108
Təsərrüfatın ümumi səciyyəsi. Uzun müddət ərzində Ekvador iqtisadayyatının
əsasını kənd təsərrüfatı təşkil edirdi. 1967-ci ildə neftin nəhəng yataqlarının aşkar
edilməsi ölkənin iqtisadi inkişafını sürətləndirdi. 70-ci illərdə ümumi daxili
məhsul ildə 10-11% artırdı. Xüsusilə sənaye istehsalı daha sürətlə artırdı. Buna
baxmayaraq iqtisadiyyatı xarici bazardan və Şimali Amerika kapitalından
asılıdır. ÜDM artım sürəti 80-ci illərdə zəiflədi. Sənaye cəhətdən inkişaf
etmiş ölkələrdən asılılıq artdı və gücləndi. Ölkəyə xarici kapitalın axını
gücləndi. Faktiki olaraq xarici kapital iqtisadiyyatın bütün sahələrində hökmranlıq
edir.
Sənayenin əsas sahəsi neft hasilatı sənayesidir. Hasil edilən neftin
99%-i ölkənin şimal-şərq yataqlarından alınır. Neftin ümumi ehtiyatı 220
milyon ton hesablanmışdır. Kəşf olunmuş qaz ehtiyatı 10 mlrd. m
3
, illik
hasilatı isə 461 mln.m
3
-dir.
Ölkədə mis, qızıl, platin, uran, vanadium, kömür, kükürd, sink, qurğuşun hasil
edilir. Son illər dağ-mədən sənayesinin inkişafına ciddi fikir verilir. Neft
ixracından alınan gəlirin hesabına emaledici sənayesinin inkişafı
sürətləndi. Neft emalı müəssisələrinin texniki təchizatı yaxşılaşdı. Ölkədə ənənəvi
yeyinti, toxuculuq, gön-dəri, ayaqqabı, tikiş, metallurgiya, maşınqayırma,
kimya, sement istehsalı, tikinti materialları sənayesi, ağac emalı, mebel və başqa
sənaye sahələri inkişaf etmişdir. Neft-kimya, əsas kimya, mineral kübrələr istehsalı
və s. kimya məhsulları istehsalı artmışdır. Sənaye əsasən Quayakil, Kito, Manta
şəhərlərində inkişaf etmiş və mərkəzləşmişdir.
Quraşdırılmış elektrik stansiyalarının ümumi gücü 2 mln. kvt-dır. Elektrik
enerjisinin istehsalı 6 mlrd. kvt. s.-dır (2000-ci il), onun 42%-i SES-lərdə istehsal
olunur.
İqtisadi fəal əhalinin 34%-i kənd təsərrüfatında çalışır. Ölkə ərazisinin
9%-i şumlanan torpaqlardır, onun 1∕5 suvarılan torpaqlar, ərazinin 44%-i meşə ilə
örtülüdür. Kənd təsərrüfatında iri torpaq mülkiyyətçiliyi üstünlük təşkil edir. Kənd
təsərrüfatı torpaqları ibtidai üsullarla becərilir. Ölkədə istehsal olunan kənd
təsərrüfatı məhsullannın yarısı ixrac olunur. Əsas ixracat məhsulları banan,
kakao, qəhvədir. Həmçinin çəltik, (bataqlaşmış ovalıqlarda) qarğıdalı, buğda, arpa,
portağal, ananas, maniok, şəkər qamışı, pambıq və s. yetişdirilir. Ekvadorda
heyvandarlıq əkinçilikdən sonra ikinci kənd təsərrüfatı sahəsidir. İri buynuzlu
mal-qaranın sayı 4 mln. baş, donuzlar 4,2 mln. baş, qoyun və keçilərin sayı isə 2,0
mln. başdır. Tunes, krevet, lanqust ovlanır. Heveya şirəsi yığılır, qiymətli oduncaq
tədarük edilir. Ekvadorda nəqliyyatın bütün sahələri inkişaf etmişdir.
Dəmiryolların uzunluğu 972 km magistral avtomobil yollarının uzunluğu 41
min km-dir, bunlardan bərk örtüklü 20 min km-dir. Əsas dəniz portu Quayakildir.
Kito və Quayakildə beynəlxalq hava limanları vardır.
109
BOLİVİYA RESPUBLİKASI
Sahəsi – 1098,6 min km
2
Əhalisi – 10,1 mln. nəfər (2006-cı il)
Paytaxtı – Sukre, faktiki La-Pas
Boliviya Respublikası Cənubi Amerika materikinin mərkəzində yerləşir.
Şimalda və Şərqdə Brazilya (sərhəddin uzunluğu 3400 km-dir), qərbdə - Çili (861
km) və Peru (900 km), cənubda - Argentina (832 km), cənub-şərqdə - Paraqvay
(750 km) ilə həmsərhədir. Sərhədlərin ümumi uzunluğu 6743 km-dir. Boliviyanın
dənizə çıxışı yoxdur. Quru sərhədlərdən səmərəli istifadə edir. Qonşu ölkələrlə
iqtisadi, mədəni və b. əlaqələri vardır.
Ölkənin cənub-qərb hissəsi And dağlıq ərazisindədir. Boliviyada Andların ən
enli sahəsi yerləşir. Dağ sistemi iki hissəyə ayrılaraq Şərqi və Qərbi silsilə əmələ
gətirir. Bu silsilələr arasında, orta hündüriüyü 4000 m-ə çatan yayla yerləşmişdi.
Boliviya faydalı qazıntılarla zəngindir. Ölkədə qalay, volfram, qurğuşun, sink,
mis fılizi, gümüş, neft, dəmir filizi və s. yataqlar aşkar edilmişdir.
Boliviyada təbii qaz ehtiyatı 150 mlrd m
3
, neft ehtiyatı 125 mln. tondur. Latın
Amerikasında olan qalay ehtiyatının (2 mln. t) 55 %-i sürmə fılizinin (667 min, t)
50 %-i (dünyada birinci yerdədir), Litium filizinin (25 mln.t) 50 %-i Boliviyadadır.
Dağlıq hissəsinin iqlimi dağ, yarımsəhra və səhra tiplidir. Punada orta
temperatur iyulda 3-7°C, yanvarda 9-11°C illik yağıntı 150-600 mm, şərq
yamaclarında 2000 mm-ə qədərdir. Düzənliklərin iqlimi rütubətli
subekvatorialdır. Orta temperatur iyulda 17-22°C, yanvarda 24-28°C, illik
yağıntı 1300-1600 mm, cənubda 800 mm-dir.
Dağlarda dağ-çöl, laterit, düzənliklərdə qırmızı və qırmızı-qəhvəyi torpaqlar
yayılmışdır. Bu torpaqlarda dənli, texniki, tərəvəz və bağ bitkiləri becərilir.
Dağ və dağarası yaylaların bitkisi yarımsəhra tiplidir. Düzənliklər müxtəlif
növlü bitki və heyvanları (meymun, vəhşi lama, armadil, timsah, əfi ilan və s.) olan
rütubətli tropik meşə və savannalardır. Çoxlu quş, çaylarda isə çoxlu balıq növləri
vardır.
Əhalisi. Boliviya əhalisinin 63 %-i hindular (keçua-33 % və aymara-30 %),
avropalılar (əsasən ispanlar)-15%, metislər isə 22%-dir. Dövlət dili ispan dilidir.
Əhalisinin təqribən yarısı keçua, aymara, quarani dillərində danışır.
Əhalinin təbii artımı yüksəkdir. Hər 1000 nəfərə görə doğum 32 nəfər, ölüm
8 nəfər, təbii artım 24 nəfər təşkil edir.
Boliviyada əhali qeyri-bərabər yerləşmişdir. Puanada, ölkənin qərbində və
mərkəzində hər 1 km
2
-ə 20-35 nəfər düşür. Əsasən əhali çay sahillərində və 3000-
4000 m hündürlüklərdə məskunlaşrmşdır.
Əmək qabiliyyətli əhali əsasən kənd təsərrüfatında (50%), xidmət sahələrində
və kommunal təsərrüfatında (26%), sənayedə (14%) çalışır.
Şəhər əhalisi 50%-dir. İri şəhərləri: La-Pas, Koçabamba, Oruro,
Sukre, Patosidir.
La-Pas şəhəri Boliviyanın paytaxtıdır. La-Pas əyalətinin inzibati mərkəzidir.
Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. And dağlarında, La-Pas çayının
Dostları ilə paylaş: |