  Sur    Çiko  regionunun  şəhərlərində 
alman  dili  daha  geniş  yayılmışdır.  Şəhər  tikililəri,  küçə  və  evlərin  forması, 
quruluşu sanki Saksoniyanı və ya Bavariyanı xatırladır. 
Son  illər  Latın  Amerikasında  sürətlə  inkişaf  edən  ölkələrdən  biri  olan  Çili 
əhalisi  olduqca  fəal  iqtisadi  əhali  hesab  edilir.  Ümumi  əhalinin  60,5%-i  iqtisadi 
cəhətdən fəal əhalidir. 
 
Təssərüfatın ümumi səciyyəsi 
 
Ölkə  iqtisadiyyatının  formalaşması  həm  daxili  ziddiyyətlərin  kəskinləşməsi, 
həm də beynəlxalq səviyyədə gedən proseslərlə daim əlaqəli olmuşdur. Digər latın 
Amerikası  ölkələrində  (Meksika,  Brazilya,  Argentina,  Venesuela  və  s.)  olduğu 
kimi,  Çilidə  də  sənayenin  və  kənd  təsərrüfatının  inkişafı  üçün  əlverişli  və  sosial 
imkanlar  vardır.  Müstəmləkəçiliyin  sonunadək  ölkə  iqtisadiyyatının  əsasını  kənd 
təsərrüffatı  təşkil  edirdi.  Hindu  tayfaları  ənənəvi  sahələr  olan  qarğıdalı,  paxla 
bitkiləri  yetişdirir,  ispanlar  gəldikdən  sonra  isə  müxtəlif  tərəvəz,  meyvə, 
üzzümçülüklə məşğul olmağa başlamışlar.  
Kənd təsərrüfatı məhsullarının əsas idxalçıları şəhər əhalisi, ordu, XVI əsrdə 
isə yenicə yaranmış  dağ-mədən sənayesinin fəhlələri idi. Birinci dünya müharibəsi 
dövründə Avropa və ABŞ-dan sənaye məhsullarının idxalı azalmağa, yerli sənaye 
sahələri,  yaranmağa  başladı.  Emaledici  sənaye  sahələri  ilkin  olaraq,  mərkəz 
rayonlarda  –  Santyaqo,  Valparaiso,  Konsepsion  şəhərlərində  inkişaf  edir,  xarici 
investisiyanı daha çox maraqlandırırdı. Şimal regionlarından dəmir filizi, manqan, 
Lota  və  Koronel  yataqlarından  kömür,  Uaçinatodan  elektrik  enerjisi  gətirməklə 
metallurgiya  məhsulları  ilə  ölkənin  tələbatını  ödəməyə,  30%-ni  isə  ixrac  etməyə 
başladı.  
Çili artıq aqrar ölkədən Latın Amerikasının sürətlə inkişaf edən sənaye-aqrar 
ölkələrindən birinə çevrilmişdir. Ölkə üçün ənənəvi sənaye sahəsi mis istehsalı və 
emalıdır.  İxrac  məhsullarından  əldə  olunan  gəlirin  təxminən  yarısı  onun  paayına 
düşür. Ağac emalı, neft-kimya, balıq sənayesi inkişaf etmişdir. Yüngül və yeyinti 
sənaye  sahələri  yüksək  inkişaf  səviyyəsinə  çatmışdır.  Çilinin  kənd  təsərrüfatı 
yüksək  intensivliyi  ilə  seçilir.  Mülayim  və  subtropik  iqlim  qurşaqları  əsasən 
bitkiçilik  üzrə  ixtisaslaşmışdır.  Burada  taxılçılıq,  bostançılıq,  meyvə  və 
tərəvəzçilik, üzümçülük əmtəəlik xarakteri almışdır. Ölkənin əlverişli təbii şəraiti, 
südlük, ətlik istiqamətli heyvandarlığın inkişafına gözəl şərait yaratmışdır. Hazırda 
ölkənin  kənd  təsərrüfatı  əhalinin  ərzaq  məhsullarına  olan  tələbatını  ödəməklə 
yanaşı, bir hissəsini ixrac etməyə imkan verir.  


97 
 
Çilinin  ərazisi  təbii  şəraitinə,  əhalisinin  məskunlaşmasına,  ixtisaslaşma 
sənayesinə  görə  altı  iqtisadi  rayona  bölünür:  Norte  Qrande,  Norte  Çiko,  Mərkəzi 
Hindu, Cənubi Sur Çiko və Sur Qrande. 
 
İqtisadi rayonları üzrə ixtisaslaşma səviyyəsi və inkişaf perspektivləri 
 
Mərkəzi  hindu  iqtisadi  rayonu  ölkə  əhalisinin  şimal  və  cənub  hissələrindən 
təxminən  bərabər  hissədə  yerləşir.  Onun  şimal  sərhəddi  Okonkaqua  çayı  vadisi 
(buradan  Peru  sərhəddinədək  1600  km),  cənub  sərhəddi  isə  Bio-Bio  çayı  vadisi 
(Magellan  boğazınadək  1700  km)  ilə  əhatələnir.  Rayonun  iqlim  şəraiti,  torpaq, 
bitki  örtüyü  Aralıq  dənizi  ətrafını  xatırladır.  Onun  təbiəti  olduqca  rəngarəndir. 
Yayı isti və quru, qışı yumuşaq və rütubətlidir. Şimalında həmişə yaşıl kolluqlar, 
cənubunda isə həmişəyaşıl  meşələr üstünlük təşkil  edir. Qara  və qonur torpaqları 
olduqca məhsudardır. Çayları qısa, bolsulu və hidroenerji ehtiyatlıdır. Daş kömür 
və  əlvan  metalların  böyük  ehtiyatı  vardır.  Şelf  suları  balıqla  zəngindir.  Iqtisadi 
rayon  ölkənin  iqtisadi-siyasi  və  mədəni  həyatında  olduqca  böyük  rol  oynayır. 
Dəmir  yollarının  çəkilişindən  sonra  Mərkəz  iqtisadi  rayonun  digər  rayonlarla 
əlaqəsi daha da artdı ki, bu da gələcəkdə onun inkişafının təməlini qoydu.  
Birinci  dünya  müharibəsi  dövründə  Avropa  və  ABŞ-dan  sənaye  mallarının 
idxalının azalması yerli sənaye sahələrinin yaranmasına təsir etdi. Bununla da daha 
ucuz  işçi  qüvvəsinə  malik  olan  Mərkəz  iqtisadi  rayonunda  sənaye  məhsulu 
istehsalı sürətləndi. İkinci dünya   müharibəsindən   sonra   məhsul    istehsalının 
sürətlənməsi  yeni  emaledici  sənaye  sahələrinin  yaradılması  ölkənin  paytaxtı  olan 
Santyaqonun böyüməsinə, kəndlərdən şəhərə işçi qüvvəsinin axınına səbəb oldu. 
Hal-hazırda ölkə ərazisinin 3,8%-ni əhatə edən bu əyalətlərdə ölkə əhalisinin 
52%-dən çoxu cəmləşmişdir və  emaledici   sənaye  müəssisələri  məhsulun   80%-
ni verir.   Santyaqo   və   Valparansio   xarici   investerlərin diqqətini  daha çox 
cəlb  edir.    Rayonun    urbanizasiya  səviyyəsi  ucuz  işçi  qüvvəsi,  məhsuldar 
qüvvələrin qeyri-bərabərləşməsi,   gələcəkdə   də   ixtisaslaşmanın   əmək tutumlu 
və  elm  tutumlu  etməsini  stimullaşdıracaqdır.    Mərkəz  rayonun  böyüklüyü  və 
təsərrüfat  müxtəlifliyi  burada  iki  müstəqil  yarımrayonun  Paytaxt  və  Mərkəz- 
Cənubun ayrılmasına imkan verir. 
Norte Çiko iqtisadi rayonuna Kekimbo və Atakama əyalətləri daxildir. Rayon 
yarımsəhra və səhra zonasında yerləşdiyindən suvarma və su ilə təchiz olunma əsas 
problemlərindəndir. Rayonun ərazisi dəmir filizi və əlvan metallarla və xüsusilə də 
mis  fılizi  ilə  zəngindir.  Buna  görə  də  xarici  bazarlarda  misə  artan  tələbat  XVIII 
əsrdə  hasilat  sənəyesinin  yaranmasına  səbəb  olmuşdur.  Sənayenin  inkişafı  kənd 
təsərrüfatını  da  inkişaf  etməyə  istiqamətləndirmişdir.  XIX  əsrin  əvvəllərindən 
başlayaraq  burada  suvarma  sistemləri  yaradılmış,  əkin  sahaləri  genişlənmiş,  mal-
qaranın sayı artmışdır. Nəhayət, birinci dünya müharibəsindən sonra ərazidə yeni 
yataqlar  kəşf  olunmağa,  əlavə  işçi  qüvvəsinin  cəlb  olunmasına  başlanıldı.  Norte 
Çikoda  dağ-mədən  sənayesinin  dirçəlməsi    bir    sıra    səbəblərlə    əlaqədar  idi.   
Əvvəla,      əlvan  metallurgiyada  texnologiyanın  təkmilləşməsi  sayəsində  daha  az 
mis  filizi  qarışığına  da  malik  filizlərin  çıxarılmasındakı  səmərəliliyin  artması, 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə