Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə50/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   46   47   48   49   50   51   52   53   ...   81

100 
 
Qoyunçuluq,  ətlik  heyvandarlığı  ilə  yanaşı  neft,  qaz,  qurğuşun  və  sink 
istehsalı  genişləndi.  Hal-hazırda  Sur  Qrande  ölkənin  duru  yanacağına  olan 
tələbatının 70%-ni ödəyir. 
Manantiales mədənləri daha əhəmiyyətli və perspektivlidir. Neftlə yanaşı qaz 
da istehsal olunur. Odlu Torpağın şimal hissəsi boru kəmərləri ilə sahil zonası   ilə  
əlaqələndirilmişdir.      Ərazinin      qalan      hissəsində,  o  cümlədən  Magellan  boğazı 
yaxınlığındakı quru və şelf zonasında axtarışlar davam etdirilir. 
Çili    İspaniyanın    siyasi    təsirindən    xilas   olub, müstəqillik əldə edəndən 
sonra onun iqtisadi həyatına 
xarici kapitalın təsiri getdikcə artmaqa başladı. Çiliyə ilk    kapital    qoyuluşu    
İngiltərəyə    məxsusdur.    Öz 
sənayesinin  getdikcə  artan  tələbatını  ödəmək  üçün  ingilislər  Çilidə 
dəmiryollarını  çəkib,  öz  mülkiyyətlərini  yaratmağa,  dağ-mədən  müəssisələrini 
inkişaf  etdirib,  mis  fılizini  idxal  etməyə  başladılar.  Amerika  kapitalının  Çiliyə 
axını  təxminən  ingilislərlə  eyni  vaxta  təsadüf    edir.  XX  əsrin  əvvəllərində  ölkəyə 
ABŞ  və  Almaniyanın  kapital  axını  daha  da  artmağa  və  ingilis  kapitalını 
sıxışdırmağa  başladı.  Amerika  şirkətləri  dağ-mədən  sənayesini  inkişaf  etdirməyə, 
iri bankların filiallarını açmağa başladılar. 
İkinci  dünya  müharibəsinə  qədər  Çili  iqtisadiyyatının  inkişafına  kapital 
qoyuluşunun  65%-i  ABŞ-ın,  30%-i  İngiltərənin  payına  düşürdü.  Hal-hazırda  Çili 
dünyanın  əksər  inkişaf  etmiş  ölkələri  ilə  iqtisadi  əlaqələrini  genişləndirməkdədir. 
Son  illər  Amerika  kapitalı  ilə  yanaşı  ölkəyə  Yaponiya,  Böyük  Britaniya,  Fransa, 
AFR,  Belçika  və  Çin  kapitalı  cəlb  olunmuşdur.  Ölkənin  xarici  ticarət  balansı 
artmaqdadır.  Yaxın  gələcəkdə  Çilinin  inkişaf  etmiş  ölkələr  səviyyəsinə  qalxması 
gözlənilir. 
 
 
VENESUELA RESPUBLİKASI 
 
                                     Sahəsi – 912,1 min km

                                                         Əhalisi – 27,8 mln. nəfər (2007-ci il) 
                              Paytaxtı – Karakos 
 
 
Venesuela  Respublikası  Cənubi  Amerika  materikinin  şimalında,  Atlantik 
okeanının  sahilində  yerləşmişdir.  Ölkə  cənubda  Braziliya  ilə  (2200  km),  cənub-
qərbdə  və  qərbdə  -  Kolumbiya  ilə  (2050  km),  şərqdə  -Qayana  (743  km)  ilə 
sərhədlənir. Şimalda onun sahillərini Karib dənizinin suları  yuyur. 
Venesuelanın  itisadi-coğrafi  mövqeyi  əlverişlidir.  Səth  axınlarının  istiqaməti 
şərqdən-qərbə  və  şimal-qərbədir.  Karib  dənizi  vasitəsilə  dənizin  sahilləri  və 
dünyanın əksər ölkələri ilə əlaqə saxlaya bilir. 
Ölkənin  quru  sərhədləri  And  dağlarından,  Qviana  yaylasından,      Orinoko 
ovalığı   və Amazon   ovalığından keçir. Bütün qonşu ölkələri ilə iqtasadi, ticarət, 
mədəni və b. əlaqələri vardır. 
Venesuelanın      ucqar      şimal-qərbi,        Karib        dənizi  sahilləri      abrazion   
akkumlyativ    düzənlikdir.      Ölkənin  şimalı,  şimal-qərbi  And  dağları  sistemi 


101 
 
silsilələrində  tez-tez  zəlzələlər  olur.  Cənub  ətəklərində  neft  və        qaz      yataqları    
aşkar        edilmişdir.        Yamaclarında  ,  kserofit  kol  bitkiləri,  900-1000  m-dən 
yüksəkdə enliyarpaqlı     həmişəyaşıl     meşələr,     kollu     çəmənliklər üstünlük 
təşkil  edir.  Boğaz  vasitəsilə  Venesuela  körfəzi  ilə  birləşən    şirinsulu  Marakaybo 
gölü  bu    silsilələrin  arasındakı        dərin        tektonik        çökəklikdədir.        Mərkəzi 
hissədə   Orinoko   çayı   və   onun   qollarının   gətirdiyi çöküntülərlə yaranmış 
Orinoko ovalığı yerləşir. 
Ölkənin cənub şərqində kristallik Qviana yaylası yerləşir. 
Venesuela faydalı qazıntılarla zəngindir. Neft, qaz, dəmir filizi, nikel, manqan 
filizi, volfram, qızıl, boksit, almaz, kömür və b. yeraltı sərvətlər vardır. 
Latın Amerikasında neftin ehtiyatı 17 mlrd. t, onun da əsas ehtiyatları (47%-i) 
Venesueladadır. Ölkədə neft ehtiyatının (8 mlrd. t), 80%-dən çoxu Marakaybo gölü 
hövzəsindədir. 
Təbii qaz ehtiyatı Latın Amerikasında 10 trln. m
3
  təşkil  edir.  Bu  ehtiyatların 
28%-dən  çoxu  Venesuelanın  payına  düşür  (2,8  trln  m
3
).  Yataqların  çoxu 
Marakaybo gölü hövzəsində və b. rayonlardadır. 
Regionda  daş  kömürün  ehtiyatı  76  mlrd.  t-dur.  Bu  ehtiyatların  12%-i 
Venesuelada yerləşir (9 mlrd. t yataqlar Aneoateqi, Sulna ştatlarında və b.). Latın 
Amerikasında  dəmir  fılizi  ehtiyatı  100  mlrd.  tondan  çoxdur.  Onun  cəmi  3%-i 
Venesuelanın  payına  düşür,  lakin  hasilatına  görə  regionda  ikinci  ölkədir 
(Braziliyadan sonra). Region boksidlə də zəngindir. 
Ölkədə sink-qurğuşun fılizləri, qızıl, almaz, uran, xrom, nikel, volfram, civə, 
bor, barıt, asbest, qrafit, dağ büllüru və b. faydalı qazıntı yataqları vardır. 
Venesuelanın iqlimi subekvatorial - isti, cənub-qərbdə ekvatorial-rütubətlidir. 
Orta aylıq temperatur 25-29°C-dir. Fəal temperaturun cəmi 8000° C-dir. İl ərzində 
2-3  dəfə  məhsul  yığmaq  olar.  İllik  yağıntı  şimal-qərbdə    2800      mm,      mərkəzi  
hissədə   750-1200 mm-ə çatır. 
Ölkə  sıx  çay  şəbəkəsinə  malikdir.  Əsas  çayı  Orinoko  və  onun  qollarıdır. 
Çayın çox hissəsi Venesuela ərazisindən axır. Orinoko çayının uzunluğu 2730 km-
ə  qədərdir,  hövzənin  sahəsi    1086  min  km
2
-dir.      Çay      Qviana      yaylasından   
başlanır,      delta      əmələ  gətirərək  Atlantik  okeanına  tökülür.  Orinoko  çayı  bol 
suludur     və     gəmiçiliyə    yararlıdır.   Çayın   hövzəsi dəmir fılizi, boksit, neft, 
almaz,  qızıl,  nikel  və  b.  faydalı  qazıntılar  aşkar  edilmişdir.  Orinokonun  Qviana 
yaylası  ilə  axan sağ  qolları  astanalı,  şəlaləlidir.  Dünyada  ən    hündür  şəlalə  Anxel 
(1054 m) buradadır. 
Venesuelada  bir  neçə  göl  vardır.    Ən    böyük  gölü  şirin      sulu      Marakaybo   
gölüdür.    O   laqun    tiplidir.  Gəmiçiliyə yararlıdır -  Marakaybo  gölündən   neft, 
təbii   qaz   çıxarılır.   Neft   sənayesi   gölü   çirkləndirir. Xüsusilə   neftin   hasilatı   
və   nəqliyyatı   zamanı   göl çirklənir  və   onun   təmizlənməsinə   çoxlu  vəsait   
sərf olunur. Latın Amerikasında ən böyük göldür. 
Venesuelada  qırmızı  laterit,  çəmən-meşə  və  bataqlıq  torpaqlar  vardır.  Bu 
torpaqların  münbitliyi  müxtəlifdir.  Ən  münbit  və  kənd  təsərrüfatında  qiymətli 
torpaqlar  qırmızı-qara  ferralit  torpaqlardır.  Torpaqlarda  tropik  bitkilər,  qəhvə, 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə