361
ƏLİ bəy HACIƏLİBƏYOV
(1880 -1939)
Əli bəy Ġsmayıl bəy oğlu Hacıəli-
bəyov (Hacıləlibəyli) 1880-ci ildə Gəncədə
hərbçi ailəsində anadan olmuĢdu. Atası
Ġsmayıl bəy (1810) çar ordusunda xidmət
etmiĢ, poruçik rütbəsi almıĢdı. Ġsmayıl bəyin
Ġbrahim bəy və Əli bəy adlı oğulları vardı...
Əli bəy atasının yoluyla getmiĢdi...Gəncə
gimnaziyasını bitirmiĢ,sonra Tiflisdə hərbi
məktəbə daxil olmuĢdu... Azərbaycan Xalq
Cümhuriyyəti dövründə Gəncə Ģəhər
polisində pristav və polismeyster köməkçisi
vəzifələrində çalıĢmıĢdı. Sonra o, 1919-
1920-ci illərdə (ayda 2.300 manat məvaciblə) Gəncə Ģəhərinin po-
lismeysteri vəzifəsində xidmət göstərmiĢdi... Əli bəy Hacıəli-
bəyovun rəisliyi zamanı polismeysterliyin Ģtatları onun böyük kö-
məkçisindən (1-ci müavini) və köməkçisindən (müavini), katibdən
və onun köməkçisindən, mühasib, qeydiyyatçı (həmdə arxiuvarus)
və tərcüməçidən ibarət idi. Gəncə Ģəhər Polismeysterliyi ümumən 7
sahə polis pristavlığına bölünürdü. Polismeysterliyin yanında xüsusi
Xəfiyyə ġöbəsi də vardı (rəisi Mir Cavad Seyidov, polisə nəzarət-
çilər Əli Vəliyev, Muradağa Muradov və Mədət Quliyev idilər). Əli
bəy Hacıəlibəyov Xudadat bəy Rəfibəylinin (1877-1920) Gəncənin
general-qubernatoru olduğu dövrdə (6 may 1919-30 aprel 1920)
polismeyster vəzifəsində çalıĢmıĢdı... O, ictimai asayiĢin mühafi-
zəsində, cinayətkarlıq və onun ayrı-ayrı növləri ilə mübarizədə
qətiyyətli fəaliyyət göstərdiyi üçün qubernator tərəfindən dəfələrlə
təltiflənmiĢdi. Əli bəy Hacalıbəyov Gəncə üsyanının (24 may - 4
iyun 1920-ci il) fəal iĢtirakçısı idi. Milli təəssübkeĢ Əli bəy Ġsmayıl
bəy oğlu Hacıəlibəyov repressiyanın qurbanı olmuĢdu. O, artıq
1939-cu ildə həyatda yoxuydu...
362
GENERAL-QUBERNATORLARIN
KÖMƏKÇİLƏRİ
ƏLİ bəy ZİZİKSKİ
(1878 -1928)
Əli bəy Harun bəy oğlu
Zizikski milli istiqlal hərəkatımı-
zın və Azərbaycan Xalq Cümhu-
riyyətinin görkəmli xadimlərin-
dən olmuĢdur. O, 1878-ci ildə, rə-
cəb ayının 23-də, çərĢənbə günü
Qubanın Zizik kəndində nüfuzlu
əsilli ailədə dünyaya göz açmıĢdı.
Dövrünün ali təhsilli və bacarıqlı
Ģəxsiyyətlərindən olan Ə. Zizikski
Rusiyada 1917-ci il fevral inqila-
bından sonra həmin il martın 7-də
27 yaĢında kapitan rütbəsində Xü-
susi Zaqafqaziya Komitəsi tərə-
findən Quba qəzasının milis ko-
missarı təyin edilmiĢdi. Ə. Zizik-
ski öz təĢəbbüsü ilə Zaqafqaziya
hökumətinin qərarını alıb, həm-
yerlisi Mir Cəfər Bağırovu (1895-
1956...?) köməkçi (“müavin”)
təyin etdirmiĢdi.
1917-ci il aprelin axırların-
da qəza komissarı Əli bəy Zizikski sabitliyi pozmağa cəhd göstərən
araqarıĢdıranları, muzdlu cinayətkarları, aĢkarlayıb həbs etməyə
Яли бяй Зизикски (1878 -1928)
(аиля цзвляринин юнцндя)
363
baĢlamıĢdı. Həmin ilin sentyabrında “Rusiyada Müsəlmanlıq“ parti-
yası və “Ġttihadi-Ġslam” təĢkilatı birləĢərək, vahid “Ġttihad” partiyası
yaradılan zaman Əli bəy onun sıralarına daxil olmuĢdu. 1917-ci il
noyabrın 11-də Tiflisdə çağırılmıĢ Zaqafqaziya milli siyasi partiya-
larının toplantısında Quba qəzasından “Ġttihad”ın nümayəndəsi kimi
məhz Əli bəy Zizikski iĢtirak etmiĢdi.
1918-ci ilin mart-aprel soyqrımı dövründə Əli bəy Qubaya
gəlmiĢ erməni baĢkəsəni, Bakı XKS-in daĢnak Amazaspın baĢçılıq
etdiyi qüvvələrinə qarĢı öz dəstəsi, milli təəssübkeĢ Həmdulla əfən-
dinin, Azərin və ona köməyə gəlmiĢ, dağıstanlı dostu Nəcməddin
Qotsinskinin qüvvələri ilə birlikdə müsəlman əhalisini qorumuĢdu...
1918-ci il aprelin əvvəllərində Əli bəy təcili qoĢun toplayaraq,
qələgahlı Həmdullah əfəndinin, pozunlu Molla Möhləvinin (Möhlə-
linin), cağarlı Hatəmin, xuluqlu Hacı Cavadın, qubalı Səttar Əfəndi-
yevin, qonaqkəndli qaçaq Mayılın (Mayıl Zahirovun) və Alpan
bəylərinin dəstələrini birləĢdirib, 1500 nəfərlik qoĢunla Bakıya-
azərbaycanlılara qarĢı soyqrımın törədilməsinin təĢkilatçısı S. ġa-
umyanın üzərinə yürüĢ etmiĢ və gəlib Xırdalanın yanına çıxmıĢdı.
Burada 3 gün Ģiddətli döyüĢ olmuĢdu...Dağıstana gedib orada Qaf-
qaz Ġslam Ordusunun və oradakı yerli əhalidən yeni hərbi dəstə
yaradan Əli bəy Hamazaspın daĢnak-bolĢevik qüvvələrinə zərbə
endirərək, ”Qanlı dərə” adlanan ġimi dərəsindəki döyüĢdə çoxli
erməniləri qıraraq 1918-cil mayın ortalarında Qubanı azad etmiĢdi...
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqda, Əli bəy Zizikski
Azərbaycan Milli Ordusunun sıralarına daxil olmuĢdu...1918-ci il
sentyabrın 15-də Bakı Nuru paĢanın komandanlıq etdiyi Qafqaz
Ġslam Ordusu və Azərbaycan Silahlı Qüvvələri tərəfindən Sentro-
kaspi hökuməti və onların havadarlarından azad olunduğu gün
Bakının müvəqqəti qubernatoru təyin olunmuĢ türk zabiti - yarbay
Mehmet Fəthinin böyük köməkçisi (ayda 2700 manat məvaciblə)
təyin edilmiĢdi...
Azərbaycan Milli ġurası tərəfindən qəbul edilmiĢ “Milli Məc-
lisin təsisi haqqında” 19 noyabr 1918-ci il tarixli qanununa əsasən
keçirilən seçkilər zamanı Əli bəy Zizikski dostu və silahdaĢı Qələ-
gah kəndindən olan nüfuzlu Ģəxs, milli lstıqlalımızın fədakar keĢik-
çilərindən biri Həmdulla əfəndi ilə birlikdə Quba qəzasından 1918-