415
idi. Türkiyə Hərbi Avasiya Məktəbini bitirmiĢdi. (“Alqazax”, ”Alqa-
zaxlı” qədim türk tayfasıdır). Çingiz Alqazax albay (polkovnik) rüt-
bəsinə yüksəlmiĢdi. O, Türk Hava Qüvvələrində layiqli xidmətilə
Ģöhrət qazanmıĢdı. Çingiz bəy 1992-ci ildə 54 yaĢında vəfat etmiĢdi...
Ömrünün sonunadək sovet hökumətinə müxalif qalan və mü-
barizə aparan, siyasi mühacir həyatı yaĢayan Qiyas bəy ġıxlınski
1972-ci ildə Türkiyənin Bandurma Ģəhərində 77 yaĢında vəfat
etmiĢdir...
MAHMUD bəy FƏRZƏLİBƏYOV
(1871-1937)
Mahmud bəy Murtuzaqulu
(Mürsəlqulu) bəy oğlu Fərzəli-
bəyov 1871-ci ildə ġuĢada əsilzadə
ailədə anadan olmuĢdu.1890-cı ildə
ġuĢa real məktəbini bitirmiĢdi.
Sonra Tiflisdə ali savad almıĢdı.
1891-ci ildə Qazax Qəza Ġdarəs-
ində xidmətə baĢlamıĢdı. 1893-cü
il iyunun 29-da ġuĢa Qəza Ġdarə-
sinin tərcüməçisi təyin olunmuĢdu.
1896-cı il avqustun 21-də Quba
Qəza Ġdarəsinə tərcüməçi dəyiĢdi-
rilmiĢdi. 1900-cü il oktyabrın 15-
də Bakı Qəza Ġdarəsinə həmin və-
zifəyə
göndərilmiĢdi.1
noyabr
1901-ci ildə Bakı Dairə Məhkəmə-
sinə tərcüməçi vəzifəsinə köçürül-
müĢdü. 24 sentyabr 1904-cü ildə
Bakı Dairə Məhkəməsi katibinin köməkçisi təyin edilmiĢdi. 7
oktyabr 1908-ci ildə Bakı Dairə Məhkəməsinin DaĢlaqar məhkəmə
sahəsinə barıĢdırıcı münsif təyin olunmuĢdu. 1911-ci il may ayının
2-də Bakı Dairə Məhkəməsinin PriĢib (indiki Göytəpə) məhkəmə
Mahmud bəy Fərzəlibəyov
(ayaq üstə soldan birinci)
416
sahəsinə məhkəmə təyinatçısı göndərilmiĢdi. 1914-cü il məlumatla-
rına görə ġuĢa Qəza Ġdarəsində kargüzar iĢləyirdi. 1917-ci il aprelin
9-da ġuĢa Ģəhər Dumasına kargüzar təyin olunmuĢdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəza rəisi
Niftəli (əslində Lütvəli bəydir) Zülqədərovun böyük köməıçisi (1-ci
mavin) vəzifəsində xidmət etmiĢdi...
Azərbaycanda sovet dönəmində Mahmud bəy Fərzəlibəyov
(“Mahmud” ərəb sözüdür,”tərifli, təriflənmiĢ” deməkdir) 1922-ci il
yanvarın 29-dan 1923-cü ilədək Bakı Ģəhərində ĠĢlər Ġdarəsində
kargüzar vəzifəsində çalıĢmıĢdı. 1923-cü ildə tərcüməçi vəzifəsinə
dəyiĢilmiĢdi. 1924-cü ildə Azərtütün Ġdarəsinə tərcüməçi göndəril-
miĢ və ömrünün sonunadək həmin iĢdə çalıĢmıĢdı. Mahmud bəy
Fərzəlibəyov 1937-ci ildə Bakıda 66 yaĢında vəfat etmiĢdir...
417
PRİSTAVLAR
İSMAYIL bəy HACIBƏYOV
Ġsmayıl bəy Hacı bəy oğlu
Hacıbəyov 1887-ci ildə ġuĢa Ģəhə-
rində anadan olmuĢdu. ġuĢa qəza
məktəbini bitirmiĢdi. Azərbaycan
Xalq Cümhuriyyəti dövründə ġuĢa
qəzasında əvvəlcə polis pristavı
iĢləmiĢdi.Sonra CavanĢir qəza-
sında xidmətini davam etdirmiĢdi.
O, 1920-ci ilin aprelinədək Cavan-
Ģir qəzasının rəisi Mustafa bəy
Qabulovun (tarixi ədəbiyyatda
Kabulovda yazılır) böyük kömək-
çisi (1-ci müavini) vəzifəsində
qulluq göstərmiĢdi...
...Ġsmayıl bəy Hacıbəyovun
Soltan bəy və Osman bəy adlı
oğulları, DilguĢə xanım adlı qızı vardı...
NURƏDDİN bəy SEYİDZADƏ (SEYİDOV)
(1896 – 1968)
Nurəddin bəy Seyidzadə 1896-cı ildə Gəncə Ģəhərinin Zərrabi
məhəlləsində anadan olmuĢdu. Atası Hacı Seyid Hüseyn MəĢədi
Ġsmayıl oğlu bir müddət Gəncədəki “Çökək hamamı”ı iĢlətmiĢ,
418
Gəncədəki ġah Abbas məscidində piĢnamaz (məsciddə camaat
(cümə) namazında qabaqda duran din xadimi) olmuĢdu. Nurəddin
Seyidzadənin anası ZərniĢan xanım Hidayət bəy qızı Bakı polis-
meysteri Rüstəm bəy Mirzəyevin bacısı idi (baĢqa sözlə, Rüstəm
bəy Nurəddinin dayısı idi). Nurəddin bəy Seyidzadə Gəncə Ģəhər
gimnaziyasını bitirmiĢdi.O, ”Gəncədə N. Nəsibbəylinin lider olduğu
“Türk Ədəmi Mərkəziyyət” firqəsinin, daha sonra isə “Müsavat”
partiyasının fəal üzvü olmuĢdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Nurəd-
din Seyidzadə dayısı, polkovnik rüstəm bəy Mirzəzadənin pəhbərlik
etdiyi Bakı Ģəhər Polismeysterliyində xidmət göstərmiĢ, Polismeys-
terliyin 4-cü ġamaxı sahəsinin (əsasən indiki Səbail rayonu ərazisini
əhatə edirdi) polis pristavı (5-ci dərəcə əmək haqqı tarifi üzrə ayda
1800 manat maaĢla) olmuĢdu. Pristavlıq Spassk (indiki Zərgərpa-
lan) küçəsi, 22-də yerləĢirdi. Pristav Nurəddin Seyidzadənin kö-
məkçisi Qərib-Sultan Alboqaçiyev, katib isə Adam Ravinski idi.
Qeyd etmək lazımdır ki, Sahə polis pristavlıqları hələ çar Rusiyası
dövründə, 31 dekabr 1882-ci ildə yaradılmıĢdı. Sahə pristavı Nurəd-
din Seyidzadənin məvacibi o zaman 1800 manat idi...
Azərbaycan Cümhuriyyətinin daxili iĢlər naziri Mustafa bəy
Vəkilovun 1920-ci il 7 aprel tarixli əmri ilə dayısı Rüstəm bəy Mir-
zəyev Bakı polismeysteri vəzifəsindən azad edildikdə , Nurəddin
Seyidov da iĢdən çıxarılmıĢdı. Onların iĢ yeri Balaxanı-Sabunçu po-
lismeysterliyinə dəyiĢdirilmiĢdi.Hətta qısa müddətə həbs də olun-
muĢ və Bayıl Dustaqxanasına salınmıĢdılar. Bu, 1920-ci il martın
23-də “naməlum adamlar” tərəfindən baĢı kəsilməklə öldürülmüĢ
bolĢevik Əli Bayramovun iĢi ilə əlaqədar idi. Onları da baĢqaları ilə
(o cümlədən Bakının general-qubernatoru, general-mayor Murad
Gəray bəy Tlexas və s.) birlikdə Ə. Bayramovun ölümünü təĢkil et-
məkdə günahlandırmıĢdılar. Lakin hər ikisini tezliklə burax-
mıĢdılar...
Sovet hakimiyyəti qurulduqdan sonra Nurəddin Seyidzadə
daim təqib və təzyiqlərə məruz qalmıĢ, heç yerdə iĢləyə bilməmiĢdi.
KeçmiĢinə görə hələ 1915-ci ildə Gəncədə ermənilər tərəfindən
gənc ikən (16 yaĢında) qətlə yetirilmiĢ qardaĢı Mir Ġsmayılın dərdi
də onu bir tərəfdən üzürdü... AXC dövründə xidmət göstərmiĢ sabiq