Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə47/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   43   44   45   46   47   48   49   50   ...   81

94 
 
ilə And dağları arasında Uzun vadi - Valparaiso yerləşir. Ölkə ərazisində çay çox 
olsa  da  gəmiçilik  üçün  yararlı  deyildir.  Mənbə  yaxınlığında  bu  çaylar  coşğun, 
sürətli,  mənsəbdə  isə  keçilməzdir.  Dağ  çayları  tipli  olduğundan  sürətli  və 
qısadırlar, hər birinin uzunluğu 300-400 km-dən artıq deyildir. Göllər çox olsa da 
iri  deyildir.  Seysmik  cəhətdən  fəal  zəlzələ  zonasında  yerləşdiyindən,    baş    verən 
zəlzələlərin    sayına    görə    o  Yaponiya  ilə  birinciliyi  bölür.  Çilinin  tarixində  ən 
müdhiş zəlzələ 1960-cı ildə baş vermiş, minlərlə insan tələf olmuş, iqtisadiyyatına 
küllü miqdarda ziyan dəymişdir. 
Çilinin iqlimi olduqca rəngarəngdir. Ərazinin şimalında subtropik, cənubunda 
mülayim - soyuq, mərkəzi hissələrində Aralıq dənizi subtropikidir. İlin ən isti ayı 
yanvar, ən soyuq ayları isə iyul-avqusqdur. Çilinin əlverişli təbii şəraiti, məhsuldar 
torpaqları, yumşaq iqlimi, zəngin təbii sərvətləri sənayenin və kənd təsərrrüfatının 
hərtərəfli  inkişaf  etdirilməsinə  imkan  verir.  Ölkənin  iqtisadi  imkanları  müasir 
əhalisindən çox insanı təmin etmək qabiliyyətinə malikdir. 
Mis  filizinin  ehtiyatına  görə  ölkə  dünyada  birincilər  sırasındadır.  Dünyada 
yeganə  ölkədir  ki,  təbii  şora  ehtiyatına  malikdir.  Bu  təbii  şora  keyfiyyətinə  görə 
süni  şoradan  dəfələrlə  üstündür.  Ölkədə  kifayət  qədər  hidroenerji,  dəmir  filizi, 
kömür, manqan, neft, uran, kükürd və digər faydalı qazıntılar vardır. 
Çayları hidroenerji əhəmiyyətli olub, ildə hər biri 6-7  mln.kvt  enerji  istehsal   
etməyə  imkan   verir.   Daş kömür və əlvan metalların böyük ehtiyatları  vardır, 
sahil      zolağında      okean      suları      balıq      ehtiyatları      ilə  zəngindir.  Norte  Çiko 
regionu dəmir filizi, mis və əlvan metallarla olduqca boldur.   Buna görə də hələ 
XVIII əsrdə   dünya   bazarında   mis   filizinə   artan   təlabat burada dağ-mədən  
sənayesinin  inkişaf etdirilməsinə güclü təkan vermişdir. Elka çayının vadisində və 
qonşu dağlarda manqan və qızıl ehtiyatları vardır. Norte Çiko regionunun Kopyapo 
çayı vadisində Çilinin ən böyük mis yataqlarından biri olan El-Salvador yerləşir. 
Norte  Qrande  regionu  Atakama  səhrasının  çox  hissəsini  əhatə  edərək,  təbii 
şora  ehtiyatı  ilə  zəngindir.  XIX  əsrin  ikinci  yarısında  ABŞ  və  Avropada  mineral 
kübrəyə olan tələbatın artması burada şora istehsalını genişləndirdi.    Çukakamaya   
məntəqəsi      yaxınlığında  zəngin      mis    qarışığı    ehtiyatı    aşkar  edilmişdir.  Onun 
tərkibində mis filizi ilə yanaşı qızıl, gümüş, nikel və radioaktiv elementlər vardır.    
Cənubi      hindu      regionu      Mərkəzi      Çiliyə    nisbətən  rütubətli  olduğundan  
kənd  təsərrüfatı  suvarılmadan da inkişaf edir. Ərazinin əsas təbii sərvəti meşədir. 
Sur Çiko və Sur Qrande regionları neft, təbii qaz və meşə resursları ilə zəngindir.   
Hal-hazırda  ölkədə  istehsal  olunan  neftin          79%-i  qədəri    Sur    Qrande   
regionunun      payına    düşür.  Son  vaxtlar  Odlu  Torpaq  ərazisində  neft  və  qaz 
ehtiyatları  aşkar  edilmiş  və  istifadəyə  verilmişdir.    Bu  ərazilərdə  polimetal   
filizləri,   qurğuşun   və   sinkin   iri  yataqları istifadəyə    verilmişdir.    Cənub    
regionunun  iqlimi mülayim rütubətli, fəal temperatur cəmi isə 10°C -dən aşağıdır. 
Buna  görə  də  əkinçilikdə  kartof  və  yetişdirilməsi        üstünlük        təşkil        edir.    
Çəmənlik  və  otlaqlar      heyvandarlığın,      xüsusilə      də      qoyunçuluğun    inkişafı     
üçün     əlverişlidir.     Burada     ovçuluq və balıqçılığın inkişafı üçün perspektivli 
imkanlar    vardır.  Zəngin  meşə  ehtiyatı  ağac  emalı  sənayesini  perspektivli  sahəyə 
çevirmişdir. 


95 
 
 
Əhalisi, əmak ehtiyatları va məskunlaşma formaları 
 
Çilinin  avropalıların  kəşfinə  qədər  əhalisi  əsasən  mapuçe    adlı  hindu   
tayfalarından    ibarət    idi.  İnklər,  astektlər,  mayyalar  kimi  mapuçelər  də  öz 
inkişafında müəyyən mərhələyə çatmış, özünəməxsus mədəniyyətə malik olmuşlar. 
Mapuçe  tayfaları  əkinçiliklə,  xüsusilə  də  kartof,  pomidor,  xiyar,  meyvə  istehsalı  
ilə  məşğul  olmuş,  balıqçılıqda  müəyyən  irəliləyişə  malik  olmuşlar.  Sonralar   
avropalıların      gətirdikləri      taxıl      və    tərəvəz    istehsalı            daha            da      
genişlənməyə      başlamışdır.  Konkistadorların təcavüzünə sinə gərən mapuçelər 
bir  neçə  onilliklər  ərzində  öz  ərazi  bütövlüklərini  qoruyub  saxlaya  bilmişdilər. 
Onlar əvvəlcə ispanlara, sonra isə çililərə qarşı fəal mübarizə etmişlər. 
Ərazinin  şimalında  yaşayan  mapuçelərin  ram  edilməsindən  sonra  cənubda 
yaşayan ya-qanvə alkaluf tayfaları üçün daha acınacaqlı həyat başladı. Pataqoniya 
və Odlu Torpaq ərazilərinin mənimsənilməsində avstraliyalılar və ingilislər hindu 
tayfalarına daha ağır zərbə vurdular.   
Çilinin  hindu  tayfalarının  bütövlükdə  müqaviməti  sındırıldıqdan  sonra  bura 
Avropanın  müxtəlif  ölkələrindən  —  İspaniya,  Almaniya,  Portuqaliya,  Böyük 
Britaniya,  Hollandiya,  Belçika  və  digərlərindən  immiqrantlar  axışıb  gəlməyə 
başladılar.  Mərkəzi  Çilinin  əhalisi  müstəmləkəçiliyə  qədər  hindu  tayfalarından 
ibarət  olub,  əsasən  kənd  təsərrüfatı  ilə  məşğul  olur,  ənənəvi  qarğıdalı,  kartof, 
tərəvəz, üzüm və digər meyvəçiliklə xırda kəndli təsərrüfatları yaratmışdılar. Lakin 
avropalıların  gəlişi  ilə  həm  kənd  təsərrüfatı,  həm  də  dağ-mədən  sənayesi  inkişaf 
etməyə  başladı.  İstehsal  olunan  məhsulun  Avropa  bazarlarına  çıxarılması  üçün 
portların salınmasına başlanıldı. İkinci dünya müharibəsi dövründə və ondan sonra 
emaledici sənaye sürətlə inkişaf etməyə, əhali kəndlərdən şəhərlərə kütləvi şəkildə 
köçməyə başladı. Ölkənin mərkəzl hissələrində Santyaqo, Valparaiso, Konsepsion 
və  digər  şəhərlər  böyüməyə  başladı.  Ölkədə  getdikcə  urbanizasiyanın  səviyyəsi 
artmağa başlamış və hal-hazırda 70%-i ötüb keçmişdir. 
Müasir Çili əhalisinin formalaşmasında Avropanın bir çox ölkələrinin böyük 
rolu  olmuşdur.  Lakin  Latın  Amerikası  ölkələri  kimi  burada  da  təbii  artımın 
səviyyəsi  yüksəkdir.  Əhalinin  68%-ni  kreollar  (İspaniya  mənşəli  çililər),  30%-ni 
avropalılar, 2%-ni hindular təşkil edir. 
Çili   əhalisinin   məskunlaşmasında   da   müəyyən təzadlıq vardır. Yerli əhali 
olan  hindu  tayfaları  uzun  müddət  yadelli  işğalçılarına  qarşı  mübarizə 
apardıqlarından ayrı-ayrı  regionlarda  onların   xüsusi   çəkisi olduqca  müxtəlifdir.   
Onlar    uzun    müddət    ispanlara,  qarşı  vuruşmuş,      öz    ərazilərini,      adət    və   
ənənələrini  qorumağa  cəhd  göstərmişlər.  Ərazi  qoşunlar  tərəfindən  zəbt 
olunduqdan        dərhal  sonra  Cənub  dəmiryolu  xətti  çəkilməyə  başladı.  Ərazinin  
əsasən  kənd  təsərrüfatı üzrə    ixtisaslaşması,   yeyinti   və    meşə   sənayesinin 
inkişaf  etməsi  ilk  günlərdən  müasir  dövrədək  davam  edir.      Bütövlükdə      Çilidə  
yaşayan      hindu      tayfalarının  40%-i      hindu        cənubunda      məskunlaşmışdır.    
Hindu əhalisinin əksəriyyəti əmək birliklərində, çörəkbişirmə sənayesində   fəhlə,   
evlərdə   qulluqçu   kimi   çalışırlar. Polisdə karabinyerlər korpusunda mapuçelərin 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə