405
BƏHRAM bəy Məlik-ABBASOV
Bəhram bəy Hüseyn bəy oğlu Məlik-Abbasov 1857-ci ildə
ġuĢa qəzasının Nüvədi kəndində anadan olmuĢdu. Ġbtidai təhsilini
molla yanında almıĢdı. Ordubad Ģəhərində oxumuĢdu. Zəngəzur
Qəza Ġdarəsində 2-ci dərəcəli dəftərxana xidmətçisi kimi iĢə baĢla-
mıĢdı. 1893-cü ildə qəza idarəsində tərcüməçi kimi xidmət etmiĢdi.
Sonra ədliyyə sahəsində çalıĢmıĢ və polis pristavı iĢləmiĢdi. O,
1919-cu ilin fevralında CavanĢir qəzasının rəisi idi. 1919-cu il
fevralın 15-də Qarabağın general-qubernatoru Xosrov bəyin
yanında keçirilən müĢavirədə ermənilərin fitnə-fəsadlarının qarĢısını
almaq məsələlərinin müzakirəsi zamanı öz çıxıĢı və təklifləri ilə
diqqəti cəlb etmiĢdi. Bəhram bəy Məlik-Abbasov Xudadat bəy
Rəfibəyli Gəncənin general-qubernatoru təyin edildikdən sonra (6
may 1919-cu il) 1919-cu ilin iyunundan Gəncə qəzasının rəisi
vəzifəsində iĢləmiĢdi...
MİRZƏ MƏHƏMMƏD AXUNDOV
(1876-1938)
Məhəmməd Hacı Molla ġükür oğlu Axundov (əsl soyadı
Məhərrəmovdur) 1876-cı ildə ġuĢa Ģəhərində anadan olmuĢdu.
Ġbtidai təhsilini atasından almıĢdı. Atası Qarabağın baĢ axundu
Hacı Molla ġükür ġərqdə Ġslam dinini yaxĢı bilən adamlardan
biriydi. Sonra mədrəsədə oxumuĢdu. Savadlı olduğundan hələ gənc-
liyindən Məhəmməd “Mirzə” ünvanı da daĢıyırdı. Müəllimlik
fəaliyyəti ilə məĢğul olmuĢdu.
Əslən ġuĢadan olan, uzun müddətdir ki, ”ġuĢa” nəĢriyyatının
və eyni adlı qəzetin rəhbəri olan, yorulmaz tədqiqatçı-jurnalist
Vasif Quliyev 1991-ci ildə çapdan buraxdırdığı “Mənim babam kim
olub?” adlı kitabında yazır: ”...1904-cü ildə Mirzə Məhəmmədin
əlindən təsadüfi bir xəta çıxmıĢ, heç nədən baĢ verən Ģəxsi
münaqiĢə zəminində bir nəfəri vurub öldürmüĢdü. BeĢ il cəzasını
Azərbaycandan kənarda çəkəndən sonra Vətəninə dönmüĢ və
müəllimlikdən əl çəkib Qacar cəmiyyətində nahiyə kargüzarı
vəzifəsində qulluq etmiĢdi. 1917-ci ilədək burada çalıĢmıĢ, sonra bir
müddət iĢsiz qalmıĢdı.
406
Azərbaycan Xalq Cümhuriyyəti dövründə əvvəlcə Ģəhər pris-
tavının katibi, Qubadlının pristavı, sonra ġuĢa Ģəhərinin polismeys-
teri, daha sonra isə Qarabağın general-qubernatoru Xosrov bəy Sul-
tanovun sərəncamı ilə Zəngəzur qəzasının rəisi (1919-cu ilin yan-
varından) olmuĢdu. Ona qədər qəza rəisi vəzifəsində 1864-cü ildə
ġuĢa qəzasaının Mehri sahəsinin Əldərə kəndində anadan olmuĢ
Fərrux bəy Sərməstbəyov çalıĢmıĢdı. Yazıçı Nəzər Heydərov “Zən-
gəzur dağlarında” kitabında yamıĢdır: ”... ġəhərdə söz gəzirki, güya
Qarabağın general-qubernatoru Xosrov bəy bizim qəzada həyəcanı
yatırmaq üçün Hacı Molla ġükürün oğlu Mirzə Məhəmməd
Axundovu ora rəis göndərir. O, belə fikirləĢir ki, bununla və
Allahın köməyi ilə bolĢevizmin kökünü kəsəcək!”.
...Mirzə Məhəmməd Axundov ġuĢa Ģəhərinin polismeysteri
vəzifəsində də iĢləmiĢdi...O, bu vəzifəyə təzəcə təyin olunmuĢdu ki,
11-ci ordu tərəfindən 1920-ci il aprelin 27 Bakı iĢğal olundu və
ertəsi günü sovet hakimiyyəti quruldu. 11-ci ordu hissələri sürətlə
Qarabağa doğru irəlilədi və Azərbaycan Xalq Cümhuriyyətinin
ġuĢadakı məmurları həbs olunmağa baĢladı. Mirzə Məhəmməd
Axundovu da keçmiĢinə görə həbs etdilər, lakin günahı sübut olun-
madığından tezliklə buraxıldı. Bununla belə, yeni quruluĢla barıĢa
bilməyən Mirzə Məhəmməd Axundov həmin andan ömrünün
axırınadək sovet hakimiyyətinə qarĢı gizli mübarizə aparmıĢ, bu
yolda dəfələrlə (1923, 1927, 1929, 1937) həbs olunmuĢ və yenidən
azad olunmuĢdu...
...Mirzə Məhəmməd Axundov “Müsavat” partiyasının üzvü
idi. O, Qarabağda (ġuĢada, Ağdamda) Müsavatın gizli rəhbərlərin-
dən birinə çevrilərək sovet hakimiyyətinə qarĢı əks fəalyyətinə görə
1929-cu ilin sonunda tutulmuĢ və Sibirə sürgün olunmuĢdu. Ancaq
həbslər və sürgünlər də bu milli təəssübkeĢ Ģəxsi öz yolundan dön-
dərə bilməmiĢdi. 1933-cü ilin qıĢında 57 yaĢında Tomsk vilayə-
tindəki 3 illik sürgün müddətini baĢa vurub ġuĢaya qayıtmıĢdı. Am-
ma ona ġuĢada yaĢamağa icazə verilməmiĢdi... Odur ki, Ağdama
köçmüĢdü. Ağdamda da müsavatçılarla gizli fəaliyyətini davam
etdirmiĢdi... O, Ağdam Müsavat təĢkilatının rəhbəri seçilmiĢdi...
Mirzə Məhəmməd Axundov otuzuncu illərin repressiya qur-
banlarından biri olmuĢdu. Repressiyanın tüğyan etdiyi 1937-ci ildə
407
onu da həbs etmiĢdilər. Dağlıq Qarabağ Muxtar Vilayəti Siyasi
Ġdarəsinin rəisi, dövlət təhlükəsizlik xidməti kapitanı Stepanik Saya-
dyanın və köməkçisi, dövlət təhlükəsizlik kiçik leytenantı Martiro-
sovun imzaladığı order əsasında Mirzə Məhəmməd Məhərrəmov
(bu onun əsl familiyasıdır. Nəzər Heydərov onu öz kitabında Axun-
dov kimi yazdığından sovet sənədlərində o cür yazılmıĢdı. Lakin
Mirzə Məhəmmədin qardaĢları Məhərrəmov soyadını daĢıyırdılar...)
1937-ci il avqustun 4-də Ağdamda həbs edib Stepanakertə (keçmiĢ
Xankəndinə. 1923-cü il sentyabrın 1-dən Ģəhərə Stepan ġaumyanın
adı verilmiĢdi) gətirmiĢdilər. Düz 1 il 2 ay həbsxanada ona olmazın
əzab-əziyyət vermiĢdilər.Mirzə Məhəmməd Axundov həbs edilmiĢ
məsləkdaĢları Salman Ağayev, Cəlal Zeynalov və baĢqaları ilə
birlikdə 1938-ci il oktyabrın 10-da 62 yaĢında güllələnmiĢdi
(Hərçənd, tədqiqatçı-jurnalist Vasif Quliyev yazmıĢdır ki, Mirzə
Məhəmməd Axundov 1869-cu ildə döğulmuĢdur. Etimologiya üzrə
tədqiqatçı Ənvər Çingizoğlu isə onun ailə sənədlərinə əsaslanaraq
M.Axundovun 1876-cı ildə anadan olduğunu bildirir. Ə. Çingizoğlu
əsaslandırır ki, 1917-ci ilədək olan sənədlərin hamısında Mirzə Mə-
həmməd Axundovun təvəllüdü 1876-cı il olaraq qeyd olunmuĢ-
dur...).
Mirzə Məhəmməd Axundovun ailə üzvləri və qohumları da
repressiyaya məruz qalmıĢlar... Lakin onların davamçıları bu gün
əqidəli milli istiqlal fədailərindən biri olmuĢ Mirzə Məhəmməd
Axundovun əməlləri və əziz xatirəsi ilə fəxr edirlər. Azərbaycan
Republikasının millət vəkili, Xankəndindən olan camaat tərəfindən
deputat seçilmiĢ Flora xanım Qasımova Azərbaycanın Milli
Qəhrəmanı, mərhum Qarabağ Ģəhidi ġirin Mirzəyevin (15 yanvar
1947, Xankəndi - 18 iyun 1992, Ağdam) həyat yoldaĢı və unu-
dulmaz Mirzə Məhəmməd Axundovun nəvəsidir...
Dostları ilə paylaş: |