Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə118/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   114   115   116   117   118   119   120   121   ...   156

 

357 


olunmuĢdu  (Qeyd:  Bakı  polismeysterliyi  hələ  rus  imperiyasının 

Daxili  İşlər  Nazirliyinə  tabe  olmaqla  1840-cı  il  aprelin  10-da  ilk 

növbədə  iri  şəhərlərdə  yaradılmışdı.  Polismeysterin  müavin  hüqu-

qunda  2  köməkçisi,  tələb  olunan  sayda  pristavları  vardı.  Məsələn, 

Bakı şəhər Polismeysterinin 11 sahə polis pristavı və onlarında bir 

o qədər köməkçisi, Balaxanı-Sabunçu polismeysterinin isə 7 pristavı 

və  bir  o  qədər  də  köməkçisi  vardı.  Polismeysterin  aylıq  məvacibi 

1918-ci ildə 2.300 manat, pristavların məvacibi isə 1800 manat idi. 

1919 -cu ildə bu rəqəmlər müvafiq olaraq 3.600 və 2700 olmuşdu). 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Rüstəm bəy Mirzəyev (oturan soldan birinci) 


 

358 


R.Mirzəyev bu vəzifəyə Bakı Ģəhərinin qradonaçalniki vəzifə-

sinə irəli çəkilmiĢ Q. Qudiyevin yerinə təyin edilmiĢdi. O, Birja kü-

çəsi  (indiki  Üzeyir  Hacıbəyov)-21  nömrəli  ünvanda  otururdu. 

R.Mirzəyevin polkovnik rütbəsi vardı... Bakıda ictimai asayiĢin qo-

runmasında  və  cinayətkarlıqla  mübarizədə  R.  Mirzəyevin  (tarixi 

ədəbiyyatda  Mirzəzadə  kimi  də  yazılır)  xeyli  zəhməti  vardı...  O 

zaman  polis  orqanları  müstəqil  dövlətimizin  mövcudluğu  üçün 

önəmli  əhəmiyyət  kəsb  edən  neft  mədənlərinin  mühafizəsində  və 

orada  oğurluq,  təxribat,  ziyançılıq  törətmək  cəhdlərinə  qarĢı  qətiy-

yətlə mübarizə aparırdı. Bu iĢdə DĠN-in müvafiq əmri ilə demokra-

tik  prinsiplərə,  o  cümlədən  neft  mədənlərində  çalıĢan  fəhlələr  ara-

sında təbliğat, izah və profilaktikayada üstünlük verilirdi. 1920-ci il 

yanvarın 14-də  Bakı  polismeysteri Rüstəm  bəy  Mirzəyev neft mə-

dən-zavod  fəhlələrini  xüsusi  müĢavirəyə  dəvət  etmiĢdi.  O,  bunun 



Bakı Polismeysterliyi İdarəsinin fasadı – Birja küçəsi 

(indiki Ü.Hacıbəyov küç., Azərbaycan Dövlət Pedaqoji 

Universiteti ilə üzbəüz bina). 


 

359 


səbəbini açıqlayaraq demiĢdi:  

”Mən  bu  gün  sizləri  ona  görə  toplamıĢam  ki,  sizinlə  birlikdə 

(müĢavirəyə  65 nəfər fəhlə gəlmiĢdi) fikir mübadiləsi edim. Çünki 

indiki vaxtda sənaye rayonlarında oğurluqlar baĢ verir. Mən sizdən 

xahiĢ  edirəm  ki,  bu  bəla  ilə  mübarizə  iĢində  bizə  kömək  edəsiniz. 

Sizin üzünüzə mənim qapım həmiĢə açıqdır”. 

Bakı  MöhkəmləndirilmiĢ  Hərbi  Rayonun  general-quberna-

toru,  general-mayor  Murad  Gəray  bəy  Tlexasın  7  aprel  1920-ci  il 

tarixli  6966 nömrəli əmri ilə R. Mirzəyev  Bakı polismeysteri vəzi-

fəsindən  azad  edilərək  Balaxanı-Sabunçu  polismeysteri  təyin  edil-

miĢdi...Daxili iĢlər naziri M.Vəkilovun 10 aprel tarixli əmri ilə onun  

yerinə Mustafa bəy  Qabulov təyin olunmuĢdu... 

Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  Rüstəm 

bəy  Mirzəyev  bir  qrup  keçmiĢ  Azərbaycan  Cümhuriyyəti  DĠN-in 

məmuru sırasında  “Müsavat hökumətinə” xidmət etdiyi üçün həbs 

olunub,  bolĢevik  Əli  Bayramovun  “iĢi”  üzrə  mühakimə  olunaraq 

Azərbaycan SSR Ali Ġnqilabi Tribunalın hökmü ilə 1920-ci il mayın 

29-da gecə saat 2-də güllələnmiĢdi...Böyük M.Ə. Rəsulzadə özünün 

“Azərbaycan Cümhuriyyəti” kitabında Bakı Ģəhərinin polismeysteri 

Rüstəm bəy Mirzəyevi “Ġstiqlal ġəhidi” adlandırmıĢdır... 

 

 

 



MUSTAFA bəy QABULOV 

 

Mustafa  bəy    Qabul  oğlu  Qabulov  (tarixi  ədəbiyyatda  Kabu-



lov da yazılır) Qaxda məĢhur Qabulovlar ailəsində anadan olmuĢdu. 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə o, 1919-cu ildə CavanĢir 

qəzasının rəisi təyin edilmiĢ və bu vəzifədə 1920-ci ilin  yanvarına-

dək  fəaliyyət  göstərmiĢdi.  Daxili  iĢlər  naziri  M.Vəkilovun  24  yan-

var 1920-ci il tarixli 805 nomrəli əmri ilə Mustafa bəy Qabulov  tut-

duğu  vəzifəsindən  azad  olunaraq  xidmətdə  irəli  çəkilmiĢ  və  Bala-

xanı-Sabunçu    polismeysteri  təyin  olunmuĢdu.  O,  1-ci  dərəcə  üzrə 

ayda  3.600  manat  məvaciblə  bu  vəzifədə  1920-ci  il  aprelin  10-dək 

iĢləmiĢdi. Sonuncu tarixdən isə daxili iĢlər naziri M.Vəkilovun əmri 

ilə  daha  məsul  vəzifəyə  -  Bakı  Ģəhərinin  polismeysteri  vəzifəsinə 




 

360 


təyin  edilmiĢ,  bu  vəzifədə  Azərbaycan  Xalq  Cümhuriyyətrinin 

süqutunadək (27 aprel 1920-ci il) xidmət göstərmiĢdi... 

Mustafa bəy sonralar bu haqda belə bəhs etmiĢdi:  ”1920-ci il 

aprelin 10-da Bakı Dəmir Yolunun Tiflis vağzalında Ģəxsi vaqonun-

da  onu  qəbul  edən  Azərbaycan  Cümhuriyyətinin  daxili  iĢlər  naziri 

Mustafa  bəy  Vəkilov  mənim  yeni  vəzifəyə  -  Bakı  Ģəhərinin  polis-

meysteri vəzifəsinə təyin olunduğumu bildirərək, tapĢırdı ki, özbaĢı-

nalığına görə polismeyster Rüstəm bəy Mirzəyevi həbs edim. O və 

yaxın  adamları  bolĢevik  Əli  Bayramovun  oğurlanıb  vəhĢicəsinə 

qətlə  yetirilməsində  müqəssir  bilinirdilər.  Mən  R.  Mirzəyevi  və 

daha 3 nəfər qorodovoyu həbs edib, silahlı konvoyun müĢayiəti ilə 

Bayıl Dustaxxanasına saldırdım. R. Mirzəyevin yaxın qohumu, 4-cü 

sahə polisinin pristavı Nurəddin Seyidovun (o, polismeyster Rüstəm 

bəy  Mirzəyevin  baçısı  oğluydu)  və  onun  müavini  Süleyman  bəy 

Sübhanverdixanovun  yerlərini  dəyiĢib  Balaxanıya göndərdim...”. 

Bakı  Ģəhərinin  polismeysteri  Mustafa  bəy  Qabulovun  da 

aqibəti  Azərbaycan  Xalq  Cümhuriyyəti  dönəmində  xidmət  göstər-

miĢ bir sıra dövlət məmurları kimi faciə ilə qurtarmıĢ və o, otuzuncu 

illər  repressiyasının  qurbanlarından  biri  olmuĢdur.  Belə  ki,  Azər-

baycanda  sovet  hakimiyyəti  dövründə  keçmiĢinə  görə  repressiyaya 

məruz  qalıb  həbs  olunan  Mustafa  bəy  Qabulov  da  1937-ci  ildə 

güllələnmiĢdir... 

 

 

 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə