398
rəisi idi. ( Haşiyə: Hörmətli tədqiqatçı-jurnalist ġəmistan Nəzirli
yazır ki, ƏĢrəf bəy ƏrəĢ mahalının bəylərbəyisi idi. Bu, düzgün
fakt deyildir. Məlumat üçün bidirək ki, 1918-1920-ci illərdə
Azərbaycanda inzibati ərazi vahidi qəza idi. Bəylərbəyilik və
bəylərbəyi isə hələ 16-cı yüzilliyin birinci yarısında yaranmıĢ və
18-ci yüzillikdə ləğv olunmuĢdu. 1747-ci ildə ləğv olunan Qara-
bağ bəylərbəyiliyinin əsasında iki müstəqi feodal dövləti - Qara-
bağ və Gəncə xanlıqları yaranmıĢdı...
ƏĢrəf bəy Həsən bəy yüzbaĢının oğlu idi. O, əsl bəy idi.
Mərdliyi, səxavəti, el-obanı birliyə çağırması və dayaq durması,
xeyir-Ģərlərində yaxından iĢtirakı ilə nüfuz qazanmıĢdı. ”Çörək-
verən” adamdır,-deyirdilər. Bunları Yevlax, Ağdam, AğdaĢ, ġə-
ki, Qəbələ, Göyçay camaatı indi də xatırlayır... ƏĢrəf bəyin Qar-
xunda, habelə AğdaĢda iki mülkü, ġəkidə isə möhtəĢəm evi vardı
(90-cı illərin əvvəllərində AğdaĢdakı mülkündən birində tarix
diyarĢünaslıq muzeyi, digərində isə rayon qəzetinin redaksiyası
yerləĢirdi...).
...ƏĢrəf bəy igid adam idi. 1918-ci il yanvarın 9-da Türkiyə
cəbhəsindən–Qars və SarıqamıĢdan qatarla geri qayıdan rus
əsgərlərinin ġəmkirin Dəllər stansiyasında tərksilah edilməsində
ƏĢrəf bəy Qarxunlunun və Adil xan Ziyadxanlının (Gəncə) baĢçılıq
etdiyi dəstələr də mühüm rol oynamıĢdı...ƏĢrəf bəy yaxın silahdaĢ-
ları Qamboy ağa Qazanpapaq oğlu Qaramanlı (Quliyev) (Böyük
M.Ə. Rəsulzadənin yaxın dostu və məsləkdaĢı), bərdəli sərrast atıcı
sarıtel Aslan və bibisi oğlu Məhəmmədlə birlikdə qəzanın qeyrətli
gənclərindən ibarət “ƏrəĢ alayı” yaratmıĢdı. ƏĢrəf bəyin koman-
danlığı altında “ƏrəĢ alayı” Qarabağa hücum edən erməni-
daĢnaklarına qarĢı vuruĢmalarda iĢtirak edib ad çıxarmıĢdı...
1918-ci ilin yayında Azərbaycana köməyə gələn türk ordusu-
nu ƏĢrəf bəy Yevlax stansiyasında qarĢılamıĢdı. Bakını xilas etmə-
yə gedən Qafqaz Ġslam (Müsəlman) Ordusunun komandanı, gene-
ral-leytenant Faruq Mustafa Nuru paĢa iyul ayında Gəncədən gələr-
kən ƏĢrəf bəyin evində qonaq olmuĢdu. Nuru paĢanı Qafqaz Ġslam
Ordusunun hərbi müĢaviri Əhməd bəy Ağaoğlu və gəncəli milli
təəssübkeĢ Nağı bəy ġeyxzamanlı müĢayiət edirdilər. ƏĢrəf bəy
Bakını düĢmənlərdən azad etməyə gedən Nuru paĢanın komandan-
399
lıq etdiyi Qafqaz Ġslam Ordusunun və Azərbaycan Cümhuriyyəti Si-
lahlı Qüvvələrinin tərkibində idi. O, türk ordusu komandanlığına
tərcüməçi kimi də cəlb olunmuĢdu...
...Azərbaycan milli-istiqlal hərəkatının fəal iĢtirakçısı olan
Ģəxs kimi dəyərləndirilən ƏĢrəf bəy Tağıyev Azərbaycan Milli ġu-
rasının “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında” 19 no-
yabr tarixli qanununa əsasən 1918-ci il dekabrın 7-də açılan Azər-
baycan Cümhuriyyəti Parlamentinə AğdaĢ Ģəhərindən millət vəkili
seçilmiĢdi. O, Parlamentdə “Əhrar” partiyasını təmsil edirdi. ƏrəĢ
qəzasında “Əhrar” partiyasının yerli-bölgə təĢkilatını ƏĢrəf bəy
Qarxunlu yaratmıĢdı. TəĢkilatın sıralarına ƏrəĢ, Nuxa, AğdaĢ qəza-
larının və Gəncəbasarın nüfuzlu ziyalıları və din xadimləri daxil idi.
TəĢkilatın “El” adlı qəzeti də çıxırdı. Qəzetin redaktoru əslən Zaqa-
talanın Faldar kəndindən olan Bayram Niyazi Kiçixanlı (Kiçixanov)
idi. (O,Parlamentin katibi və vəzifəsinə görə Rəyasət Heyətinin də
üzvü idi).
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ƏĢrəf bəy
lazımlı kadrlardan olaraq 1921-ci ildək hərbi tərcüməçi iĢləmiĢdi...
Lakin o baĢa düĢürdü ki, bu, müvəqqətidir. Azərbaycan Xalq Cüm-
huriyyətinin digər sabiq xadimlərindən biri kimi bolĢeviklərin onu
bağıĢlamayacağını yəqin bilirdi. Odur ki, ƏĢrəf bəy fürsət düĢən
kimi 1921-ci ilin əvvəllərində qardaĢları ilə birlikdə əvvəlcə hələ
sovet hakimiyyətrinin qurulmadığı menĢevik Gürcüstanının paytaxtı
Tiflisə qaçmıĢ, oradan isə Batumdan gəmi ilə Ġstanbula getmiĢ,
1923-cü ilədək orada qalmıĢdı... 1923-cü ildə hansı yolla isə sovet
hakimiyyəti orqanlarından “bərəaət” almıĢ və geriyə qayıtmıĢdı...
Ancaq qayıtdıqdan sonra bərk xəstələnmiĢdi...ƏĢrəf bəy ġəkidəki
mülkündə xəstə yatırdı. Bu vəziyyətini nəzərə almadan, 1924-cü il
oktyabrın 7-də onu həbs edib Bakıya aparmıĢdılar. Lakin 3 aydan
sonra günahı sübut olunmadığından Zaqafqaziya DSĠ-i Kollegiya-
sının qərarı ilə həbsdən buraxılmıĢdı.
ƏĢrəf bəy Tağıyev sovet totalitar rejiminin ilk qurbanlarından
olmuĢ, həyatı faciə ilə sona yetmiĢdir. O, 1930-cu il yanvarın 27-də
yenidən həbs edilərək, Azərbaycan SSR CM-nin 72-ci maddəsi ilə
təqsirli bilinərək (o, güya 1918-ci ildə türklər Azərbaycana gələndə
AğdaĢda dinc erməniləri talayıb, qətlə yetirib və birdə 1929-cu ilin
400
oktyabrında Yevlax yolunda Azneftin kassirini və onun mühafizə-
çisini öldürüb qarət etməkdə iĢtirak edib... Həm də güya əksinqilabi
“Əhrar” partiyasının üzvü kimi kolxoz hərəkatına və sovet hakimiy-
yətinə qarĢı təbliğat aparıb) 10 il müddətinə azadlıqdan məhrum
edilməyə məhkum olunsada, sonradan bu hökm dəyiĢdirilərək,
ölüm cəzasıyla əvəzlənmiĢ, 1930-cu il martın 3-də “xalq düĢməni”
kimi 63 yaĢında güllələnmiĢdi...
ƏĢrəf bəyin BaxĢalı bəy, Samsun bəy, Mürsəl bəy və Mustafa
bəy adlı qardaĢları, Məstan xanım adlı bacısı vardı. O, əslən ġəki-
dən olan Maral xanım adlı qadınla ailə qurmuĢdu. Onların Knyaz
(1902) və Məhəmmədəli (1912) adlı oğlu, Ceyhun adlı qızı vardı...
Ceyhun xanım Ģəmkirli Ağalar bəy Zülfüqarovun həyat yoldaĢıydı.
ƏĢrəf bəy Qarxunlu (Tağıyev) yalnız Azərbaycan SSR Ali
Məhkəməsinin 29 avqust 1989-cu il tarixli qərarı ilə hərəkətlərində
cinayət tərkibi olmadığı üçün Zaqafqaziya DSĠ-nin və Azərbay-
can SSR XDĠK-in 3 mart 1930-cu il tarixli ədalətsiz qərarı ilə ləğv
edildikdən sonra bəraət almıĢdı. ƏĢrəf bəyin Bakıda məsul vəzifədə
iĢləyən nəvəsi Kərim Məhəmməd oğlu Kərimovun bu iĢdə
mühüm rolu olmuĢdur...
QƏDİR bəy HACIBƏYOV
Qədir bəy Mehdi bəy oğlu Hacıbəyov 1874-cü ildə ġuĢa
Ģəhərində anadan olmuĢdu. UĢaqlığı ġuĢa qəzasının Əhmədağalı,
Zəngəzur qəzasının Diləli-Muğanlı kəndində keçmiĢdi. Kənddə
mollaxanada ibtidai təhsil almıĢdı. Sonra ġuĢa real məktəbində oxu-
muĢdu. ġuĢa Qəza Polis Ġdarəsinə 2-ci dərəcəli dəftərxan xidmətçisi
kimi iĢə düzəlmiĢdi. Bir müddət tərcüməçi kimi çalıĢmıĢdı. Sonra
polis pristavı iĢləmiĢdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ġuĢa qəza Ġdarə-
sində böyük köməkçi vəzifəsində iĢlərkən, Qarabağın general-qu-
bernatoru Xosrov bəy Sultanovun təqdimatı və daxili iĢlər naziri
Mustafa bəy Vəkilovun 6 dekabr 1919-cu il tarixli 103 nömrəli əm-
rilə Qədir bəy Hacıbəyov vəzifədə irəli çəkilərək ġuĢa Qəza
Dostları ilə paylaş: |