Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə55/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   51   52   53   54   55   56   57   58   ...   81

110 
 
dərəsində,  3660  m  yüksəklikdə  yerləşir.  Əhalisi  1  mln.  nəfərdir.  Dəmiryol  və 
avtomobil yolları qovşagıdır.  Dəmir yolu onu Peru, Çili və Argentinanın  portları 
ilə əlaqələndirir.  Şəhərdə beynəlxalq aeoroport var, həm  də    ticarət    mərkəzidir.     
Şəhərdə        yeyinti,          yüngül,  toxuculuq,        maşınqayırma,        kimya,        kağız    
sənayesi,  sement,    şüşə,    ayaqqabı,    mebel,    tütün  və    s.      istehsal  olunur.       
Sənətkarlıq      (keramika,       qızıl,       gün məmulatları, ağacüzərində oyma) 
inkişaf etmişdir. 
 Sukre şəhəri Boliviyanın rəsmi paytaxtıdır (1825-ci ildə), Çuxisaka əyalətinin 
inzibati  mərkəzidir.    Mərkəzi  Kordilyer  dağlarının  yamaclarında,  Pilkomayo 
çayının dərəsində,  2700 m yüksəklikdədir.   Əhalisi   100 min nəfərdir. Dəmiryol, 
avtomobil yolları qovşağıdır. 
Koçabamba  şəhəri  eyni  adlı  əyalətin  inzibati  mərkəzidir.  Şərqi  Kordilyer 
dağlarının  cənub  yamacında,  2600  m  yüksəklikdədir.  Dəmiryol  stansiyası, 
avtomobil  yolları  qovşağıdır.  Şəhərdə  yeyinti,  toxuculuq,  dəri  sənayesi,  kurort 
təsərrüfatı vardır. Neft emaledici sənaye inkişaf edir. 
Oruro  şəhəri  Oruro  əyalətinin  inzibati  mərkəzidir.  Dəmiryol  və  avtomobil 
yolları  qovşağıdır.  Əsas  filiz-çıxartma  sənayesi  və  əlvan  metallurgiya 
mərkəzlərindən biridir. 
Boliviya  respublikadır.  Dövlət  və  hökumət  başçısı  4  il  müddətinə  seçilən 
prezidentdir.  Qanunverici  hakimiyyət  2  palatadan  (senat  və  deputatlar  palatası) 
ibarət parlamentə  - Milli konqresə  məxsusdur.  İcraedici hakimiyyəti prezident  və 
onun təyin etdiyi hökumət həyata keçirir. 
Ərazi  qədimdən  Aymara,  Keçua,  Quarani  və  b.  hindu  tayfaları  tərəfindən 
məskunlaşmışdır.  XIV  əsrin  əvvəllərində  bu  tayfaları  inklər  özlərinə  tabe  etdilər. 
1532-38-ci  illərdə  ispan  konkistadorları  inklərin  dövlətini  fəth  etdilər.  İspaniya 
işğalı  nəticəsində  hindu  tayfalarının  müstəqil  inkişafı  zorla  dayandırıldı. 
Milyonlarla  hindu  qırıldı.  Boliviya  ərazisi  təqribən  300  il  İspaniya  müstəmləkə 
imperiyası  tərkibində  olmuş  və  Yuxarı  Peru  adlandırılmışdır.  Siyasi  istiqlaliyyət 
qazanmasına baxmayaraq Boliviya hələ geridə qalmış kənd təsərrüfatı ölkəsidir. 
1879-83-cü  illərdə  Boliviya  və  Peru  İngiltərənin  təhriki  ilə  Çiliyə  qarşı 
müharibəyə  cəlb  edildi.  Nəticədə  Boliviya  selitra  ilə  zəngin  Atakama  səhrasının 
ona  məxsus  hissəsini  itirdi  və  Sakit  okeana  çıxış  yolundan  məhrum  oldu. 
Boliviyada zəngin qalay ehtiyatı yataqlarnın kəşfi və istehsalı (XIX əsrin son rübü) 
ölkəyə xarici kapitalın axınını gücləndirdi. 
XX əsrin əvvəllərində (1920-ci ildən) ölkəyə ABŞ kapitalının axını gücləndi. 
Dünya  iqtisadi  böhranı  dövründə  (1929-33-cü  illər)  Boliviyada  işsizlik  kəskin 
surətdə artdı, minlərlə hindu kəndlisi aclıqdan və epidemiyadan qırıldı. 
Boliviya  və  Paraqvay  arasında  neft  ilə  zəngin  Çako-Horeal  vilayəti  üstündə 
baş  verən  müharibə  (1932-35-ci  illər)  nəticəsində  Boliviya  mübahisəli  ərazisinin 
2/3 hissəsini itirdi. 
 
Təsərrüfatın ümumi səciyyəsi 
 


111 
 
Boliviya  iqtisadiyyatının  müəyyən  artım  sürətinə  baxmayaraq  Latın 
Amerikası ölkələri arasında geri qalmış dövlətlərdən biridir. Əsasan ABŞ, İngiltərə 
və b. inkişaf etmiş ölkələrin kapitalından asılı olan Boliviya iqtisadiyyatının əsası 
mədən sənayesidir. Ümumi daxili məhsuldan mədən sənayesinin payı 26%, ixracat 
gəlirinin   9/10- unun hesabınadır.  Ölkə  dünyada qalay hasilatına görə 5-ci yeri 
tutur  və  sürmə  hasilatına  görə  isə  1-ci  yerdədir  (dünya  sürmə  hasilatının  25%-i 
onun  payına  düşür).    Dövlət  neft  və  neft  emalı  sənayesinə,  70%  dağ-mədən 
sənayesinə, metallurgiya, energetika, boru kəməri nəqliyyatına nəzarət edir. Qalay 
və sink ( hasilatının 2/3-i, qızıl və gümüşün 90%-i onun payna düşür. Dəmir filizi 
hasil edilir, hərçənd onun ehtiyatı 40 mlrd.  t- dur (Mutun rayonunda).  Neftin  və  
təbll qazın hasilatı ildən-ilə artır. Neftin ehtiyatı 125 mln.t-dur.   hasilat  səviyyəsi   
3  mln.t-dur və  onun   60%-i «YPFB» dövlət şirkəti tərəfindən həyata keçirilir. 
Ümumi  daxili  məhsulda  emaledici  sənayenin  payı  15%-dir.  Əlvan 
metallurgiya ildə ümumi gücü 30 min. t olan iki qalayəritmə zavodu ilə və iki kiçik 
sürməəritmə  və  vismutəritmə  zavodları  ilə  təmsil  olunmuşdur.  Üç  neft  emalı 
zavodu  əsasən  daxili  bazar  üçün  işləyir.  Traktorqayırma  zavodu,  dağ-mədən 
avadanlığı, energetika, maşınqayırma müəssisələri işləyir. 
Yüngül  sənayenin  qabaqcıl  sahələrində  yeyinti,  toxuculuq,  ayaqqabı,  tikiş, 
tütün, ağac emalı və s. sahələrdə kiçik və yarımkustar istehsal üstünlük təşkil edir. 
Kənd təsərrüfatı (meşə təsərrüfatı ilə bahqçılıq daxil olmaqla) ÜDM-un 21%-
ni təşkil  edir. Aqrotexniki qaydaların tətbiqinə  və kənd təsərrüfatının  əmtəəliyinə 
görə  Latın  Amerikasında  ən  aşağı  səviyyədə  olsa  da  son  zamanlar  ölkənin  şərq 
hissəsi  intensiv  mənimsəməyə  məruz  qalmışdır.  Burada  böyük  aqrosənaye 
müəssisələri yaranmışdır. 
Boliviyada üç iri iqtisadi-coğrafi rayon ayrılır. Qərbi yayla   (ərazinin    16%-i   
və      əhalinin      80%-i)      faydalı  qazıntıların  əsas  toplandığı  rayondur  və  praktiki 
olaraq  əksər      emaledici      sənaye      sahələri        buradadır.        İqlim  şəraitinin  sərt 
olması,  əkinçiliyi  məhdudlaşdırır,  lakin  şəhərin  ətrafinda  və  yaxınlığında  arpa, 
kartof və b. becərilir, heyvandarlıq da inkişaf edir. Qoyun, keçi və lama bəslənilir. 
Şərqi düzənliklər - ölkənin şimal və şərq hissələrini əhatə edir. Ərazinin 70%-i 
zəif  məskunlaşmış  rayondur.  Əlverişli  iqlim  şəraiti  münbit  torpaqları  və  torpağı 
mənimsəmək,  becərmək  üçün  əlverişli  şəraiti  vardır,  əsas  əkinçilik  rayonuna 
çevrilmişdir.  Burada  qarğıdalı,  buğda,  şəkər  qamışı,  banan,  və  s.    bitkilər, 
iribuynuzlu mal-qara yetişdirilir, mərkəz hissəsində neft və təbii qaz hasil edilir. 
Şərqi  Kordilyerlərin  yamacları  və  vadiləri  (ərazinin  14%-i)  coğrafi  mövqeyi 
və təbii şəraitinə görə aralıq məsafəli zonadır. 
Əkinçilik  üçün  iqlimi  və  torpaqları  əlverişlidir.  Burada  qarğıdalı,  buğda, 
qəhvə,  kakao,  meyvə  və  tərəvəz  bitkiləri  yetişdirilir.  Burada  neft  hasilatının  əsas 
mərkəzləri  -  Kamiri  (90%)  və Sanandita  yerləşirlər. Bəzi əlvan  və nəcib metallar 
hasil edilir. 
 
 
 
 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə