Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə52/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   48   49   50   51   52   53   54   55   ...   81

104 
 
Emalediei sənayenin payı (neft emalı sənayesindən başqa) ÜDM-da 17%-dir. 
Onun inkişafına ölkənin neft sənayesindən asılılığının zəifləməsinin əsas amili 
kimi baxılır. 
Venesuelada Latın Amerikasında ən iri kimya kombinatı tikilib istifadəyə 
verilmişdir. İki böyük neft kimya kombinatı (biri Barilona, biri isə Marakaybo 
şəhərində) fəaliyyət göstərir. Ölkədə neft emalı (12 zavod 77 mln. t gücündə), 
metallurgiya, metal emalı, maşınqayırma, avtomobil istehsalı, kərpic, sement, şin 
zavodları, yeyinti, tikiş, toxuculuq, dəri-ayaqqabı, meşə təsərrüfatı və s. sənaye 
müəssisələri vardır. 
Kənd təsərrüfatı Venesuela iqtisadiyyatının geridə qalmış   sahəsidir.   Kənd   
təsərrüfatında   22   mln.  ha torpaq  istifadə  olunur  (ölkə  torpaq  fondunun   5%-
i) bunlardan 4 mln.ha (18%) şumlanan torpaqlardır,  18  mln.    ha    (22%-i)    
otlaqlar   və    örüşlərdir,    meşələr, kolluqlar ərazinin 39%-ni tuturlar. 
Venesuelada böyük torpaq sahibləri - latifundistlərin (1,5%) əlində torpağın 
65% çəmləşmişdir. 2005-ci ildə   kənd   təsarrüfatı   məhsulu   istehsalının   50%-i 
bitkiçiliyin, 40%-i heyvandarlığın, 8%-i balıqçılığın  və 2%-i meşə təsərrüfatının 
payına düşmüşdür. Ölkənin dağ ətəklərində kakao (67 min ha), qəhvə (353 min 
ha), dağlıq ştatlarda qarğıdalı (665 min ha), çəltik (264 min ha), sorqo (243 min 
ha), batat (38 min ha) şəkər qamışı (800 min ha) və b. bitkilər becərilir. Lakin kənd 
təsərrüfatı ölkənin ərzaqa olan taləbatının 60%-ni ödəyir. Ərzaqın 40%-i idxal 
olunur. 
Heyvandarlıq ekstensiv xarakterlidir. Karib dənizində, Marakaybo və b. 
göllərdə, həmçinin çaylarda balıq ovlanır (260 min.t). Marqarita gölündən mirvari 
çıxarılır. 
 
Nəqliyyatı, xarici iqtisadi əlaqələri, daxili fərqləri 
 
Venesuelada  nəqliyyatın  bütün  növləri  inkişaf  etmişdir.  Sərnişinlərin  90%-i 
və yüklərin 70%-i avtomobil nəqliyyatı ilə daşınır.  Avtomobil yollarının uzunluğu 
100,6  min  km-dir,  bunlardan  33,5  min  km-i  bərk  örtüklüdür.  Ölkədə  5  mln. 
avtomobil var, onun 4 mln-u minik avtomobilidir. 
Xarici  ticarət  yüklərinin  90%-i  dəniz  nəqliyyatı  ilə  daşınır.  Ölkədə  100-dən 
çox dəniz, göl və çay portları vardır, o cümlədən 23 portdan neft və neft məhsulları 
daşınır.      Venesuela    idxalatının    80%-i    3    portdan    La-Quayru  (ölkənin  və 
Karakasın 
əsas 
portu), 
Marakaybo 
və 
Puerto-Kabelyodan 
keçir. 
         2005-ci    ildə  milli    aviaşirkətlərlə    6  mln.    sərnişin  daşınmışdır.  Daxili 
aviaxətlər  yerli  şirkətlərlə,  beynəlxalq  daşımalar  -  3  milli  və  bir  neçə  xarici 
şirkətlərlə  həyata  keçirilir.  Ölkədə  300-ə  yaxın  aeoroport  vardır,  bunlardan  7-si 
beynəlxalq əhəmiyyətlidir. 
Dəmir yollarının uzunluğu 720 km-dir. Karakas şəhərində metropoliten işləyir 
(1983-cü  ildən).  Metropoliten  xəttinin  uzunluğu  40  km-dir.  Venesuelada  boru 
nəqliyyatı daha sürətlə inkişaf edir. Neft kəmərlərinin uzunluğu 3,4 min. km, qaz 
kəmərlərinin - 4,2 min km-dir. 


105 
 
Daxili su (çay) yollarının uzunluğu 7100 km Orinoko çayı və Marakaybo gölü 
dəniz gəmilərini qəbul edə bilirlər. 
İxracat  dəyərinin  3/4-ü  neft  və  neft  məhsullarının  hesabınadır.  Bunlardan 
başqa  alüminium,  dəmir  filizi,  prokat  məmulatları,  kimya  məhsulları,  mineral 
xammal,  qızıl,  almaz,  yüngül  sənaye  məhsulları  və  b.  ixrac  edilir.  Maşınlar  və 
avadanlıqlar,  maşın  hissələri,  ərzaq,  dərmanlar,  nəqliyyat  vəsatələri  və  b.  idxal 
edilir. 
Əsas  ticarət  müttəfiqləri  ABŞ,  AFR,  Kanada,  Böyük  Britaniya,  Yaponiya, 
İtaliya,  İspaniya,  həmçinin  Braziliya,  And  qrupu  ölkələri,  Mərkəzi  Amerika  və 
Karib dənizi hövzəsində olan ölkələrdir. 
Venesuelanın          iqtisadi            rayonları            formalaşma  prosesindədir.  Şərti 
olaraq dörd iqtisadi rayona ayırmaq olar. 
Şimalda  və  şimal-qərbdə  dağlıq  ölkə  ən  tez  müstəmləkəçiliyə  uğramış 
rayondur.  Burada  əkinçilik  nisbətən  inkişaf  etmişdir,  yüngül  və  yeyinti  sənaye 
sahələrinin çox hissəsi toplanmış, ölkənin paytaxtı və bütün böyük şəhərləri, dəmir 
yol stansiyaları, avtomobil qovşaqları və dəniz portları yerləşir. Otuz il ərzində bu 
rayonda  yeni  sənaye  sahələri,  emaledici  müəssisələri,  neft  emalı,  maşınqayırma, 
metallurgiya,  kimya,  tikinti  materialları  sənayesi,  avtomobil  yolları,  neft  və  qaz 
kəmərləri çəkilmişdir. Dağlarda şaquli zonallıq müxtəlif kənd təsərrüfatı bitkiləri - 
kakao,  şəkər  qamışı,  pambıq,  tütün,  yuxarıda  -  qəhvə,  daha  yuxarıda  -  buğda  və 
arpa və b. becərilməsi üçün imkan yaradır. Valensiya gölünün hövzəsi və Karakas 
vadisi ölkənin əsas ərzaq mənbəyi sayılır və buralar əhali ilə sıx məskunlaşmışdır. 
Rayonda  neft,  asbest,  daş  kömür,  nikel,  mis,  maqnezit  hasil  edilir.  Karakasın 
yaxınlığında uran yataqları tapılmışdır. 
Karakas      şəhəri     ölkənin     paytaxtıdır.      Karib dənizindən   14   km   
aralı   1000   m   yüksəklikdə   dağ dərəsindədir. 
Karakasın  əsasını  1567-ci  ildə  ispan  konkistadoru  Diyeqo-de-Losada 
qoymuşdur.  1830-cu  ildən  ölkənin  paytaxtıdır.  Karakas  ölkənin  mühüm  siyasi, 
iqtisadi və mədəniyyət mərkəzidir. Şəhərdə yeyinti, toxuculuq, tikiş, dəri-ayaqqabı, 
kimya,  neft-kimya,  əczaçılıq,  maşınqayırma,  texniki  rezin,  sement,  şüşə,  metal 
emalı,  avtomobilqayırma  və  s.  müəssisələri  vardır.  İkinci  böyük  şəhər 
Marakaybodur.  Dəmiryol  stansiyası,  avtomobil            yolları            qovşağıdır.      
Mühüm      ticarət mərkəzidir. Şəhərdə yeyinti, toxuculuq, dəri-ayaqı ağac emalı və 
kimya sənayesi inkişaf edir. 
Velensiya  əhalisinin  sayına  görə  üçüncü  şəhəridir.  Dəmiryol      stansiyası,   
avtomobil   yolları   qovşaqıdır, ölkənin   mühüm   kənd   təsərrüfatı  rayonudur   
(şəkər  qamışı,      qəhvə,     kakao).     Şəhərdə      toxuculuq,      yeyinti,  dəri-ayaqqabı,   
neft      kimya,      kağız,      sement      sənayesi,  maşınqayırma,        elektronika      və        b.    
sənaye        sahələri  fəaliyyət  göstərir.  Şəhərdə  universitet  var.  Valensiya  iki  dəfə 
(1812 və  1930-cu illərdə) Venesuelanın paytaxtı olmuşdur. 
İkinci iqtisadi rayon – Marakaybo ovalığıdır ki, üç ərəfdən - Syerra Perika və 
Kordilyera-Merida  silsilələrlə  əhatələnmiş,  heç  də  böyük  olmayan,  lakin  iqtisadi 
cəhətdən     vacib     şimali-qərbdə    rayondur.     Burada dünyada ən zəngin neft 
və  qaz  yataqlazrı  yerləşir.  Nefti  və  təbii  qazı  həm  Marakaybo  gölünün  dibindən, 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə