354
Q.Qudiyevin birinci arvadı inquĢ qızı Qalidən Əhməd və
Məhəmməd adlı oğlanları qalmıĢdı. Böyük oğlu Əhməd 25 fevral
1909-cu ildə anadan olmuĢdu. Onun barəsində məlumat yoxdur...
Qudiyevin ikinci arvadı fars mənĢəli qız Qəmər Solan xanım HəĢi-
mova idi. Onlar qanuni nikaha girməklə 1912-ci il noyabrın 27-də
Moskvada evlənmiĢdilər. Qali Xasbulatova ilə isə 1913-cü il
sentyabrın 10-da Ģəriət qaydasında ayrılmıĢdılar. Q. Qudiyevin 2-ci
arvadı Qəmər Solan xanımdan 8 noyabr 1913-cü ildə dünyaya
gəlmiĢ Leyla adlı qızı vardı.
Q. Qudiyevin daha bir arvadı Tamara olmuĢdu. Bakıda həbs-
xanada olarkən Tamaraya məktub yazmıĢdı. Məktubda deyilirdi:
”Kommunistlərə özlərini göstərmək və vahimə yaratmaq üçün iri
fiqurlar lazımdır. Deyə bilərəm ki, mənim heç bir günahım yoxdur.
XahiĢ edirəm, təcili uĢaqlarla Moskvaya, atanın yanına yola düĢ,
oradan isə Parisə - qardaĢının yanına, lakin bu zaman inquĢlar olan
yerdən və böyük oğlum Əhməddən ayırma. Bir yerdə onlar üçün
asan olacaq. Ümid edirəm, bu amansız, qanunsuz əsr və repressiya
baĢa çatacaq”.
Tamara ərinin vədinə əməl etmiĢ, tezliklə Moskvaya getmiĢ-
di. Orada uĢaqları Rusiya Dövlət Dumasının sabiq deputatının arva-
dı Qolovinanın malikanəsində yerləĢdirmiĢdi. Həmin il o, Parisə,
qardaĢının yanına gedə bilmiĢ, 1924-cü ildə isə 3 uĢağını da yanına
aparmıĢdı...
Q. Qudiyevin oğlanlarından biri, Aslan bəy Qudiyev Ġkinci
Dünya müharibəsi (1941-1945) dövründə general ġarl De-Qollun
baĢçılıq etdiyi “Azad Fransa” hərəkatının gəal iĢtirakçısı olmuĢdu.
Onun uĢaqları yox idi. Özü Parisdə müsəlman qəbirstanlığında dəfn
olunmuĢdu.Q.Qudiyevin fars mənĢəli arvadı Qəmər xanım
Solandan olmuĢ qızı Leyla isə Moskvaya,Qudiyevlərin yeznələrinin
yanına qayıtmıĢdı...
Böyük M.Ə. Rəsulzadə özünün “Azərbaycan Cümhuriyyəti”
kitabında Quda Qudiyevi “Ġstiqlal ġəhidi” adlandırmıĢdır (Kitabda
tərcümə səhvi üzündən Qudiyev Bakı valisi Hadıyev kimi
yazılmıĢdır. ġübhəsiz , bu, Hadıyev deyil, Qudiyevdir...).
355
POLİSMEYSTERLƏR
İSMAYIL xan ZİYADXANOV
(1880-1920)
Ġsmayıl xan Əbülfət xan oğlu
Ziyadxanov (Ziyadxanlı) Gəncə xanı
Cavad xanın nəvəsi, Azərbaycan Xalq
Cümhuriyyətinin görkəmli xadimlərin-
dən biridir. O, 15 avqust 1867-ci ildə
Gəncə Ģəhərində anadan olmuĢdu.
Moskva Universitetinin hüquq fakul-
təsini bitirmiĢdi. Rusiya Birinci Dövlət
Dumasına Azərbaycandan deputat
seçilmiĢdi. Ġ. Ziyadxanov ermənilərin
Azərbaycanda ən qorxduğu adamlar-
dan idi... 1918-ci ilin martında ġamaxı
qəzasındakı soyqrımın səbəbkarı daĢ-
nak Stepan Lalayanın quldur dəstələrini Ġsmayıl xan Ziyadxanlının
baĢçılıq etdiyi 300 nəfərlik süvari alayı darmadağın etmiĢdi. Bəd-
nam Stepan ġaumyan Ġsmayıl xanı Rusiya üçün ən təhlükəli adam
adlandırırdı...
Azərbaycan Xalq Cümhuriyyəti dövründə podpolkovnik rüt-
bəsində olan Ġsmayıl xan Ziyadxanov Gəncənin polismeysteri iĢlə-
diyi dövrdə Dağlıq Qarabağdakı mənfur daĢnaklardan bir qrupunun
həbs edilərək Gəncəyə gətirilməsini həyata keçirənlərdən olmuĢdu...
F. Xoyskinin 2-ci hökumət kabinetində Ġsmayıl xan Ziyadxanov
hərbi iĢlər üzrə müvəkkil idi. 1919-cu ildə Ġrana diplomatik iĢə
göndərilmiĢ Ġsmayıl xanı bolĢeviklər Azərbaycanda sovet hakimiy-
yəti qurulandan cəmi bir gün sonra həbs etmiĢdilər.
356
Ġsmayıl xan Ziyadxanlının sağ qalmıĢ oğlu Cavad ağa söylə-
miĢdir ki, atamı Gəncə üsyanı (24 may - 4 iyun 1920-ci il)
ərəfəsində Bakıda, yeznəsi Kamil Səfərəliyevin evində həbs etmiĢ-
dilər. Tarixi ədəbiyyatlardakı faktlar gösrərir ki, Ġsmayıl xan Ziyad-
xanovu məhkəməsiz 11-ci ordunun Siyasi Ġdarəsinin Xüsusi Söbəsi-
nin rəisi, Azərbaycan xalqının qəddar düĢməni Semyon Pankra-
tovun əmri ilə 1920-ci il iyun ayının 6-da görkəmli ziyalılarımızın
və hərbçilərimizin daxil olduğu 79 nəfərin içərisində (onların
arasında Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəyli,
Azərbaycan Ordusunun BaĢ Qərargah rəisi, general-leytenant Məm-
məd bəy Sulkeviç, general-mayor, Ģahzadə Məhəmməd Mirzə
Qacar, polkovnik Ġsgəndər bəy Seyfulin, milyonçu Murtuza Muxta-
rov, Milli Ordunun generalı Həbib bəy Səlimov və baĢqaları da
vardı) “ölüm adası” adlandırılan Nargin cəzirəsində (Bakının yaxın-
lığındakı Böyük Zirə adası) güllələnmiĢdi...Böyük M.Ə. Rəsulzadə
özünün yazdığı “Azərbaycan Cümhuriyyəti” kitabında Ġsmayıl xan
Ziyadxanlını “Ġstiqlal ġəhidi” adlandırmıĢdır...
RÜSTƏM bəy MİRZƏYEV
(1860-1920)
Rüstəm bəy Hidayət bəy oğlu Mirzəyev (Mirzəzadə) 1860-cı
ildə Gəncə Ģəhərində Zərrabi məhəlləsində anadan olmuĢdu. Ġbtidai
təhsilini qardaĢı Aslan (Astan) bəy kimi (o, sonralar tanınmıĢ müsa-
vatçı olmuĢdu..) Gəncə Ģəhər Gimnaziyasında almıĢ, sonra hüquq
təhsilinə yiyələnmiĢdi... Gəncədə N.Yusifbəylinin rəhbərlik etdiyi
“Türk ədəmi Mərkəziyyət” firqəsinə, sonra isə “Müsavat” partiyası-
na daxil olmuĢdu...
Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir hüquqĢünas
kadr olaraq 1918-ci il sentyabrından Bakı Polismeysterliyində döv-
lət qulluqçusu kimi xidmətə girmiĢdi... Azərbaycan hökumətinin
qərarı və daxili iĢlər naziri N.Yusifbəylinin 23 iyun 1919-cu il
tarixli əmri ilə Rüstəm bəy Mirzəyev (4-cü dərəcə üzrə əmək haqqı
2.300 manat olmaqla) Bakı Ģəhərinin polismeysteri vəzifəsinə təyin
Dostları ilə paylaş: |