Bulletin Work From Home



Yüklə 0,88 Mb.
tarix20.05.2022
ölçüsü0,88 Mb.
#87392
əmək hüququ

Sərbəst iş İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət

İxtisas : Hüquqşünaslıq

Fənn:Əmək hüququ

Qrup:302


Müəllim: Fəridə Əliyeva
Tələbə: Fatimə Oruczadə
Dövlət Gömrük Komitəsinin Akademiyası

Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəlikləri yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu məcəllə və digər normativ hüquqi aktlarda təsbit edilən qaydada maddi məsuliyyət daşıyırlar.

İşçi və işəgötürənin

məsuliyyəti

İşçi və işəgötürənin qarşılıqlı maddi məsuliyyətinin yaranmasının əsasları və şərtləri


Təqsir
(qəsd və ya ehtiyatsızlıq)
Təqsirkarın əməlinin qanuna zidd olduqda
Əmək hüquq münasibəti
Təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nətkcəsi, arasındakı səbəbli əlaqə
Ziyanın həqiqətən vurulduğu aşkar edildikdə

İşəgötürənin işçiyə vurduğu ziyana gprə tam maddi məsuliyyət :

  • Əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.Qanunvericilik

Qanunvericilik işəgötürənin üzərinə belə vəzifə qoyur ki, AR ƏM-in 70-ci maddəsi ilə müəyyən edilmiş əsasları hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı, habelə AR ƏM ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl etməlidir.

2. Əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qərarı ilə müəyyən edildikdə.

Əmək mübahisələrini həll edən məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdırır və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Bu zaman həmçinin işçiyə dəyən maddi və mənəvi ziyan da ödənilməlidir.

3. İşəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş, vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına, səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar işçinin ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə.

İstehsalatda bədbəxt hadisə əmək funksiyalarını yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır.

Peşə xəstəliyi isə əlverişsiz və zərərli istehsalat amillərinin işçinin orqanizminə təsiri nəticəsində baş verən xroniki və ya kəskin xəstəlikdir.

Aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir:

1. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı);

2. İşçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə

Zərəçəkənin vəfatı halında zərərin əvəzini kimlərin almaq hüququ var?

4. Əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyakarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanılması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə.

5.İşçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmıdikdə.


Əmək haqqı işəgötürənin təqsiri üzündən gecikdirilərsə, fərdi əmək mmübahisəsi yaranmayıbsa, hər gün üçün azı 1 faiz ödənc verməlidir.

6.işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə görə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən əmək müqavilələrinə daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi dəyən ziyan.

Mənəvi ziyan- işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansl, üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, kollektiv arasında gözdən salmaq məqsədilə barəsində yalan məlumatların yayılması və digər əməllər başa düşülür.

7.əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məkumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda.

İşçiyə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi

İşçinin şəxsi əşyalarına və digər əmlakına vurulan ziyanın məbləği ziyan dəyən anda mövcud olan bazar qiymətləri ilə müəyyən edilir.

Vurulmuş maddi ziyanın ödənilməsi üçün işçi işəgötürənə ərizə ilə müraciət etməlidir. Ərizə yazılı olmalıdır, 15 gün ərzində ərizəyə baxılmalıdır.

İşçi hüququnun pozulduğu aşkar edilkdikdən etibarən 1il ərzində məhkəməyə müraciət edə bilər.

Nəticə :

İşəgötürənlər işçilərin hüquqlarını qorumaq üçün əmək şəraitinin təhlükəsizliyinə riayət etməlidirlər. İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir.


Diqqətinizə görə təşəkkürlər!
Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə