395
bəy Azərbaycan Xalq Cümhuriyyə-
tinin görkəmli ictimai-siyasi xadim-
lərindən Xudadat bəy Rəfibəylinin
əmisi oğlu idi.
Əyyub bəy 1890-cı ildə Gən-
cənin Bala Bağban qəsəbəsində mö-
təbər bir ailədə, Gəncə camaatının
ağsaqqalı sayılan Ələkbər Rəfibəyli-
nin (1839, Gəncə - 3 aprel 1919,
Gəncə) qardaĢı MəĢədi bəy Rəfibəy-
linin ailəsində anadan olmuĢdu. Əy-
yub bəy ilkin təhsilini Gəncə rus
liseyində almıĢdı... Hələ çarizm
dövründə qubernatorun 1909-cu il
17 sentyabr tarixli 116 nömrəli əmri ilə Yelizavetpol (Gəncə)
Ģəhərinin 3-cü hissəsinin pristav köməkçisi iĢləyən Əyyub bəyə
müvəqqəti olaraq pristav vəzifəsi həvalə olunmuĢdu. Rusiyada baĢ
verən 1917-ci il oktyabr inqilabından sonra Əyyub bəy Rəfibəyov
artıq Yelizavetpol Ģəhər Polismeysterliyinin pristavı idi.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqda Əyyub bəy Rəfi-
bəyov yenə Gəncə Ģəhər polisinin pristavı təyin edilmiĢ və fəaliyyət
göstərmiĢdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ərəfəsində,
1920-ci ilin aprelində Əyyub bəy Rəfibəyov Nuxa qəzasının rəisi
vəzifəsində xidmət edirdi.
Azərbaycanda sovet hakimiyyəti qurulan zaman Əyyub bəy
onunla barıĢmamıĢ, qardaĢı, Azərbaycan Milli Ordusunun Qara-
bağdakı 1-ci CavanĢir piyada alayının komandiri olan polkovnik
Səməd bəy Rəfibəyli (1891-1980), əmisi oğlu Qafar bəy və digər
Rəfibəylilərlə birlikdə müstəqilliyimizi bərpa etmək üçün Gəncə
üsyanında yaxından iĢtirak etmiĢdi. Üsyan 11-ci ordu tərəfindən qan
içində boğulduqdan sonra Əyyub bəy 1920-ci ilin iyununda bir neçə
silahdaĢı ilə birlikdə Türkiyəyə keçmiĢ, siyasi mühacir kimi orada
yaĢamıĢ və ömrünün sonunadək sovet hakimiyyətinə qarĢı mübari-
zəni davam etdirmiĢdi... Bütün digər Rəfibəylilər kimi Əyyub bəyin
də atası, qardaĢ-bacıları və qohumları sovet hakimiyyəti tərəfindən
ağır məhrumiyyətlərə düçar olunmuĢdular...
396
Türkiyəyə keçərkən Əyyub bəyin baĢına yolda qəribə bir ha-
disə gəlmiĢdi. Belə ki, o və yol yoldaĢları Qarsa Batum (Gürcüstan)
tərəfdən getməyi qərarlaĢdırmıĢdılar.Lakin iĢ elə gətirmiĢdi ki, yolları
uzanmıĢ və məcburən Ermənistan ərazisindən keçməli olmuĢdular.
Bu vaxt bir Gəncə ermənisi Əyyub bəyi tanıyıb Ermənistanın ha-
kimiyyət orqanlarına xəbər vermiĢdi və onu həbs etmiĢdilər. Canla-
rını qurtaran yoldaĢları bu haqda Ġstanbulda olan, Mustafa Kamal Pa-
Ģa Atatürkün dostu vı sevimlisi, Əyyub bəyin qardaĢı, general-
mayor Səməd bəyə (Əbdülsəməd bəy Sayqın) xəbər çatdırmıĢdılar. O
isə bunu Türkiyə Ordusunun ġərq cəbhəsinin Kol (nizami) ordu
komandanı, general Kazım Qarabəkir paĢaya demiĢdi. Kazım Qara-
bəkir paĢanın Ermənistan tərəfi ilə apardığı danıĢıqdan sonra bir neçə
ermənini dəyiĢməklə Əyyub bəy xilas edilib Türkiyəyə gətirilmiĢdi...
Əyyub bəy Rəfibəyli rus dilini təmiz bilirdi. Odur ki, Tür-
kiyədə əvvəlcə Qarsda, sonra da Ərzrumda, Trabzonda, Ġstanbulda
və Ankarada Milli Güvənlik Kurulu-Milli Əmniyyət TəĢkilatında
tərcüməçi,məsləhətçi və s. vəzifələrdə düz 40 il çalıĢmıĢ, “ Sayğın”,
yəni sayılan, hörmətli adını da qazanmıĢdı. Əyyub bəy Türkiyə
polisinin Qafqazdan gələnlərə nəzarət üzrə mütəxəssisi kimi SSRĠ-
yə qarĢı mübarizə aparmaq üçün təĢkil etdiyi partizan dəstələrinə
azərbaycanlıları cəlb etməklə məĢğul olmuĢdu. Nəzəri məĢğələ və
əməli təlim yeri Əlaziqi Ģəhərində idi...Azərbaycan SSR Xalq
Dövlət Təhlükəsizlik Komissarlığının Birinci ġöbəsinin 1941-ci ilə
aid məlumatında bildirilirdi ki, Əyyub bəy Rəfibəyov Türkiyə
KəĢfiyyat Ġdarəsinin Qars filialının rəis müavinidir və orada Sovet
Ġttifaqına göndərilən türk cəsuslarının hazırlanması ilə məĢğul olur.
Siyasi mühacir sayılan, sovet quruluĢuna və ideologiyasına
qarĢı dərin nifrət bəsləyən Əyyub bəy beləliklə, türk-əks kəĢfiy-
yatının mühüm simalarından birinə çevrilmiĢdi. O, həyatının sonu-
nacan Türkiyədə yüksək hərbi vəzifəyə yüksəlmiĢ, Mustafa Kamal
PaĢa Atatürkün böyük hörmət göstərdiyi qardaĢı, general-mayor
Səməd bəy Rəfibəyli (19 yanvar 1980-ci ildə 88 yaĢında Ġstanbulda
vəfat etmiĢdir), əmisi oğlu, Gəncə üsyanında rus-bolĢevik-erməni
qüvvələrinə qarĢı axıradək Ģücaətlə döyüĢüb ad çıxarmıĢ Qafar
bəylə (qısa müddətdə Türkiyədə hörmət qazanıb Qarsın valisi
(qubernatoru) səviyyəsinə yüksələn Qafar “Əskəran”ın (Rəfibəy-
397
linin təəssüf ki, ömrünün sonlarında gözləri tutulmuĢdu...), Gəncə
üsyanının rəhbərlərindən biri Sarı Ələkbərlə, Gəncənin general-
qubernatoru Xudadat bəyin oğlu Kamil Arran bəy və baĢqa Vətən
həsrətlilərilə birgə Rəfibəylilərin və digər nəsillərin baĢına olmazın
müsibətlər gətirmiĢ sovet hökumətinə qarĢı yorulmadan mübarizə
aparmıĢdı...
Vətən həsrətli, ömrü keĢməkeĢlərdə və mücadilələrdə keçmiĢ
Əyyub bəy Rəfibəyli 1979-cu il yanvarın 19-da Türkiyənin paytaxtı
Ankarada 89 yaĢında vəfat etmiĢ və orad dəfn olunmuĢdur. Əyyub
bəyin övladları, nəvələri və qohumları indi Ġstanbulda və Ankarada
yaĢayırlar...
ƏŞRƏF bəy TAĞIYEV (QARXUNLU)
(1867-1930)
ƏĢrəf bəy Həsən bəy oğlu Tağıyev
(tarixi ədəbiyyatda ƏĢrəf bəy Qarxunlu
kimi də yazılır) 1867-ci ildə ġirvan Dairə-
sinin Yuxarı Qarxunlu (indi Yevlax rayo-
nundadır) əsilli ailədə anadan olmuĢdu.
Kür qırağındakı Yuxarı Qarxun kəndi ilə
Yevlax stansiyasının arası 1 km.-dir.
(Qeyd: “Qarxun” qədim türk tayfaların-
dan birinin adıdır. 14-cü əsrin divan baş-
çısı, məşhur tarixçi alim Fəzlulah Rəşi-
dədinin (1280-1349) özünün məşhur “Ca-
mi
ət-təvarix”-
“Tarixlərin
cəmi”
əsərində ilk dəfə “Qarxın” adına rast
gəlinir. Özbəkistanda da bu adda tayfa olmuşdur... Səlcuq
türklərindən olan qarxunluların bir bölüyü də Azərbaycana gəlib
çıxmışdır... ”Qarxın” Azərbaycan dilində “Qarxun “ kimi işlənilir.
Qarxunluların qonşuları igidliklikləri ilə ad çıxarmış qaramanlılar
da qədim türk tayfalarındandır).
Yuxarı Qarxun ƏrəĢ qəzasının mərkəzi idi. Türklər 1918-ci
ilin iyununda Azərbaycana gələndə ƏĢrəf bəy ƏrəĢ qəzasının