432
Astara – fars sözüdür,”aşağı yer, aşağıda duran” deməkdir.
Ayə – ərəb sözüdür,”rəmz”,əlamət” deməkdir.
-B-
Balık – türk sözüdür, ”şəhər” deməkdir.
Baltalama – türkcə “təxribat, sabotaj” deməkdir.
Baza – fransızca “base”, yunanca “busis” sözlərindən olub, ”əsas, özül,
bünövrə” deməkdir.
Behbud – fars sözüdür, ”sağalma, yaxşılaşma, sağlam, vücudu möhkəm”
deməkdir.
Beynəlxalq – ərəb sözüdür, ”millətlərarası, beynəlmiləl” deməkdir.
Bədiə – ərəb sözüdür, ”misli olmayan şey, nadir şey” deməkdir.
Bəhmən – fars sözüdür,”ağıllı, zəkalı, bilikli, tədbirli” deməkdir.
Bələdiyyə – ərəb sözüdür, ”şəhər idarəçiliyi, yerli özünüidarə”
deməkdir. Şəhər, rayon bələdiyyəsi (seçkili orqan).
Bəndər – fars sözüdür, ”liman” deməkdir.
Bərdə – türk sözüdür, ”piyaləli, kuzəli” deməkdir.
Bərid – ərəbcə “poçt”; farsca “qasid, çapar” deməkdir.
Binbaşı – türkcə “mayor” hərbi rütbəsinə deyilir.
Bölgə – türkcə, ”rayon, ərazi” deməkdir.
-C-
Cahandan – türkcə “hakim” deməkdir.
Cahangir – ərəb sözüdür, ”dünyanı istila edən, cahanşümul, çox
məşhur” deməkdir.
Canişin – ərəbcə “əmir”; farsca “sərdar” deməkdir. Orta əsrlərdə
əyalət (vilayət) başçısı, bəylərbəyi, inzibati hakim idi.
Cavad – ərəb sözüdür, ”comərd, səxavətli” deməkdir.
Cəbhə – ərəb sözüdür,”döyüş meydanı“ deməkdir.
Cəlil – ərəb sözü olub,”böyük, yüksək, hörmət sahibi” deməkdir.
Cəmiyyət – ərəb sözüdür,”konkret tarixi maddi həyat şəraiti ümumiliyi,
birləşmiş adamlar məcmusu, toplusu” deməkdir.
Cinayət – ərəb sözü olub, ”mövcud hüquq, qanun-qaydanın pozulması,
ictimai baxımdan təhlükəli hərəkət, yolverilməz, pis əməl”; latınca
“kriminal” deməkdir.
433
Cinayətkar – “cinayət” ərəb sözüdür, “kar” isə fars. Mənası “pis əməl,
pis iş tutan” deməkdir.
Cümə – ərəbcə “yaum əl-cümə” sözündəndir, ” bir yerə toplaşma
günü”dür. Müsəlmanlarda həftənin beşinci – bayram (bazar, istirahət)
günüdür, lakin heç də iş günü olmaması demək deyildir. Cümə günü bütün
müsəlmanlar birlikdə günorta namazı qılmaq və xüsusi cümə xütbəsini
(vəziləri) dinləmək üçün məscidə toplaşmalıdırlar.
Cümhuriyyət – ərəb sözüdür,” respublika, ictimai, ümumxalq hakimiy-
yəti” deməkdir.
Cürüm – türkcə “cinayət” deməkdir.
-Ç-
Çavuş – türk sözüdür, ”aşağı hərbi rütbədir” (serjant).
Çempion – ingilis terminidir, ”birinciliyi qazanan” deməkdir.
Çerik – türk sözüdür, ”könüllü”, ”könüllü dəstə” deməkdir.
Çete – türk sözüdür, ”quldur”, ”quldurbaşı” deməkdir.
-D-
Daktiloskopiya – yunanca “daktulos” “batmaq”,”skepeo” “baxıram”
deməkdir. Daktiloskopiya Kriminalistika elminin şəxsin identifikasiyasını
(eyniləşdirilməsini), cinayətin qeydiyyatı və cinayətkarlığın axtarışı üçün
əl dərisi naxışlarının strukturunu (quruluşunu) öyrənən elmdir.
Damad – fars sözüdür,”qızının əri, kürəkən” deməkdir.
Darğa – farsca “daruqə” sözündəndir,”hakim” deməkdir.Orta əsrlərdə
şəhər və kəndlərdə müəyyən inzibati idarələrin başçısı, əmin-amanlığı və
nizam-intizamı gözləyən şəxs, şəhər polisi rəisi vəzifəsini yerinə yetirənə
verilən addır.
Darülfünun – ərəbcə “universitet” deməkdir.
Daşnaksütyun – erməni sözüdür, ittifaq” deməkdir. Daşnaksütyun
erməni burjua-millətçi partiyası. 1890-cı ildə Tiflisdə yaranmışdı.
Deklarasiya – latın sözüdür,” mühüm bir məsələ haqqında rəsmi bəya-
nat, bəyannamə”dir.
Dekret – latınca “dekretum” sözündən olub,” fərman, qərar” deməkdir.
Dekret ümumi, yaxud xüsisi xarakterli normativ hüquqi aktın adıdır.
434
Dekret ali hakimiyyət orqanının qanun qüvvəsinə malik qərarı, fərman və
qanundur.
Demarş – fransız sözüdür,”müqabil (qarşı) tərəfin güzəştə getməsinə nail
olmaq üçün edilən təşəbbüs, çıxış ,hərəkət, tədbir” deməkdir.
Demarkasiya – fransız sözüdür,”sərhədd xətti çəkilməsi” deməkdir. De-
markasiya mütarikə (saziş) və ya sülh bağlayan iki ordunu biri-birindən
ayıran xətt, zonadır.
Demokratiya – yunanca sözü olub,”demos “xalq”, kratos“xalq hakimiy-
yəti” deməkdir.
Dərbənd – farsca “dar keçid, boğaz, dağ yolu, dağ keçidi, darvaza” de-
məkdir. Türklər Dərbəndə “Dəmir qapı”; ərəblər” bab əl-əbvab”-
“qapılar qapısı” deyirlər.
Dəstə – fars sözüdür, ”bir neçə adamın bir yerdə olması” deməkdir.
Diə – ərəb sözüdür,”qətl, şikəst etmək və ya yaralmaq üstündə alınan qan
bahasıdır”.
Difai – ərəb sözüdür,”fədai” deməkdir.
Diktat – alman sözüdür. Güclü imperialist dövlətlərin özündən zəif döv-
lətlərə öz şərtlərini ,tələblərini zorla qəbuletdirmə siyasətidir.
Diktator – latın sözüdürdir. Dövləti idarə etməkdə qeyri-məhdud hüquqa
malik olan; hər hansı bir işdə özünü hakim-mütləq kimi aparan şəxsdir.
Diktatura – latınca “dictatura” sözüdür olub, hakim sinfin gücünə isti-
nad edən qeyri-məhdud dövlət hakimiyyətidir.
Direktiv – fransızca “direktive”, latınca “diriqo” terminlərindən
olub,”mənası “ yönəldirəm” deməkdir.
Diplomat – yunanca “diploma ”- “ikiqat bükülmüş sənəd” deməkdir.
Diplomat qədim Romada rəsmi şəxslərə Senat tərəfindən verilən zəmanət
və ya etimadnamə, diplomu olan şəxs; Xarici İşlər Nazirliyinin əmək-
daşıdır.
Divanxana – fars sözüdür ,”məhkəmə” deməkdir.
Divan – fars sözüdür,”böyük məclis, rəsmi məclis” deməkdir.
Diyar – ərəb sözüdür,”ölkə, məmləkət” deməkdir.
Divizion – fransız sözüdür, ”topçu, bəzən zirehli tank və ya atlı qoşun his-
səsində bölmə”dir.
Diviziya – latın sözüdür.”Bir neçə alaydan (polkdan) və ya briqadadan
ibarət qoşun hissəsi, qoşun birləşməsidir. Adətən, 3 alaydan (briqadadan)
ibarət hərbi qurumdur.
Doktrina – latın sözüdür, ”elmi, fəlsəfi və ya siyasi nəzəriyyə, baxışlar
sistemi”dir.
Dostları ilə paylaş: |