Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə49/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   45   46   47   48   49   50   51   52   ...   81

98 
 
ikincisi xarici kapitalın yeni yataqlara cəlb edilməsi (xüsusilə ABŞ kapitalının mis 
fılizinə,  ABŞ  və  Yaponiya  kapitalının  dəmir  filizinə)  üçüncüsü,  milli  hasilat 
sənayesinin inkişafına   dövlət   yardımının   artması   bu   dirçəlişin əsasını qoydu. 
Hal-hazırda Norte Çiko ölkənin əsas dəmir fılizi  və vacib əlvan metallurgiya 
rayonudur. Emaledici sənaye nisbətən zəif inkişaf etmişdir. Kənd təsərrüfatı əsasən 
yerli xarakter daşıyır. 
Dərə-təpəli    relyef    və    quru    iqlim    məhsuldar qüvvələrin yerləşməsinə 
güclü  təsir  etmiş,  əhali  sənaye  və  kənd  təsərrüfatı  çay  vadilərinə 
istiqamətlənmişdir. Norte Çikonun şimalı səhra hissəsində Kopyapo çayının vadisi 
iqtisadi  cəhətdən  daha  əhəmiyyətlidir.  Çay  az  sulu  olduğundan  suvarma  sistemi 
yaradılmamış,  kənd  təsərrüfatı  zəif  inkişaf  etmişdir.  Lakin  faydalı  qazıntılarla 
zəngindir. XIX əsrin ortalarında vadidə Kopyapo şəhəri salınmış, XIX əsrin 30-cu 
illərində  onun  ətrafında  zəngin  gümüş  ehtiyatları  aşkar  edildikdən  sonra  sürətlə 
böyümüşdür.  Müasir  dövrdə  Kopyaponun  30  km-də  tikilmiş  misəritmə  zavodu, 
yeni dəmir filizi yataqları ölkənin bütün rayonları ilə əlaqəni genişləndirmişdir. 
Norte  Qrande  iqtisadi  rayonu  Atakama  səhrasının  böyük  hissəsində 
Antofaqosqa və Parapaka əyalətlərini əhatə edir. XIX əsrin 60-cı illərində Avropa 
və ABŞ-da mineral gübrəyə artan tələbat şora istehsalının əsasını qoymuşdur. Şora 
istehsalına  ingilis,  ingilis-çili  və  ABŞ  kapitalı  böyük  maraq  göstərməyə 
başlamışdır.  Birinci  dünya  müharibəsindən  əvvəl  burada  şora  istehsalı  ilə  170 
müəssisə məşğul  olurdu.   İkinci dünya  müharibəsindən   sonra   şora   sənayesi   
təkmilləşməyə,   yeni texnoloji avadanlıqlarla təchiz olunmağa başladı. Lakin XX   
əsrin   30-cu   illərində   dünyanın   inkişaf   etmiş ölkələrində   sintetik    şora    
istehsalının      genişlənməsi  rayonun  şora  ishehsalını  ləngitməyə  başladı.  Bundan  
məharətlə      istifadə      edən      ABŞ      kapitalı      Çilinin      şora  istehsalını  öz  əlində 
cəmləşdirərək  ayrı-ayrı  müəssisələri      birləşdirib      «Salitrera      Anqlo-Lautaron»   
şirkətini  təsis      etdi.      Şirkətin      sahibləri      dünya      bazarında      Çili  şorasının    
qiymətini        qaldırmaqla        onun        istehsalını  azaltmağa    başladı.      ABŞ  
monopoliyası    Çili      şorasının  zəiflədilməsi    ilə  yanaşı    ərazinin    mis    filizi  
istehsalını genişləndirmək,     onun     yataqlarından     maksimum istifadə   etməyə   
başladılar.   Artıq   XX   əsrin   40-60-ci illərində mis istehsalını 35% artırmağa 
nail oldular. 
Antoraqasta-Boliviya  dəmiryol  xəttinin  yaxınlığında  ölkənin          ən          iri     
əlvan     metallurgiya     sənayesinin mərkəzlərindən biri olan Çukakamata yerləşir. 
Burada hər  il   orta   hesabla  300  min  ton  mis   əridilir.   Mis filizinin  tərkibində 
qızıl,  gümüş,   nikel  və  radioaktiv maddələr  vardır.   O  saflaşdırılmadan  birbaşa     
ixrac  olunur.      Zonada    eyni    zamanda    kükürd      və      şora    da  istehsal  olunur.  
İqtisadi  rayonun  əhəmiyyətinə  görə  ikinci  dağ-mədən  sənaye  zonası  onun 
şimalında yerləşən    İkike   port   şəhərində   çəmləşmişdir.    Burada əsasən  şora 
istehsalı yerləşir.  Hindu cənubi iqtisadi rayonu   Uzun   vadinin   Bio-Bio   çayı   
ilə   Olten   çayı arasındakı   ərazisini   əhatə   edir,   Maleko   və   Kautin 
əyalətlərindən   ibarətdir.      Mərkəzi     Çiliyə   nisbətən burada    yağıntıların    
miqdarı    çoxdur    və    əkinçilik suvarılmadan   həyata  keçirilə  bilər.   Rayonun   
böyük meşə   ehtiyatları   vardır   və   ölkənin   meşə   zolağında 


99 
 
yerləşir.   Sakit   okean   müharibəsinə   qədər   rayonun ərazisində mapuçe 
hinduları  yaşayırdı.    Müharibədən  sonra  Çili  hökuməti  bura  iri  qoşun  hissələri 
göndərməklə   mapuçe   hindularının   müqavimətini   qıraraq daha az məhsuldar 
ərazilərə  sürgün  etməyə,  onların  torpaqlarının          əsas          hissəsini        zabit        və     
əsgərlərə  payladıqdan      sonra  qalanını      isə  Avropadan      gəlmiş  immiqrantlara, 
Mərkəzi Çili rayonundan köçüb gələnlərə  verdilər.    Tez   bir   zamanda   cənub    
dəmiryol      xətti    çəkilərək        Santyaqo        ilə        birləşdirildi.          Bu        da        öz 
növbəsində  ərazidə  taxıl,  meyvə,  ət,  yun  istehsalını əmtəələşdirdi və yeyinti, 
ağac  emalı  sənayesinin  inkişafını  sürətiəndirdi.  Hal-hazırda  da  rayonun 
iqtisadiyyatının  həmin  məhsulların  istehsalı  üzrə  ixtisaslaşması  davam    edir.   
Kautin  əyalətinin  inzibati  mərkəzi  olan  Temuko  şəhərinin  əhalisinin  26%-ni 
Mapuçe  hinduları  təşkil        edir.        Maleko        əyalətinin        əhalisinin        12%-ni 
hindular   təşkil   edir.    Bütövlükdə    Çilidə   yaşayan hinduların 40%-i bu iqtisadi 
rayonun ərazisindədir. 
Sur  Çiko  iqtisadi  rayonuna  Valdiviya,  Osorno  və  Lyankiue          əyalətləri     
daxildir          və          Uzun          vadinin  cənubunda  yerləşir.  Rayonun  ərazisi  hindu 
cənubuna nisbətən   daha   rütubətii  və   meşəlidir.   Sakit   okean müharibəsinə 
qədər  və  ondan  da  xeyli  sonra  iqtisadi  rayonun      ərazisi      ölkəni      o      qədər   
maraqlandırmır  və iqtisadiyyatında  mühüm  rol  oynamırdı.   Ölkə  üçün yalnız 
XIX  əsrin  40-cı  illərində  əraziyə  Almaniyadan  gələn  immiqrantlardan  sonra 
əhəmiyyət kəsb  etməyə başladı.    İmmiqrantların   hesabına    taxılçılıq,   südlük 
heyvandarlıq  və  meşə  sənayesi  yaranıb  inkişaf  etməyə  başladı.    Hal-hazırda  da 
təsərrüfatın  bu  sahələri  Sur  Çiko    üçün    böyük    əhəmiyyət  kəsb    edir.      Kənd  
təsərrüfatının əmtəəlik məhsul istehsalında alman əhalisi müstəsna   rol   oynayır.   
Yerli   əhali   xarici   turistlərə  xidmət   etməklə   xeyli   gəlir   əldə   edir.   Buranı   
eyni zamanda Çili İçveçrəsi də adlandırırlar. 
Sur Qrande   iqtisadi  rayonu  Çili   Pataqoniya sahil adalarını, Odlu Torpağın 
qərb hissəsini əhatə edir  və Çiloe,  Aysen  və Maqalyanes əyalətlərindən ibarətdir. 
Nisbətən      az      məskunlaşmışdır.      Əsas      ərazidan      aralı  relyefı      parçalanmış,   
iqlimi   mülayim-rütubətlidir.   Ən isti ayın orta temperaturu +10°C, ən soyuq isə 
+l°C-dir. 
Buna görə bir çox kənd təsərrüfatı bitkisinin əkini əlverişli olmadığından əsas 
bitki  kartof  sayılır.  Pataqoniyada  ilk  yaşayış  məntəqəsi  yalnız  1843-cü  ildə 
salınmışdır.  1847-ci  ildə  inşa  olunan  Punte  Arenas  şəhərciyi  Atlantik  və  Sakit 
okean arasında əsas əlaqə mərkəzinə çevrildi. 
XIX əsrin sonu XX əsrin əvvəlində Böyük  Britaniya, Hollandiya, Almaniya 
və Belçikadan köçüb gələn immiqrantlardan sonra rayonun həyatında dəyişikliklər 
baş  verdi.  Südlük  istiqamətli  heyvandarlıq  inkişaf  etməyə,  Pataqoniya  və  Odlu 
Torpağın çəmənlikləri qoyunçuluğun əsasını qoymağa imkan yaratdı. İngilislər və 
avstraliyalılar iri şirkətlər yaratdılar. 
Sur Qrandenin iqtisadiyyatında böyük dəyişiklik ikinci dünya müharibəsindən 
sonra  baş  verdi.  Odlu  Torpaqda  zəngin  neft,  qaz,  Aysen  əyalətində  polimetal 
filizlərinin ehtiyatı aşkar edildi. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə