92
plan yeyinti sənayesi və içki istehsalı ümumi emaledici sənayenin xüsusi
çəkisinin 45%-ni təşkil edir. Amerika kapitalına əsaslanan iri sənaye
müəssisələri həmin məhsulların istehsalının, emalının və ixracının çox
hisəssini öz əlində çəmləşdirmiş və ölkə daxilində monopoliya yaratmışdır.
Müasir dövrdə Kolumbiyanın toxuculuq sənayesi sürətlə inkişaf etməkdədir.
Pambıq parça istehsalına görə Latın Amerikasında üçünçü yeri tutur. Ölkədə
toxuculuq sənayesi 1950-ci ildən sonra sürətlə artmağa başlamışdır. Sahə milli
xammalla tam təmin olsa da yun parça istehsalı üçün yun xaricdən idxal olunur.
Toxuculuq sənayesinin əsas mərkəzləri Barrakil, Medelin və Kalidir.
Kolumbiya sənayesinin aparıcı sahəsi yeyinti və toxuculuq olsa da, yeni
sahələr olan metallurgiya və maşınqayırma yüksək sürətlə inkişaf edir.
Boqota şəhərinin 250 km-də zəngin dəmir filizi yataqları, ona da yaxın kömür
ehtiyatları aşkarlandıqdan sonra bütün ləvazimatları almaq, kombinat yaratmaq
məqsədilə hökumət Beynəlxalq İnkişaf və Yenidənqurma Bankına müraciət etdi.
Bu beynəlxalq bankın ekspertləri kombinat yaratmanın mümkünlüyünü öyrənsələr
də amerika ekspertlərinin təzyiqi istehsala lazım olan vəsaiti ayırmadı. Nəhayət
1954-cü ildə dövlət şəxsi kapitalının əsasında «Aserias Pas del Rio» metallurgiya
kombinatı işə salındı.
Son illər ölkənin maşınqayırma sənayesində müəyyən irəliləyişlər
olmuşdur. Xırda metallurgiya və maşın təmiri zavodları əvəzinə xarici
investi hesabına iri müəssisələr yaradılmağa başlanmışdır.
Maşınqayırma sahəsi, şəkər, toxuculuq və ağac emalı müəssisələri
üçün avadanlıqlar istehsalına başlamış, avtomobil və yığma müəssisələri
inkişaf etdirilməyə başlamışdır.
Avtomobil yığma müəssisələri «Ceneral motors», «Folsvaqen» və «Mersedes-
Bens» şirkətlərinə məxsusdur.
Kolumbiyanın neft sənayesi bütövlükdə yerli xammala əsaslanır. Bu ölkə
iqtisadiyyatının nisbətən inkişaf etmiş sahəsidir. Baranka-Bermax və Krataxandada
yerləşən neft emalı müəssisələri «Ekopetrol» və «İnterneşil petroleum» şirkətlərinə
məxsusdur. Bu amerika şirkətləri ölkənin neft məhsullarının çox hissəsini bazara
çıxarır. Ölkə mazutla nəinki öz tələbatını ödəyir, hətta xaricə ixrac da edir. Daxili
bazarda neft məhsullarının satışını 75%-i iki amerika şirkəti olan «ESSO ombina
S.A» və «Kolombianos Distribuidores de petroleos S.A» ya məxsusdur.
Kolumbiyanın nəqliyyatının kifayət qədər inkişaf etməməsi ölkənin
iqtisadiyyatının inkişafına təsir edir. Ölkənin dəmir yollarının uzunluğu 5,7 min
km, avtomobil yollarının uzunluğu isə 8,9 min km-dir. Yük daşınmasının 60%-i
avtomobil nəqliyyatının payına düşür.
Ölkədə dəmir yollarının əksəriyyəti dövlətin nəzarətindədir. 1961-ci
ildən sonra xarici kapitalın cəlb edilməsi ilə yeniləşən və elektrikləşən dəmir
yolu ölkə iqtisadiyyatının inkişafına xeyli təkan vermişdir.
Son illər avtomobil və dəmir yolların inkişafı çay nəqliyyatının yük
daşınmada əhəmiyyətini xeyli azaltmışdır. Çay nəqliyyatı əsasən Maqdalena çayı
vasitəsilə həyata keçirilir.
93
Kolumbiyanın iqtisadiyyatında xarici ticarət mühüm yer tutur. O, kənd
təsərrüfatı məhsulları və neft ixrac edir, emaledici sənaye və məhsullarını, maşın
avadanlıqları isə idxal edir. Xarici ticarətin strukturunun təhlili göstərir ki, ölkə on
illərlə milli sənayesini inkişaf etdirsə də qəhvə ixracının həcmi azalmır. Dünya
bazarında isə qəhvənin qiymətlərinin tez-tez dəyişməsi ölkə iqtisadiyyatının
inkişafına təsir edir. Kolumbiyanın xarici ticarətində ikinci yeri neft məhsulları
tutur. Lakin neft ixracı ölkənin sosial-iqtisadi inkişafı üçün gəlir gətirmir, belə ki,
bu sənaye sahəsi bütövlükdə xarici inhisarın əlindədir.
Son illərdə kənd təsərrüfatı məhsullarından pambıq, şəkər, tütün,
banan ixracı geniş miqyas alır. Neft və kənd təsərrüfatı məhsullarından başqa son
illərp latin, sement, meşə materialları və dəri məmulatları-ixracının xüsusi çəkisi
artmaqdadır. Ölkənin idxal etdiyi məhsulların strukturunda ABŞ-dan və digər
inkişaf etmiş ölkələrdən asılılıq aydın hiss edilir. Sənaye və nəqliyyat
avadanlıqlarından dizel, buxar turbinləri, elektrik avadanlıqları, neft-kimya
sənayesi avadanlıqları, kənd təsərrüfat maşınları, avtomobil, metalkəsən
dəzgahlar, yük gəmiləri, sərnişin təyyarələri əsas idxal məhsullarıdır. Son
illərdə metallurgiya, neft, kimya və toxuculuq sənayesinin inkişafı ilə əlaqədar
bəzi məhsulların, yanacaq, xammal və yarımfabrikatların idxalı azalmışdır.
Kolumbiyanın xarici ticarətinin əsas hisəssi ABŞ-nın payına düşür. Amerika
monopoliyası nəinki ölkənin iqtisadiyyatına nəzarət edir, həmçinin xarici ticarəti
də öz əlində saxlayır.
Kolumbiyanın xarici ticarətində Yaponiya, İspaniya, Latın Amerikası ölkələri
də xüsusi rol oynayırlar.
ÇİLİ
Sahəsi – 756,9 min km
2
Əhalisi – 16,0 mln. nəfər (2005-ci il)
Paytaxtı – Santyaqo
Təbii şəraiti, təbii ehtiyatlarının iqtisadi cəhətdən qiymətləndirilməsi
Çilinin ərazisi 4 min km-dən çox uzununa, 175-350 km eninə Sakit okean
sahili boyu qurşaq şəklində uzanır. Sahəsinin böyüklüyünə görə o Latın Amerikası
ölkələri içərisində 8-ci yeri tutur. Cənub və qərbdən Sakit okeanın suları, şimaldan
Peru, şərqdən Boliviya və Argentina ilə əhatələnmişdir. Ölkə ərazisinə materik
hissədən başqa çoxlu sahil adaları, Odlu Torqağın qərb hissəsi və Sakit okeanda
yerləşən bir neçə ada daxildir. Çili dağlıq ölkə olub, ərazisi şimaldan cənuba doğru
iki dağ sistemi ilə parçalanmışdır. Qərb hissədə hündürlüyü okean səviyyəsivdən
1000-2500 m olan Sahil Kordilyerləri, şərqdə isə And sıra dağları uzanır. And
dağları Argentina ilə təbii sərhəd yaradır. And dağları şimaldan cənuba doğru
tədricən alçalaraq, orta hündürlüyü isə 2000 m-ə çatır. Şimalında ən hündür zirvəsi
olan Oxeo-del-Saladonun mütləq hündürlüyü 6870 m-ə çatır. Sahil Kordilyerləri
Dostları ilə paylaş: |